Məhkəmə qərarları › İş №2(106)-194/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-194/2023

17.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-194/2023 17.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X5 ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, İddiaçı, onun vəkili X6 və Cavabdeh iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şirvan Şəhər Məhkəməsinin (hakim S.Məmmədova) 21 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmasına görə müəyyən edilmiş 50 manat miqdarında alimentin dəyişdirilərək artırılması, xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla ünvan 1 ünvanda yaşayan xx.xx.1988-ci il təvəllüdlü Cavabdeh uşağa görə hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh dövlət rüsumu kimi 30 (otuz) manat tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları Cavabdeh ilə İddiaçı xx.xx.2010-cu ildən rəsmi nikahda olmuşlar. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahından xx.xx.2011-ci ildə doğulmuş Abdullazadə İbrahimin, anası X2 yanında qalması, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 23 iyul 2014-cü ildən hesablanmaqla Cavabdeh hər ay 90 manat sabit məbləğdə alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 11 fevral 2015-ci il tarixli qətnaməsi ilə, Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği azaldılmış, xx.xx.2011-ci ildə doğulmuş X1 üçün əvvəli 15 yanvar 2015-ci ildən hesablanmaqla Cavabdeh hər ay 50 manat sabit pul məbləğdə alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırki tələbində İddiaçı birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 adlı uşağının yetkinlik yaşına çatana qədər saxlanılması üçün təyin edilmiş 50 manat məbləğində alimentin artırılaraq 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2010-cu il tarixindən rəsmi nikaha girməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Sonradan ailədə münasibətləri pisləşdiyindən nikahları pozulmuşdur. Hazırda uşaq ananın himayəsindədir. Şirvan Şəhər Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş aliment- 50 manat uşağın tələbatını ödəmir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixindən başlayaraq 50 manat sabit pul miqdarında aliment ödəyir. Övladı fiziki qüsurludur. İddiaçı hər ay övladının qüsurlu olduğu üçün DSMF-dən 200 manat uşağa görə, 80 manat da uşağa baxdığı üçün müavinət alır. İddiaçı hər ay DSMF-dən 280 manat pul alsa da övladı ilə lazımınca məşğul olub, qayğısını çəkmir. Uşaq gah onunla, gah da anası ilə birgə yaşayır. Cavabdehlə xx.xx.2021-ci il tarixində Bankdan 4450 manat evin dam örtüyünün bağlanması üçün borc (kredit) götürmüşdür. Birkart onun adınadır. 4450 manat dəyərində tikinti materialının pulunun ödənilməsi üçün Dərnəgüldə inşaat materialı satılan mağazaya vermişdir ki, pulu kartdan çəksinlər. Daha sonra 900 manat evin işlərinə görə də pul vermişdir. İddiaçı ona şəxsən bildirmişdir ki, birkartdan borc götürüb versə əvəzində aliment istəməyəcək. Borcun yarısını o, yarısını da özü köməkli ödəyər deyə razılığa gəlmişlər. Borc aylıq 388 manat idi. Ancaq cavabdeh onu aldatdı. Borc onun üstündə qaldı. Bundan başqa, xx.xx.2022-ci il tarixdə rəsmi qaydada X11 ilə ailə qurmuşdur. Hazırda faktiki olaraq 2025-ci ilin may ayına qədər banka kredit borcu var. Hazırda işsizdir. Aylıq 306 manat borcu ödəyə bilmir. İddianı qəbul etmir. Həyat yoldaşı hamilədir. Rəsmi iş yeri yoxdur. Taksi fəaliyyəti ilə məşğul olur. Ailənin saxlanmasında çətinlik çəkir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.2, 75.4, 112.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, aliment məbləği əsassız olaraq artırılmışdır. Belə ki, cavabdeh yenidən evlənmişdir, öhdəsində hamilə arvadı vardır. Hazırda işləmir. İzahatlar Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatında cavabdeh iddianı qəbul etmədiyini, iddiaçıya yardım etmək üçün bankdan 4450 manat kredit götürdüyünü, krediti ödəyənəcən iddiaçının ondan aliment tələb etməməyə söz verdiyini, daha sonra 900 manat evin işlərinə görə də pul verdiyini, hazırda maddi imkanının aşağı olduğunu, yenidən ailə qurduğunu, hazırda işsiz olduğunu, həyat yoldaşının hamilə olduğunu, rəsmi iş yerinin olmadığını, taksi fəaliyyəti ilə məşğul olduğunu, ailənin saxlanmasında çətinlik çəkdiyini qeyd etmişdir. Apellyasiya baxışında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etirazını bildirərək, 2011ci il təvəllüdlü övladının serebral beyin iflici olduğunu, həmin uşağa görə 280 manat məbləğində sosial müavinət aldığını, bunun uşağın maddi tələbatını ödəmədiyini qeyd etməklə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh xx.xx.2010-cu il tarixdən nikahda olmuşlar, xx.xx.2011-ci il təvəllüdlü İbrahim onların nikahından doğulmuşdur. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü İbrahimin, anasının yanında qalması, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 23 iyul 2014-cü ildən hesablanmaqla 90 manat sabit məbləğdə alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Bundan sonra, Şirvan Şəhər Məhkəməsinin 11 fevral 2015-ci il tarixli qətnaməsi ilə, əvvəl təyin edilmiş alimentin məbləği azaldılmış, Cavabdeh hər ay 50 manat sabit pul məbləğdə alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı hazırda alimentin artırılmasını, ayda 193 manat müəyyən edilməsini tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 01 yanvar 2022-ci ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 03 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə almışdır. Apellyasiya şikayətində cavabdeh aliment məbləğinin əsassız artırıldığını, yenidən ailə qurduğunu, işsiz olduğunu, yalnız qeyri-rəsmi taksi fəaliyyəti ilə məşğul olduğunu, maddi imkanının aşağı olduğunu qeyd etsə də, Kollegiya əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indiki vəziyyətdə bir uşağın saxlanılması üçün yetərli olmadığını, iddiaçının maddi durumunun yüksək olmadığını, əvvəlki qətnamə ilə müəyyən olunmuş aliment məbləği təyin edildikdən sonra uşağın müəyyən qədər böyüdüyünü, onun maddi tələbatının artdığını, ölkə üzrə yaşayış minimumunun da artdığını nəzərə alaraq, alimentin artırılmasının zəruri olduğunu vurğulayır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini, uşaq üçün müəyyən edilmiş yaşayış minimumunu, tərəflərin birgə nikahından olan uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə iddiaçı və cavabdehin maddi durumunu nəzərə alaraq alimentin miqdarını artırarkən əsaslı qənaətə gəlmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin həqiqi hallarına uyğundur; apellyasiya şikayətində göstərilənlər qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas deyil. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2(032)-1500/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İlham Əsədov Hakimlər: Samir Mayılov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar