Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1916/2023 25.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə; Babayev Eltac Fərman oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)2359/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 dekabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 55.500 manat pulun, eləcə də iddia qaldırarkən ödənilmiş 256 manat 50 qəpik dövlət rüsumunun, cəmi 55,756 manat 50 qəpik pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh həmkəndli və qonşusudur. Uzun illərdir ki, çox yaxın münasibətdə olmaqla bir-birlərinin evlərinə gedib gəlmişlər. Onun əri X2 qeyri rəsmi olsa da Rəqsanənin atası, Lənkəran rayonu Şürük kənd xəstəxanasında uşaq həkimi işləyən Zayir Kərimovun sürücüsü işləmişdir. Bildirmək istəyir ki, Cavabdeh ilə aralarında səmimiyyət olduğundan o, 2022-ci ilin iyun ayının 07-də onlara gəlib yalvararaq qardaşı, yəni Lənkəran rayon Mərkəzi Xəstəxanasında həkim işləyən X12 əlində xəstəxanada uşaq vəfat edib və onu qurtarmaq üçün 20.000 manat pul lazım olduğunu deyərək ondan borc istəmişdir. O da oğlu Sadiq üçün tikdirdiyi evin təmiri və eləcə də oğlunun toyu ilə əlaqədar olaraq topladığı puldan 20.000 manat götürüb Rəqsanəyə qızı Nigarın yanında vermişdir. Həmin vaxt Rəqsanə onun atasının sürücüsü işləyən onun əri Bəxtiyar Ramazanovun idarə etdiyi maşınla onlara gəlmişdir. Bacısı Jalənin oğlu da onunla birlikdə olmuşdur. O, həmin pulu alarkən şəhərdə olan obyektlərini tezliklə sataraq ona qaytaracağını dediyindən pulu inanaraq ona vermişdir. 10 iyul 2022-ci il tarixdə Cavabdeh yenidən onlara gələrək iş yoldaşı, onunla birlikdə Lənkəran şəhəri musiqi məktəbində müəllimə işləyən Günel adlı musiqi müəlliməsinin qızına toy etməsi və eləcə də iş yerində otaqlarını təmir etməklə əlaqədar olaraq 20.000 manat borc istəməsini, toydan sonra pulu qaytaracağını demişdir. Rəqsanə hətta Günel adlı müəllimənin iş otağının təmirə ehtiyacı olan görüntülərinin fotosunu da WHATSAP vasitəsi ilə ona göndərmiş ki, inanıb borcu oun üçün istəmişdir. O da mərhum qardaşı Səfailin arvadı X6 10.000 manat borc almışdır. Həmin vaxt eləcə də onkoloji xəstə olmaqla mütmadi müalicə olunan və müalicəsi üçün kredit götürən bacısı X3 evinə gedərək Naziləyə vəzyyəti demiş və Rəqsanəgilin ziyalı ailə olmalarını, atasının və qardaşının həkim, özünün də müəllimə olduqlarını deyərək ondan borc istəmiş ki, Rəqsanəyə verək və Rəqsanə də tezliklə obyektlərini satıb pulunu qaytarar və Rəqsanənin dediyi kimi imkanı daxilində əlavə pul da verərki, müalicəsini davam etdirər. Bacısı Nazilə də müalicəsi üçün özündə olan 5000 manatı və eləcə də qardaşı Əzimin onun müalicəsi üçün Naziləyə verdiyi 5000 manat pulu toplayıb 10.000 manatı ona vermişdir. Həmin pulu, eləcə də mərhum qardaşı Səfail Əliyevin həyat yoldaşı Humayədən aldığı 10.000 manat pulu əlavə edərək cəmi 20.000 manat pulu gətirib evində Rəqsanə Kərimovaya vermişdir. Rəqsanəyə bir neçə dəfə pulları gətirib qaytarmasını dedikdə, o, narahat olmamağımı, yaxın günlərdə obyekti satacaqlarını, hətta obyektin açarlarının da maklerdə olduğunu demişdir. Nəhayət Cavabdeh sonuncu dəfə təqribən 25 iyul 2022-ci il tarixdə yenidən gəlib ona yalvararaq ev aldıqlarını və evin pulundan 24.500 manat pullarının çatmamasını deyərək həmin məbləqdə pul tapıb ona verməyimi xahiş etmişdir. Ona əvvəlcədən aldığı borcları qaytarmayacağı halda pul verə bilməyəcəyimi dedikdə Rəqsanə obyektlərini tezliklə satıb pulları bir yerdə bütöv qaytaracağını demişdir. O qədər pulunun olmadığını dedikdə təkrarən yalvarmağa başlayaraq, başqa heç kimdən borc ala bilməyəcəyini deyərək ona yaxın qohumlarından borc edib ona verməyimi dönə-dönə xahiş etmişdir. Hətta Rəqsanə ona bacıları Dilarə və Nazilədən, eləcə də qardaşı arvadı Humayədən yenidən borc götürüb ona verməyini, Lənkəran şəhərində hansısa obyekti olduğunu, həmin obyekti satacağını və pulları qaytaracağını, eləcə də hərəsinə ona borc verdiyinə görə əlavə pul verəcəyini bildirmişdir. Onun yalvardığını və çıxılmaz vəziyyətdə olduğunu görüb onda pul olmasa da, gedib həmin şəxslərə deyər, əgər versələr, alıb ona verəcəyini demişdir. Ancaq versələr nə vaxt qaytaracağını dəqiq deməlidir. Rəqsanə də obyekti sataraq dərhal borcu qaytaracağını demişdir. Artıq Rəqsanənin hərəkətlərindən şübhələnib onun qardaşı, həkim işləyən Zaura zəng etmiş və Zaura vəziyyəti izah edərək artıq üçüncü dəfə bacısı Rəqsanənin gəlib borc istəməsini, iki dəfə o özünə və yaxın qohumlarından pul düzəldib hər dəfə 20.000 manat olmaqla 40.000 manat pulu Rəqsanəyə verdiyimi demişdir. Zaur həkim də, narahat olmamağımı, bacısının obyekti satışa qoyduğunu, heç kəsin qarşısında aciz qalmadıqlarını deyərək həqiqətən də Rəqsanənin qiyməti 45.000 manat olan və Lənkəran şəhəri Qala xiyabanı tərəfində olan evi almaq üçün 24.500 manat pulunun çatmadığını deyərək tezliklə obyekti satıb pulunu qaytaracağını dediyindən sonra daha da arxayınlaşaraq qaynı arvadı X1 10.000 manat borc almış, daha sonra Rusiyada yaşamaqla orada sahibkarlıqla məşğul olan qardaşı X7 həyətində oğluna ev tikmək üçün uzun illərdir «Kapital bank» vasitəsi ilə mənə saxlamaq üçün göndərdiyi puldan 10.000 manat götürüb, bacımsı Dilarədən də 4.500 manat borc alıb 15 gün sonra Rəqsanəyə zəng etdim ki, pul hazırdır, Rəqsanə də onun ərinin idarə etdiyi maşınla onların həyətinə gəlmiş və o həyat yoldaşı Bəxtiyarın yanında 24.500 manat pulu Rəqsanəyə əlbə-əl vermiş. O, minnətdarlıq edib pulu alaraq getmişdir. Ümumilikdə Rəqsanəyə cəmi 64.500 manat pul vermiş. Həmin puldan keçən müddət ərzində Rəqsanə ona 9.000 manat qaytarmışdır. Konkret olaraq cavabdeh qaytardığı pulun əlbə-əl olaraq 5000 manatını hissə-hissə əri Bəxtiyara vermiş, kart vasitəsi ilə 2000, 1000, iki dəfə də 500 manat olmaqla 4000 manat pulu da qızım Nigarın kartına atmışdır. O, da həmin göndərdiyi pulun 3500 manatını bacısı Dilarəyə qaytarmış, 5.500 manatı da alıb qızı Nigarın Bakı şəhərində burun çəpərinin əyriliyi ilə edilən əməliyyatına sərf etmişdir. Cavabdeh ondan ümumilikdə 3 dəfəyə cəm olaraq 64.500 manat borc pul alaraq həmin borcu obyektlərini sataraq birdəfəlik verəcəyini bildirdiyindən o əvvəlcə verdiyim pulları geri qaytarmadığı halda sonradan da ona borc vermişdir. Çünki, onu çox yaxından tanıyır və əmin idi ki,onu aldatmaz, düzgün adamdır. Hətta qardaşı Zaur da ona zamin durduğunu ona bu barədə məlumat verərkən bildirmişdir. O keçən müddət ərzində dəfələrlə ondan verdiyi pulları tələb etsə də, hər dəfə obyektlərini satıb verəcəyini bildirərək pulları qaytarmaqdan yayınırdı. Bu səbəbdən də o ona təklif etmiş ki, obyekti sata bilmirsə, banka qoyub kredit götürüb ona qaytarsın, çünki, qohumları ondan öz pullarını tələb edirlər. Cavabdehə hətta təklif etmiş ki, obyekti varsa, o götürüb sat və, öz pulunu götürəndən sonra qalan pul onda qalsın. O, isə dedi ki, obyekt bahadır. Bacısı Naziləyə qardaşı Əzimin verdiyi 5000 manat pulu Əzimin arvadı Samirə bacım Nazilədən geri tələb etmiş, Nazilə də həmin pulu vasit ilə Rəqsanəyə borc olaraq verdiyini dediyindən Əzimin arvadı Samirə Rəqsanənin bəlkə illərdir obyekti satılmayacağını demiş, həmin söz Rəqsanəyə qızım Nigar tərəfindən deyildiyindən Rəqsanə 19 yanvar 2023-cü il tarixdə qızım Nigarın WHATSAP nömrəsinə səs ataraq- «Mənə bax, bəli satdığa qoyulub, mən gedib onlara açot verən deyiləm. Onların, məniməxlaqsiz gedib kiməsə açot verim, Allaha and olsun satılır, deyirəm satılırsa satılır. Alah vurmuşdur onları, mən onlar kimi sözü indi deyim, 5 dqiqədən sonra başqa söz deyim, elənçiy yalançılardan deyiləm, mən deyirəmsə satılır, demək satılır. Başa düşdün, inşəallah satılaceydə. Sadəcə olaraq bir az, Allahtəallah səbr edənləri sevir, bir az səbirli olun, inşəallah bunu da həll edib verərik. Bu ayın axırı da mən sənə bir az dəyərəm, inşəallah, indi görüm neyniyirəm. Bu ayın axırı, gələn aya, nə bilməy olur, bəlkə o birisi aya bitdi, gələn aya bitdi, bilməy olmur”. Bundan başqa Rəqsanə Kərimova onunla telefonla danışarkən telefonda olan proqramda səsi qalmışdır ki, həmin danışığı olduğu kimi qeyd edir. Rəqsanə: -Pulları sənə qaytararam. Fəridə:-Yoxdur axı, heç nə verə bilmirsən mənim balam. Rəqsanə-bidənə mənə öz balan kimi mənə qulaq as, sənə söz deyirəm. Həbibə demisən ki, 9 aydır mənə pul vermir. Fəridə gəlin, 9 aydır, 64.500 di düzdü başıva dönüm. Fəridə-hə Rəqsanə.-mən Nigarın kartına da atmışam, bəxti əmiyə də vermİŞƏm, 3X1 mən bu doqquz ayın içində bir az vermişəm. Fəridə-nə qədər pul qalıb? Rəqsanə-deyirəm də, 55.500 qalıb. Fəridə: -Neçə aydır mənə pul vermirsən? 8-9 aydır mənə pul ala bilirəm səndən. Rəqsanə: -Mən keçən ay axı pul vermişəm də. Fəridə: nə pul vermisən, nə qədər vermisən,o puldi? Rəqsanə: -64.500 puldan 55.500 qalıb. (Sözlərini deyərək ondan borc olaraq 64500 manat aldığını, həmin puldan əlbəəl olaraq və karta yükləməklə cəmi 9.000 manat qaytardığını və eləcə də hazırda 55.500 manat mənə borcu qaldığını açıq-aşkar etiraf edir). Cavabdeh ailələrində qardaşı və atası tərəfindən böyük miqdarda özü və rəfiqəsi üçün borc alması ilə əlaqədar söz-söhbət yarandığından qızı Nigarla görüşərək evdə sıxışdırıldığını, ona görə də WHATSAP-da ona pulu guya faizə götürəcəyini valideynlərinə başa salmaq üçün ona mesaj yazacağını, Nigarın da ona 10,12 faiz sözlərini yazmasını xahiş etmişdir ki, əgər yazmasa o qədər pulu qaytara bilməyəcəyini, yoxsa pulu qaytarmaqda valideynlərinin köməklik etməyəcəklərini, bəlkə faiz yazısını görərlərsə kömək edəcəklərini demiş və qızı Nigar da ona inanıb faiz olmadığı halda onun sualına elə bir cavab yazmışdır. Sonradan başa düşmüş ki, cavabdeh bunu məqsədli şəkildə etmişdir ki, gələcəkdə borclu olduğu pulları qaytarmasın və polisə şikayət edərək bizi qorxutsun. Sonuncu dəfə 09 aprel 2023-cü il tarixdə Cavabdeh telefonuna səs ataraq -Gəlin çox xahiş edirəm, gəl sakitcə bunu həll eliyək, mən inşəallah bu həftəyə 5000-i gətirib çatdırıram sənə, yaxşı. İndi bundan sonra o birisiləri də də gətirib çatdıraram sənə, yaxşı. Mən gətirib çatdıraram sənə, narahat olma, 55.000 manat qalıb kökdən, mən kökü, 55.000-ü mən gətirib çatdıraram sənə, sadəcə bu həftəyə mən inşəallah 5000-i həll eliyərəm, yaxşı.» sözlərini deyərək yenidən borclu olduğunu etiraf etmişdir. Cavabdeh uzun müddət keçməsinə baxmayaraq müxtəlif bəhanələr gətirməklə pulumu qaytarmaqdan yayınmışdır. Cavabdeh mənim onun üçün qardaşı, mərhum Səfayil Əliyevin həyat yoldaşı Humayə Əliyevadan borc alıb ona verdiyinə inanmadığı üçün Rəqsanə Humayənin telefonuna səs göndərərək Fəridənin, yəni onun Humayədən nə qədər pul alıb ona verdiyimi soruşmuş, həmin danışıqda da Cavabdeh açıq aşkar olaraq ondan borc aldığını və həmin borcların müəyyən hissəsini verdiyini, qalanını da obyekti satıb verəcəyini demişdir, o hər dəfə Rəqsanəyə qardaşı arvadı Humayə və bacıları Dilarə və Nazilədən borc alıb ona verdiyimi demişdir. Cavabdeh ondan ümumilikdə 64.500 manat borc aldığını və həmin puldan cəmi 9000 manatını qaytardığını və hazırda 55.500 manat borcunun qaldığını atdığı səslərlə özü də etiraf edir. Əgər o ona faizə pul vermiş və ondan külli miqdarda faiz pulu almışsa, hansı səbəbdən göndərdiyi səslərdə bir dəfə də bu barədə deməyir. O, özü borc alarkən ona və borc alıb ona verdiyi şəxslərə borcu qaytararkən əlavə hörmət edəcəyini demişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, bacısı İddiaçı 4500 manat borca pul vermiş, sonradan bilmişdir ki, Fəridə həmin pulu Rəqsanəyə vermək üçün ondan istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, bacısı İddiaçı ondan 10.000 manat borca pul istəmiş, o, da vermişdir. Sonradan bilmişdir ki, bacısı həmin pulu Rəqsanayə vermək üçün almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı onun anasıdır. Cavabdeh isə tanımışdır. Anası xx.xx.2022-ci il tarixdə 20.000 manat, xx.xx.2022-ci il tarixdə 20.000 manat, xx.xx.2022-ci il tarixdə 24.500 manat pulu Cavabdeh vermişdir. Lakin Rəqsanə həmin pulu tam qaytarmamışdır. Həmin puldan hazırda 55.000 manat borcu qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Lənkəran Rayon Məhkəməsinin 2(049)2359/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim M.Aslanov), iddianın təmin edilməsi, Cavabdeh 55.500 manat borc pul, ödənilmiş 256.50 manat dövlət rüsumu, ümumilikdə 55.756,50 AZN (əlli beş min yeddi yüz əlli altı manat əlli qəpik) pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 448 və 740-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vəkili və nümayəndəsi Vəkil2, Lənkəran rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(049)- 2359/2023 saylı qətnaməsinin tamamilə ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini, apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(049)-2359/2023 saylı qətnaməsinin tamamilə ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 apellyasiya icraatı zamanı verdiyi izahatına Lənkəran rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(049)-2359/2023 saylı qətnaməsinin tamamilə ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməməsini, Lənkəran rayon Məhkəməsinin 06 sentyabr 2023cü il tarixli, 2(049)-2359/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçı F. Ramazanovanın iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə Apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin Apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq Apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində Apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, Apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri həddində, Lənkəran rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(049)-2359/2023 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(049)- 2359/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli Lənkəran rayon Şıxəkəran kənd inzibati ərazi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, İddiaçı Lənkəran rayonun Şıxəkəran kəndində qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün iddia ərizəsinə görə 258 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Lənkəran ŞRPŞ-nin qərarından görünür ki, İddiaçı əməlində Azərbaycan Respublikası CM-nın 192-ci maddəsinin tərkibi əlamətləri müəyyən olunmadığından, barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd olunmuş, İddiaçı əməlində CM-nın 178-ci maddəsinin tərkibi əlamətləri müəyyən olunmadığından, barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh İddiaçı sələmə götürdüyü 64500 manat müqabilində sonuncuya ödədiyi 150.000 manat pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunması barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı Rusiya Federasiyasından mütəmadi pul göndərilmişdir. İş materiallarında olan CD disklərdəki səs yazılarından, eləcə də vatsap çıxarışlarından aydın olur ki, Cavabdeh İddiaçı ilə telefon danışıları zamanı iddiaçıdan 20.000 manat, 20.000 manat və 24.500 manat borca pul aldığını, həmin borcu tezliklə qaytaracağını bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh İddiaçı 64.500 manat pulu üç dəfəyə olmaqla borc olaraq almış, qeyd olunan məbləğ iddiaçı tərəfindən cavabdehə verilsə də, cavabdeh öhdəliyin icrasından boyun qaçırmış, həmin borcdan bu günə qədər cavabdeh tərəfindən 9000 manatı qaytarılsa da, qalan məbləğ qaytarılmamışdır. Qeyd olunan bu hal cavabdehin etiraf edici səs yazılarından da müəyyən olunur. Kollegiya qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdehin etirafı yazılı sənədlərdə, yəni həm Lənkəran şəhər polis şöbəsinə yazılı şikayət ərizəsində, həmçinin iddiaçı ilə aralarında olan “Vatsap” yazışmalarında ifadə olunur kibu da MPM-in 106.3 və 191ci maddələrinə uyğun olaraq faktın və ya iddianın etirafı kimi qəbul oluna bilər. Göründüyün kimi birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin cavabdeh tərəfindən etiraf olunması səbəbi ilə, cavabdehdə borc aldığı 64500 manatdan hansı məbləğin qaytarılmasını sübutetmə vəzifəsi kimi Cavabdeh üzərinə qoymaqda haqlı olmuşdur. Cavabdeh isə borc alınan pulun hamısının qaytarılması və iddiaçıya borcunun qalmadığını sübut edə bilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin aralarında olan “Vatsap” yazışmalarını sübut növü kimi qəbul etməkdə haqlı olmuşdur. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən kollegiya hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni telefon danışıqları mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, iddiaçı tərəfindən təqdim edilən telefon danışığına dair CD disklər və vatsap danışıqlarına dair çıxarışlar işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, iddiaçının cavabdehə borc verdiyi tarixin xx.xx.2016-cı il tarixdən sonrakı dövrə aid olduğundan onlar arasında etibarlı borc müqaviləsi bağlamalı idi, həmçinin səs yazılarında iddia tələbinin Cavabdeh tərəfindən qəbul edildiyi nəzərə alınaraq Cavabdehlə bağlı gəlinən müvafiq nəticə iddiaçının tələb etdiyi borc məbləğinin (Cavabdehdən tutulmasına qərar verilən məbləğin) Cavabdehin borcu olduğu qənaətinə gəlməyə qanuni əsas yaratmır ki, bununla da qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Həmçinin apellyasiya icraatı zamanı cavabdehin vəkili və nümayəndəsi qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdehin vəkili olmuş Z. Qasımovun cavabdehə vicdanlı hüquqi yardım göstərməməsi səbəbindən, o, lazımi sübutları məhkəməyə təqdim edə bilməmişdir. O, həmçinin izahatında apellyasiya şikayətinə əlavə verəcəyini, Lənkəran ŞRPŞnin 21 aprel 2023-cü il tarixli qərarın ləğv olunduğunu, vəsatətində göstərdiyi sübutların apellyasiya qaydasında araşdırılmasını tələb etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri və apellyasiya icraatı zamanı təqdim etdiyi vəsatətlə bağlı qeyd edir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.4). Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). İş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəmə baxışı iclasında nümayəndəsi və vəkili ilə təmsil olunmuş və iştirak etmişdir. Bundan başqa Cavabdeh apellyasiya icraatı zamanı izahatında bildirir ki, o, birinci instansiya məhkəmə iclasında iştirak etməməsi səbəbindən sübutları təqdim edə bilməmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarında olan məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlərdən müəyyən olunur ki, o, məhkəmə yeri barədə məlumatlandırılmış, buna baxmayaraq məhkəmə iclasında (iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş üç dəfə məhkəmə baxışı təxirə salınmışxx.xx.2023-cü il tarixdə iş üzrə yekun qətnamə qəbul edilmişdir) iştirak etməyərək vəkili vasitəsi ilə təmsil olunmaq hüququndan istifadə etmişdir. Əgər hesab edirdisə ona vəkil tərəfindən vicdanlı hüquqi yardım göstərilmir, onda o, özü məhkəmədə iştirak edə və sübutlarını təqdim edə bilərdi. Göründüyü kimi cavabdehin birinci instansiya məhkəməsində sübutlar təqdim etmək üçün kifayət qədər prosessual baxımdan imkanı olmuş və o, bu imkanından istifadə etməmişdir. Cavabdehin apellyasiya instansiyası məhkəməsindən birinci instansiya məhkəməsində verilməli olan vəsatətin təmin edilərək hüquqi qiymət verilməsi barədə xahişi, apellyasiya icraatı mərhələsində əlavə sübut toplamağa yönəldiyindən və bu apellyasiya icraatının mahiyyətinə zidd olduğundan əsaslı hesab edilərək təmin edilə bilməz. Kollegiya onu da qeyd edir ki, cavabdehin iddia etdiyi kimi onun, məhkəmə iclasında iştirak etməməsi, həmçinin məhkəməyə təqdim etdiyi İddiaçı hazırkı iş üzrə Cavabdeh hədələməsi barə Lənkəran ŞRPŞ-nin müstəntiqi Aqşin Axundovun çinayət işinin başlanmasının rədd edilməsi barədə 21 aprel 2023-cü il tarixli qərarın ləğv edilməsi və yenidən araşdırılmaya qaytarılması halı da, iddiaçının cavabdehə qarşı pul tələbi iddiasının təmin olunmamasının əsası kimi qəbul edilə bilməz. Çünki həmin qərar borcun müəyyən edilməsi, yaxud borcun qayarılması halı üçün deyil, Cavabdeh İddiaçı tərəfindən hədə qorxu ilə, pul tələb etməsi ilə bağlı olmuşdur. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində ehtiva edilən məhkəmə müdafiəsi hüququnun prosessual təminatını realizə edən mülki prosessual qanunvericilikdə göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “beləliklə iddianın təmin edilməsi, Cavabdeh 55.500 manat borc pul, ödənilmiş 256.50 manat dövlət rüsumu, ümumilikdə 55.756,50 AZN (əlli beş min yeddi yüz əlli altı manat əlli qəpik) pulun alınaraq İddiaçı ödənilməlidir” mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Lənkəran rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(049)-2359/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 2(049)-2359/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1916/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1916/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver