Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(106)-1859/2025 12.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov Ilham Qoşunəli oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tələbin girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları : xxxx ASC-nin Lənkəran filialı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli LNLMB-***** saylı Kredit müqaviləsinin və Saxlanc Girovu haqqında müqavilənin surətlərindən görünür ki, cavabdehə 35093.77 manat dəyərində olan qızıl-zinət əşyalarından ibarət girov müqabilində «xxxx» ASC tərəfindən 24 ay müddətə illik faiz dərəcəsi 24 faiz olmaqla 23680 manat məbləğində kredit verilmişdir. Razılıq ərizəsindənin surətindən görünür ki, cavabdeh ##.##.2024-cü il tarixdə götürdüyü kreditin təminatı olaraq öhdəlikləri lazımınca yerinə yetirmədiyi təqdirdə ##.##.2024-cü il tarixli LNLMB-***** saylı təhvil-təslim aktına əsasən xxxx ASCnin Lənkəran filialına girov verdiyi qızıl-zinət əşyalarının Bank tərəfindən borcu ödəmək məqsədi ilə məhkəmədən kənar qaydada satılmasına razılıq vermişdir. Saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsi barədə aktın surətindən görünür ki, Cavabdeh 22 ədəd müxtəlif əyarlarda ümumi çəkisi 334.80 qram, dəyəri 23684.95 manat və bazar dəyəri 35093.77 manat olan qızılzinət əşyalarını xxxx ASC-nin Lənkəran filialından götürəcəyi 23680 manat lombard kreditinin təminatı olaraq girov şəklində kassaya təhvil vermişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh ##.##.2024-cü il tarixə “xxxx” ASC-yə ##.##.2024cü il tarixli kredit müqaviləsinə əsasən 20472.04 manat əsas, 1857.49 manat faiz, cəmi 22329.53 manat məbləğində borcu vardır. Xəbərdarlıq bildirişindən görünür ki, iddiaçı cavabdehdən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, girov qoyulmuş 20 adda zərgərik məmulatlarının 2025ci il may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 38837 manat müəyyən edilmiş, digər iki adda zərgərlik məmulatının qeyd edilən əyarda satışı və qiyməti barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Zərgərlik məmulatlarının likvid qiyməti 34953 manat (38837 manat -10%) müəyyən edilmişdir. Eksperiza xərci 50 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının ##.##.2025- ci il tarixli, */**** saylı ekspert rəyindən görünür ki,##.##.2024-cü il tarixli, LNLMB-***** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, maliyyə arayışında borcun hesablandığı ##.##.2024-cü il tarixə Cavabdeh xxxx ASC-yə olan borcu əsas borc 20472.04, faiz borcu 1857.49, cəmi 22329.53 manat və ##.##.2024-cü il tarixə əsas borc 20472.04, faiz borcu 1912.08 manat, cəmi 22384.12 manat müəyyən edilmişdir. Eksperiza xərci 100 manat təşkil edir. “xxxx” MMC-nin ##.##.2025-ci il tarxli, UNI/S-**-***/** saylı ekspert rəyindən görünür ki, ##.##.2024-cü il tarixli Saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsi barədə aktın 12-ci sırasında qeyd edilmiş əyyarı 880, çəkisi 19.4, miqdarı 3 ədəd olan imperialın və 15-ci sırada qeyd edilmiş əyyarı 750, çəkisi 4.1, miqdarı 1 ədəd olan beşliyin ekspertizası aparılmış və fotoşəkildə əks olunmuş qızıl-zinət əşyalarının imperial orijinal olarsa ədalətli likvid dəyəri ##.##.2025-ci il tarixinə 3845 manat, imperial orijinal deyilsə ədalətli bazar dəyəri 3725 manat təşkil etdiyi müəyyən olunmuşdur. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli qiymətləndirmə hesabatına əsasən, Cavabdeh Söhrəddin oğluna məxsus, İddiaçı ASC-yə girov qoyulmuş qızıl-zinət əşyalarının bazar dəyəri 56.800 manat müəyyən edilmişdir. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli mütəxəssis rəyinə əsasən, həmin qızıl-zinət əşyalarının ##.##.2026-cı il tarixə bazar dəyəri 47.210,20 manat müəyyən edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: Iddiaçı «xxxx” ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ##.##.2024cü tarixli LNLMB-***** saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 20472,04 manat, faiz borcuna görə 1858,07 manat, cəmi 22330,11 manat pul və dövlət rüsumu kimi ödənilmiş 157 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş sırqa - 2 ədəd, çəkisi-10,3, əyarı- 750, kulon - 1 ədəd, çəkisi-8, əyarı-750, seplər- 4 ədəd, çəkisi-32,6, əyarı-585, komplekt - 3 ədəd, çəkisi-4,8, əyarı-583, kulonlar - 3 ədəd, çəkisi-2,9, əyarı-585, sırqalar - 2 ədəd, çəkisi-8,8 əyarı-585, qolbaqlar- 2 ədəd, çəkisi-3,6, əyarı-585, üzüklər - 3 ədəd, çəkisi-11,3, əyarı-585, sep+qolbaq - 2 ədəd, çəkisi-14, əyarı-500, sep kolye qolbaq - 2 ədəd, çəkisi- 56, əyarı-583, qolbaq - 1 ədəd, çəkisi- 18,8, əyarı-583, imperial - 3 ədəd, çəkisi-19,4, əyarı-880, onluq - 1 ədəd, çəkisi-8,2, əyarı-880; beşlik - 4 ədəd, çəkisi-17,1, əyarı-880; beşlik - 1 ədəd, çəkisi4,1, əyarı-750, sep Quran qabı- 1 ədəd, çəkisi- 68,5, əyarı-583, üzük - 2 ədəd, çəkisi-7,5, əyarı-585,sırqa - 2 ədəd, çəkisi-4,8, əyarı-583, komplekt - 3 ədəd, çəkisi-11,7, əyarı-750; beşlik - 1 ədəd, çəkisi-4,3, əyarı-880,sırqalar (1-i tək) - 7 ədəd, çəkisi- 13,5, əyarı-583,kulon - 1 ədəd, çəkisi-4,6, əyarı-583, cəmi: 334,8 qram qızıl-zinət əşyalarına yönəldilməsi, həmin qızıl-zinət əşyalarının hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh Cavabdeh ##.##.2024-cü tarixli LNLMB-***** saylı kredit müqaviləsi üzrə cəmi 22330,11 manat pul və dövlət rüsumu kimi ödənilmiş 157 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan ##.##.2024-cü tarixli LNLMB-***** saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdeh Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ##.##.2024-cü il tarixli ekspert rəyinə etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ona qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi 22 adda müxtəlif əyyarlı ümumi çəkisi 334.80 qram qızıl zinət əşyaları olan girov predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təkrar təyin edilməlidir. Belə ki, hazırkı mülki iş üzrə mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən sualların həlli üçün xüsusi bilik tələb olunur. Iş materialında olduğu kimi ekspert rəyində 12 sırada yer alan imperial, əyyarı 880, qrami 19,4 olan və 15 sırada yer alan beşlik əyyarı 750, qramı 1 qeyd olunan ümumi 2 adda qızıl zinət əşyaları qiymətləndirilməmişdir. Bundan əlavə 15-ci sırada qeyd olunan beşliyin əyyarı 750, qramı 1 qram olması qeyri mümkünsüzdür. Girov qoyulan ümumi çəkisi 344.80 qram olan müxtəlif əyyarlı 22 adda qızıl zinət əşyalarının 301.10 qramının çəkisi və qiyməti ekspert rəyində qeyd olunub. Bankda girov qoyulmuş qızıl-zinət əşyaları onun iştirakı olmadan açılıb ekspert mərkəzinə təqdim olunub. Gələcəkdə mübahisə yaranmamaq məqsədi ilə sözügedən girov predmeti olan ümumi çəkisi 334,80 qram olan qızıl zinət əşyalarının təkrar ekspertiza mərkəzinə göndərilməlidir və 344.80 qram qızılın dəyəri və qramı dəqiq qiymətləndirilməlidir. ##.##.2025-ci il tarixli ekspert rəyinə qiymətləndirici ekspert tərəfindən bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilməsinə baxmayaraq təqdim olunan 22 adda müxtəlif əyyarlı ümumi çəkisi 334.80 qram qızıl zinət əşyalarının 308.10 qramına qitmət qoyulmuşdur. Fərq olaraq 36.70 qram qızıl zinət əşyalarının qiymətləndirilməməsinin və həmin 36.70 qram əskik qeyd olunan qızıl zinət əşyalarının qeyd olunmaması qənaətinə gəlmiş, bununla bağlı heç bir əsaslandırma aparılmamışdır. Qeyd edilələrə əsasən hazırki iş üzrə ipoteka predmetinin ədalətli, yəni fərq olan 36.70 qram qızıl zinət əşyalarının qiymətini müəyyən etmək üçün təkrar ekspertiza təyin edilməli və qiyməti müəyyən olunmalıdır Lənkəran Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim: Muradağa Qasımov) iddia qismən təmin edilmiş, ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən ##.##.2024-cü il tarixə olan 20472.04 manat əsas, 1857.49 manat faiz borcu, cəmi 22329.53 manat məbləğində məbləğində pul və 157 manat dövlət rüsumu, ümumilikdə 22486.53 (iyirmi iki min dörd yüz səksən altı) manat 53 qəpik cavabdeh Cavabdeh tutularaq, iddiaçı «xxxx» ASC-nin xeyrinə ödənilməsi, tələb cavabdehə məxsus 2 ədəd, çəkisi-10,3, əyarı-750, kulon - 1 ədəd, çəkisi-8, əyarı- 750, seplər- 4 ədəd, çəkisi-32,6, əyarı-585, komplekt - 3 ədəd, çəkisi-4,8, əyarı-583, kulonlar - 3 ədəd, çəkisi-2,9, əyarı-585, sırqalar - 2 ədəd, çəkisi-8,8 əyarı-585, qolbaqlar- 2 ədəd, çəkisi-3,6, əyarı-585, üzüklər - 3 ədəd, çəkisi-11,3, əyarı-585, sep+qolbaq - 2 ədəd, çəkisi-14, əyarı-500, sep kolye qolbaq - 2 ədəd, çəkisi- 56, əyarı-583, qolbaq - 1 ədəd, çəkisi-18,8, əyarı-583, imperial - 3 ədəd, çəkisi-19,4, əyarı-880, onluq - 1 ədəd, çəkisi-8,2, əyarı-880; beşlik - 4 ədəd, çəkisi-17,1, əyarı-880; beşlik - 1 ədəd, çəkisi-4,1, əyarı-750, sep Quran qabı- 1 ədəd, çəkisi-68,5, əyarı-583, üzük - 2 ədəd, çəkisi- 7,5, əyarı-585,sırqa - 2 ədəd, çəkisi-4,8, əyarı-583, komplekt - 3 ədəd, çəkisi-11,7, əyarı-750; beşlik - 1 ədəd, çəkisi-4,3, əyarı-880,sırqalar (1-i tək) - 7 ədəd, çəkisi-13,5, əyarı-583,kulon - 1 ədəd, çəkisi4,6, əyarı-583, cəmi: 334,8 qram qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərracdan satılsın. Girov qoyulmuş və Cavabdeh məxsus olan 2 ədəd, çəkisi-10,3, əyarı-750, kulon - 1 ədəd, çəkisi-8, əyarı-750, seplər- 4 ədəd, çəkisi-32,6, əyarı-585, komplekt - 3 ədəd, çəkisi- 4,8, əyarı-583, kulonlar - 3 ədəd, çəkisi-2,9, əyarı-585, sırqalar - 2 ədəd, çəkisi-8,8 əyarı-585, qolbaqlar- 2 ədəd, çəkisi-3,6, əyarı-585, üzüklər - 3 ədəd, çəkisi-11,3, əyarı-585, sep+qolbaq - 2 ədəd, çəkisi-14, əyarı-500, sep kolye qolbaq - 2 ədəd, çəkisi- 56, əyarı-583, qolbaq - 1 ədəd, çəkisi- 18,8, əyarı-583, imperial - 3 ədəd, çəkisi-19,4, əyarı-880, onluq - 1 ədəd, çəkisi-8,2, əyarı-880; beşlik - 4 ədəd, çəkisi-17,1, əyarı-880; beşlik - 1 ədəd, çəkisi-4,1, əyarı-750, sep Quran qabı- 1 ədəd, çəkisi- 68,5, əyarı583, üzük - 2 ədəd, çəkisi-7,5, əyarı-585,sırqa - 2 ədəd, çəkisi-4,8, əyarı-583, komplekt - 3 ədəd, çəkisi-11,7, əyarı-750; beşlik - 1 ədəd, çəkisi-4,3, əyarı-880,sırqalar (1-i tək) - 7 ədəd, çəkisi- 13,5, əyarı-583,kulon - 1 ədəd, çəkisi-4,6, əyarı-583, cəmi: 334,8 qram qızıl-zinət əşyalarının ilkin satış qiyməti 38798 manat məbləğində müəyyənləşdirilməsi, həmin qızıl-zinət əşyaları açıq hərracda satılaraq tələb edilən borc ödənilməsi, satışdan əldə olunan vəsaiti kifayət etmədikdə tələbin borclunun digər əmlakına yönəldilməsi, borc ödənildikdən sonra artıq vəsait qalarsa, cavabdeh Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri cavabdehə aid edilməsi və ondan 150 manat tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XIIS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ01360100000000003944, SWIFT BIK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE00000000000002088501 qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 448, 445.2.1, 445.1, 445.2.1, 295, 297, 298.1, 298.2, 298.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən ##.##.2024-cü il tarixə olan 20472.04 manat əsas, 1857.49 manat faiz borcu, cəmi 22329.53 manat məbləğində pul cavabdehdən iddiaçı İddiaçı ASCnin xeyrinə tutulmalı, borc cavabdehə məxsus olan girov qoyulmuş 22 adda qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyalarının ilkin satış qiyməti 38798 manat qiymətləndirilməklə açıq hərracda satılaraq tələb edilən borc ödənilməli, satışdan əldə olunan vəsaiti kifayət etmədikdə tələbin borclunun digər əmlakına yönəldilməli, borc ödənildikdən sonra artıq vəsait qalarsa, cavabdehə qaytarılmalıdır. İddiaçı ASC tərəfindən ##.##.2024-cü il tarixli pretenziya məktubu ilə rəsmi xəbərdarlıq edildiyinə, bu səbəbdən də bank tərəfindən rəsmi xəbərdarlıq edildiyinə görə bankla aralarında bağlanmış kredit müqaviləsinin ##.##.2024-cü il tarixdən etibarən ləğv edilmiş hesab edilməsi ilə bağlı cavabdehin etirazda göstərdiyinə qiymət verərək məhkəmə qeyd edir ki, onun göstərdiyi bu hal əsassızdır. Həmin müqaviləni ləğv etməmək bankın hüququdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, şikayətini aşağıdakılarla əsaslandırmışdır: “Birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektivaraşdırılması məqsədi ilə məhkəmə-əmtəəşunaslıq ekspertizası təyin etsə də, ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirməmiş, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Girov predmeti olan qızıl dünya bazarında və daxili bazarda qiyməti gündəlik artmaqdadır. Iş materialında olan ekspert rəyindəki qiymət qiymətləndirilən günə olan qiymətlə hesablanmışdır. Hal hazırda həmin qiymət deyil, daha bahadır. Hesab edirəm girov predmeti icra mərhələsində qiymətləndirilməlidir. Beləliklə, hazırda mübahisələndirilən qətnamədən də aydın olur ki, məhkəmə öz qətnaməsini yalnız bankın təqdim etdiyi sənədlərə və ekspert rəyi verilən tarixdə qiymətə əsasən təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən yalnız Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının ##.##.2025- ci il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, ##.##.2024-cü il tarixli, LNLMB-***** nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, maliyyə arayışında borcun hesablandığı ##.##.2024-cü il tarixə Cavabdeh xxxx ASC-yə olan borcu əsas borc20472.04, faiz borcu 1857.49, cəmi 22329.53 manat və ##.##.2024-cü il tarixə əsas borc 20472.04, faiz borcu 1912.08 manat, cəmi 22384.12 manat müəyyən edilmişdir. Eksperiza xərci 100 manat təşkil eləyir. “xxxx” MMC-nin##.##.2025-ci il tarxli, UNI/S-**-***/** saylı ekspert rəyindən görünür ki,##.##.2024-cü il tarixli Saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsi barədə aktın 12-ci sırasında qeyd edilmiş əyyarı 880, çəkisi 19.4, miqdarı 3 ədəd olan imperialın və 15-ci sırada qeyd edilmiş əyyarı 750, çəkisi 4.1, miqdarı 1 ədəd olan beşliyin ekspertizası aparılmış və fotoşəkildə əks olunmuş qızıl-zinət əşyalarının imperial orijinal olarsa ədalətli likvid dəyəri ##.##.2025-ci il tarixinə 3845 manat, imperial orijinal deyilsə ədalətli bazar dəyəri 3725 manat təşkil etdiyi müəyyən olunmuşdur. Baxmayaraq ki, girov qoyduğum qızıl zinət əşyalarının dəyəri bu gün ekspert rəyində qoyulan qiymətdən qat-qat bahadır”. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Iddiaçı İddiaçı ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Cavabdeh İddiaçı ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Cavabdeh apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı ## ####### 2025-ci il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində iddianın təmin edilməməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən, kollegiya qətnaməni apellyasiya şikayətinin dəlilləri həcmində apellyasiya icraatı qaydasında yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılmasından əldə olunan məbləğ aşağıdakı ardıcıllıqla bölüşdürülür: 298.1.1. girov qoyulmuş əşyanın saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə; 298.1.2. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha üstün hüquqa malik olan tələblərin ödənilməsinə; 298.1.3. girov saxlayanın tələblərinin ödənilməsinə; 298.1.4. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada daha aşağı hüquqa malik olan tələblərin ödənilməsinə. 298.3-cü maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, girov saxlayan çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3.-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il ## ###### tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, birinci instansiya məhkəməsinin gəldiyi nəticələri və apellyasiya icraatı zamanı əldə edilmiş sübutları qarşılıqlı əlaqədə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə-girov qoyulmuş qızıl-zinət əşyalarının ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Hazırkı iş üzrə cavabdeh Cavabdeh apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsini yalnız girov predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Cavabdeh kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ona məxsus girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi hissələrindən şikayət verməmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi girov predmetlərinin ilkin satış qiymətini müəyyən edərkən iş üzrə alınmış ekspert rəylərini digər sübutlarla birlikdə tam və hərtərəfli qiymətləndirməmiş, qızılın dünya və daxili bazar qiymətlərinin davamlı olaraq dəyişməsini nəzərə almamışdır. Şikayətə görə, birinci instansiya məhkəməsinin əsaslandığı ekspert rəylərində göstərilən qiymətlər yalnız həmin rəylərin tərtib edildiyi tarixə aid olmuş, qətnamənin qəbulundan və onun icrasından əvvəl qızılın bazar qiymətində baş vermiş dəyişikliklər isə nəzərə alınmamışdır. Cavabdeh bu səbəbdən qətnamənin girov predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv olunmasını və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Iş materiallarından görünür ki, İddiaçı ASC-nin Lənkəran filialı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2024-cü il tarixli, LNLMB-***** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 23.680 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə tərəflər arasında eyni tarixli saxlanc girovu haqqında müqavilə bağlanmış və cavabdehə məxsus 22 adda, müxtəlif əyarlı, ümumi çəkisi 334,8 qram olan qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. “Saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsi barədə” ## ###### 2024-cü il tarixli aktdan görünür ki, cavabdeh ümumi çəkisi 334,8 qram, dəyəri 23.684,95 manat, həmin tarixə bazar dəyəri isə 35.093,77 manat göstərilmiş qızıl-zinət əşyalarını götürdüyü kreditin təminatı kimi İddiaçı ASC-nin Lənkəran filialının kassasına təhvil vermişdir. Birinci instansiya məhkəməsi cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyini müəyyən edərək, 20.472,04 manat əsas borcun, 1.857,49 manat faiz borcunun və 157 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tələbin girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi və həmin əşyaların açıq hərracda satılması nəticəsinə gəlmişdir. Qətnamənin borcun tutulması və tutmanın girov predmetlərinə yönəldilməsi hissələri apellyasiya şikayətinin predmeti olmadığından məhkəmə kollegiyası həmin hissələrə hüquqi qiymət verilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tutmanın yönəldildiyi qızıl-zinət əşyaları daşınmaz əmlak deyil, daşınar əmlakdan ibarət saxlanc girovudur. Buna görə mübahisəli hüquq münasibətlərinə “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun daşınmaz əmlakın ipotekasına dair müddəaları deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin girov və girov predmetinə tutmanın yönəldilməsi ilə bağlı normaları tətbiq edilməlidir. Bu baxımdan mübahisəli qızılzinət əşyalarına münasibətdə “ipoteka predmeti” deyil, “girov predmeti” anlayışından istifadə olunması hüquqi baxımdan daha düzgündür. Birinci instansiya məhkəməsi girov predmetlərinin ilkin satış qiymətini müəyyən edərkən Məhkəmə Ekspertizası Mərkəzinin # ### 2025-ci il tarixli, */**** nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə və “xxxx” MMC-nin # ######## 2025-ci il tarixli, UNI/S-**-***/** nömrəli rəyinə əsaslanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin # ### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, girov qoyulmuş 20 adda zərgərlik məmulatının 2025-ci ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 38.837 manat, likvid qiyməti isə həmin məbləğdən 10 faiz çıxılmaqla 34.953 manat müəyyən edilmişdir. Digər iki adda zərgərlik məmulatının qeyd olunan əyarda satışı və qiyməti barədə məlumat olmadığından həmin əşyalar üzrə qiymətləndirmənin aparılmasının mümkün olmadığı göstərilmişdir. “xxxx” MMC-nin # ######## 2025-ci il tarixli rəyinə əsasən, saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsi barədə aktın 12-ci sırasında göstərilmiş 880 əyarlı, çəkisi 19,4 qram, miqdarı üç ədəd olan imperialın və aktın 15-ci sırasında göstərilmiş 750 əyarlı, çəkisi 4,1 qram, miqdarı bir ədəd olan beşliyin qiymətləndirilməsi aparılmışdır. Həmin əşyaların imperialların orijinal olduğu halda ədalətli likvid dəyərinin 3.845 manat, imperialların orijinal olmadığı halda isə ədalətli bazar dəyərinin 3.725 manat təşkil etdiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi təqdim edilmiş imperialların orijinal olmadığını sübut etmək yükünün iddiaçının üzərində olduğunu, iddiaçının isə bununla bağlı sübut təqdim etmədiyini əsas götürərək həmin əşyaları orijinal kimi qəbul etmiş və onların qiymətini 3.845 manat müəyyən etmişdir. Daha sonra Məhkəmə Ekspertizası Mərkəzinin müəyyən etdiyi 34.953 manat məbləğlə “xxxx” MMCnin müəyyən etdiyi 3.845 manat məbləği toplayaraq girov qoyulmuş 22 adda qızıl-zinət əşyalarının ilkin satış qiymətinin 38.798 manat təşkil etdiyi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin əsaslandığı rəylər qətnamənin qəbul edildiyi dövrdə girov predmetlərinin qiymətinin müəyyən edilməsi üçün müəyyən sübutetmə əhəmiyyətinə malik olsa da, həmin rəylərin nəticələri apellyasiya baxışı zamanı girov predmetlərinin aktual bazar dəyərini tam və düzgün əks etdirmir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin rəyi girov qoyulmuş bütün əşyaları əhatə etməmiş, 22 adda qızıl-zinət əşyasından yalnız 20 adda olan əşyalar qiymətləndirilmişdir. Digər iki adda əşya üzrə qiymətləndirmənin aparılması mümkün olmamışdır. “xxxx” MMC-nin rəyində isə həmin iki adda əşyanın qiyməti onların orijinallığına dair şərti ehtimal əsasında müəyyən edilmişdir. Nəticədə birinci instansiya məhkəməsinin müəyyən etdiyi 38.798 manat məbləği müxtəlif tarixlərdə və fərqli qiymətləndirmə üsulları ilə hazırlanmış iki ayrı rəyin nəticələrinin cəmlənməsi yolu ilə formalaşmışdır. Bundan başqa, həmin rəylər 2025-ci ilin may və sentyabr aylarına aid olmaqla, qızılın qiymətinin dəyişkən xarakteri nəzərə alındıqda apellyasiya baxışı dövründə girov predmetlərinin aktual bazar dəyərinin müəyyən edilməsi üçün yetərli hesab oluna bilməz. Göstərilən normaların məzmunundan aydın olur ki, ekspert və ya mütəxəssis rəyi məhkəmə tərəfindən mötəbərliyi və əsaslılığı iş üzrə toplanmış digər sübutlarla birlikdə yoxlanılmalıdır. Rəyin tərtib olunduğu tarix, qiymətləndirmənin üsulu, tədqiqatın predmeti və əhatəliliyi, əşyalara bilavasitə baxış keçirilib-keçirilməməsi, istifadə edilən məlumatların düzgünlüyü, hesablamaların əsaslandırılması və nəticələrin digər sübutlarla uyğunluğu nəzərə alınmalıdır. Apellyasiya icraatı zamanı girov qoyulmuş 22 adda, ümumi çəkisi 334,8 qram olan qızıl-zinət əşyalarının aktual bazar dəyərinin müəyyən edilməsi məqsədilə yeni qiymətləndirmələr aparılmışdır. “xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli qiymətləndirmə hesabatına əsasən, Cavabdeh məxsus olan və İddiaçı ASC-yə girov qoyulmuş qızıl-zinət əşyalarının ## ##### 2026-cı il tarixə bazar dəyəri 56.800 manat müəyyən edilmişdir. Həmin qiymətləndirmə hesabatından görünür ki, qiymətləndirmə təqdim edilmiş fotoşəkillər əsasında aparılmış, qiymətləndirilən əşyalara bilavasitə baxış keçirilməmişdir. Bu hal hesabatı avtomatik olaraq mötəbərsiz sübut hesab etmək üçün əsas olmasa da, qiymətləndirilən əşyaların faktiki vəziyyətinin, fərdi xüsusiyyətlərinin, hazırlanma və işlənmə keyfiyyətinin, mövcud qüsurlarının və qiymətə təsir göstərə biləcək digər əlamətlərinin bilavasitə müəyyən olunması imkanını məhdudlaşdırmışdır. Azərbaycan Qiymətləndiricilər Palatasının sifarişinə əsasən “xxxx” MMC tərəfindən hazırlanmış ## #### 2026-cı il tarixli mütəxəssis rəyindən isə görünür ki, qiymətləndirmə işi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli qərardadı əsasında aparılmış, rəy iş materialları və təqdim edilmiş sənədlər əsasında tərtib edilmiş, həmçinin qiymətləndirilən qızıl-zinət əşyalarına bilavasitə baxış keçirilmişdir. Həmin rəydə girov qoyulmuş bütün qızıl-zinət əşyaları ayrı-ayrılıqda göstərilmiş, onların adı, sayı, çəkisi və əyarı nəzərə alınmış, hər bir əşya üzrə bir qramın dəyəri və ümumi qiymət hesablanmışdır. Rəyin nəticəsinə əsasən, girov qoyulmuş 22 adda, ümumi çəkisi 334,8 qram olan qızıl-zinət əşyalarının ## #### 2026-cı il tarixə bazar dəyəri 47.210,20 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası “xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli qiymətləndirmə hesabatı ilə “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli mütəxəssis rəyini MPM-in 88 və 103.1-ci maddələrinin tələbləri baxımından müqayisəli şəkildə qiymətləndirərək “xxxx” MMC-nin rəyinə üstünlük verir. Kollegiya bu nəticəyə gələrkən, ilk növbədə, “xxxx” MMC-nin rəyinin daha son tarixə aid olmasını nəzərə alır. Qızılın dünya və yerli bazarlardakı qiymətinin dəyişkənliyi baxımından qiymətləndirmənin mümkün qədər aktual tarixə aid olması girov predmetlərinin real bazar dəyərinin düzgün müəyyən edilməsi üçün mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, “xxxx” MMC tərəfindən qiymətləndirilən əşyalara bilavasitə baxış keçirilmiş, onların sayı, çəkisi və əyarı faktiki vəziyyətlə müqayisə edilmişdir. “xxxx” MMC-nin hesabatında isə qiymətləndirmə yalnız təqdim edilmiş fotoşəkillər əsasında aparılmışdır. Əşyalara faktiki baxış keçirilməsi qiymətləndirmənin predmetinin dəqiq müəyyən olunmasına, qızıl-zinət əşyalarının mövcud vəziyyətinin və fərdi xüsusiyyətlərinin nəzərə alınmasına daha geniş imkan yaratdığından “xxxx” MMC-nin rəyinin nəticələri daha mötəbər hesab edilməlidir. “xxxx” MMC-nin rəyində girov predmetlərinin hər biri üzrə aparılmış hesablamalar ayrıca cədvəldə göstərilmiş, bütün 22 adda əşya qiymətləndirməyə cəlb edilmiş və onların ümumi çəkisinin 334,8 qram olması nəzərə alınmışdır. Bununla da birinci instansiya məhkəməsində alınmış rəylərdə mövcud olmuş natamamlıq aradan qaldırılmış, girov müqaviləsinin predmeti olan bütün əşyalar vahid qiymətləndirmə tarixinə və eyni metodoloji yanaşmaya əsasən qiymətləndirilmişdir. Iş materiallarında “xxxx” MMC-nin rəyində istifadə edilmiş məlumatların həqiqətə uyğun olmadığını, hesablamalarda səhvə yol verildiyini, qiymətləndirmə metodunun düzgün seçilmədiyini, qiymətləndiricinin müvafiq səlahiyyətə malik olmadığını və ya rəyin mötəbərliyini şübhə altına alan başqa halların mövcudluğunu təsdiq edən sübut yoxdur. Rəydə göstərilən əşyaların adı, sayı, çəkisi və əyarı girov müqaviləsinə əlavə edilmiş aktda olan məlumatlarla uyğunluq təşkil edir. Ekspert və ya mütəxəssis rəyləri arasında fərqli nəticələrin mövcudluğu onların hər hansı birinin avtomatik olaraq sübut kimi qəbul və ya rədd edilməsinə səbəb olmur. Belə halda məhkəmə hər bir rəyin hazırlanma şəraitini, tədqiqat üsulunu, əhatə dairəsini, istifadə edilmiş ilkin məlumatları və gəlinmiş nəticələrin əsaslandırılma səviyyəsini müqayisə etməlidir. Hazırkı iş üzrə də məhz bu meyarlar baxımından “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli mütəxəssis rəyi daha dolğun, aktual və etibarlı sübut kimi qiymətləndirilir. Bu səbəbdən məhkəmə kollegiyası “xxxx” MMC-nin müəyyən etdiyi 56.800 manat məbləği deyil, “xxxx” MMC-nin əşyalara bilavasitə baxış keçirilməsi nəticəsində müəyyən etdiyi 47.210,20 manat məbləği girov predmetlərinin ilkin satış qiymətinin müəyyən olunması üçün əsas götürür. Məhkəmə kollegiyası iddiaçı İddiaçı ASC-nin qızıl-zinət əşyalarının ilkin satış qiymətinin məhkəmə qətnaməsi ilə deyil, qətnamənin icrası mərhələsində, əşyalar hərraca çıxarılmazdan bilavasitə əvvəl müəyyən edilməli olması barədə ərizəsində göstərilən dəlillərə də münasibət bildirərək qeyd edir ki, həmin dəlillər hazırkı iş üzrə girov predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsindən imtina olunması üçün əsas vermir. Iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakdan fərqli olaraq qızıl daha yüksək likvidliyə və gündəlik qiymət dəyişkənliyinə malikdir, onun dünya və yerli bazarlardakı qiyməti qısa müddət ərzində əhəmiyyətli dərəcədə dəyişə bilər. Buna görə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş ilkin satış qiymətinin qısa müddətdən sonra aktuallığını itirməsi, girov predmetlərinin real bazar dəyərindən aşağı və ya yuxarı qiymətə satışa çıxarılması və bunun tərəflərin əmlak mənafelərinə mənfi təsir göstərməsi mümkündür. Məhkəmə kollegiyası qızılın bazar qiymətinin dəyişkən xarakter daşıması və bu halın qiymətləndirmə zamanı nəzərə alınmalı olması barədə dəlillə razılaşır. Lakin əmlakın qiymətinin müəyyən müddətdən sonra dəyişə bilməsi özlüyündə onun məhkəmə tərəfindən qiymətləndirilməsini hüquqa zidd etmir və məhkəmə baxışı zamanı girov predmetinin qiymətinin müəyyən edilməsini istisna edən hal hesab oluna bilməz. Qiymətləndirmənin mahiyyəti əmlakın gələcəkdə dəyişməyəcək sabit qiymətinin deyil, konkret qiymətləndirmə tarixinə mövcud olan bazar dəyərinin müəyyən edilməsindən ibarətdir. Əmlakın dəyərinin sonradan dəyişməsinin mümkün olması qiymətləndirmə nəticəsini sübutetmə əhəmiyyətindən məhrum etmir. Əks yanaşma qəbul edildiyi təqdirdə bazar qiyməti dəyişən hər hansı daşınar əmlakın məhkəmə araşdırması zamanı qiymətləndirilməsi mümkünsüz hesab edilməli olardı. Iddiaçının istinad etdiyi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci maddəsinə əsasən, qanunla müəyyən olunan hallarda qiymətləndirmə məhkəmənin qərarı və ya icra məmurunun sifarişi ilə aparıla bilər. Həmin normanın məzmunundan qiymətləndirmənin yalnız icra icraatı mərhələsində və yalnız icra məmurunun sifarişi əsasında aparılmalı olduğu nəticəsi irəli gəlmir. Əksinə, qeyd olunan maddədə qiymətləndirmənin həm məhkəmənin qərarı, həm də icra məmurunun sifarişi əsasında aparılması mümkün hesab edilmişdir. Buna görə həmin norma girov predmetlərinin dəyərinin məhkəmə araşdırması zamanı müəyyən edilməsini qadağan edən və ya bu məsələnin müstəsna olaraq icra mərhələsində həll olunmasını nəzərdə tutan norma kimi şərh edilə bilməz. “Icra haqqında” Azərbaycan Respublikasının Qanununda borclunun əmlakının qiymətləndirilməsi və realizəsinin təşkili ilə bağlı icra məmurunun səlahiyyətlərinin nəzərdə tutulması da məhkəmənin baxdığı mübahisə üzrə girov predmetlərinin ilkin satış qiymətini müəyyən etməsini istisna etmir. Icra məmurunun qiymətləndirmə ilə bağlı səlahiyyətləri məhkəmə aktının icrası mərhələsində meydana çıxan və həmin mərhələdə həll edilməli olan məsələlərə aiddir. Bu səlahiyyətlərin mövcudluğu məhkəmə araşdırması zamanı xüsusi bilik tələb edən məsələ üzrə qiymətləndirmə aparılmasını və əldə edilmiş rəy əsasında girov predmetlərinin ilkin satış qiymətinin müəyyənləşdirilməsini istisna etmir. Bundan başqa, hazırkı işdə girov predmetlərinin ilkin satış qiyməti artıq birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş, cavabdeh isə apellyasiya şikayətində məhz həmin qiymətin girov predmetlərinin aktual bazar dəyərini əks etdirmədiyini mübahisələndirmişdir. Buna görə apellyasiya instansiyası məhkəməsi həmin dəlili mahiyyəti üzrə yoxlamalı, işdə olan və əlavə əldə edilmiş sübutlara hüquqi qiymət verməli və qətnamənin mübahisələndirilən hissəsi üzrə yekun nəticəyə gəlməlidir. Məhkəmə kollegiyasının girov predmetlərinin qiymətini müəyyən etmədən həmin məsələnin bütövlükdə icra mərhələsinə saxlaması apellyasiya şikayətinin əsas dəlilinə mahiyyəti üzrə hüquqi qiymət verilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin əsaslılığının tam yoxlanılmaması ilə nəticələnərdi. Bu isə apellyasiya icraatının mahiyyəti və MPM-in 372-ci maddəsinin tələbləri ilə uzlaşmazdı. Iddiaçının qızılın qiymətinin dəyişkən olması ilə bağlı dəlili qiymətləndirmənin aparılmasından imtina olunmasına deyil, qiymətləndirmənin mümkün qədər aktual tarixə və girov predmetlərinin faktiki xüsusiyyətlərinə əsaslanmaqla aparılmasının zəruriliyinə dəlalət edir. Apellyasiya icraatı zamanı “xxxx” MMC tərəfindən aparılmış qiymətləndirmə də məhz bu məqsədə xidmət etmişdir. Girov predmetlərinin ilkin satış qiymətinin aktual və mötəbər qiymətləndirmə rəyi əsasında müəyyən edilməsi həm girov saxlayanın, həm də girov qoyanın əmlak mənafelərinin qorunmasına xidmət edir. Girov predmetlərinin real bazar dəyərindən aşağı qiymətlə satışa çıxarılması borclunun əmlak mənafeyinə, əsassız yüksək qiymətlə satışa çıxarılması və bunun nəticəsində hərracın baş tutmaması isə kreditorun tələbinin vaxtında təmin edilməsinə mənfi təsir göstərə bilər. Buna görə girov predmetlərinin ilkin satış qiymətinin əşyalara bilavasitə baxış keçirilməklə hazırlanmış, aktual və mötəbər qiymətləndirmə rəyi əsasında məhkəmə qətnaməsində göstərilməsi tərəflərin hüquq və qanuni mənafelərinin tarazlığını təmin edir, icra sənədinin aydınlığına və icra oluna bilməsinə xidmət edir, habelə icra mərhələsində eyni məsələ ilə bağlı yeni mübahisələrin yaranması ehtimalını azaldır. Məhkəmə aktının icrası əhəmiyyətli müddətdən sonra həyata keçirilərsə və girov predmetlərinin müəyyən edilmiş ilkin satış qiymətinin əşyaların hərraca çıxarıldığı vaxtdakı real bazar dəyərindən ciddi şəkildə fərqləndiyi müəyyən olunarsa, icra qanunvericiliyində nəzərdə tutulmuş qaydalar daxilində əmlakın yenidən qiymətləndirilməsi məsələsinə baxılması istisna edilmir. Lakin gələcəkdə belə bir ehtimalın mövcudluğu hazırkı apellyasiya baxışı zamanı girov predmetlərinin qiymətinin müəyyən edilməməsi üçün əsas təşkil etmir. Beləliklə, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 9.2-ci maddəsi və “Icra haqqında” Qanunun əmlakın qiymətləndirilməsinə dair müddəaları girov predmetlərinin ilkin satış qiymətinin yalnız icra mərhələsində müəyyən edilməsini nəzərdə tutan imperativ qayda müəyyən etmir. Iddiaçı tərəfindən irəli sürülmüş dəlillər girov predmetlərinin qiymətləndirilməsindən imtina olunmasını deyil, onların aktual bazar dəyərinin mötəbər qiymətləndirmə əsasında müəyyən edilməsinin zəruriliyini təsdiq edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində irəli sürdüyü girov predmetlərinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş qiymətinin aktual bazar dəyərini əks etdirməməsi barədə dəlili əsaslı hesab etsə də, ilkin satış qiymətinin ümumiyyətlə müəyyən edilməməsi və həmin hissədə iddianın təmin olunmaması barədə tələbini əsaslı hesab etmir. Belə ki, apellyasiya baxışı zamanı əldə edilmiş sübutlarla girov predmetlərinin aktual bazar dəyərinin birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdən fərqli olduğu təsdiqlənmişdir. Bu hal ilkin satış qiymətinin müəyyən edilməsindən imtina olunmasına deyil, həmin qiymətin aktual və daha mötəbər sübuta uyğun dəyişdirilməsinə əsas verir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi girov predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli mütəxəssis rəyi əsas götürülməklə girov qoyulmuş 22 adda, ümumi çəkisi 334,8 qram olan qızıl-zinət əşyalarının ilkin satış qiyməti 38.798 manatdan 47.210,20 manata dəyişdirilməlidir. Məhkəmə kollegiyası apellyasiya icraatı zamanı çəkilmiş qiymətləndirmə xərclərinin tərəflər arasında bölüşdürülməsi məsələsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Iddiaçı İddiaçı ASC məhkəməyə təqdim etdiyi ərizədə mülki iş üzrə əmlakın qiymətləndirilməsi üçün “xxxx” MMC-yə xidmət haqqı olaraq 550 manat ödədiyini bildirərək həmin məbləğin cavabdeh Cavabdeh tutularaq bankın xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının həmin tələbini əsaslı hesab etmir. Belə ki, apellyasiya icraatının başlanmasına səbəb cavabdehin birinci instansiya məhkəməsinin müəyyən etdiyi 38.798 manat məbləğində ilkin satış qiymətini mübahisələndirməsi olmuşdur. Apellyasiya baxışı nəticəsində həmin qiymətin girov predmetlərinin aktual bazar dəyərini əks etdirmədiyi və 47.210,20 manat məbləğində dəyişdirilməli olduğu müəyyən edilmişdir. Beləliklə, cavabdehin apellyasiya şikayətində qiymətin aktual bazar dəyərinə uyğun olmaması barədə irəli sürdüyü əsas dəlil öz təsdiqini tapmış, iddiaçının qətnamənin dəyişdirilmədən saxlanılması barədə mövqeyi isə qəbul edilməmişdir. “xxxx” MMC-nin apardığı qiymətləndirməyə görə İddiaçı ASC tərəfindən ödənilmiş 550 manat xidmət haqqının cavabdehin üzərinə qoyulması apellyasiya baxışının nəticəsinə və məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsinin mütənasiblik prinsipinə uyğun olmazdı. Iddiaçı həmin məbləği özü ödəmiş və apellyasiya şikayətinin mübahisələndirilən hissə üzrə əsaslı olduğu müəyyən edilmişdir. Buna görə 550 manat məbləğində qiymətləndirmə xərci iddiaçının özünə aid edilməlidir. “xxxx” MMC tərəfindən hazırlanmış ## ##### 2026-cı il tarixli qiymətləndirmə hesabatı üzrə xidmət haqqı isə 200 manat təşkil etmişdir. Həmin qiymətləndirmə cavabdehin apellyasiya şikayətində irəli sürdüyü, girov predmetlərinin əvvəl müəyyən edilmiş qiymətinin aktual bazar dəyərinə uyğun olmaması barədə dəlilin yoxlanılması məqsədilə Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı əsasında aparılmışdır. Həmin prosessual hərəkətin cavabdehin apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə həyata keçirilməsi, qiymətləndirmənin təyin edilməsinə cavabdehin qiymətin düzgün müəyyən edilməməsi barədə irəli sürdüyü dəlillərin səbəb olması və göstərilən xidmət haqqının ödənilməmiş qalması nəzərə alınaraq, 200 manat məbləğində qiymətləndirmə xərcinin cavabdeh Cavabdeh aid edilməsi əsaslıdır. Bu baxımdan “xxxx” MMC-nin ## ##### 2026-cı il tarixli qiymətləndirmə hesabatının hazırlanmasına görə 200 manat xidmət haqqı cavabdeh Cavabdeh tutularaq həmin təşkilatın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən dəyişdirə bilər. Həmin Məcəllənin 385.1.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və qeyd olunan hüquq normalarına əsasən bu nəticəyə gəlir ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Lənkəran Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi girov predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, girov qoyulmuş 22 adda, ümumi çəkisi 334,8 qram olan qızıl-zinət əşyalarının ilkin satış qiyməti 47.210,20 manat müəyyən edilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi girov qoyulmuş qızıl-zinət əşyalarının ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Girov qoyulmuş və Cavabdeh məxsus 22 adda, ümumi çəkisi 334,8 qram olan qızıl-zinət əşyalarının ilkin satış qiyməti 47.210,20 (qırx yeddi min iki yüz on manat iyirmi qəpik) manat məbləğində müəyyən edilsin. Iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş 550 (beş yüz əlli) manat məbləğində qiymətləndirmə xərci özünə aid edilsin. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ## ##### 2026-cı il tarixli qiymətləndirmə hesabatının hazırlanmasına görə 200 (iki yüz) manat məbləğində xidmət haqqı cavabdeh Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1859/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1859/2025
12.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver