Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1888/2024 21.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «Atabank” ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcu tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş üzrə Açar sözlər : kredit borcun tutulması tələbi X3 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, İddiaçı «Atabank” Açıq Səhmdar Cəmiyyətinin (ASC-nin) cavabdehlər Cavabdeh və Zamin qarşı kredit borcu tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılmış mülki iş Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, e-2(073)-1442/2023 saylı (hakim Elxan Əmirəliyev) qətnaməsindən cavabdeh Zamin tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı «Atabank” ASC Cavabdeh və Zamin qarşı müştərək qaydada 4662.87 manat əsas borcu, 38.22 manat faiz borcu, 0.03 manat cərimə borcu olmaqla, cəmi 4501.12 manat borcun və 66 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «Atabank” ASC-nin Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 1190PEPK saylı kredit müqaviləsi imzalanmışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq Güzəştli Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 2490 qalıq məbləğin 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəlimişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun 1 (bir) il güzəşt müddətinə hər ay 2.08 manat, 4 (dörd) il müddətinə isə hər ay 52.94 olmaqla bərabər hissələrində ödəniş etməsi razılaşdırılmışdır. Beləliklə də 4662.87 manat əsas borcu, 38.22 manat faiz borcu, 0.03 manat cərimə borcu olmaqla, cəmi 4501.12 manat borcun və 47 manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə iddianın tələbinə dair əsaslandırılmış etirazının təqdim edilməsi barədə rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh iddia tələbinə dair əsaslandırılmış etirazını məhkəmə göndərməmişdir. İşə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, e-2(073)-1442/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 4662.87 manat əsas borcu, 38.22 manat faiz borcu, 0.03 manat cərimə borcu olmaqla, cəmi 4501.12 manat borcun və 66 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq «Atabank” ASC-yə ödənilməsi qət edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2(073)-1442/2023 saylı qətnaməsində yanlışlıqla yazılmış “4662.87” manat sözləri, “4462.87” manat sözləri ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Zamin apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- 4501,12 manat borcun və 66 manat dövlət rüsumunun ondan tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, qətnamədə də qeyd edildiyi kimi qeyd olunan kredit müqaviləsi ilə əlaqədar xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlansa da, borclu Cavabdeh özü həmin borcu tam şəkildə ödəməyi öhdəsinə götürür və borcu hər ay hissə-hissə ödəməkdə davam edir. Zaminlik müqaviləsinə görə isə əgər borclu borcunu ödəməsə zamin həmin borca görə maddi məsuliyyət daşıyır. (Borcun Cavabdeh tərəfindən hissə-hissə ödənilməsi barədəki qəbzləri məhkəməyə təqdim edəcəklər) Onu da bildirir ki, ona məhkəmənin vaxtı və yeri barədə qanuni qaydada məlumat verilmədiyindən məhkəmədə iştirak etməmişdir və şikayət olunan qətnamənin mövcudluğundan məhkəmə icraçıları vasitəsilə xəbər tutmuşdur və qətnamənin surətini də ordan əldə etmişdir. Beləliklə, onun bir cavabdeh kimi məhkəmədə iştirakının təmin edilməməsi səbəbindən işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Əgər o, məhkəmədə iştirak etsə idi, cavabdeh borcu ödəməsəydi belə bir zamin kimi kredit müqaviləsində göstərilmiş qaydada ödənişi öz üzərinə götürə bilərdi və mübahisə məhkəmədən kənar öz həllini tapardı. Qeyd olunanlardan görünür ki, məhkəmə işə baxarkən kobud prosessual və maddi hüquq pozuntularına yol vermişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 394-1.3-cü maddəsinə müvafiq olaraq apellyasiya şikayətinə işdə olan sənədlər əsasında yazılı icraat qaydasında baxmışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Həmin Məcəllənin 394-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 394-1.4-cü maddəsinə əsasən iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işdə olan iddiaçı təşkilatla Cavabdeh arasında bağlanmış 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli kredit müqaviləsindən görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdeh X2 illik 1 faiz olmaqla 60 ay müddətinə 2490 manat məbləğində kredit müqaviləsi imzalanmışdır. İşdə olan iddiaçı təşkilatla cavabdeh Zamin arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 1190PEPK saylı zaminlik müqaviləsindən görünür ki, zamin xx.xx.2019-cu il tarixli, 1190PEPK saylı kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı təşkilat hazırkı iddianın verilməsi ilə əlaqədar 66 manat dövlət rüsumu ödəmişdir. İşdə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh iddiaçı təşkilata 4662.87 manat əsas borcu, 38.22 manat faiz borcu, 0.03 manat cərimə borcu olmaqla, cəmi 4501.12 manat borcu vardır. İşdə olan iddiaçı bank tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı bank cavabdehdən yaranmış borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Qətnamədən cavabdeh Zamin apellyasiya şikayəti vermişdir. Onun apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, kredit müqaviləsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdə onunla zaminlik müqaviləsi bağlansa da, borclu Cavabdeh özü həmin borcu tam şəkildə ödəməyi öhdəsinə götürmüş və borcu hər ay hissə-hissə ödəmkdə davam edir. Zaminlik müqaviləsinə görə isə əgər borclu borcunu ödəməsə zamin həmin borca görə maddi məsuliyyət daşıyır. Kollegiya qeyd edir ki, göründüyü kimi apellyator öz şikayətində onunla zaminlik müqaviləsi bağlanmasını təsdiq edir və bildirir ki, zaminlik müqaviləsinə görə isə əgər borclu borcunu ödəməsə zamin həmin borca görə maddi məsuliyyət daşıyır. Məhkəmə də məhz həmin zaminlik müqaviləsinə əsaslanaraq ödənilməmiş qalan borcun hər iki cavabdehdən tutulmasını qət etmişdir. Buna əsas kimi isə zaminlik müqaviləsinə görə əgər borclu borcunu ödəməsə zamin həmin borca görə maddi məsuliyyət daşımasını göstərmişdir. Həmçinin cavabdehin apellyasiya şikayətinin digər dəlili cavabdeh borcu ödəməsəydi belə bir zamin kimi kredit müqaviləsində göstərilmiş qaydada ödənişi öz üzərinə götürə bilməsi və mübahisənin məhkəmədən kənar öz həllini tapması ilə əsaslandırmışdır. Bu dəlillə bağlı kollegiya qeyd edir ki, əgər apellyator bundan sonra da iddiaçı ilə razılaşaraq yaranmış borcunu ödəmək istəyirsə, bildirir ki, bu imkanlar hələ də tükənməmişdir. Belə ki, cavabdeh icra mərhələsində də iddiaçı ilə razılaşaraq borcunu ödəyə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Zamin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, e-2(073)-1442/2023 saylı qətnaməsi cavabdeh Zamin tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1888/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1888/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver