Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1883/2025 03.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, digər hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı LPO Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndəsi Nümayəndə iştirakı ilə, Astara Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli 2(018)-901/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxıb M Ü Ə Y Y Ə N E T D İ: 16 aprel 2010-cu il tarixli 111 nömrəli Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 180 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 131550 manat məbləğdə kredit verilmişdir. 16 aprel 2010-cu il tarixli 111/1 nömrəli İpoteka müqaviləsindən görünür ki, 16 aprel 2010-cu il tarixdə İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 111 saylı kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən və X3 ayrılmış 131550 manat məbləğində kreditin təminatı üçün ipoteka verən şəxsi mülkiyyətində olan mənzili ipteka qoyur. İpoteka qoyulan Cavabdeh Əlikram qızına məxsus ünvan 1 ünvanda yerləşən binanın A blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 73 saylı mənzildir. xx.xx.2010-cu il tarixli 147/R saylı nömrəli müqavilədən görünür ki, "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış bu müqavilənin predmeti İcraçının tikintisini həyata keçirdiyi 16 mərtəbəli, çoxmənzilli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətlə alıcıya satmasından, alıcının isə aldığı mənzilin dəyərini müəyyən edilmiş müddətdə ödəməsindən ibarət olmuşdur. Kreditin ödənilməsi cədvəlindən görünür ki, 16 aprel 2025-ci il tarixə Cavabdeh tərəfindən İddiaçıASC-yə 131550.81 manat əsas, 183.792.99 manat faiz borcu olmaqla, cəmi 315343.80 manat məbləğində borc ödənilməlidir. 22 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2010-cu il tarixli ******************** saylı Kredit müqaviləsi üzrə 08 yanvar 2025-ci il tarixinə yaranmış 57018.25 (əlli yeddi min on səkkiz manat, 25 qəpik) manat əsas, 87401.50 (səksən yeddi min dörd yüz bir manat, 50 qəpik) manat faiz, cəmi 144419.75 (yüz qırx dörd min dörd yüz on doqquz manat, 75 qəpik) manat borcu vardır. 22 yanvar 2025-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydalarına əməl edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı Qərarından görünür ki, İddiaçı ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Mərkəzləşdirilmiş Kredit Reyestrindən Çıxarışdan görünür ki, 10 aprel 2025-ci il tarixə Cavabdeh aktiv kreditlərinin cəmi qalıq vəsaiti bölməsində məbləğ, kreditlərin sayı, kredit şirkətlərinin sayı 0 olaraq göstərilir. 24 yanvar 2014-cü il tarixli 1783/KD nömrəli nəğd ödəniş üçün elandan görünür ki, Cavabdeh Əliəkrəm qızı tərəfindən ipoteka krediti üçün aylıq annuitet ödəniş 15000 manat İddiaçı ASC-nin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2025-ci il tarixli 4/1356 saylı Ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 100-103-cü vərəqlərində olan 16 aprel 2010-cu il tarixli 111 nömrəli Kredit müqaviləsinin 4-cü vərəqində "Kreditor Cavabdeh Əliekram qızı qrafasından aşağıda yerləşən imza, 98-99-cu vərəqlərində olan 16 aprel 2010-cu il tarixli 111/1 nömrəli İpoteka müqaviləsinin 2-ci vərəqində "Borc alan" va "İpoteka verən qrafalarındakı imzalar: 90-92-ci vərəqlərində olan 16 aprel 2010-cu il tarixli 147/R nömrəli müqavilənin 1-2-ci vərəqlərinin aşağı sağ hissələrdəki imzalar, 3-cü vərəqində "Alıcı qrafasından aşağıda “Cavabdeh” yazıları qarşısındakı imza, 85-ci vərəqində olan 24 yanvar 2014-cü il tarixli 1783/KD nömrəli Nağd ödəniş üçün elanda "Ödəyənin imzası" grafasındakı imza - Cavabdeh Əliakram qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İDDİATƏLƏBİ: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il tarixli 111 saylı kredit müqaviləsi üzrə 57018.25 (əlli yeddi min on səkkiz manat, 25 qəpik) manat əsas, 87401.50 (səksən yeddi min dörd yüz bir manat, 50 qəpik) manat faiz, cəmi 144419.75 (yüz qırx dörd min dörd yüz on doqquz manat, 75 qəpik) manat borcun və 435 (dörd yüz otuz beş) manat dövlət rüsumu və 2.18 manat dövlət rüsumu üçün çıxılmış komissiyanın Cavabdeh Əlikram qızından tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən binanın B blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahədən ibarət 3 otaqlı 73 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və əmlakın satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh Əlikram qızından tutulması, əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin əmlakın boşaldılaraq alıcıya təhvil verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh Əlikram qızı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 111 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (yüz səksən) ay müddətinə 131550 (yüz otuz bir min beş yüz əlli) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh Əlikram qızı arasında xx.xx.2010-cu il tarixli 147/R saylı bağlanmış müqavilə əsasında Cavabdeh Əlikram qızının sərəncamında olan və kredit hesabına alınmış ünvan 1 ünvanda yerləşən binanın B blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahədən ibarət 3 otaqlı 73 saylı mənzil ipotekaya qoyulmuşdur. ünvan 1 ünvanında yerləşən binanın B blokunun 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahədən ibarət 3 otaqlı 73 saylı mənzilin ipotekaya qoyulması barədə bank ilə Cavabdeh Əlikram qızı arasında xx.xx.2010-cu il tarixli 111/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə müraciət olunmasına, habelə 12- 5/2-T21-1010/2025 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Əlikram qızının xx.xx.2025-ci il tarixə xx.xx.2010-cu il tarixli 111 saylı kredit müqaviləsi üzrə cəmi borcu 144419.75 (yüz qırx dörd min dörd yüz on doqquz manat, 75 qəpik) manat təşkil edir. Bundan 57018.25 (əlli yeddi min on səkkiz manat, 25 qəpik) manat əsas, 87401.50 (səksən yeddi min dörd yüz bir manat, 50 qəpik) manat faiz borcu təşkil edir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Astara Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəfiqə Meybullayeva) iddia tələbi təmin edilməmiş, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 435 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 138 manat pulun İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Qətnamədən İddiaçı LPO ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit borcunu təsdiq edən İddiaçı ASC ilə Cavabdeh Əlikram qızı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 111 saylı kredit müqaviləsi, xx.xx.2010-cu il tarixli 111/1 saylı ipoteka müqaviləsi və "xxxx" MTK ilə Cavabdeh Əlikram qızı arasında xx.xx.2010-cu il tarixli 147/R saylı bağlanmış müqavilə və digər kredit sənədləri iddia ərizəsinə qoşma edilərək göndərilmişdir. Eyni zamanda kredit borcunu təsdiq edən digər sənəd olan - cavabdehə aid ödənişləri əhatə edən cavabdehin bankda olan 08121 21000 02404 50000 nömrəli hesab üzrə hesabdan çıxarış məhkəməyə təqdim edilmişdir. Apellyasiya şikayətinə qoşma edilən çıxarışdan görünür ki, bankın kassasında xx.xx.2010-cu il tarixdə günün əvvəlində 286389.68 manat məbləğ olmuş və məxaric mədaxillərdən sonra günün sonuna 801555.92 manat qalmışdır və həmin çıxarışın doqquzuncu səhifəsində 08121 21000 02404 50000 nömrəli hesab üçün “Ulviyye” adına 131550 manat kassadan məxaric edilmişdir. Məhkəməyə xx.xx.2013-cü il tarixli 155.000 manat məbləğli, xx.xx.2012-ci il tarixli 10.000 manat məbləğli və xx.xx.2012-ci il tarixli 10.000 manat məbləğli ödəniş qəbzləri təqdim edilir. Təqdim olunan ödəniş qəbzlərindən göründüyü kimi bütün ödənişlərin təyinatı: ssuda və faizin ödənilməsi kimi qeyd edilmiş və 08121 21000 02404 50000 nömrəli hesab vasitəsilə həyata keçirilmişdir. Bütün ödənişlər Cavabdeh Əlikram qızının bankdan aldığı kredit üzrə əsas və faiz borcları üzrə silinmişdir. Cavabdeh Əlikram qızı tərəfindən ödənişlərin həyata keçirilməsi borcun etirafıdır, cavabdeh tərəfindən kredit götürülmüşdür ki, ödənişlər də həyata keçirilmişdir. Cavabdeh Əlikram qızına bank tərəfindən xx.xx.2010-cu il tarixdə 131550 manat dəyərində mənzilin alınması üçün kredit verilmişdir və hesabdan çıxarışda öz əksini tapmış məbləğlər də yuxarıda qeyd edildiyi kimi 2010-cu il tarixindən cavabdeh tərəfindən banka kredit borcu üzrə ödənilmişdir. Təqdim edilən ödəniş qəbzlərində ödənişlərin təyinatı açıq-aşkar qeyd olunmuşdur. Həmin mədaxil qəbzlərində göstərilən məlumatların hesabdan çıxarışda öz əksini tapması da hesabdan çıxarışın düzgünlüyünü və mötəbərliyini təsdiq edir. Belə ki, məhkəməyə təqdim edilən qəbzlərin ödənişin təyinatından da göründüyü kimi ödəniş ssuda və faizin ödənilməsi üçün həyata keçirilmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, “cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Mərkəzləşdirilmiş Kredit Reyestrindən Çıxarışdan bəlli olmuşdur ki, cavabdehin krediti olmasına dair məlumat aşkar edilmir. İddiaçı isə qeyd edilən halların əksi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişdir.” Cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri əks etdirən hesabdan çıxarışdan və Azərbaycan Kredit Bürosundan çıxarışlarda da 08121 21000 02404 50000 nömrəli hesab üzrə görünür ki, xx.xx.2010-cu il tarixdə 131550 manat məbləğində kredit vəsaiti ayrılmış və cavabdeh tərəfindən ödənişlər həyata keçirilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, oxşar işlər üzrə bankdan ayrılmış vəsait hesabına əmlakın alınması məqsədilə müştəri ilə "xxxx" MTK arasında bağlanmış müqavilələr üzrə iddia tələblərinin təmin edildiyi məhkəmə qərarları mövcuddur. Belə ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin İddiaçı LPO ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması X2 qarşı iş üzrə xx.xx.2021-ci il tarixli 2(011)- 7348/2021 saylı qərarına əsasən iddia tələbi təmin edilmiş və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Bundan başqa, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması X1 qarşı Bakı şəhəri Səbail Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qətnaməyə əsasən də iddia tələbi təmin edilmişdir. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “mülki iş üzrə təqdim edilmiş ekspert rəyi ilə iddiaçı tərəfindən borcun tələb edilməsinə əsas olmuş xx.xx.2010-cu il tarixli 111 saylı Kredit müqaviləsinin X4 tərəfindən imzalanmadığı, həmçinin iddiaçı tərəfindən təqdim edilən, ipoteka müqaviləsi, nəğd ödəniş edilməsi barədə qəbz, alğı-satqı müqaviləsindəki imzaların cavabdeh tərəfindən icra olunmadığı müəyyən edilmişdir.” İddiaçı ASC ilə Cavabdeh Əlikram qızı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 111 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (yüz səksən) ay müddətinə 131550 (yüz otuz bir min beş yüz əlli) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh Əlikram qızı arasında xx.xx.2010-cu il tarixli 147/R saylı bağlanmış müqavilə əsasında Cavabdeh Əlikram qızının sərəncamında olan və kredit hesabına alınmış ünvan 1 ünvanında yerləşən binanın B-cü blokunda 11-ci mərtəbəsində istifadədə olan 149 kv.m ümumi sahəsindən ibarət 3 otaqlı 73 saylı mənzil ipotekaya qoyulmuşdur. Həmin mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh Əlikram qızı arasında xx.xx.2010-cu il tarixli 111/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bankın kassasından vəsait çıxmışdır və məhkəmə tərəfindən işin tam araşdırılması üçün kreditin mövcud olub-olmamasının müəyyən edilməsinə görə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Qeyd edilənlər nəzərə alaraq hesab edir ki, iddia ərizəsi üzrə çıxarılan qətnamənin nəticəsindən aslı olmayaraq, xx.xx.2010-cu il tarixli 111 saylı kredit və xx.xx.2010-cu il tarixli 111/1 saylı ipoteka (girov) müqavilələrin cavabdehin yerinə kim tərəfindən imzalanması, kredit müqaviləsi üzrə ödənişlərin kim tərəfindən aparılması araşdırılmalı və verilmiş 131550 (yüz otuz bir min beş yüz əlli) manat məbləğində vəsaitin kim tərəfindən mənimsənilməsini dəqiq müəyyən etməyə ehtiyac vardır. TƏRƏFLƏRİNİZAHATLARİ: İddiaçı LPO ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, "xxxx" MTK tərəfindən inşa edilmiş mənzilin alınması məqsədilə Cavabdeh adına kredit rəsmiləşdirilmişdir. Kredit müqaviləsi üzrə müəyyən ödənişlər həyata keçirilsə də, borc öhdəliyi tam icra edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə ekspertizası zamanı Cavabdeh kredit götürmədiyini və qeyd olunan mənzili almadığını bildirmişdir. Lakin iş materiallarından görünür ki, bankın fəaliyyətdə olduğu dövrdə bəzi kreditlər bank əməkdaşları ilə, o cümlədən əməkdaşların həyat yoldaşlarının adına rəsmiləşdirilmişdir. Mübahisəli kredit də bank əməkdaşı X6 arvadı Cavabdeh adına verilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, kredit vəsaitinin verilməsi ilə bağlı kassa məxaric orderi X9 tərəfindən imzalanmışdır. Hesab edir ki, X9 üçüncü şəxs qismində işə cəlb edilməlidir. Həmin dövrdə o, bankın Astara filialının müdiri vəzifəsində çalışmışdır. Kreditin rəsmiləşdirilməsi zamanı borcalan kimi göstərilən Cavabdeh bankın baş ofisinə gəlməmiş, sənədlər isə onun adından həyat yoldaşı tərəfindən imzalanmışdır. Eyni zamanda, mübahisəli mənzildə faktiki kimin yaşamasının müəyyən edilməsi məqsədilə "xxxx" MTKya sorğu göndərilmiş və daxil olmuş cavab məktubunda həmin mənzildə Cavabdeh yaşadığı bildirilmişdir. Buna baxmayaraq, o, məhkəmədə mənzillə və kreditlə bağlı hər hansı məlumatının olmadığını göstərmişdir. İş materialları göstərir ki, kredit ödənişləri də məhz X9 tərəfindən həyata keçirilmişdir. X9 2018-ci ildə bank sistemindən işdən azad edilmişdir. Hesab edir ki, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilməli və mənzilin hansı vəsait hesabına alınması ilə bağlı hallar aydınlaşdırılmalıdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376cı maddəsinə əsasən Cavabdeh iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. TƏLƏBİN QANUNİ ƏSASİ: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 6.2 və 6.3-cü maddələrinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. MM-in 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-in 324-cü maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. MM-in 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-in 359-cu maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. MM-in 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Belə ki, məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, 16 aprel 2010-cu il tarixli 111 nömrəli kredit müqaviləsi hüquqi baxımdan etibarsız əqddir və iddiaçının həmin müqavilədən irəli gələn öhdəliklərə əsaslanan iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 avqust 2025-ci il tarixli 4/1356 saylı ekspert rəyinə əsasən məhkəmə tərkibi belə qənaətə gəlir ki, mübahisəli kredit müqaviləsi Cavabdeh tərəfindən imzalanması iş materialları ilə təsdiq edilmir. Bu fakt həm də İddiaçı LPO ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında vermiş olduğu izahatlarda da öz təsdiqini tapır. Belə olan halda, müqavilənin Cavabdeh tərəfindən imzalanmaması faktı onun müqavilə üzrə mülki hüquq və öhdəliklərin yaranmamasına da səbəb olur. Belə ki, imza Cavabdeh tərəfindən icra edilmədiyindən o müqavilənin tərəfi kimi qiymətləndirilə bilməz. Qeyd edilən hallar onu göstərir ki, Cavabdeh mübahisəli kredit müqaviləsinin bağlanmasına yönəlmiş iradə ifadəsi mövcud olmamışdır. Bu isə müqavilənin həmin şəxs üçün hüquqi nəticələr doğurmamasına, yəni onun müqavilənin tərəfi kimi tanınmasının mümkün olmamasına səbəb olur. Belə ki, şəxs yalnız öz iradəsi ilə bağladığı əqdlər üzrə hüquq və öhdəliklər daşıya bilər və iradə ifadəsi olmadan şəxsə hər hansı mülki-hüquqi məsuliyyətin yüklənməsi yolverilməzdir. Məhkəmə tərkibi hesab edir ki, bank tərəfindən müqavilənin bağlanması zamanı borcalanın şəxsiyyətinin və iradəsinin düzgün müəyyən edilməməsi, eləcə də müqavilə üzrə imzanın həqiqiliyinin yoxlanılmaması bankın kommersiya riskləri sferasına aid olub, bu risklərin nəticələri üçüncü şəxsin üzərinə qoyula bilməz. Məhkəmə tərkibi əsaslı olaraq belə qənaətə gəlir ki, Cavabdeh mübahisəli kredit müqaviləsinin tərəfi olmadığından, həmin müqavilədən irəli gələn mülki hüquq və öhdəliklər onun üçün yaranmamış və iddiaçının bu müqaviləyə əsaslanan tələblərinin təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Bundan başqa, MPM-in 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 386, 392-393 və 402-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli 2(018)-901/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1883/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1883/2025
03.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver