Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1901/2025 03.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X17 (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli 2(056)-475/2025 saylı qətnaməsindən Cavabdeh (Vəkil) tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: X23 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda ölmüş və bu barədə xx.xx.2024-cü ildə qeydiyyat aparılmışdır. X23 xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, atası X24, anası X14r. Cavabdeh xx.xx.1993-cü ildə Sabirabad rayonunda anadan olmuşdur. X10 xx.xx.2022-ci il tarixində borc olaraq 15000 (on beş min) manat pul almışdır. X10 aldığı 15000 (on beş min) manat pulu mart ayının sonunda bankdan kredit götürüb tam şəkildə özünə qaytarmağa öhdəsinə götürür. Yuxarıda yazılanları özü yazmış doğruluğunu öz imzası ilə təsdiq edir. Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli 1195 saylı məktubundan görünür ki, X10 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X15 xx.xx.2023-cü il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Eyni zamanda, İddiaçı miras qoyanın vərəsəsi olması barədə məlumat məktubu təqdim edilir. 18 dekabr 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisinin Xüsusi notariusu X18 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş - X15 vərəsəsi: BAKİ ŞƏHƏRİ NƏSİMİ RAYONU ASİF MƏHƏRRƏMOV KÜÇƏSİ EV 24 MƏNZİL 20 ünvanında qeydiyyatda olan İddiaçı QİZİ (AA******* xx.xx.2022 - Asan 1 FİN.xxxxxxx d/V.xx.xx.1961) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin Əməliyyat departamentinin xx.xx.2024-cü il tarixli 6-2-31/2- 17971/2024 nömrəli məktubuna əsasən "xxxx" ASC-nin “Əcəmi” filialında ******************** saylı hesabın qalığı 6630.59 manatdan ibarətdir. İDDİATƏLƏBİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 manat məbləğdə pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 135 manatın alınaraq İddiaçı ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun mərhum X8ndan xx.xx.2022-ci il tarixdə 15000 manat borc pul almışdır. Bu barədə Cavabdeh tərəfindən imzalanmış borc müqaviləsində deyilir ki, X7 xx.xx.1993-cü ildə Sabirabad rayonunda anadan olmuşdur. X3 xx.xx.2022-ci il tarixində borc olaraq 15000 manat pul almışdır. X10 aldığı 15000 manat borc pulu mart ayının sonunda bankdan kredit götürüb tam şəkildə özünə qaytarmağa öhdəsinə götürür. Yuxarıda yazılanları özü yazmış doğruluğunu öz imzası ilə təsdiq edir. O, Biləcəridə yerləşən DQ-ların N saylı hərbi hissəsinin zabitidir. İmza: Nuriyev.T.Ə xx.xx.2022. X6 Zamiqdən borc olaraq aldığı 15000 manat məbləğində pulu bu günədək qaytarmamışdır. X8 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Ona görə də, onun anası olaraq hüquq varisi kimi iddia qaldırmışdır. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli 2(056)-475/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 15000 manat borc pul və ödənilmiş dövlət rüsumu 135 manat olmaqla, cəmi 15135 (on beş min yüz otuz beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə X10 15000 manat məbləğdə borc pul almış, mart ayının sonunda kredit götürüb həmin pulu qaytarmağı öhdəsinə götürmüş, məhkəmə iclaslarında iştirak edib borcun qaytarılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. X23 xx.xx.2023-cü ildə ölmüşdür. İddiaçı mərhum X15 qanun üzrə vərəsəsi olaraq tanınmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh DİN X9 qəsəbəsində yerləşən N saylı hərbi hissəsinin baş leytenantı hərbi rütbəsində olmaqla, bölük komandirinin döyüş hazırlığı üzrə müavini vəzifəsində işləmişdir. X2 fəaliyyəti ilə məşğul olmuş, məhz həmin fəaliyyəti ilə bağlı X21 tərəfindən qəsdən öldürülmüş, X19 iş yoldaşı vasitəsi ilə 2020-ci ildə tanımış, Zamiqdən 3 dəfə sələmə pul götürmüşdür: 1-ci dəfə pul (maaş) kartını Zamiqə vermiş, 20% dərəcəsi ilə 500 manat məbləğdə pul götürmüş, təxminən 3-5 ay ərzində həm götürdüyü məbləği, həm də onun faizini ödəmişdir. 2-ci dəfə hərbi biletinin və şəxsiyyət vəsiqəsini Zamiqə verməklə, 20% dərəcəsi ilə 1800 manat məbləğdə pul götürmüş, bunun və gecikdirmələrin müqabilində Zamiqə ümumilikdə 5000 manat məbləğdə pul qaytarmışdır. 3-cü dəfə 2023-cü ilin əvvəlində öz zabit hərbi biletini Zamiqdə girov qoyaraq, 20% dərəcəsi ilə 1000 manat məbləğdə pul götürmüş, yanvar, fevral aylarında faizi ödəyə bilməmiş, Zamiq həmin aylar üçün ödəmədiyi faizlərə görə də faiz hesabladığını bildirmişdir. Cavabdeh mart ayında xidmət etdiyi hərbi hissədə şəxsi heyətə sıra baxışı keçiriləcəyi ilə əlaqəli Zamiqdən müvəqqəti olaraq öz hərbi biletini ona qaytarmağı xahiş etmiş, Zamiq isə Teymurazın hərbi biletini, onun tərəfindən Zamiqdən borca 15000 manat məbləğdə pul götürdüyü barədə müqavilə imzalayıb, Zamiqə verəcəyi təqdirdə qaytaracağını bildirmişdir. Teymuraz o məbləğdə pulu qaytara bilməyəcəyini Zamiqə bildirdikdə, Zamiq ona girov kimi hərbi bileti yenidən ona verdiyi halda, həmin müqaviləni cırıb atacağına, borcunu real götürdüyü 1000 manat və onun faizləri məbləğdə qaytaracağına söz vermişdir. Teymuraz sıra baxışında hərbi biletini təqdim etməyəcəyi təqdirdə, onun barəsində xidməti araşdırılmanın aparılacağı, hərbi biletini girov qoyması səbəbi ilə hətta xidmətdən xaric olunacağından ehtiyatlanaraq (Teymuraz yanvar, fevral aylarında faizləri ödəyə bilməyəndə Zamiq dəfələrlə hərbi hissənin qarşısına gələrək, ondan şikayət edəcəyini demişdir, yalvarışla qaytarılmışdır), həm də Zamiqin vədinə inanaraq Zamiqin tələb etdiyi “Müqavilə”ni yazıb ona vermişdir. Lakin, "xxxx" ASC-dən götürdüyü krediti də ödəməli olduğundan Zamiqdən götürdüyü 1000 manat məbləğdə pulu və faizini ödəyə bilməmiş, bu səbəbdən Zamiq Cavabdeh xidmət etdiyi hərbi hissənin rəhbərliyinə şikayət vermiş, Teymurazın barəsində xidməti yoxlama aparılmış və o, xidmətdən kənarlaşdırılmışdır. Hərbi hissənin digər hərbi qulluqçularından, X10 20% sələmə pul götürən, Cavabdehlə eyni taleyi yaşamış çoxlu sayda şəxslər olmuşdur. Onlardan bəziləri məhkəməyə dəvət olunacaqdırlar. Sabirabad Rayon Məhkəməsi cavabdehin iştirakı və məlumatı olmadan, yalnız əlyazma qaydasında tərtib olunmuş borc müqaviləsini əsas götürərək, iddiaçının iddia tələbini təmin etmişdir. TƏRƏFLƏRİNİZAHATLARİ: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli baxış iclasında Cavabdeh nümayəndəsi Vəkil Sadiq oğlu izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəmə iclaslarında Cavabdeh iştirak etməmişdir. Çünki məhkəmə iclasının keçirilməsi barədə ona məlumat verilməmişdir. Yalnız icra şöbəsindən icraya yönəltmə barədə qərar daxil olduqdan sonra işdən xəbərdar olmuşdur. Cavabdeh qeydiyyat ünvanı Sabirabad rayonu Qazlı kəndidir. Vəsatətdə ümumilikdə üç şahid göstərilmişdir. Onlardan ikisi cavabdehin anası və arvadıdır. Digər şahid isə qəbzin tərtibi zamanı orada iştirak etmiş Allahverdiyev Ramazandır. X13 mərhum X11 1800 manat məbləğdə faizlə pul götürmüşdür. Həmin məbləği qaytarmadığı üçün mərhum X25 onu məhkəməyə vermişdir. Qeyd etmək istəyir ki, əgər cavabdeh həqiqətən 15000 manat məbləğində borc götürmüş və bu borcu iki il ərzində ödəməmişdirsə, 1800 manata görə Allahverdiyev Ramazanı məhkəməyə verən mərhum X12 cavabdehdən ölümünədək həmin məbləği məhkəmə qaydasında tələb etməməsi işın həqiqiliyını şübhə altına alır. Məhkəmənin xx.xx.2026-cı il tarixli baxış iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, hazırda faktiki olaraq Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayır. X25 pulu ona həmin ünvanda hərbi hissənin yaxınlığında verilmişdir. X1 dəfə 2022-ci ildə Biləcəri qəsəbəsində 1000 manat məbləğdə pul götürmüşdür. Həmin şəxslə iş yoldaşı vasitəsilə tanış olmuşdur. Hərbi bileti X16 olmuşdur. Mart ayında sıra baxışı keçiriləcəyi üçün hərbi biletini geri almaq məqsədilə ona 15000 manat məbləğində müqavilə imzalatdırılmış, hərbi bilet qaytarıldıqdan sonra həmin müqavilənin ləğv ediləcəyi bildirilmişdir. Sıra baxışı zamanı hərbi biletin olmaması xidmətə xitam verilməsi üçün əsas yarada bilərdi. Götürdüyü pul vəsaitlərini tam şəkildə qaytarmış və iddiaçının mərhum oğlu ilə məsələni həll etmişdir. Qeyd etdiyi kimi, hərbi biletini geri ala bilmədiyi üçün məcburi qaydada həmin müqaviləni imzalamağa məcbur olmuşdur. PROSESSUALMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda, Cavabdeh nümayəndəsi Vəkil Sadiq oğlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-in 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. MM-in 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Nəzərə alınmalıdır ki, MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan MM-in 739cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Habelə MM-in 740-cı maddəsinin tələbinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bundan əlavə, MM-in 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmçinin MM-in 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: İlk öncə məhkəmə tərkibi bildirir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə, qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmə tərkibi Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İş üzrə təqdim edilmiş sübutlardan və tərəflərin izahatlarından aşkar görünür ki, Cavabdeh və X32 arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Bu fakt xx.xx.2022-ci il tarixli yazılı müqavilədən görünür. Belə ki, həmin müqaviləyə görə X7 X3 xx.xx.2022-ci il tarixində 15000 manat borc pul almışdır. X7 qeyd olunan pul məbləğini mart ayının sonunda tam şəkildə özünə qaytarmağa öhdəsinə götürmüşdür. Cavabdeh öz apellyasiya şikayətində adıçəkilən - xx.xx.2022-ci il tarixli müqavilə üzrə məbləği mübahisələndirsə də, məhkəməyə buna dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə tərkibi diqqətə çatdırır ki, cavabdeh tərəf, həmçinin apellyasiya instansiyasında şahidlərin dindirilməsi barədə vəsatət vermişdir. Ancaq işdən göründüyü kimi, həmin tərəf hazırkı məhkəmə prosesinə gəlməmiş, məhkəmədə iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə tərkibi prosessual qənaət prinsipini rəhbər tutaraq yuxarıda göstərilənlər üzrə qeyd edir ki, dindirilməsi xahiş olunan şəxslərdən ikisi - cavabdehin anası və arvadı, digəri biri isə xx.xx.2022-ci il tarixli müqavilə - qəbz tərtib edilərkən orada olması iddia edilən Allahverdiyev Ramazandır. Tərkib hesab edir ki, adıçəkilən şəxslərdən ikisi (anası və arvadı) pul vəsaitinin alınması zamanı danışıqlarda olmamış, X4 yaxın qohumu olmaqla onların iş üzrə verəcəyi məlumatların mötəbərliliyi şübhə altındadır. X5 mübahisə edilən pul vəsaitinin alınıb-alınmaması prosesində iştirak etməsi halı da şübhəlidir. Belə ki, onun adıçəkilən qəbzin tərtibi, tərəflər arasında hansı məbləğdə pul mübahisəsinin olması barədə danışıqlarda iştirak etməsini və işin hallarından mütləq şəkildə tam məlumatlı olması halını cavabdehdən başqa təsdiq edilən hər hansı şəxs (digər sübut) yoxdur. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Bundan əlavə, MPM-in 76.1 və 76.2-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, məhkəmə tərkibi diqqətə çatdırır ki, həqiqətin müəyyən edilməsini təmin etmək məqsədi ilə formal həqiqət prinsipinə istinadən Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etməsinə rəğmən iddianın təmin edilməsini istisna edən hallar barədə mötəbər sübutlarını verməmişdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb və MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli 2(056)-475/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1901/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1901/2025
03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver