Məhkəmə qərarları › İş №2(106)-1872/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1872/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1872/2025 25.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızılın qaytarılması” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2320/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı Cavabdeh qarşı borc ödənilməklə girov qoyulmuş əmlakların geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, “1 İNCİ” Lombard Kredit Təşkilatının Ağdaş filialı ilə onun arasında bağlanmış ********* saylı, xx.xx.2022-ci il tarixli müqavilə üzrə onun cavabdeh təşkilata 194 (945-751=194) manat, ********* saylı, xx.xx.2022-cı il tarixli kredit müqaviləsi üzrə 1580 (2105-525=1580) manat və ********* saylı, xx.xx.2022-cı il tarixli kredit müqaviləsi üzrə isə 1232 (2550-1318=1232) manat olmaqla, cəmi 3006 manat borcun əlavə ödədiyi 400 manat da nəzərə alınaraq ödənilməklə girov müqaviləsi üzrə “1 İNCİ” Lombard Kredit Təşkilatının Ağdaş filialına təhvil verilmiş ümumi çəkisi 109,07 qram olan qızıl-zinət əşyalarının, həmin əşyalar olmadığı təqdirdə isə hazırkı bazar qiyməti ilə dəyərinin cavabdeh “1 İNCİ” Lombard Kredit Təşkilatından alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2320/2025 saylı qətnаməsi ilə (hakim G.Ağayeva) iddia təmin edilməmiş, İddiaçı tərəfindən ödənilmiş 51.60 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi və 9 (doqquz) manatdan ibarət məhkəmə xərcinin İddiaçı tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermiş və İmişli Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(036)-2320/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərkibinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)- 2320/2025 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “qızılın qaytarılması” barədə iddia ərizəsi bаxılmаmış sаxlаnılmalıdır. Məhkəmə tərkibi iş materiallarına baxaraq hesab edir ki, birinci instansiya məhkəməsi tələbin qeyri-müəyyən olması səbəbi ilə iddianın baxılmamış saxlanılması məsələsini müzakirə etməli olduğu halda buna əməl etməmiş, beləliklə də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, iş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı borcun məbləğini formalaşdırarkən üç ayrı kredit müqaviləsi üzrə hesabladığı 3006 manat borcu göstərmiş, eyni zamanda əlavə olaraq 400 manat məbləğin də ona qaytarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsində həmin 3006 və 400 manat məbləğin hansı hüquqi əsasla, hansı müqavilə üzrə, hansı tarixdə və hansı ödənişin tərkib hissəsi kimi ödənildiyi dəqiq göstərilməmişdir. Bu hal iddia tələbinin məbləğ baxımından konkretliyini aradan qaldıraraq, onun qeyri-müəyyən xarakter daşımasına səbəb olmuşdur. Eyni zamanda girov əmlaka münasibətdə də iddia tələbi alternativ xarakter daşımışdır. Belə ki, iddiaçı bir tərəfdən girov müqaviləsi üzrə “1 İNCİ” Lombard Kredit Təşkilatının Ağdaş filialına təhvil verilmiş ümumi çəkisi 109,07 qram olan qızıl-zinət əşyalarının naturada qaytarılmasını, digər tərəfdən isə həmin əşyalar mövcud olmadığı halda onların hazırkı bazar qiyməti ilə dəyərinin ödənilməsini tələb etmişdir. Lakin iddia ərizəsində hansı konkret qızıl-zinət əşyalarının (növü, əyarı, çəkisi üzrə bölgüsü), hansı bazar qiyməti ilə və hansı tarixə uyğun qiymətləndirilmə əsasında tələb edildiyi göstərilməmişdir. Beləliklə, iddia tələbi həm pul tələbi, həm də əmlakın qaytarılması tələbi üzrə obyekti, həcmi və icra üsulu baxımından dəqiq müəyyən edilmədiyindən, məhkəmə tərəfindən həmin tələbin mahiyyəti üzrə baxılması mümkün olmamışdır. Bu isə mülki prosesdə iddia tələbinin müəyyənlik və konkretlik prinsipinə zidd olmaqla, iddianın qeyri-müəyyən hesab edilməsinə hüquqi əsas yaratmışdır. Məhkəmə tərkibi qeyd edir ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 260.4-cü mаddəsinə əsаsən iddia tələbinin bаxılmаmış sаxlаnmаsı üçün səbəb olаn hallar аrаdаn qаldırıldıqdаn sonrа iddiaçı ümumi qаydаdа ərizə ilə məhkəməyə yenidən mürаciət etməyə hаqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2320/2025 saylı qətnаməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı “qızılın qaytarılması” barədə iddia ərizəsi bаxılmаmış sаxlаnılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402- 403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-2320/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “qızılın qaytarılması” barədə iddia ərizəsi bаxılmаmış sаxlаnılsın. İddiaçı izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar