Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1873/2023 28.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh, Zamin qarşı borcun tutuması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(020)-1486/2023 nömrəli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cəmi borcu 4567.50 (dörd min beş yüz altmış yeddi ABŞ dolları 50 sent) ABŞ dolları - bundan 1024.42 (bir min iyirmi dörd ABŞ dolları 42 sent) ABŞ dolları əsas, 534.05 (beş yüz otuz dörd ABŞ dolları 05 sent) ABŞ dolları faiz, 2862.45 (iki min səkkiz yüz altmış iki ABŞ dolları 45 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 146.58 (bir yüz qırx altı ABŞ dolları 58 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 97.65 (doxsan yeddi Manat 65 qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(020)-1486/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1024.42 (bir min iyirmi dörd ABŞ dolları qırx iki sent) ABŞ dolları əsas, 534.05 (beş yüz otuz dörd ABŞ dolları beş sent) ABŞ dolları faiz, 30 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 146.58 (bir yüz qırx altı ABŞ dolları 58 sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 1735.05 (min yeddi yüz otuz beş dollar beş sent) ABŞ dolları (azərbaycan manatı ekvivalentində) və iş üzrə ödənilmiş 43.35 (qırx üç manat otuz beş qəpik) manat dövlət rüsumunun alınıb ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, dövlət rüsumuna görə 54.30 (əlli dörd manat otuz qəpik) manatın iddiaçıya aid edilməsi iddianın cavabdeh Zamin qarşı rədd edilməsi qət edilmişdir. Qətnamədən ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayəti vermişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayətinin Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna uyğun şəkildə tərtib olunmaması ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-nin hazırda qüvvədə olan 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Bundan başqa, apellyasiya şikayətinin formasını tənzimləyən Azərbaycan Respublikasının MPM-nin 2 saylı əlavəsində təsbit olunmuşdur ki, apellyasiya şikayətində apellyasiya şikayəti verən şəxsin və ya onun nümayəndəsinin, vəkilinin (olduğu halda) imzası olmalı, şikayət hüquqi şəxs tərəfindən verildikdə apellyasiya şikayəti onu imzalamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq olunmalıdır. Kollegiya verilmiş apellyasiya şikayətini tədqiq edərək qeyd edir ki, İddiaçı ASC-nin şikayətində apellyasiya şikayətinin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, şikayətində qətnamənin hansı hissədə ləğv edilməsini konkret olaraq qeyd etməmişdir. Eyni zamanda şikayət ləğvetmə prosesində olan İddiaçı ASC-nin ləğvedicisi adından verildiyi halda, ləğv prosesində olan İddiaçı ASC-nin elektron imzası ilə imzalanmış, şikayətə şikayət vermək hüququna malik olan hüquqi şəxsin möhürü vurulmamışdır. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırkı mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1-1 maddəsinin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şirvan Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qanunvericiliyin mənasındanda görünür ki, hazırkı apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi barədə qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Beyləqan Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(020)-1486/2023 nömrəli qətnaməsindən ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qərardad rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1873/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1873/2023
28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver