Məhkəmə qərarları › İş №2(106)-187/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-187/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-187/2023 07.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı pul tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə İddiaçı qarşı pul tələbi barədə mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(017)-51/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(017)-51/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Etibar Quliyev) X1 iddia tələbi qismən təmin edilərək Cavabdeh 8322 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 103 manat 22 qəpik məbləğində pul vəsaitinin alınaraq X2 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh X2 qarşı 37240 manat məbləğində pul tələbinə dair iddiasının isə təmin edilməməsi qət edilmişdir. Cavabdeh tərəfindən Ağcabədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(017)- 51/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı birinci instansiya məhkəməsində iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh xeyli müddətdir tanıyır və münasibətləri yaxşı olmuşdur. Cavabdeh müxtəlif vaxtlarda ondan borca pul alıb qaytarmışdır. 30 oktyabr 2020-ci ildə aralarında olan borcla bağlı haqq-hesab çəkildikdən sonra qalıq qalan 20000 manat məbləğində borcla bağlı Cavabdeh qəbz yazıb imzası ilə təsdiq etmiş və özünə məxsus olan **********501677 nömrəli maaş kartını və **********249218 nömrəli pensiya kartını ona verib bildirmişdir ki, borc bağlandıqdan sonra kartlar ona geri qaytarılsın. 2020-ci ilin oktyabr ayından təxminən 2021-ci ilin sentyabr ayına kimi (kartın qarşısı bağlanan kimi) müxtəlif tarixlərdə Ağcabədi rayonu ərazisində yerləşən bankomatlardan Mahirə məxsus iki kartdan cəmi 6000 manat məbləğdə pul vəsaiti çıxarmışdır. Qalan 14000 manat məbləğdə borcu Cavabdeh istəsə də, sonuncu müxtəlif bəhanələr gətirərək ona qaytarmamışdır. Ona görə də, iddiasının təmin edilərək Cavabdeh 14000 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 132 manat pulun alınıb ona verilməsi, Cavabdeh ona qarşı olan qarşılıqlı iddiası üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh izahatında göstərmişdir ki, 2010-cu ildən Şəmistan Hüseynovu tanımış və aralarında münasibətləri normal olmuşdur. Həmişə Şəmistandan müxtəlif vaxtlarda borc pul vəsaiti alıb qaytarmışdır. 2016-cı ildə ona yenidən pul vəsaiti lazım olmuş, buna görə də, İddiaçı ona 1000 manat məbləğdə borc vermişdir ki, aldığı borca dair qəbz yazıb sonuncuya vermişdir. Həmin vaxt pensiya və maaş kartlarını İddiaçı vermiş və bildirmişdir ki, borc bağlananda qaytarsın. Şəmistanın borcunu qaytarmış və kartları geri almışdır. Bundan sonra yenə maaş və pensiya kartlarını verib Şəmistandan 2017-ci ildə 2000 manat, 2018-ci ilin yanvar ayında 1000 manat, 2019-cu ilin yanvar ayında 1000 manat və axırıncı dəfə 2020-ci ilin yanvar ayında 2000 manat məbləğlərdə borc pul vəsaiti almışdır. Həmişə kartların hər ikisi Şəmistanda qalmışdır. xx.xx.2020-ci il tarixdə axşam tərəfi Şəmistan onun yaşadığı Ağcabədi şəhərində yerləşən evinə gəlmiş və onunla getməyi bildirmişdir. Onlar eyni avtomobildə Xocavənd körpüsünün yanına getmiş, həmin vaxt orada iki nəfər kənar şəxsdə olmuşdur. Aralarında olan söhbət zamanı Şəmistan ona demişdir ki, “20000 manat borca dair qəbz yaz ver, yoxsa sənin saxta işlərinə görə prokurora şikayət edəcəyəm”. Bu səbəbdən də, məcbur olub 20000 manat məbləğdə borc pul vəsaiti almasına dair qəbz yazıb imzası ilə təsdiq edərək İddiaçı vermişdir. 2017-ci ildən 2021-ci ilin oktyabr ayına kimi Şəmistan onun maaş və pensiya kartından 44540 manat məbləğində pul çıxarmışdır. Sonra kartların qarşısını özü bağlatmışdır. Təxminən Şəmistandan sələmə götürdüyü borcun məbləği ümumilikdə 7300 manat məbləğ təşkil etmişdir. Şəmistanın ona məxsus iki kartdan borcu qurtardıqdan sonra əlavə çıxardığı 37240 manat məbləğdə pul vəsaiti geri qaytarılmalıdır. Ona görə də, İddiaçı ona qarşı ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbi üzrə iddianın təmin edilərək 37240 manat məbləğində pulun, vəkilə ödənilmiş 500 manat məbləğində pulun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 210 manat məbləğində pulun İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuşdur. Belə ki, məhkəməyə təqdim edilmiş qəbzin məzmunu onun iradə ifadəsini əks etdirmir. O, faktiki olaraq İddiaçı 20000 manat məbləğində deyil, cəmi 6000 manat məbləğdə borc pul vəsaiti almış, lakin 20000 manat məbləğdə borc götürməsi barədə qəbz yazmışdır. Mülki Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Göründüyü kimi, məhkəmə tərəfindən qeyd edilən maddi hüquq normalarının tələbləri pozulmuş, həmin hüquq normaları hazırkı mübahisəyə tədbiq edilməli olduğu halda tədbiq edilməmişdir. Habelə, məhkəmədə o, vəsatətlə müraciət edərək ona məxsus "xxxx" ASC-də və "xxxx" ASC-də mövcud olan maaş kartları və pensiya kartı üzrə (2017-ci ilin yanvar ayından 2021-ci ilin sentyabr ayına kimi olan dövr üzrə) hesaba mədaxil və məxaric olunan vəsaitin məbləği və tarixi, eləcə də nağdlaşdırma əməliyyatlarının tarixi və nağdlaşdırma əməliyyatları zamanı terminallardakı kameralar vasitəsi ilə qeydə alınmış foto və video görüntülərin "xxxx" ASC və "xxxx" ASC-dən götürülməsini xahiş etmişdir. Lakin məhkəmə tərəfindən yalnız bir əmək haqqı kartı və bir pensiya kartı üzrə məlumatlar müvafiq banklardan götürülmüş, digər əmək haqqı kartı üzrə məlumatlar ümumiyyətlə götürülməmiş, həmçinin götürülmüş məlumatlar natamam olmaqla bir kart üzrə 2017-ci ilin yanvar ayından deyil, 2019-cu ilin aprel ayından 16 sentyabr 2021-ci il tarixədək götürülmüşdür. X3 məhkəmədə öz iddiasının məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin dəlillərinə etiraz edərək Ağcabədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(017)-51/2022 saylı qətnaməsinin dəyişdirilmədən, Cavabdeh apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. O, Cavabdeh verdiyi borc pulun qaytarılması müqabilində onda yalnız iki kartın - bir maaş və bir pensiya kartının olmasını bildirmişdir. Digər hər hansı kartın onda olmadığını və bununla bağlı Cavabdeh tərəfindən məhkəməyə heç bir sübutun təqdim edilmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, özü və ya nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası X1 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(017)-51/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Habelə, MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan 30 oktyabr 2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh Şəmistan Hüseynovdan 20000 manat məbləğində pul vəsaiti götürmüşdür. Həmin qəbzdə “27 ay mənim kartım pensiya və massa kartım qalacağı yerinə” sözləri yazılmışdır. İşdə olan “cinayət işi başlanmasının rədd edilməsi barədə” 10 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Cavabdeh 30 sentyabr 2021-ci il tarixdə Ağcabədi rayon polis şöbəsinə müraciət edərək Şəmistan Hüseynovdan 2017-2019-cu illərdə cəmi 7300 manat sələmə pul götürdüyünü, 2017-ci ilin yanvar ayından əmək haqqı və pensiya kartlarının sonuncuda qalmasını, 2020-ci ilin sentyabr ayında kartları qaytarmasa, qarşısını bağlayacağı barədə Şəmistana deməsini, bundan sonra sonucu iki nəfər şəxslə yanına gəlib maşınına mindirib rayondan çıxarmasını, orada ona hədə-qorxu gəlinməsini, onun dediyi formada kağız yazılmalı olduğunu, məcbur olub bunu etməsini bildirmişdir. Aparılmış araşdırma nəticəsində Ağcabədi rayon Polis şöbəsinin icraatında olan HK-1/3033 nömrəli toplanmış materialda cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh İddiaçı ilə aralarında yaranmış mülki xarakterli mübahisə ilə bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli 2(017)-51/2022ci il tarixli qərardadına əsasən Cavabdeh məxsus "xxxx" ASC-də və "xxxx" ASC-də mövcud olan müvafiq olaraq **********501677 nömrəli maaş kartı və **********249218 nömrəli pensiya kartı üzrə (2017-ci ilin yanvar ayından 2021-ci ilin sentyabr ayına kimi olan dövr üzrə) hesaba mədaxil və məxaric olunan vəsaitin məbləği və tarixi, eləcə də nağdlaşdırma əməliyyatlarının tarixi və nağdlaşdırma əməliyyatları zamanı terminallardaki kameralar vasitəsi ilə qeydə alınmış foto və video görüntülərin "xxxx" ASC-dən və "xxxx" ASC-dən götürülməsi qərara alınmışdır. İşdə olan "xxxx" ASC-nin Hüquq Departamentinin 05 aprel 2022-ci il tarixli 414719/2022 nömrəli məktubu ilə Cavabdeh məxsus 4127-2081-2350-1677 nömrəli plastik kart vasitəsilə 2017-ci ilin yanvar ayından 2021-ci ilin sentyabr ayınadək olan dövr ərzində 902 və 939 nömrəli bankomatlar vasitəsilə aparılmış nağdılaşdırma əməliyyatları zamanı qeydə alınmış görüntüləri, teleskop sistemdən çıxarışları və bonkamat ünvanlarına dair məlumatları disk daşıyıcıda Məhkəməyə göndərilmişdir. İşdə olan "xxxx" ASC-nin 24 may 2022-ci il tarixli 157000/2-2968 nömrəli məktubu ilə Cavabdeh istifadəsində olan “416974------9218” nömrəli plastik kartla aparılan əməliyyatlar dair kartın bağlı olduğu hesabdan çıxarış və bankomatla aparılan nağdlaşdırma əməliyyatlarına dair mövcud görüntülər Məhkəməyə göndərilmişdir. "xxxx" ASC tərəfindən verilmiş, Cavabdeh istifadəsində olan “416974------9218” nömrəli plastik kartla aparılan əməliyyatlar dair kartın bağlı olduğu hesabdan çıxarış və bankomatla aparılan nağdlaşdırma əməliyyatlarına dair görüntülərdən görünür ki, Cavabdeh istifadəsində olan “416974------9218” nömrəli plastik kartdan 26 aprel 2019-cu il tarixdən 16 sentyabr 2021-ci il tarixədək olan dövr üzrə İddiaçı tərəfindən bankomatdan 7787 manat məbləğdə pul vəsaiti nağdlaşdırılıb çıxarılmışdır. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş, Cavabdeh məxsus “4127-2081-2350-1677” nömrəli plastik kart vasitəsilə 2017-ci ilin yanvar ayından 2021-ci ilin sentyabr ayınadək olan dövr ərzində 902 və 939 nömrəli bankomatlar vasitəsilə aparılmış nağdlaşdırma əməliyyatları zamanı qeydə alınmış görüntülər və teleskop sistemdən çıxarışlardan görünür ki, İddiaçı tərəfindən 902 nömrəli bankomatdan 3117 manat, 939 nömrəli bankomatdan isə 774 manat məbləğdə pul vəsaiti nağdlaşdırılıb çıxarılmışdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 427.3-cü maddəsinin tələbinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Habelə, MM-in 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. MM-in 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Göründüyü kimi sadalanan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, iş materiallarına əsasən bir tərəfdən “borcverən” İddiaçı, digər tərəfdən isə “borcalan” Cavabdeh olmaqla 20000 manat məbləğində pul vəsaitinə dair borc müqaviləsi bağlanmış və bununla da, tərəflər arasında onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Belə ki, adıçəkilən razılaşmaya əsasən Cavabdeh İddiaçı borca 20000 manat məbləğində pul almış, 2020-ci ilin oktyabr ayının 30-da aralarında olan borcla bağlı qəbz yaılmışdır. Həmin razılaşmadan da aşkar görünür ki, Cavabdeh məxsus maaş və pensiya kartı Şəmistan Hüseynovda qalmışdır. İddiaçı tərəfindən Cavabdeh istifadəsində olan “416974------9218” nömrəli plastik kart vasitəsilə 26 aprel 2019-cu il tarixdən 16 sentyabr 2021-ci il tarixədək olan dövr ərzində bankomatdan 7787 manat; “4127-2081-2350-1677” nömrəli plastik kart vasitəsilə 2017-ci ilin yanvar ayından 2021-ci ilin sentyabr ayınadək olan dövr ərzində 902 və 939 nömrəli bankomatlardan (902 nömrəli bankomatdan 3117 manat, 939 nömrəli bankomatdan isə 774 manat) cəmi 3891 manat məbləğində, ümumilikdə 11678 manat məbləğində pul vəsaitini nağdlaşdıraraq çıxarılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam və hərtərəfli araşdırılmışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab edir. Cavabdeh verdiyi apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Belə ki, o, İddiaçı 20000 manat məbləğdə yox, əslində 6000 manat məbləğdə borc pul vəsaiti almasına dair məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Yaxud məhkəməyə həmin halın araşdırılması üçün heç bir əsaslı vəsatətlə müraciət etməmişdir. Bundan başqa, məhkəmə tərəfindən banklardan yalnız bir əmək haqqı kartı və bir pensiya kartı üzrə məlumatların götürülməsi, ona məxsus digər əmək haqqı kartı (yaxud veteranlıq kartı) üzrə məlumatların isə ümumiyyətlə götürülməməsi, həmçinin digər kartlar üzrə məlumatların dəqiq götürülməməsi barədə apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və hazırkı qətnaməni ləğvinə və ya dəyişdirilməsinə əsas sayıla bilməz. Qeyd edilməlidir ki, Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətinə sadalanan dəlillərə dair əsaslı və mötəbər sübutlar əlavə edilməmiş, hətta müvafiq məlumatların götürülmədiyini iddia etdiyi əmək haqqı yaxud digər kartların mövcudluğu barədə hər hansı sənəd (həmin kartın rekvizitləri və s.) təqdim etməmişdir. İş materiallarına, eləcə də özündə borc münasibətlərini ehtiva edən yazılı razılaşmaya əsasən tərəflər arasında yalnız iki kartın - bir maaş və bir pensiya kartının İddiaçı olması müəyyən edilmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(017)-51/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2(017)-51/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar