Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1885/2023 14.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(036)-1589/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 14.440 manat məbləğində pulun və 134 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci ildə saat 5 radələrində iş zamanı elevator onun qolunu qoparmış və xəsarət aldığından sol qolu amputasiya olunmuşdur. Əmək qabiliyyətini 80% ömürlük itirdiyinə görə ona İİ qrup əlillik təyin edilmişdir. İşəgötürən tərəfindən iddiaçıya hər ay 150 manat əmək haqqının 80 faizi, ödənc kimi isə 120 manat müəyyən olunmuşdur. Şirkətin direktoru xx.xx.2017-ci ildə "xxxx" MMC-nin fəaliyyətinin dayandırdığını bildirmişdir. Ona görə də ona verilən müavinət sentyabrın 1-dən dayandırılmışdır. Altı aydan bir əlcəklər dəyişdirilməli, iki ildən bir isə protez dəyişdirilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatından keçmiş "xxxx" MMC təsisçinin “hüquqi varislik keçmədən hüquqi şəxsin ləğv edilməsi barədə” xx.xx.2018-ci il tarixli qərarına əsasən ləğv edilərək xx.xx.2018-ci il tarixdə dövlət reyestrindən çıxarılmışdır. Ləğv edilmiş hüquqi şəxs borclular qarşısında, konkret olaraq onun qarşısında öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh təsviyəçi statusunda onun qarşısında öhdəliklərini yerinə yetirmədən tələm-tələsik şirkəti ləğv edib aradan çıxmışdır. Həmçinin, işçini istehsalatda bədbəxt hadisədən və peşə xəstəliyindən sığorta edən sığortaçının adı barəsində ona rəsmi məlumat verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır ki, o, sığortaçıdan sığorta ödənişi ala bilsin. İmişli Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tаrixli, 2(036)-1580/2018 saylı qətnaməsi ilə "xxxx" MMC-də istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində onun sağlamlığına vurulmuş zərərin əvəzinin cavabdehdən alınması, üzərinə işəgötürən müəssisənin fəaliyyətinin dayandırılması barədə sənədlərin DSMF-nin İmişli rayon şöbəsinə və digər dövlət qurumlarına təqdim edilməsi öhdəliyi qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli, 2(106)-594/2020 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-5583/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən 480 manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. 2017-ci ildən bu günə kimi cavabdehin ona ödəməli olduğu məbləğ: aylıq 120 AZN ödənc+150 AZN-in 80%-i=240AZN*12 ay=2880 AZN*5 il=14440 AZN təşkil edir. Hazırda cavabdehin ona ödəməli olduğu məbləğ 14440 AZN-dir. İmişli Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(036)-1589/2023 saylı qətnaməsi ilə (hakim Telman Quliyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müəssisənin fəaliyyətinin dayandırılmasına baxmayaraq həmin müəssisə ləğv olunan günədək istehsalatda xəsarət almaqla əmək qabiliyyətini itirmiş şəxsə aylıq ödənclər verilməlidir. Lakin işin hallarından göründüyü kimi İddiaçı ödənc ödəmə vəzifəsini Cavabdeh deyil, "xxxx" MMC daşıyır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 1117, 1118.1, 1119.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri İmişli Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(036)-1589/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 60-cı maddəsinin “İstehsalatda bədbəxt hadisələrin tədqiq edilməsi və uçota alınması haqqında” Əsasnamənin 1.6-cı maddəsinin, “İcbari sığorta haqqında” Qanunun 6-cı maddəsinin, Əmək Məcəlləsinin 225ci maddəsinin tələblərinin pozulması qeyd olunsa da bu barədə mövqe (dəlillər) göstərilməmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, İmişli Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(036)-1589/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini, İmişli Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(036)-1589/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhəkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası, iş materiallarında olan sübutları qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(036)-1589/2023 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialında olan İmişli Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tаrixli, 2(036)- 1580/2018 caylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tаrixli, 2(036)-1580/2018 caylı qətnaməsi ilə iddia təmin edilmiş, “Azəri-HS" MMC-də istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində İddiaçı sağlamlığa vurulmuş zərərin əvəzinin Cavabdeh alınması, onun üzərinə işəgötürən müəssisənin fəaliyyətinin dayandırılması barədə sənədlərin DSMF-nin İmişli rayon şöbəsinə və digər dövlət qurumlarına təqdim edilməsi öhdəliyinin qoyulması qət edilmişdir. İş materialında olan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli, 2(106)- 594/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdeh “Azəri-HS" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-2926/2020 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli, 2(106)-594/2020 caylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh qarşı məhz əvvəllər mübahisə predmeti olmuş tələbdən irəli gələn eyni tələblə yəni “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş zərərin ödənilməsi” ilə bağlı məhkəməyə müraciət etmişdr. Birinci tələb (İmişli Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(036)-1580/2018 saylı qətnaməsi). İddiaçı cavabdeh "xxxx" MMC-inin direktoru Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin Cavabdeh alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İmişli şəhərində yerləşən "xxxx" MMC-də fəhlə işləmiş, xx.xx.2012-ci il tarixdə saat 05 radələrində iş zamanı elevator qolunu qoparmış və xəsarət aldığından sol qolu amputasiya olunmuşdur. Əmək qabiliyyətini 80% ömürlük itirdiyinə görə ona İİ qrup əlillik təyin edilmişdir. İşəgötürən tərəfindən iddiaçıya hər ay 150 manat əmək haqqının 80 faizi, ödənc kimi isə 120 manat müəyən olumuşdur. Sentyabr ayına kimi hər ay ona həmin ödənc ödənilmişdir. Lakin şirkətin direktoru Cavabdeh xx.xx.2017-ci il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" MMC 10 iyul 2017-ci ildən fəaliyyətini dayandırmışdır. Ona görə də ona müavinət verilməsində sentyabr ayının 1-dən fasilə olacaqdır. Fasilənin hansı müddətə olacağı bildirilmir. Aldığı müavinət ona kifayət etmir. Hər 6 ayda bir dəfə istifadə etdiyi əlcəklər dəyişdirilməli, 2 ildə bir dəfə isə protes dəyişdirilməlidir. Buna da pul vəsaiti lazımdır. Ona görə də, "xxxx" MMC-dən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş zərərin əvəzinin illik inflyasiyalara uyğun artırılmaqla ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli, 2(036)-1580/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC-dən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində İddiaçı sağlamlığına vurulmuş zərərin əvəzi Cavabdeh alınaraq, onun üzərinə işəgötürən müəssisənin fəaliyyətinin dayandırılması barədə sənədlərin DSMF-nin İmişli rayon şöbəsinə və digər dövlət qurumlarına təqdim etməsi öhdəliyi qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli, 2(106)- 594/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdeh “Azəri-HS" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-2926/2020 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin olunmamış, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli, 2(106)-594/2020 caylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İkinci tələb (İmişli Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(036)-1589/2023 saylı qətnaməsi). İddiaçı 25 aprel 2023-cü il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2017-ci ilin sentyabr ayından hazırkı vaxta kimi ona ödənilməli olan 14440 (on dörd min dörd yüz qırx) manat pulun və ödənilmiş 134 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xahişini onunla əsaslandırmışdır ki, cavabdeh X1 dövlət reyestrində "xxxx" MMC-nin ləğvetmə prosesində təsviyəçi-ləğvedici olmuş, o, ləğv edilmiş hüquqi şəxs borclular qarşısında, konkret olaraq onun qarşısında öz öhdəliklərini yerinə yetirməmiş, tələm-tələsik şirkəti ləğv etmişdir. İmişli Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli, 2(036)-1589/2023 saylı qətnaməsi ilə iddia təmin olunmamışdır. Göründüyü kimi iddiaçının cavabdehə qarşı həm birinci, həm də hazırkı tələbi eynilik təşkil edir. Belə ki, hər iki iddia tələbində iddiaçı qeyd edir ki, işdə bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin 80%-ini ömürlük itirdiyinə görə ona İİ qrup əlillik təyin edilmişdir. İşəgötürən tərəfindən iddiaçıya hər ay 150 manat əmək haqqının 80 faizi, ödənc kimi isə 120 manat müəyən olumuşdur. xx.xx.2017-ci ildə "xxxx" MMC-nin fəaliyyətinin dayanması əsası ilə, ona verilən müavinət sentyabrın 1-dən dayandırılmışdır. Halbuki onun aldığı peşə xəsarəti nəticəsində altı aydan bir əlcəklər dəyişdirilməli, iki ildən bir isə protez dəyişdirilməlidir. Tələbinin əsası kimi iddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatından keçmiş "xxxx" MMC təsisçinin “hüquqi varislik keçmədən hüquqi şəxin ləğv edilməsi barədə” xx.xx.2018-ci il tarixli qərarına əsasən ləğv edilərək xx.xx.2018-ci il tarixdə dövlət reyestrindən çıxarılmışdır. Ləğv edilmiş hüquqi şəxs borclular qarşısında, konkret olaraq onun qarşısında öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh təsviyəçi-ləğvedici statusunda olan Cavabdeh onun qarşısında öhdəliklərini yerinə yetirmədən tələm-tələsik şirkəti ləğv etmişdir. İddiaçının iddia tələbinin əsasını həm birinci həm də, ikinci tələb üzrə ona aylıq ödənilən ödəncin ödənilməməsi təşkil edir. İddiaçı cavabdehə qarşı tələbini birinci tələbdə Cavabdeh qarşı "xxxx" MMC -nin direktoru olmuş şəxs kimi, ikinci tələbdə isə "xxxx" MMC -nin ləğvedicisi kimi yönəldir. Birinci tələbin bir hissəsi "xxxx" MMC-nin fəaliyyət dövrünü yəni 2017-ci il sentyabr ayından müəssisənin ləğv edildiyi 06 may 2018-ci tarixə olan borc "xxxx" MMC-yə qarşı yönəldilməli və onun tərəfindən ödənilməliydi, iddianın digər hissəsi yəni 06 may 2018-ci il tarixdən sonrakı dövr isə ləğvetmə komissiyasının fəaliyyəti dövrünü əhatə edir. Birinci tələb üzrə iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırıldığına görə məhkəmələr tərəfindən tələb təmin edilməmiş, qəbul edilmiş qətnamə qanuni qüvvəsini almışdır. İddianın digər hissəsi yəni 2018-ci ilin may ayından hazırkı vaxta kimi ödənilməli olan aylıq ödəncin ödənilməsi ləğvedici Cavabdeh qarşı yönəldilməsi üçün də qanuni əsaslar mövcud olmamışıdr. Kollegiya onu da diqqətdən qaçırmır ki, iddiaçı hər iki tələbdə təsviyəçi, yəni ləğvedici statusunda olan kommisiyanın müəsissənin öhdəlikləri üzrə vəzifəsini yerinə yetirmədən hüquqi şəxsi ləğv etməklə reyester qeydiyyatından çıxarılmasını qeyd etsə də, nədənsə hər iki iddia tələbini məhz buna cavab verməyə səlahiyyəti olmayan şəxsə yəni "xxxx" MMC-nin direktoru, daha sonra isə ləğvedicisi olmuş Cavabdeh yönəldir. Halbuki iddiaçı nəzərə almır ki, hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifləri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Bunun həyata keçirilməsi prosedurası isə hüquqi şəxsin təsisçilərinin (iştiarkçılarının) və ya hüquqi şəxsin nizamnaməsi ilə vəkil edilmiş orqanın qərarı ilə, o cümlədən hüquqi şəxsin mövcudluğu üçün nəzərdə tutulan müddətin qurtarması və ya yardılması zamanı qarşıya qoyulan məqsədin əldə edilməsi ilə baş verir. Daha sonra Hüquqi şəxsin ləğvi haqqında qərarla ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilir. İddiaçı haqlı olaraq iddia ərizəsində təsviyəçi tərəfindən tələm-tələsik qərarla hüquqi şəxsin ləğv etdirilməsi və reyestr qeydiyyatından çıxarılmasını, müəssisənin onun qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı tədbirlərin görülməməsini qeyd etsə də, nədənsə ləğvediciyə müraciət edib-etməməsi, etdiyi halda isə nəticəsi barədə məhkəməyə heç nə bildirmir. Halbuki ləğvedici təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) borcların ödənilməsi və qalıq gəlirin saxlanıla bilməsi üçün hüquqi şəxsin əmlakını iqtisadi cəhətdən səmərəli, qiymət baxımından sərfəli və tez bir zamanda satılması, borcların ödənilməsindən sonra qalan əmlakın iştirakçılar arasında bölüşdürülməsi, məqsədilə onun işini davam etdirir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 10 gün müddətində Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi və kreditorlarının tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatı dərc etdirir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir. Kreditorların tələblərinin irəli sürülməsi müddəti ləğvetmə haqqında ilk məlumatın dərc edildiyi gündən etibarən 60 gündən az ola bilməz. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində “ləğv prosesindədir” yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra “ləğv prosesindədir” sözləri əlavə edilir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görür, habelə ləğvetmə ilə bağlı mətbuatda elanın dərc olunduğu gün hüquqi şəxsin ləğvi haqqında bütün məlum kreditorlara bildiriş göndərir, dövlət büdcəsinə məcburi ödənişlər və büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə borcların olubolmamasını müəyyən etmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hər hansı bir kreditorun irəli sürdüyü tələblə razılaşmadığı halda həmin kreditor məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Tələb barədə məhkəmə qərarı qəbul edilənədək onun təmin edilməsi üçün zəruri olan vəsait saxlanılmalıdır. Kreditorların tələblərinin irəli sürülməsi müddəti bitdikdən sonra 10 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) aralıq ləğvetmə balansını tərtib edərək təsdiq edir və hüquqi şəxsin iştirakçılarına göndərir. Aralıq ləğvetmə balansına ən azı ləğv edilən hüquqi şəxsin əmlakının tərkibi, kreditorlarının tələblərinin və debitor borcların siyahısı haqqında məlumatlar daxil edilir. Aralıq ləğvetmə balansı ilə razı olmayan hüquqi şəxsin nizamnamə kapitalında azı 10 faiz iştirak payına malik iştirakçısı həmin balansı aldığı gündən 7 gün ərzində ümumi yığıncağın çağırılmasını tələb edə bilər. Bu halda aralıq ləğvetmə balansı iştirakçıların ümumi yığıncağı tərəfindən təsdiq edilməlidir. Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosesini başlamalıdır. Ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaitini ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında aralıq ləğvetmə balansına uyğun olaraq onun təsdiq edildiyi gündən başlayaraq ödəyir. Bütün məlum olan kreditorlarla hesablaşmalar başa çatdıqdan sonra 5 gün müddətində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) ləğvetmə balansını və qalıq əmlakın iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatı tərtib edir. Həmin balans və hesabat tərtib edildiyi gündən sonra 45 gündən gec olmayaraq hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı tərəfindən təsdiq edilməlidir. Kreditorlar ləğvetmə balansı təsdiq edilənə qədər öz tələblərini irəli sürə bilərlər.(Mülki Məcəllə maddə 61.1,61.2,61.3,61.4,) Hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra əmlak meydana çıxarsa, məhkəmə bunda maraqlı olan şəxsin ərizəsi əsasında ləğvetmə prosesini yenidən bərpa və yeni ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edə bilər. Bu ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) yeganə vəzifəsi həmin əmlakı dərhal pula çevirmək və iştirakçılar arasında bölüşdürməkdir. (Mülki Məcəllə maddə 61.13) Göründüy kimi iddiaçı ləğvetmə balansı təsdiq edilənə qədər öz tələbini ləğvetmə komisiyasına qarşı istehslaltda baş vermiş bədbəxt hadisə nəticəsində ona hər ay üçün aylıq əmək haqqı məbləğinin (iddiaçı hadisə nəticəsində əmək qabiliyyətini səksən faiz itirmişdir) 80% miqdarında ödənilməli olan ödəncin ödənilməsi ilə əlaqədar (burada iddiaçıya hər ay ödənilməli olan məbləğin kapitallaşdırılması nəzərdə tutulur) tədbirlərin görülməsi üçün ləğvetmə komissiyasına müraciət etməsi, müraciətinə müsbət cavab almadıqda isə bunu məhkəmə qaydasında iddia irəli sürərək mübahisələndirə bilərdi. Yuxarıda qeyd olunan maddi hüquq normaların mənasından göründüyü kimi iddiaçı kreditor İddiaçı ləğvetmə komisiyasına aylıq ödəncin ödənilməsi ilə əlaqədar müraciət etməli idi. Belə müraciət olmadığı halda belə, Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görməli, həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırmalıdır. (Mülki Məcəllə maddə 1126.2). Ləğvetmə komisiyası (təsviyəçi, ləğvedici) hüquqi şəxsə məxsus olan əmlakın kreditorların tələblərini ödəmək üçün kifayət etmədiyini müəyyən etdikdə, dərhal müflis olma prosessini başlamalıdır. Apellyasiya icraatı zamanı ləğvedici olmuş Cavabdeh təsviyəçi, ləğvedici kimi kreditorları aşkar etmək və debitor borcunu almaq üçün tədbirlər görüb-görməməsi barədə soruşulduqda o, göstərmişdir ki, ümumiyətlə ləğvedici olmasından məlumatlı olmadığını, əslində “Azəri-HS" məhdud məsuliyyətli cəmiyyətinin təsissçisi onun mərhum qaynatası olmuş və o, müəssisənin ləğvini özü rəsmiləşdirmiş, o, yalnız təsisçinin tapşırığı ilə müvafiq sənədləri vergi orqanlarına təqdim etmişdir. İddiaçı “Azəri-HS" məhdud məsuliyyətli cəmiyyətinin ona aylıq ödənclərin ödənilməsi öhdəliyinin olması, ləğvedici tərəfindən ona ödənilməli olan pul məbləğinin gələcək teleyi ilə bağlı tədbirlərin görülməsi barədə ərizə ilə ləğvediciyə müraciət edib-etməməsi soruşulmuş, o, suala cavabdında qeyd etmişdir ki, o, fəhlədir, onun qanunlardan məlumatı yoxdur və bu barədə ləğvediciyə hər hansı müraciəti olmamışdır. Göründüyü kimi iddiaçı yuxarıda qeyd olunanlarla bağlı “Azəri-HS" MMC-nin ləğvedicisinə müraciət etməmiş, yalnız "xxxx" MMC-nin ləğvi prosesi başa çatdıqdan iki il sonra iddiaya cavab verməli olmayan şəxsə yəni "xxxx" MMC-nin əvvəl direktoru, daha sonra ləğvedicisi olmuş Cavabdeh qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia qaldırmış, Şirvan Apellyasiya məhkəməsinin 30 yanvar 2020-ci il tarixli, 2(106)- 594/2020 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı cavabdeh “Azəri-HS" məhdud məsuliyyətli cəmiyyətinin direktoru Cavabdeh qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığa vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qəbul olunmuş qətnamə qanuni qüvvəsini aldıqdan sonra yenidən eyni şəxsə yəni iddiaya cavab verməli olmayan şəxsə "xxxx" MMC-nin direktoru, daha sonra isə ləğvedicisi olmuş Cavabdeh qarşı eyni əsas, eyni predmetlə bağlı iddia qaldırmış, birinci instansiya məhkəməsi isə iddiaçının iddia tələblərinin predmetinin, əsaslarının və tərəflərin eyni omasına diqqət etməmişdir. Halbuki qanunvericiliyin tələbləri baxımından eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, məhkəmə daxil olan iddia ərizəsini qəbul etməkdən (MPM-in 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.) imtina etməli, icraata götürüldüyü halda isə iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı iş üzrə iddiaçının iddiası barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir (C.N.İsmayılzadədinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarı). Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin iddia ərizəsini icraata götürdükdən sonra vəzfəsi idi ki, verilmiş iddianın prosessual məcəllənin tələblərinə uyğun verilib-verilməməsini müəyyən etsin, iddia düzgün verilmədiyi halda isə iddiaçıya prosessual məcəllənin 14-cü maddəsində nəzərdə tutulan “məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etmək, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etmək, onun prosessual hüquqlarının həyata keçməsinə kömək göstərmək kimi prosessual tələblərə əməl etsin, iddiaçıya iddia tələbini dəqiqləşdirilməsi, iddianın iddiaya cavab verməli olan şəxsə qarşı qaldırlmasına kömək göstərsin, ona izah etsin ki, artıq müəssisə ləğv edilmiş, ləğv prosesi zamanı kreditor olaraq sizə işdə peşə xəsarəti ilə əlaqədar ödənilməli olan aylıq ödəncin taleyi həll edilməmiş qalmışdır. Bunun aradan qaldırılması isə yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən iddiaçının yalnız maraqlı şəxs kimi ləğvetmə prosesini yenidən bərpa etmə və yeni ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin edilməsi barədə məhkəmədə iddia qaldırılması yolu ilə mümükün ola bilər. Məhkəmə nəinki üzərinə düşən vəzifəni yerinə yetirməmiş, əksinə verilmiş iddia tələbi üzrə əvvəllər qanuni qüvvəsini almış qətnamənin olduğunu belə nəzərə almadan iddia tələbini rədd etməklə prosessual məcəllənin tələblərini pozmuş, apellyasiya icraatı zamanı isə həmin pozuntuların aradan qaldırılması prosessual baxımından mümkün olmamışıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0-ci maddəsinə əsasən hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, qeyd edilən faktlara və hüquq normalarına əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti maddi və prosessual hüquq normalarının pozulması hissəsində əsaslı olmaqla qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 2(036)-1589/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsi İddiaçı Cavabdeh 2017-ci il sentyabr ayından başlayaraq hazırkı vaxta kimi aylıq 120 AZN ödənc+ 150 AZN-in 80%-i=240 AZN*12 ay=2880 AZN*5 il=14440 manat məbləğində pulun və 134 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin tələb üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 387.2-ci maddəsinə əsasən Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir, 387.2.8 iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa;.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384,385,387 391-ci və 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası” QƏRARA ALDİ: Cavabdeh İddiaçı tərəfindən apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 2(036)-1589/2023 saylı, 25 avqust 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh aylıq 120 AZN ödənc+ 150 AZN-in 80%-i=240 AZN*12 ay=2880 AZN*5 il=14440 manat məbləğində pulun və 134 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1885/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1885/2023
14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver