Məhkəmə qərarları › İş №2(106)-1927/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1927/2025

25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1927/2025 25.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və X7 ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Masallı Rayon Məhkəməsinin 2-213/2002 nömrəli, 18 iyul 2002-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, cavabdehlərdən- Cavabdeh1 6.000.000 manat, Cavabdeh2 6.000.000 manat, Cavabdeh3 6.400.000 manat pul alınıb İddiaçı verilməsi, əlavə olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 26 ədəd özəlləşmə çekinin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşin hallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 2-213/2002 nömrəli, 18 iyul 2002-ci il tarixli qətnaməsi tərəflərin ünvanına, o cümlədən Cavabdeh1 iş materiallarında göstərilən ünvan 1 ünvanına 22 iyul 2002-ci il tarixli məktubla göndərilmişdir. Masallı Rayon Məhkəməsinin 2-213/2002 nömrəli, 18 iyul 2002-ci il tarixli qətnaməsi tələbkar İddiaçı ərizəsi əsasında icraya yönəldilmişdir. İş materiallarından göründüyü kimi, Masallı Rayon Məhkəməsinin 2-213/2002 nömrəli, 18 iyul 2002-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən 07 yanvar 2022-ci il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Gündüz Mehdiyev tərəfindən İcraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh1 30 iyun 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin 18 iyul 2002-ci il tarixli qətnamənin surətini almaq istədiyin bildirmişdir. Həmin ərizənin arxa hissəsində: “Qətnamənin surətini aldım xx.xx.2025” qeyd edilmiş və Cavabdeh1 tərəfindən imzalanmışdır. İddiaçı tərəfindən 05 aprel 2022-ci il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı qətnamədən narazıdır, ona qətnamədəki pul yox, qızıllar lazımdır. Masallı rayon İcra və probasiya şöbəsinin böyük icra məmurunun 11 aprel 2022-ci il tarixli qərarı ilə Masallı Rayon Məhkəməsinin 2-213/2002 nömrəli, 18 iyul 2002-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi “İcra haqqında” Qanunun 23.1.5-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin 18 iyul 2002-ci il tarixli qətnaməsindən Cavabdeh1 xx.xx.2025-ci ildə apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasını xahiş etmişdir. Cavabdeh müddətin bərpasına dair ərizəsini onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin 18 iyul 2002-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddəti üzürlü səbəbdən ötürülmüşdür. Belə ki, məhkəmənin qətnaməsinin surəti ona təqdim olunmamış, onun ümumiyyətlə məhkəmədən xəbəri olmamışdır. Hazırda Masallı rayon İcra və probasiya şöbəsi vasitəsi ilə qətnamədən xəbər tutmuşdur. Qətnamənin surəti ona təqdim olunsaydı, o, vaxtında apellyasiya şikayətini vermiş olardı. Apellyasiya şikayəti vermək üçün müddət ondan asılı olmayan səbəblərdən üzürlü olaraq ötürülmüşdür. Cavabdehin apellyasiya şikayəti baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1381/2025 nömrəli, 20 avqust 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və müddətin bərpasına dair ərizəyə yenidən qiymət verilməsi üçün mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 18 iyul 2002-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət Cavabdeh1 münasibətdə bərpa edilmişdir. Masallı Rayon Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli qərardadından İddiaçı şikayət verərək, Masallı Rayon Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli qərardadının ləğv olunmasını, Masallı Rayon Məhkəməsinin 18 iyul 2002-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin Cavabdeh1 münasibətdə bərpa edilməsi barədə ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 03 dekabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə onlara müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və ya vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qanunun tələbinə görə, prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. (Maddə 130.2) MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 18 iyul 2002-ci il tarixli qətnaməsi tərəflərin ünvanına göndərilmiş, qətnamədən kassasiya şikayəti verilməmişdir. Qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən 07 yanvar 2022-ci il tarixdə Masallı rayon İcra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. Masallı Rayon Məhkəməsinin 18 iyul 2002-ci il tarixli qətnaməsindən kifayət qədər çox vaxt ötmüşdür. Qətnaməni qanuni qüvvəyə minməsindən təxminən 23 il sonra Cavabdeh1 apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh apellyasiya şikayəti ilə yanaşı, məhkəmə proseslərindən məlumatı olmadığını bildirmiş, eyni zamanda ərizə (vəsatət) verərək ötürülmüş müddətinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Cavabdehin vəsatəti ilə bağlı Kollegiya aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi məhkəmə aktlarından şikayət vermək yolu ilə mülki-hüquq münasibətlərinin apellyasiya və yaxud kassasiya qaydasında yenidən araşdırılmasını şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulan, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun mühüm elementi kimi təsbit edir. Məhkəmə aktlarından apellyasiya şikayəti vermək hüququnun həyata keçirilməsini təmin etməkdən ötrü qanunverici 1 aylıq müddət müəyyən etmiş (MPM, maddə 360) və bu müddət üzürlü səbəblərdən buraxıldıqda, onun məhkəmə qaydasında bərpa edilməsi imkanlarını da nəzərdə tutmuşdur (MPM, maddə 133). Müddətin bərpa edilməsi məsələsi bütün hallarda artıq qanuni qüvvəyə minmiş, bir çox hallarda icraya yönədilmiş və ya icra olunmuş məhkəmə aktı ilə əlaqədar olan məsələ kimi ortaya çıxır. Odur ki, MPM-in 133-cü maddəsində məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi imkanlarının həmin müddətin davamiyyəti ilə əlaqələndirilməməsi, bu prosessual hüquq normasından sui-istifadəyə yol açmamalı və maddənin müddəaları icra olunmuş məhkəmə aktının istənilən vaxt, hətta onun icrasından illər ötdükdən sonra belə, mübahisələndirilməsinə imkan yaradan qaydalar kimi təfsir olunmamalıdır. Bu hüquq, yalnız fərdi maraqların deyil, həm də ictimai maraqların mühafızəsi təyinatına malik olan prosessual qaydaların pozulması hesabına həyata keçirilməməlidir. Başqa sözlə, mülki-prosessual hüquqlardan, o cümlədən MPM-in 133-cü maddəsində nəzərdə tutulan, buraxılmış müddətin bərpa edilməsi yolu ilə sikayət vermək imkanlarından elə istifadə olunmalıdır ki, mülki mühakimə icraatında fərdi və ictimai maraqlar arasında tarazlıq pozulmasın. Ümumilikdə «hüquqi müəyyənlik» prinsipi altında birləşən, ictimai maraqları əks etdirən prosessual qaydalar məcmusuna, MPM-in məhkəmə qətnaməsinin şikayət verilmədiyi halda, qəbul edildiyi andan 2 ay müddətində hüquqi qüvvəyə minməsini, yəni onun təkzibedilməzliyini, qətnamənin müstəsnalığını, məcburiliyini, icra edilənliyini müəyyən edən 233, 234 və bir sıra başqa maddələrini aid etmək olar. Qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə qətnaməsi əsasında formalaşmış mülki hüquq münasibətlərinin tanınması və onların sabitliyinin təmin edilməsi, yalnız qətnamənin bilavasitə aid olduğu şəxsləri maraqlandıran məsələ deyil, həm də ictimai maraq obyektidir. Çünki ümumilikdə mülki mühakimə sisteminin səmərəliliyi ilk növbədə qanuni qüvvəyə minmiş məhkəmə akllarının hüquqi qüvvəsinin tanınmasından, onların sabitliyinin təmin edilməsindən asılıdır. Qanuni qüvvəsini almış məhkəmə aktına uzun illər keçdikdən sonra müdaxilə edilməsi və belə müdaxilə üçün prosessual imkanların yaradılması fərdi maraq ilə ictimai maraq arasında tarazlığı pozmuş olur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il tarixli qərarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə elmişdir: «qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır». Odur ki, yalnız müstəsna hallarda, şikayətlə mübahisələndirilən məhkəmə qətnaməsində buraxılan səhvin xarakterindən və əhəmiyyətindən asılı olaraq, müddətin buraxılmasından şikayət verən şəxsin özünün səhlənkarlığı müəyyən olunmadığı hallarda müddətin bərpasına yol vermək, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yenidən baxmaq olar. Digər hallarda, belə müdaxilə ilə mülki mühakimə icraatında ictimai maraqlarla fərdi maraqların müdafiəsi arasında tarazlıq pozulur və buna haqq qazandırmaq mümkün deyil. Bu cür yanaşma, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının mübahisələndirilməsi ilə bağlı bir sıra işlərə baxan zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayiş etdirdiyi və ardıcıl olaraq müdafiə elədiyi hüquqi mövqelərdən də qaynaqlanır. «V.K.Nelyubin Rusiya Federasiyasına qarşı iş üzrə» 12 oktyabr 2006-cı il tarixli qərardadında Avropa Məhkəməsi bildirmişdir ki, insan Hüquqlarının müdafiəsi və əsas azadlıqlar haqqında Avropa konvensiyasının 6-cı maddəsində təsbit edilmiş ağlabatan müddət daxilində ədalətli məhkəmə araşdırmasına (məhkəməyə) olan hüquq, Konvensiyanın hüququn aliliyini bəyan edən Preambulası nəzərə alınmaqla təfsir edilməlidir. Hüququn aliliyini təmin edən təməl şərtlərdən biri isə məhkəmələrin qəti (yəni, artıq qüvvəyə minmiş) qərarlarının şübhə altına alınmasını istisna edən hüququ müəyyənlik prinsipidir (qərardadın 22-ci bəndi). Beynəlxalq Məhkəmənin mövqeyinə görə hüquqi müəyyənlik prinsipi heç bir tərəfə sadəcə təkrar məhkəmə dinləmələrinin keçirilməsi və iş üzrə yeni qərarın çıxarılması naminə məhkəmələrin qəti və icra üçün məcburi olan qərarlarına yenidən baxılmasını tələb etməyə imkan vermir. Artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və dəyişdirilməsi üzrə yuxarı məhkəmələrin səlahiyyətləri yalnrz fundamental səhvlərin düzəldilməsi üçün istifadə olunmalıdır. Baxılan məsələ üzrə sadəcə iki fərqli mövqenin mövcudluğu təkrar baxılma üçün əsas ola bilməz. Bu prinsipdən kənara çıxılmasına yalnız əhəmiyyətli və təkzibedilməz hallar olduqda bəraət qazandırmaq mümkündür (23-cü hənd). Ümumiyyətlə, Avropa Məhkəməsi Konvensiyanm 6-cı maddəsinin 1-ci paraqrafında təsbit edilən məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasını hüquqi müəyyənlik prinsipinə əməl olunması ilə əiaqələndirərək, qeyd etmişdir ki, konvensiya iştirakçılarının hüquq sistemlərində, verilməsi hər hansı müddət hüdudları ilə məhdudlaşdırılmayan şikayət əsasında artıq qüvvəyə minmiş və icrası məcburi olan məhkəmə qərarının ləğv edilməsi imkanının nəzərdə tutulması ədalətli məhkəmə araşdırmasına (məhkəmə müdafiəsinə) olan hüququ illüziyaya çevirir (24-cü bənd). Avropa Məhkəməsi eyni yanaşmanı “Brumaresku Rumıniyaya qarşı” işi üzrə 28 oktyabr 1999-cu il tarixli, “X2rşı” 25 iyul 2002-ci il tarixli, “Ryabıx Rusiyaya qarşı” 24 iyul 2003-cü il tarixli, “X4rşı” 19 oktyabr 2004-cü il tarixli qərardadlarda və bir sıra başqa qərarlarında da nümayiş etdirmişdir. İstinad edilən presedentlərə söykənərək, Kollegiya qüvvədə olan məhkəmə aktının icraya yönəlməsindən uzun müddətdən sonra MPM-in 133-cü maddəsini, prosessual müddətin bərpa edilməsinə və bu yolla məhkəmə aktına onun qanuni qüvvəyə minməsindən qeyrimüəyyən vaxt ötdükdən sonra da təkrar baxmaq imkanı qazandıran norma kimi təfsir etməkdən imtina edir. Məhkəmə Kollegiyası, hesab edir ki, Masallı Rayon Məhkəməsinin 18 iyul 2002-ci il tarixli qətnaməsinin mübahisələndirilməsi və apellyasiya qaydasında təkrar baxılması üçün prosessual imkanların yaradılmasına əsas verən müstəsna hallar olmamışdır. Bu baxımdan Kollegiya Cavabdeh1 münasibətdə apellyasiya müddətinin üzrlü hesab edilərək bərpa edilməsi üçün əsas tapmır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, İddiaçı şikayəti təmin edilməli, müddətin bərpasına dair Cavabdeh1 ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 133.5-ci, 397.2 və 398.03cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: İddiaçı şikayəti təmin edilsin. Masallı Rayon Məhkəməsinin 20 noyabr 2025-ci il tarixli, 2(050)-213/2002 saylı qərardadı ləğv edilsin. Cavabdeh1 buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar