Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1913/2024 26.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X5 ibarət məhkəmə tərkibində, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-1641/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 47000 (qırx yeddi min) manat məbləğində pulun və 231 (iki yüz otuz bir) manat dövlət rüsumunun alınıb ona verilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-1641/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 41000 (qırx bir min) manat pul və 230 (iki yüz otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqının alınıb X3 verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın təmin edilməməsini, eyni zamanda ərizə verərək Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)-1641/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin ötürülməsinin ona münasibətdə üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon Məhkəməsinin qətnaməsi xx.xx.2023-cü il tarixdə rəsmi olaraq Cavabdeh verilmiş, apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə verilmişdir. Qeyd edilir ki, həmin vaxt apellyasiya şikayətlərinin kağız formada da verilməsi mümkün idi. Lakin Cəlilabad Rayon Məhkəməsi apellyasiya şikayətini uzun müddət keçdikdən sonra göndərmişdir. Bu səbəbə görə də, apellyasiya şikayəti elektron məhkəmə informasiya sistemi vasitəsi ilə verilməməsi səbəbindən geri qaytarılmışdır. Əgər apellyasiya şikayəti vaxtında göndərilmiş olsaydı, şikayət icraata qəbul edilərdi. Ona görə də, apellyasiya şikayəti müddətinin ötürülməsinin üzrlü hesab edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-1641/2022 saylı qərardadı ilə ərizə təmin edilmiş və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət cavabdehə münasibətdə bərpa edilmişdir. Qərardadda göstərilmişdir ki, işdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(073)- 1641/2022 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli apellyasiya şikayətindən görünür ki, cavabdeh həmin tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. İşdə olan Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə edilmədiyinə görə cavabdehə geri qaytarılmışdır. Habelə xx.xx.2023-cü il tarixli apellyasiya şikayətindən görünür ki, cavabdeh həmin tarixdə təkrar apellyasiya şikayəti vermişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti müvafiq prosessual müddət bitdikdən sonra verildiyinə görə cavabdehə geri qaytarılmışdır. Həmçinin xx.xx.2023-cü il tarixli apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizədən görünür ki, cavabdeh həmin tarixdə həm apellyasiya şikayəti, həm də müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilərək buraxılmış prosessual müddət cavabdehə münasibətdə bərpa edilmişdir. xx.xx.2024-cü il tarixli məktuba görə həmin tarixdə cavabdehin apellyasiya şikayəti baxılması üçün Cəlilabad Rayon Məhkəməsindən Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyinə görə qeyri-mümkün hesab edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti cavabdehə geri qaytarılmışdır. İşdə olan təkrar apellyasiya şikayətindən görünür ki, cavabdeh xx.xx.2024cü il tarixdə yenidən apellyasiya şikayəti vermişdir və Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti kiril əlifbası ilə tərtib edildiyinə görə geri qaytarılmışdır. Məhkəmə Cavabdeh ərizəsində göstərdiyi, həmçinin məhkəmə tərəfindən müəyyən edilmiş halları üzrlü səbəblər hesab edərək belə nəticəyə gəlir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1641/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti Cavabdeh münasibətdə bərpa edilməlidir. Göründüyü kimi, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixli qərardad ilə prosessual müddət bərpa edilsə də, iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə yalnız xx.xx.2024-cü il tarixdə göndərilmişdir. İddiaçı qərardaddan şikayət verərək həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, heç bir qanuni əsas olmadan apellyasiya şikayəti verilməsi müddəti bərpa edilmişdir. Prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Belə ki, MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəblərini ancaq üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)- 1641/2022 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-1641/2022 saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-1641/2022 saylı qərardadından X1 nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə 7 (yeddi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1641/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1, 135.3 və 135.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, kollegiya diqqətə çatdırır ki, MPM-in 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsindən aşkar görünür ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq belə nəticəyə gəlir ki, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(073)-1641/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh Sərxan oğlunun ərizəsinin təmin edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 1641/2022 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı X4 tərəfindən verilmiş şikayət təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)- 1641/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(073)-1641/2022 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1913/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1913/2024
26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver