Məhkəmə qərarları › İş №2(106)-1861/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1861/2024

25.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1861/2024 25.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Lerik Rayon Məhkəməsinin 2(048)-590/2024 saylı, 04 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sarıbala oğlu məhkəmədə idda qaldıraraq, Cavabdeh 2703 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 2(048)-590/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Atabəy Kiçikbəyov) iddianın təmin edilməsi və cavabdeh xx.xx.1982-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ümumilikdə 2703 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Lerik Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(048)-590/2024 saylı qərardadı ilə, Lerik Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli 2(048)-590/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-364-cü maddəsinin tələblərinə uyğun verilmiş hesab edilməsi və apelyasiya şikayətinə baxılması üçün 2(048)-590/2024 saylı mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaucan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, Lerik Rayon Məhkəməsinin 2(048)-590/2024 saylı, 04 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli, mülki iş materialları qərardadın əsaslandırıcı hissəsində qeyd edilənlər nəzərə alınmaqla, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Lerik Rayon Məhkəməsinə qaytarılmalıdır. Hazırda qətnamədən verilmiş şikayət üzrə dövlət rüsumu tam ödənilməmişdir. Birinci instansiya məhkəməsi qətnamədən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxmış olsa da, iddia qiymətinə mütənasib olaraq iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməsi zamanı dövlət rüsumunun az ödənilməsi məsələsinə əhəmiyyət verməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2.-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, iddia ərizəsinin verilməsinə görə ödənilməli dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Həmin Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırkı iddia tələbi üzrə iddiaçının ödəməli olduğu dövlət rüsumu 47,03 manatdır. Belə olan halda, cavabdeh apellyasiya şikayəti verərkən 23,5 manat dövlət rüsumu ödəməlidir. Hazırkı halda isə məhkəmə aktından iddiaçı apellyasiya şikayəti verərkən “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsində nəzərdə tutulan məbləğdə, yəni 23,5 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda 15 manat ödəmişdir. Cavabdeh dövlət rüsumunu qanunvericiliklə müəyyən edilmiş qaydada, iddia ərizəsinin qiymətinə mütənasib olaraq ödəməmişdir. Göründüyü kimi, prosessual qanunvericiliyin tələblərinə əsasən, qətnamədən verilmiş apelyasiya şikayətinin onu qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Birinci instansiya məhkəməsi isə qətnamədən apellyasiya şikayət verilməsinə görə apellyasiya şikayəti üzrə ödənilməli olan dövlət rüsumunun məbləği məsələsinə diqqət yetirməmiş, apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini qərara alınmışdır. Odur ki, Lerik Rayon Məhkəməsinin 2(048)-590/2024 saylı, 04 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apelyasiya şikayəti geri qaytarılması üçün Lerik Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə uyğun olaraq isə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.4.-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. 402.2.1-ci maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267-269, 397 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Lerik Rayon Məhkəməsinin 2(048)-590/2024 saylı, 04 iyul 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialları sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün (apelyasiya şikayəti geri qaytarılması üçün) Lerik Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar