Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1880/2022 18.10.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Beyləqan Rayon Мəhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" X9 Cəmiyyətinin (ATSC-nin) Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Beyləqan Rayon Мəhkəməsinin (hakim S.Seyfullayev) 15 mart 2022-ci il tarixli qətnaməsi ilə "xxxx" ATSC-nin iddiası təmin edilmiş, Cavabdeh 18.715,0 (on səkkiz min yeddi yüz on beş) manat məbləğində pulun alınaraq "xxxx" ATSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları "xxxx" ATSC iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş ziyanla bağlı 18.715,0 (on səkkiz min yeddi yüz on beş) manat məbləğində pul tutulmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 14 yanvar 2015-ci ildən "xxxx" ATSC-nin təchizat və satış şöbəsində sürücü-ekspeditor vəzifəsində işləmişdir. Onunla xx.xx.2015-ci il tarixli, 01 saylı və xx.xx.2016-cı il tarixli, 10 saylı, xx.xx.2017-ci il tarixli, 07 saylı, xx.xx.2017-ci il tarixli, 21 saylı, xx.xx.2021-ci il tarixli, 03 saylı tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Müqavilələrin tələblərinə görə, Cavabdeh cəmiyyətdə işlədiyi və ona etibar edilmiş maddi sərvətlərin saxlandığı bütün dövr ərzində ona etibar olunmuş avtomaşının, eləcə də məhsulların və satışdan əldə edilən pulların qorunubsaxlanılmasna, pulun ATCS-nin xəzinədarlığına təhvil verilməsinə cavabdeh olmaqla yanaşı, tam maddi məsuliyyət daşımışdır. 15 yanvar 2015-ci ildən 27 mart 2017-ci ilədək olan müddətdə, müvafiq sənədlərlə (qaimə və s.) cavabdehə satış məqsədi ilə ümumilikdə 468952,98 (dörd yüz altmış səkkiz min doqquz yüz əlli iki manat doxsan səkkiz qəpik) manat dəyərində alkoqollu içkilər verilmiş, lakin onun tərəfindən həmin malların 18.715,0 (on səkkiz min yeddi yüz on beş) manat məbləğində olan hissəsi ATSC-nin xəzinədarlığına ödənilməmişdir. Cavabdehə həmin borcun ödənilməsi barədə dəfələrlə istər yazılı, istərsə də şifahi müraciətlər olunmasına baxmayaraq borcun ödənilməsi təmin olunmamışdır. Birinci instansiya məhkəməsində cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 iddianı qəbul etməmiş, izahatında bildirmişdir ki, əri Cavabdeh 2015-ci il tarixdən 2021-ci ilin noyabr ayının 10-a qədər həmin zavodda ekspeditor kimi işləmişdir. 2015-2017-ci illərdə Bakı və Sumqayıt ərazisində işlədiyi üçün satış pullarını axşam zavoda kassaya təhvil verərək mədaxil çeklərini alıb özündə saxlamışdır. Rayonda işləməyə başladıqdan sonra isə satış pullarını “Milliön”, “E-manat”, “Azərpoçt” və bank xidmətlərindən istifadə edərək maddi-məsul şəxsin adına göndərmişdir. Ödəniş etdiyi çeklərin surətini də, məhkəməyə təqdim etmişdir. Əlində olan çeklərin ödəniş vaxtından çox illər keçdiyi üçün çoxunun rəngi solaraq ağ kağız parçası kimi olmuşdur. Zavodun muhasibatlığı həmin bu çeklərin qeydiyyatı haqda iddia ərizəsində məlumat verməmişdir. Bu çeklərin (2017-2021 illərdə) yoxlanmasını və mühasibatlıqda qeydə alınmasını məhkəmədən xahiş etmişdir. Hansı səbəbə görə onun 2017-ci ildən sonrakı fəaliyyəti haqqında məlumat verməyiblər. 2017-ci ildən sonra fəaliyyətini təsdiq edən sənədləri də məhkəməyə təqdim etmişdir. 2019-cu il tarixdən rəhbərlikdə direktor dəyişikliyi edilərkən zavodda işləyən ekspeditorların hamısı audit tərəfindən yoxlanılmışdır. Həmin audit sənədlərinin hər biri zavdun arxivində vardır. Təhvil-təslim vaxtı onların pulları yoxlanıldı və onun zavoda borcunun olmadığı bildirildi. 2021-ci ildə Qax rayonunda zavodun soklarının satışı ilə məşğul olmuş, onun ödənişləri də iddia ərizəsində qeyd edilməmişdir. Həmin sokların geri qayıdan vaxtı keçmiş malları həyətində qalmışdır. Zavodun məsul şəxslərinə bununla bağlı bir neçə dəfə məlumat verilməsinə baxmayaraq, onlar həmin sokları geri almamışlar. Cavabdeh borclarını rayonlardan banklar və digər ödəniş terminalları vasitəsi ilə etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 1096.1, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, borcunun olmaması və iddia müddətinin keçməsi ilə bağlı iddiaçının pul tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, cavabdehin zavoda heç bir borcu yoxdur. Cavabdeh şikayətində göstərmişdir ki, işlədiyi müddət ərzində ona bir dəfə də olsun borcunun olması barədə xəbərdarlıq edilməmişdir. İddiaçı ərizəsində cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edildiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Borcu olsaydı yəqin ki, xəbərdarlıq olunardı. Bundan əlavə 2019-cu ildə zavod rəhbərliyində dəyişiklik olan zaman audit yoxlaması keçirilmiş ekspeditorların fəaliyyəti yoxlanılmış Cavabdeh həmin vaxt zavoda heç bir borcunun olmadığı müəyyən edilmişdir. Həmin audit sənədləri zavodun arxivində saxlanılır. Cavabdehin nümayəndəsi tərəfindən audit sənədi ilə bağlı zavoda müraciət edilsə də, onun müraciətinə belə baxılmamışdır. Məhkəmə tərəfindən müqavilələrə istinad edilsə də, Cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq hansı malları hansı sənəd əsasında qəbul etdiyinə aydınlıq gətirilməmişdir. Halbuki qəbul edilmiş mallar qaimə-faktura və yaxud müvafiq sənəd əsasında sənədləşdirilməli idi. Bundan əlavə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş ödəniş çekləri araşdırılmamış, məhkəmə tərəfindən mülahizələrə əsaslanan qətnamə qəbul edilmişdir. Halbuki, məhkəmə öz qətnaməsini əsaslandırmalı idi. Eyni zamanda, cavabdeh 10 noyabr 2021-ci il tarixə kimi zavodda rəsmi işçi olmuşdur. Öz ərizəsi əsasında işdən çıxmışdır. Hər ay işçi kimi əmək haqqı almışdır. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi iə bağlı ərizəyə münasibət bildirməmişdir. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ATSC-nin təmsilçisi apellyasiya baxışında iştirak etməmişdir. İddiaçı tərəf apellyasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin əsassız olduğunu bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri və arqumentləri birinci instansiya məhkəməsində onun nümayəndəsi olmuş X3 izahatı ilə uzlaşmır. Belə ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatında "xxxx" ATSC-yə ödənilməli olan pul vəsaitlərini müvafiq terminallar vasitəsilə Cəmiyyətin maddi-məsul şəxsinin adına göndərildiyini, bununla bağlı olan Bank sənədlərinin üstündən xeyli zaman keçməsi səbəbindən solğunlaşdığını qeyd edərək, faktiki olaraq borcunu etiraf etmişdir. Lakin nümayəndə iddiaya etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətində cavabdeh ümumiyyətlə borcunun olmadığına istinad etmiş, bununla bağlı subyektiv mülahizələrini şikayətdə qeyd etmişdir. Cavabdeh iddia müddətinin keçməsi barədə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etdiyini və birinci instansiya məhkəməsinin buna qiymət vermədiyini bildirsə də, müəyyən edilir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı "xxxx" ATSC 2001-ci ildən qeydiyyatdan keçmişdir, təşkilati-hüquqi formasına görə açıq səhmdar cəmiyyətidir. Cavabdeh 14 yanvar 2015-ci ildən 10 noyabr 2021-ci ilədək "xxxx" ATSC-nin təchizat və satış şöbəsində sürücü-ekspeditor vəzifəsində işləmişdir. Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilələr imzalanmışdır: xx.xx.2015-ci il tarixdə bağlanmış müqaviləyə görə, Cavabdeh Hundai HD 65 markalı, ** FX *** dövlət qeydiyyat nömrəli maşının ekspeditoru təyin edilmiş, qəbul etdiyi hazır məhsulların lazımı obyektə çatdırılmasını təmin etməyə, məhsulların qorunub saxlanılmasına və satışından əldə etdiyi pulların qorunub saxlanılmasına cavabdehdir və tam maddi məsuliyyət daşıyır. xx.xx.2016-ci il tarixdə bağlanmış müqaviləyə görə, Cavabdeh Hundai HD 65 markalı, ** FX *** dövlət qeydiyyat nömrəli maşının ekspeditoru kimi təyin edilmiş, qəbul etdiyi hazır məhsulların lazımi obyektə çatdırılmasını təmin etməyə, məhsulların qorunub saxlanılmasına və satışından əldə etdiyi pulların qorunub saxlanılmasına cavabdehdir və tam maddi məsuliyyət daşıyır. xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, Cavabdeh İsuzu Yük markalı, ** MN *** dövlət qeydiyyat nömrəli maşının ekspeditoru kimi təyin edilmiş, qəbul etdiyi hazır məhsulların lazımı obyektə çatdırılmasını təmin etməyə, məhsulların qorunub saxlanılmasına və satışından əldə etdiyi pulların qorunub saxlanılmasına cavabdehdir və tam maddi məsuliyyət daşıyır. “xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, Cavabdeh Ford-Tranzit markalı, ** JR *** dövlət qeydiyyat nömrəli maşının ekspeditoru kimi təyin edilmiş, qəbul etdiyi hazır məhsulların lazımı obyektə çatdırılmasını təmin etməyə, məhsulların qorunub saxlanılmasına, satışından əldə etdiyi pulların qorunub saxlanılmasına və həmin pulların cəmiyyətin xəzinadarlığına təhvil verilməsinə cavabdehdir və tam maddi məsuliyyət daşıyır. İddiaçı, tam maddi məsuliyyət haqqında müqavilələrə əsaslanaraq cavabdehdən ziyanın ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Əmək Məcəlləsinin 192-ci maddəsinin tələblərinə görə tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. İşçinin tam maddi məsuliyyətini tənzimləyən Əmək Məcəlləsinin 199-cu maddəsinə görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə və sair. Kollegiya qeyd edir ki, vurulmuş ziyan tələb edildiyi halda, mövcud ziyan ortada olmalı, ziyan cavabdeh tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Qanunun tələbinə görə, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. (Əmək Məcəlləsinin 203-cü maddəsi). Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam və hərtərəfli yoxlanılmamış, mövcud ziyanın cavabdeh tərəfindən vurulması, onun təqsirli hərəkətinin olub-olmaması aydınlaşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddianı sübut etmək, mövcud ziyanın cavabdeh tərəfindən vurulduğunu sübutetmə vəzifəsi iddiaçının üzərindədir. İddiaçı ona dəyən ziyanı tələb edərkən məhsulların siyahısı üzrə xx.xx.2020-ci il tarixli və ödənişlər üzrə tarixsiz olan kompüterdən çıxarışları təqdim etmişdir Birinci instansiya məhkəməsi həmin sənədləri sübut qismində qəbul etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, düzgün olmayan nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh tərəf etirazında, onun tərəfindən ziyan vurulmadığını iddia edir. İddiaçının təqdim etdiyi, İdarə heyətinin sədri və baş mühasib tərəfindən imzalanan, ziyanın miqdarını əks etdirən sənədlərdə Cavabdeh imzası yoxdur. İşin hallarından görünür ki, cavabdeh ATSC-də 14 yanvar 2015-ci ildən 10 noyabr 2021-ci ilədək işlədiyi müddətdə məhsulları satış məntəqələrinə vermiş, satış pullarını ayrı-ayrı vaxtlarda ödəmişdir. Lakin malların Cavabdeh təhvil verildiyi müəyyən edilmir. Eləcə də Cavabdeh təhvil verilən, hesabat müddətinin sonunda, yaxud işdən azad olunarkən satılan və qalıq qismində qalan mallarını siyaısı, miqdarı barədə sübut, üzləşmə aktları, belə siyahılar olduğu halda onların məsul şəxsin imzası ilə təsdiq edilməsi barədə sübut təqdim edilməmişdir. Malların çatışmazlığı aşkar edildiyi halda, bunun məsul şəxs olan Cavabdeh diqqətinə çatdırılması barədə sübut təqdim edilməmiş, çatışmazlıq barədə məsul şəxsin yazılı izahatı alınmamışdır. Apellyasiya baxışında "xxxx" ATSC-yə sorğu edilmiş, səhmdar cəmiyyətindən malların Cavabdeh təhvil verilməsi haqqında aktlar, qarşılıqlı üzləşmə aktı, keçirildiyi halda müvafiq audit yoxlamasının nəticələri barədə müvafiq akt, Cavabdeh izahat alındığı halda onun ilkin izahatı, "xxxx" ATSC-nin mövcud nizamnaməsinin 12-ci maddəsinə uyğun olaraq yaradılmış təftiş komissiyasının, mövcud olduğu halda 2017-ci ilə qədər olan yoxlamasının nəticələri barədə müvafiq arayış tələb edilmişdir. ATSC tərəfindən malların Cavabdeh təhvil verilməsi haqqında aktlar, qarşılıqlı üzləşmə aktı, Cavabdeh ilkin izahatı təqdim edilməmişdir. ATSC tərəfindən təqdim edilmiş maliyyə-təsərrüfat fəaliyyətinin hesabatlarda pozuntulara yol verildiyi müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, iddiaçının əsaslandığı və məhkəmənin sübut kimi istinad etdiyi aktlar iddianı təmin etmək üçün yetərli deyil. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya hesab edir ki, iddiaçı ATSC yoxlama nəticələrinə dair arayışlarla malların cavabdehə təhvil verildiyini, onun məsul olduğu vaxtda və onun təqsiri ilə mallarda, yaxud pul vəsaitində çatışmazlıq yarandığını sübuta yetirə bilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişdir, ona görə iddianın təmin edilməsi barədə məhkəmənin qənaəti əsassızdır. Beləliklə, apellyasiya şikayətini təmin etmək üçün əsas vardır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Apellyasiya şikayəti təmin edildiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq iddiaçı ATSC-dən 74 manat tutulub Cavabdeh verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Мəhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(020)-87/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ATSC-nin Cavabdeh qarşı 18.715,0 (on səkkiz min yeddi yüz on beş) manat məbləğində pul tələbinə dair iddiası təmin edilməsin. "xxxx" X9 Cəmiyyətindən 74 manat tutulub Cavabdeh ödənilsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(106)-1880/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1880/2022
18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver