Məhkəmə qərarları › İş №2(106)-1849/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1849/2022

29.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1849/2022 29.09.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi X2, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X1 və Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 iştirakları ilə açıq məhkəmə iclasında iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elvar oğluna, Cavabdeh3, Cavabdeh4 qızına, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 qarşı kredit müqaviləsi üzrə borc tələbinə tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(041)-982/2019 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ Kürdəmir Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(041)-982/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rafiq Bağırov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 ödəniləcək günə manatla məzənnədə xx.xx.2013-ci il tarixli 26L000001173 saylı kredit xətti müqaviləsi üzrə müştərək qaydada 17821,83 ABŞ dolları əsas borc, 16979,19 ABŞ dolları faiz borcu və 1500 ABŞ dolları cərimə olmaqla, cəmi 36301,02 ABŞ dolları və dövlət rüsumuna görə 20 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh3 tərəfindən Kürdəmir Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(041)-982/2019 saylı qətnaməsindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, zaminlik müqaviləsinə xitam verilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" QSC-nin iddiası onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə "xxxx" QSC-nin arasında bağlanmış xx.xx.2013-cü il tarixli 26L000001173 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 39R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,83333 faiz olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. Trəflərin imzaladıqları xx.xx.2016-ci il tarixli və xx.xx.2016-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Müqaviləyə əsasən borclu əsas və kreditə görə hesablanmış faiz borcunu bərabər məbləğdə, qrafikə uyğun olaraq ödəməli idi. Cavabdeh müqavilə öhdəliyinə tam şəkildə əməl etməmiş, onun banka 17821,83 ABŞ dolları əsas, 16979,19 ABŞ dolları faiz, 15590,32 ABŞ dolları cərimə borcu qalmışdır. Müqavilənin icrasının təminat olaraq "xxxx" QSC ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Əili oğlu arasında həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır və həmin müqaviləyə görə onlar kredit alan Cavabdeh1 ilə eyni dərəcədə məsuliyyət daşıyır. Cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etmələri barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq öhdəliklərini tam şəkildə icra etməmişlər. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh7 və Cavabdeh6 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Kürdəmir Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(041)-982/2019 saylı qətnaməsinin ləğv edilməsi, zaminlik müqaviləsinə xitam verilməsini xahiş etdilər. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X3 izahatında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də apellyasiya şikayətinin təmin ediləmədən, Kürdəmir Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(041)-982/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elvar oğluna və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehlərin və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(041)-982/2019 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə əsasən qismən, Cavabdeh3 ödəniləcək günə manatla məzənnədə xx.xx.2013ci il tarixli 26L000001173 saylı kredit xətti müqaviləsi üzrə müştərək qaydada 17821,83 ABŞ dolları əsas borc, 16979,19 ABŞ dolları faiz borcu və 1500 ABŞ dolları cərimə olmaqla, cəmi 36301,02 ABŞ dolları və dövlət rüsumuna görə 20 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli, 26L000001173 saylı nömrəli kredit xətti müqaviləsindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə, 50000 ABŞ dollaır məbləğində kredit xətti açılmışdır. İş materillarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 26L********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 aylıq faiz dərəcəsi 1,83333 faiz olmaqla 36 ay müddətinə 28000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materillarına əlavə edilmiş xx.xx.2013-ci il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rza qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 Əili oğlu ilə "xxxx" QSC arasında zaminlik müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən Cavabdeh1, digər tərəfdən "xxxx" QSC olmaqla xx.xx.2013-cü il tarixli, 26L000001173 saylı nömrəli kredit xətti müqaviləsi və xx.xx.2015-ci il tarixli 26L********** saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə öhdəliyin icrasını təmin etmək üçün cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Rza qızı, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Əili oğlu ilə xx.xx.2013-ci il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli və xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmış, bununla da tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki işə əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, "xxxx" QSC tərəfindən borclu Cavabdeh1 xəbərdarlıq etməklə və bildiriş gödərməklə banka olan kredit borcunun qatarılması tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Qanunun yuxarıda göstərilən tələblərinin işin müəyyən edilmiş halları üzrə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, borclu Cavabdeh1 xx.xx.2015-cü il tarixli 26L********** saylı kredit müqaviləsinə əsasən kreditor "xxxx" QSC qarşısında götürdüyü öhdəliyi icra etməməklə (vaxtında icra etməməklə və qüsurla icra etməklə) kreditora ziyan dəymiş və buna görə də vurduğu zərərin nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarına əlavə olunmuş xx.xx.2015-ci il tarixli 26L********** saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilədə göstərilən kredit məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında ayrı qayda nəzərdə tutulmamışdır. Ona görə də qanununun yuxarıda göstərilən tələbini əsas tutaraq belə nəticəyə gəlmək olar ki, cavabdeh icra edilməyən digər məbləğlər üçün də cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2013-cü il tarixli, 26L000001173 saylı nömrəli kredit xətti müqaviləsi üzrə borclu Cavabdeh1 "xxxx" QSC qarşısında götürdüyü öhdəliyin icrasını təmin etmək üçün Cavabdeh3 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsində zaminliyə xitam verilməsi əsasları nəzərədə tutulmuşdur: 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kredit və zaminlik müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli 26L********** saylı kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. Müqavilə üzrə əsas öhdəliyin icrası vaxtının 07.04. 2018-ci ildə başa çatmasına baxmayaraq iddiaçı "xxxx" QSC zamin Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmamışdır. Ona görə də Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(041)-982/2019 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə əsasən qismən, Cavabdeh3 ödəniləcək günə manatla məzənnədə xx.xx.2013-ci il tarixli 26L000001173 saylı kredit xətti müqaviləsi üzrə müştərək qaydada 17821,83 ABŞ dolları əsas borc, 16979,19 ABŞ dolları faiz borcu və 1500 ABŞ dolları cərimə olmaqla, cəmi 36301,02 ABŞ dolları və dövlət rüsumuna görə 20 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 135.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(041)-982/2019 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə əsasən qismən, Cavabdeh3 ödəniləcək günə manatla məzənnədə xx.xx.2013-ci il tarixli 26L000001173 saylı kredit xətti müqaviləsi üzrə müştərək qaydada 17821,83 ABŞ dolları əsas borc, 16979,19 ABŞ dolları faiz borcu və 1500 ABŞ dolları cərimə olmaqla, cəmi 36301,02 ABŞ dolları və dövlət rüsumuna görə 20 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar