Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1941/2025 05.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, Əsədov İlham Qoşunəli və Heydərov X1 ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, İddiaçı LPO ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2(036)- 146/2025 saylı qətnaməsindən İddiaçı LPO ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə baxıb MÜƏYYƏNETDİ: İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə illik 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.300 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə yaranmış 3059.36 ABŞ dolları əsas borc, 894.13 ABŞ dolları faiz borcu, 2651.64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 430,08 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7035.21 ABŞ dolları təşkil edir. İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci tarixli 180004668/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borcalan Cavabdeh2 ilə birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyət daşıyır. Cavabdeh2 tərəfindən İmişli Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı LPO ASC Cavabdeh2 və Cavabdeh1 qarşı əsas borc 3.059,36 ABŞ dolları, 894,13 ABŞ dolları faiz borcu, 2.651,64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 430,08 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 125,88 manat dövlət rüsumunun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilir ki, cavabdehlər Cavabdeh2 ilə İddiaçı LPO ASC-nin Xırdalan filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6.300 ABŞ Dolları məbləğində kredit verilmişdir. İşin hallarından göründüyü kimi, İddiaçı LPO ASC ilə xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi aramızda bağlanmışdır, onunla razıdır, lakin iddia ərizəsində göstərilən xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişə əsasən Kredit restrukturizasiyası ilə bağlı olan müqaviləni onun xəbəri olmadan özləri imzalamışlar ki, iddia müddəti ötməsin, məhkəməyə müraciət edə bilsinlər. O, bunlarla razı deyil. Hazırda o iddia tələbindəki xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişi əsassız hesab etməklə, iş üzrə xətşünaslıq ekspertizası təyin olunması barədə ərizə vermişdir. İmişli Rayon Məhkəməsinin Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 2(036)-146/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixdə ekspert vəsatəti daxil olmuş və Cavabdeh2 imza nümunələrinin ekspertiza mərkəzinə göndərilməsi xahiş olunmuşdur. Cavabdeh2 həmin imza nümunələrinin təqdim olunması üçün 10 iş günü müddətində saat 09:00-18:00-a qədər məhkəməyə gəlmək xahiş olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə 2 aprel 2025-ci il tarixdə daxil olmuş 2(036)-146/2025 nömrəli iş üzrə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. 20 Fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə 01 nömrəli Əlavə Sazişdən görünür ki, həmin müqaviləyə aşağıdakı dəyişiklik edilmişdir: 2.1 Müqavilənin aşağıda göstərilən bəndləri bu cür dəyişdirilir: Bu müqaviləyə əsasən Kreditorun Borcalana 6300 USD məbləğdə verdiyi kreditin qalıq məbləği 6227.78135 USD təşkil edir. 20 Fevral 2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə 01 nömrəli Əlavə Sazişdən görünür ki, həmin müqaviləyə aşağıdakı dəyişiklik edilmişdir: 2.1 Müqavilənin aşağıda göstərilən bəndləri bu cür dəyişdirilir: Bu müqaviləyə əsasən Kreditorun Borcalana 6300 USD məbləğdə verdiyi kreditin qalıq məbləği 6227.78 USD təşkil edir. 2.2 Kreditin müddəti xx.xx.2019-cu il tarixədək təyin olunur. 20 Fevral 2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişdən görünür ki, 1. Kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6807.26 USD təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4583.55 USD əsas borc. 1829.65 USD faiz borcu və 394.06 USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 on ay ərzində gecikmə günlərinin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qraifiki üzrə növbəti hər 12 ay ərzində gecikmə günlərinin sayı 30 gündən artıq olarsa, hesablanmış və ya nesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin rəniiməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir. 20 Fevral 2015-ci il tarixli ********* saylı zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 02 nömrəli Əlavə Sazişdən görünür ki, 1. Kredit aşağıdakı şərtlərlə restruktizasiya edilir: Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6807.26 USD təşkil edir. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən 1 USD = 1.4 AZN məzənnəsi əsas götürülməklə qəbul edilir. Ödəniş qrafiki üzrə ödəniş edildiyi tarixə müvafiq xarici valyuta üzrə Mərkəzi Bankın mövcud məzənnəsi qeyd olunan məzənnədən aşağı düşərsə, Borcalan tərəfindən ödənişlər həmin tarixə Mərkəzi Bankın mövcud məzənnəsi əsas götürülməklə ödənilir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 4583.55 USD əsas borc. 1829.65 USD faiz borcu və 394.06 USD cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə bu Əlavə Saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabda dondurulur. Borcalan tərəfindən öhdəliyi bu Sazişə əlavə edilmiş ödəniş qrafiki üzrə vaxtında və lazımınca icra edildikdə və qrafik üzrə borc tam ödənildikdən sonra növbəti hər 12 on ay ərzində gecikmə günlərinin sayı 30 gündən çox olmadıqda, dondurulmuş faiz və cərimə borcları müəyyən edilmiş müddətin sonunda Kreditor tərəfindən güzəşt edilir. Əgər ödəniş qraifiki üzrə növbəti hər 12 ay ərzində gecikmə günlərinin sayı 30 gündən artıq olarsa, hesablanmış və ya hesablanacaq faiz və cərimə məbləğləri müəyyən edilmiş müddətin sonunda güzəşt edilmir və kredit öhdəliyi üzrə ödənişlər ilkin olaraq cərimənin, sonra faizlərin, daha sonra isə əsas məbləğin rəniiməsinə yönəldilir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 avqust 2025-ci il tarixli 9/2163 nömrəli ekspert rəyinə əsasən Cavabdeh2 banka ödənilmiş pul vəsaitlərinə dair bankda olan hesabdan çıxarış məlumatları, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin, xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişin şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 10%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz hesablanmaqla Cavabdeh2 xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarix) banka olan əldən çıxmış fayda, faiz və əsas borcu 3.213,47 ABŞ dolları məbləğində müəyyən edilir. xx.xx.2024-cü il tarixə əsas borc üzrə 2.282,8 ABŞ dolları, faiz borcu üzrə 610,67 ABŞ dolları (10%-lə), əldən çıxmış fayda borcu üzrə 319,92 ABŞ dolları (5%-lə) müəyyən edilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə təqdim edilmiş sənədlərə əsasən Bank tərəfindən cərimə hesablanmamışdır. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDİRMASİ: İddiaçı LPO ASC iddia ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3059.36 ABŞ dolları əsas borc, 894.13 ABŞ dolları faiz borcu, 2651.64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 430,08 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7035.21 ABŞ dolları məbləğində borcun və ödənilmiş 125.88 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Xırdalan filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli xx.xx.2015- ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 26 % dərəcəsi ilə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM-480003768 nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli 01 saylı əlavə sazişə əsasən kreditin qalıq məbləği 6.227,78 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019cu il tarixinədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6.807,26 ABŞ dolları hesablanmışdır. Restrukturizsiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Kredit üzrə borcalan tərəfindən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilməli idi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 7.035,21 ABŞ dolları təşkil edir. Bundan 3.059,36 ABŞ dolları əsas, 894,13 ABŞ dolları faiz, 2.651,64 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 430,08 ABŞ dolları faiz borcu təşkil edir. Cavabdeh2 iddiaya qarşı etiraz edərək bildirmişdir ki, iddia tələbi ilə razı deyil və kreditin müəyyən hissəsini iddiaçıya ödəmişlər. Lakin iddia ərizəsindən də göründüyü kimi, iddiaçı ödədiyi pulun çox hissəsini əsas borca deyil, faizə çıxmışdır ki, bu da düzgün deyil. İkincisi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti də üç ildir. İşin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddəbnə kredit verməklə, icra müddəti 20 fevral 2018-ci il tarixdə başa çatmış və iddiaçı öz hüququnun pozulduğunu bilmişdir. Bununla belə iddiaçı həmin müddətdə, ümumiyyətlə 6-7 il ərzində cavabdehlərə heç bir xəbərdarlıq etməmiş, məhkəməyə müraciət etməmiş, ancaq faiz hesablamaqla məşğul olmuşdur. Ödənilmiş əsas borcu da faiz kimi hesablamışdır. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: İmişli Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh2 İddiaçı LPO ASC-nin xeyrinə 2282.88 (iki min iki yüz səksən iki ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları əsas, 610.67 (altı yüz on ABŞ dolları altmış yeddi sent) ABŞ dolları faiz, 114.14 (bir yüz on dörd ABŞ dolları on dörd sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 319.92 (üç yüz on doqquz ABŞ dolları doxsan iki sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 3327.61 (üç min üç yüz iyirmi yeddi ABŞ dolları altmış bir sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borcun və 59.11 (əlli doqquz manat on bir qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaitinin 94.5 (doxsan dörd manat əlli qəpik) manat hissəsinin Cavabdeh2 və 105.5 (bir yüz beş manat əlli qəpik) manat hissəsinin İddiaçı LPO ASC-dən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, Cavabdeh2 3.40 (üç manat qırx qəpik) manat, İddiaçı LPO ASC-dən 3.80 (üç manat səksən qəpik) manat məhkəmə xərcinin tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməsi qət edilmişdir. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: İddiaçı LPO ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə xx.xx.2025-ci il tarixli 9/2163 nömrəli ekspert rəyinin faiz borcu ilə bağlı hissəsini sübut kimi qəbul etsə də, eyni rəydə əsas borcun məbləği üzrə göstərilən nəticələrin nəzərə alınıb-alınmamasının səbəblərini əsaslandırmamışdır. Bu isə sübutların tam və obyektiv qiymətləndirilməsi, həmçinin qətnamənin ətraflı əsaslandırılması tələblərinin pozulmasına gətirib çıxarmışdır. Ekspert rəyinin yalnız bir hissəsinin tətbiqi, digər hissəsinə (əsas borc hissəsinə) isə heç bir izah verilməməsi prosessual qaydalarla ziddiyyət təşkil edir və qərarın hüquqi müəyyənliyini şübhə altına alır. Buna görə də, birinci instansiya məhkəməsi tərəfindən əsas borcun azaldılmasının hansı sübutlara əsaslandığı açıqlanmalı və ya bu hissənin izahı verilməli idi. Bankın cavabdehdən əsas borcu üzrə 3059,36 ABŞ dolları məbləğində pulun tutulmasına dair iddia tələbi Bank ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin müddəalarına və qüvvədə olan qanunvericiliyin tələblərinə əsaslanır, iş materiallarına əlavə edilmiş sənədlərlə bu tələbin əsaslılığı sübuta yetirilir. Əgər məhkəmə qətnaməsi ilə əsas borc məbləği heç bir sübuta əsaslandırılmadan azaldılıbsa, bu, müqavilənin təməl prinsiplərini pozur və müqavilə ilə müəyyən edilmiş şərtləri yerinə yetirmir. Həmçinin qeyd banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləğini dəyərləndirmək imkanlarından məhrum edir. Müvafiq qanunvericiliyə əsasən Cavabdeh2 tərəfindən öhdəliklərin icra edilməməsi nəticəsində tələb edilən məbləğlərdə faizlərin tutulması zəruri və hüquqi baxımdan əsaslıdır. Bank tərəfindən cavabdehə kredit xx.xx.2015-ci il tarixdə, yəni bankın fəaliyyət göstərdiyi dövrdə verilmişdir. Həmin dövrdə Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirmişdir. Cavabdehin öhdəliyini vaxtında icra etməməsi bankın bu fəaliyyətləri həyata keçirməsinə mane olmuş və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 5%-lik məbləği tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə, iddiaçının bu hüququnu əsassız yerə tam təmin etməyərək, onun mənafeyini pozmuşdur. Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarışlar və maliyyə arayışı mövcuddur. Ödəniş qrafikində müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər, həmi n ödənişlərin edildiyi tarixlər və açıqlamaları qeyd edilmişdir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdir və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir. TƏRƏFLƏRİNİZAHATLARİ: Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376cı maddəsinə əsasən tərəflərin iştirakları olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUALMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİNQANUNİƏSASİ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. MM-in 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halı borclunun icranı gecikdirməsi sayılır. MM-in 465.1-ci maddəsinə əsasən borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Bundan başqa, MM-in 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərkibi diqqətə çatdırır ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər. Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Habelə MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin baş verdiyi dövrdə qüvvədə olmuş MM-in 739.1ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bundan əlavə, MM-in 421.2-ci və 421.3-cü maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödənişlər etməli olduğu halda, ödənişi tam etməmiş, nəticədə iddiaçı cavabdehlərin əsas, faiz və cərimə borcu yarandığını iddia etmiş və məhkəməyə iddia ilə müraciət etmək hüququndan istifadə etmişdir. Məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, o cümlədən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəzərə alınmalıdır ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (MPM-in 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Nəzərə alınmalıdır ki, MPM-in 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi qeyd edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 62 (altmış iki) manat 94 (doxsan dörd) qəpik məbləğində dövlət rüsumu İddiaçı LPO ASC-nin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 76, 89.1, 217.2, 372, 384, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 07 oktyabr 2025-ci il tarixli 2(036)-146/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1941/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1941/2025
05.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver