Məhkəmə qərarları › İş №2(106)-1942/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1942/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1942/2024 28.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(056)-1289/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: diaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 4130 manat pulun və ödənilmiş dövlət rüsumu əvəzində 62 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. abirabad Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(056)-1289/2024 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh nisyə tapşırıq müqaviləsi üzrə yaranmış 4060 (dörd min altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 55 (əlli beş) manat olmaqla, ümumilikdə 4105 (dörd min yüz beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. ətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. abirabad Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(056)-1289/2024 saylı qərardadı ilə Sabirabad Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(056)-1289/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. rinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan xəbərnamədən görünür ki, məhkəmə qətnaməsi Cavabdeh xx.xx.2024-cü il tarixdə çatdırılmış, apellyasiya şikayəti isə Elektron Məhkəmə Sisteminə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Göründüyü kimi, Cavabdeh xx.xx.2024-cü il tarixinə kimi apellyasiya şikayəti vermək hüququna malik olduğu halda, qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürməklə apellyasiya şikayətini məhkəməyə ünvanlamışdır. Odur ki, Sabirabad Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(056)-1289/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti şikayət vermə müddəti keçdikdən sonra verildiyindən geri qaytarılmalıdır. avabdeh Nəbiyev X3 Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(056)-1289/2024 saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. kayət onunla əsaslandırılmışdır ki, belə ki, məhkəmənin 2 iclasında iştirak etmiş, 3-cü məhkəmədə isə belindən əməliyyat olduğu üçün iştirak edə bilməmişdir. Daha sonra Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə çağırılan zaman xx.xx.2024-cü il tarixdə qətnamədən xəbər tutmuşdur. Həmin qətnamədən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Onun xx.xx.2024-cü il tarixdə qətnaməni alması barədə mülki işdə əsaslı sübut yoxdur. Qərardadı rəsmi olaraq xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə qəbul etmişdir. Belə hesab edir ki, çıxarılan qərardad ona münasibətdə əsassız və ədalətsiz olmuşdur. Bu səbəbdən də ləğv edilməlidir. abirabad Rayon Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, 2(056)-1289/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sabirabad Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(056)-1289/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə tərkibi hesab edir ki, Cavabdeh Sabirabad Rayon Məhkəməsinin 01 iyul 2024cü il tarixli 2(056)-1289/2024 saylı qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Məhkəmə tərkibi qeyd edir ki, Cavabdeh şikayətində istinad etdiyi hallar formal mülahizələrdən ibarətdir və birinci instansiya məhkəməsinin qanuni qərardadının ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətində sözügedən qətnamədən Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə çağırılan zaman xx.xx.2024-cü il tarixdə xəbər tutduğunu, onun xx.xx.2024cü il tarixdə qətnaməni alması barədə mülki işdə əsaslı sübut olmamasını bildirsə də, iş materiallarında (səh.37) onun mövcud qətnaməni almasını təsdiq edən xəbərnamə mövcuddur. Sabirabad Rayon Məhkəməsinin 01 iyul 2024-cü il tarixli 2(056)-1289/2024 saylı qətnaməsi cavabdehin yaşadığı ünvana (Sabirabad rayonu, Bulaqlı kəndi) göndərilmiş və həmin qətnamə cavabdeh tərəfindən müvafiq imza atmaqla qəbul edilmişdir. Qeyd edilməlidir ki, cavabdeh hazırkı şikayətində yaşadığı ünvanı “Sabirabad şəhəri, ünvan 3lki apellyasiya şikayətindəki “ünvan” qrafasında ünvan 4ilir ki, şikayətdə qeyd edilən hallar işin məqsədli şəkildə uzadılmasına xidmət edir və iddiaçının hüquqlarının pozulması ilə nəticələndir. Məhkəmə tərkibi diqqətə çatdırmağı zəruri hesab edir ki, qanunvericilikdə apellyasiya şikayətinin verilməsi müddəti və apellyasiya şikayətinin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi halı konkret şəkildə göstərilmiş, habelə müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini geri qaytarmaqla düzgün qənaətə gəlmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətini qanunla müəyyən edilmiş prosessual müddəti ötürməklə vermiş və prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Avropa İnsan Hüquqları Məhkəməsi «Sovtransavto Holdinq» Ukraynaya qarşı (şikayət №48553/93, xx.xx.2002) şikayəti üzrə işdə X5 Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı ilə ərizəçinin şikayət verilməsi üçün müəyyən edilmiş bir aylıq müddətin bitməsi əsasına görə şikayətin qəbul edilməsindən imtina olunmasını artıq formalizmin mövcud olduğu kimi qiymətləndirmişdir. Avropa Məhkəməsi həmin işdə həmçinin qeyd etmişdir ki, ərizəçinin kassasiya şikayəti qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməmişdir. Bu da belə bir nəticəyə gətirib çıxara bilər ki, ərizəçi daxili müdafiə vasitələrini tükətməmişdir. Avropa Məhkəməsi xatırlatmışdır ki, onun daxili müdafiə vasitələrinin tükədilməsi üzrə presedent təcrübəsinə müvafiq olaraq bu qayda kifayət qədər çevik və artıq formalizmdən azad şəkildə tətbiq olunmalıdır. Həmin qayda avtomatik tətbiq olunmamalı və mütləq xarakter daşımamalıdır; hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi, «X2rşı» iş üzrə qərarında (1985-ci il) qeyd etmişdir ki, vaxt məhdudiyyətləri ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və vaxtı keçmiş iddiaların qarşısının alınması məqsədilə qoyula bilər. Presessual hüquq qabiliyyəti üzrə məhdudiyyətlər, məsələn, müvafiq hüquqa malik olmayan iddiaçıları məhkəmənin dəyərli vaxtını almaqdan çəkindirmək üçün qoyula bilər. Digər məhdudiyyətlərə hökümət nazirlərinin, parlament üzvlərinin, mülki dövlət qulluqçularının və digər şəxslərin immunitet və imtiyazları aid edilə bilər. Lakin tətbiq edilən məhdudiyyətlər məhkəməyə müraciət hüququnun mahiyyətinə xələl gətirən dərəcədə olmamalıdır. Bundan başqa, məhkəməyə müraciət hüququna qoyulan məhdudiyyətlər qanuni məqsəd daşımalı və tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan əlaqə mövcud olmalıdır. (Bax.Avropa İnsan Hüquqları Məhkəməsi Şərhlər və normativ Aktlar. Bakı, «GİSO Enterprise» KRİNB,2006-cı il, 257 səh.). İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin «Ryabıx Rusiyaya qarşı» 24 iyul 2003cü il tarixli işi üzrə qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, «res judicata» prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Sabirabad Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(056)-1289/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398, 400 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Sabirabad Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(056)-1289/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2(056)-1289/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar