Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1925/2024 18.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(055)-1045/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan ödəniş qəbzlərindən (i.v səh. 29-36) görünür ki, müxtəlif vaxtlarda İddiaçı tərəfindən Cavabdeh dediyi hesaba iddiaçı tərəfindən cəmi 4510 manat pullar göndərilmişdir. İşin bu halını tərəflər mübahisələndirmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev Elçin Xəlil oğlu izahatında göstərmişdir ki, Gülnarə onun qonçusudur. 2022-ci ilin sentyabr ayı olardı qomşusu Həsənlə küçədə dayanın siqaret çəkərkən Gülnarə onları yanına çağırmışdır. Orada bildirmişdir ki, bir şəxsə pul verəcək həmin pulu saysınlar. O da, pulu sayıb 2000 manat olduğun görmüşdür. Sonra Gülnarə həmin pulu maşında əyləşmiş şəxsə vermişdir. Sonradan Gülnarədən soruşanda həmin şəxsin Balakişi olduğunu, əvvəldən tanıdığını bildirmişdir. Məhkəmə iclasında iclasında şahid qismində dindirilmiş X1 Elçin Xəlil oğlunun izahatına oxşar izahat vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək X2 6800 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh əvvəldən tanıyır. Cavabdeh onun inamından sui-istifadə edərək 2022-ci il tarixdə ondan borc olaraq 5.700 manat, daha sonra 1500 manat və bundan sonra yenə əlavə olaraq 1500 manat olmaqla cəmi 8700 manat pulu qısa müddətdə qaytaracağını vəd verərək ondan borc almış və həmin puldan cəmi 1.900 manat qaytarsa da qalan 6.800 manat borcunu bu günüdək qaytarmamışdır. O, cavabdehdən borcunu könüllü olaraq qaytarmasını dəfələrlə xahiş etsə də, heç bir nəticəsi olmamış, o, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də, məhkəmə qaydasında cavabdehdən qeyd olunan borcun alınması qənaətinə gəlmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh X4 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. O, İddiaçıdan 4510 manat pul almış və hamısını da geri qaytarmışdır. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Vüqar Qasımov ) 07 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X2 6800 (altı min səkkiz yüz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, cavabdeh X2 88 (səksən səkkiz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 739.1.-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 4.1, 8.1, 9.1, 14.2, 76.1, 77.1, 80, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçının cavabdehə verdiyi borc məbləği 8700 manat olmuşdur. Bu halda, tərəflər arasında müqavilənin bağlanmış hesab olunması üçün iddiaçının pulu cavabdehə verməsi kifayətdir ki, işin bu halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh əvvəlki məhkəmə baxışı zamanı iddiaçıdan 4510 manat borc aldığını etiraf etmişdir. Odur ki, cavabdehin iddianı etiraf etməsi iddiaçını irəli sürdüyü tələbinin əsasını həmin hissədə sübut etmək vəzifəsindən azad edir. Belə ki, iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehin demiş olduğu şəxslərin hesabına iddiaçı tərəfindən 4510 manat pullar göndərilmişdir. Bu halı cavabdeh özü də məhkəmə iclasında etiraf etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, göstərmişdir ki, iddia tələbi ilə şahid ifadələrinin ifadələri uyğun gəlmir, ziddiyyət təşkil edir. Belə ki, iddiaçı öz iddia ərizəsində ona 5700 AZN pulu verdiyini, ardınca həmin pulun məndən tələb edib almadan yenidən ona 1500 AZN pul verdiyini,daha sonra da çoxsaylı yalvarışlardan sonra yenidən ona 1500 AZN pulu,ümumilikdə 8700 AZN pul verdiyini, həmin puldan 1900 AZN geri aldığını qeyd edir. Lakin iddiaçının özü ilə gətirdiyi yalançı şahidlər məhkəmədə ifadə verərək bildirirlər ki, iddiaçı ona 2000 AZN pul sayıb vermişdir. Necə ola bilər ki, iddiaçı öz iddia ərizəsində guya ona 5700 AZN, 1500 AZN, 1500 AZN ,pul verdiyini qeyd edir, şahidlər isə tam əksinə, 2000 AZN pul verdiyini bildirirlər ??? Məhkəmə işə baxarkən bu kimi ziddiyyət təşkil edən faktlara, bu faktlardan irəli gələn iddia tələbinin əsassız və qanunsuz olamasına hüquqi qiymət verməmiş, daha doğrusu vermək istəməmiş, nəticə etibarı ilə bir tərəfin xeyrinə nəticələnən qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. O, səyari qaydada məişət əşyaları satışı ilə məşğul olur. İddiaçı onaə məişət əşyaları almaq məqsədilə verdiyi cəmi 4100 AZN pulun əvəzi olaraq 2200 (iki min iki yüz) AZN məbləğində ondan məişət əşyaları almşdır. Pulun qalan hissəsini, yəni 1900 AZN məbləğində pulu onun həyat yoldaşınun işlədiyi məktəbə gedərək məktəbin müəllim kollektivinin şahidliyi ilə onun həyat yoldaşından almışdır. Onun iddiaçıya 1 manatda olsun borcu yoxdur. Məhkəmə prosesində bu qaydada ifadə vermiş, lakin qətnamədə biri digəri ilə ziddiyyət təşkil edən uydurma ifadələr yazılmışdır. İddia tələbi ilə şahid ifadələrin ifadəsində göstərilənlərin uyğun gəlməməsi, iddia tələbinin əsassız olmasını, məhkəmə qətnaməsini isə ədalətsiz və qanunsuz olmasını sübuta yetirir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxıl olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, cəmi 4100 manat məbləğində iddiaçıdan borc almışdır. Həmin borcun 1900 manatını İddiaçı onun arvadından geri almışdır. O, özü səyyar satıcılıq fəaliyyəti ilə məşğuldurş. Borcunun qarşılığında 2200 manat məbləğində məişət əşyalarından iddiaçıya vermişdir. Birinci instansiyada izahat vermiş şahidlərin ifadələri ilə razı deyildir. Həmin şahidlər onun iştirak etmədiyi iclaslarda izahat vermişlər. Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(055)-1045/2024 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən İddiaçı izahatında bildirdi ki, Cavabdeh arvadından almış olduğu 1900 manat, cavabdehin ona olduğu borcu ilə bağlı deyil. O, Cavabdeh uzun müddətdir tanıyır, ona inanıb, güvəndiyi üçün borc vermişdir. Mülki işdə olan qəbzlərdən əlavə ona nağd şəkildə borc vermişdir. Borcu qaytaracağını vəd edib, lakin qaytarmamışdır. Pulları Elmir adlı şəxsin kart hesabına atmasını xahiş etmişdir. O, da həmin kart hesabına göndərmişdir. Apellyasiya şikayətinin rədd edilməsini, Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(055)-1045/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləinin 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin edilməlidir. Kollegiya İddiaçı iddiası ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehlə aralarında şifahi razılaşmanın olduğunu və həmin razılaşma üzrə 8700 manat (5700 manat və 2 dəfə olmaqla 1500) pulu Cavabdeh verdiyini, həmin puldan 1900 manat qaytardığını bildirir, hazırda 6800 manat pulu cavabdehdən tələb edir. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirir ki, iddiaçının ona verdiyi pul məbləği tələb edilən həcmdə olmamış, hesaba ödənilən qəbzlər nəzərə alınmaqla 4510 manat olmuş, həmin puldan 1900 manat qaytarmış, 2200 manat dəyərində isə iddiaçıya məişət əşyaları vermişdir. Hazırkı iddia tələbi ilə bağlı olaraq nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü cavabdehə 6800 manat məbləğində pulun verilməsinin sübut etməsidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə hesab edir ki, 4510 manat pulunun Cavabdeh tərəfindən qəbul edilməsi, yəni etiraf olunması əks tərəfi bu halı sübut etmə vəzifəsindən azad edir. Digər tərəfdən, həmin puldan 1900 manatın qaytarılması və 2200 manatlıq məişət əşyasının verilməsini sübut etmə yükü cavabdeh üzərinə düşür, iddiaçı 1900 manat pulun qaytarılmasını etiraf etməklə cavabdehi sübutetmə yükündən azad edir. Cavabdeh 2200 manatlıq məişət əşyasının verilməsini sübut edə bilməmişdir. Kollegiya şahidlərin ifadələrini mötəbər sübut olaraq qəbul etmir, belə ki, tələb edilən pul məbləği 6800 manat olduğu halda, şahidlər 2000 manatın Gülnarə tərəfindən maşında oturmuş şəxsə, yəni cavabdehə verildiyini bildirmiş, halbuki iddiaçı ərizəsində 5700 manat və 2 dəfə olmaqla 1500 verilməsini qeyd etmişdir. Bu hal iddia olunan məbləğlə ziddiyyət təşkil etmiş, şahid ifadələri qeyri-dəqiq və ziddiyyətlidir. Beləliklə, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, tərəflərin prosessual hərəkətləri, o cümlədən iddianın etiraf edilməsi, məhkəmə tərəfindən nəzərə alınmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə iddianın etiraf edilməsini nəzərə alarkən aşağıdakıları təmin etməlidir: 1.Tərəflərin hüquqlarının balansı: İddianın etirafı digər tərəfin hüquqlarını pozmamalıdır. 2.Məhkəmə aktının qanunauyğunluğu: Etiraf nəticəsində verilən məhkəmə qərarı mülki prosessual qanunvericiliyin tələblərinə tam uyğun olmalıdır. 3.Hüquqi nəticələrin izahı: Tərəflərə etirafın hüquqi nəticələri, o cümlədən etiraf edilmiş qərarın məcburi qüvvəsi izah edilməlidir. Məhkəmə iddianın etirafını nəzərə alarkən onun könüllü, qanunauyğun və əsaslı olduğuna əmin olmalıdır. Əgər bu şərtlər ödənilirsə, məhkəmə mübahisəni tez və effektiv şəkildə həll edə bilər. Bununla belə, iddianın etirafı heç bir halda qanunvericiliklə müəyyən edilmiş hüquqi prinsiplərə zidd olmamalıdır. Yuxarıda göstərilən hüquqi əsaslar və işin halları nəzərə alınaraq, həm iddiaçının cavabdehin borcundan 1900 manat ödəməsini etiraf etməsi, həm də cavabdehin iddianı 4510 manat həddində iddiaçıdan borc almasını etiraf etməsi onların iradəsinin könüllü şəkildə ifadə olunduğunu və qanunvericiliklə müəyyən edilmiş hüquqi prinsiplərə zidd olmadığını göstərir. Tərəflərin etirafları, həmçinin işin həqiqətə uyğun faktlarla bağlı olduğunu təsdiq edir. Buna görə də, məhkəmə tərəflərin etirafını nəzərə alaraq mübahisəni əlavə araşdırma tələb etmədən həll edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipini özündə əks etdirir. Bu prinsipə əsasən, hər bir tərəf öz irəli sürdüyü iddiaların və ya qarşı tərəfə yönəltdiyi etirazların hüquqi əsasını sübut etmək vəzifəsini daşıyır. Bu, məhkəmə mübahisələrinin ədalətli şəkildə həll olunması üçün zəruri bir mexanizmdir. Sübutetmə yükü prinsipi yalnız tərəflərin öhdəliklərini deyil, həm də məhkəmənin funksiyasını müəyyən edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları obyektiv və qərəzsiz şəkildə dəyərləndirir. Sübutların mötəbərliyini, əlaqəliliyini və kifayətliliyini yoxlayır. Eyni zamanda, məhkəmə tərəflərin sübutetmə öhdəliyini yerinə yetiribyetirmədiyini qiymətləndirir. Bu prinsip məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək-Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir.
2. Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Cavabdeh apellyasiya şikayətində İddiaçı heç bir borcunun olmadığını qeyd etsə də, o, iddiaçıya borcunun qalmadığın təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh apellyasiya şikayətində məbləğin 4100 manat olduğunu iddia etsə də, Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdehin verdiyi izahatda o, İddiaçı 4510 manat məbləğində pul aldığını etiraf etmişdir. Bu səbəbdən, apellyasiya şikayətində irəli sürülən iddia ilə əvvəlki izahat arasında ziddiyyət mövcuddur. Kollegiya birinci instansiya məhkəməsində edilmiş 4510 manat məbləğindəki etirafı daha məntiqli və əsaslı hesab edir. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını, iddianın etirafını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(055)-1045/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2610 manat (4510-1900) məbləğində pul tutuaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
qətetdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(055)-1045/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 2610 (iki min altı yüz on) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.