Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1943/2023 01.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 qızı və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı qətnaməsindən Cavabdeh1 qızının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 qızı və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10986,28 ABŞ dolları məbləğində kredit borcu, 4118,1 ABŞ dolları faiz borcu və 6505,58 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 21609,96 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı qətnaməsi (hakim S.Seyfullayev) ilə, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 qızı, Cavabdeh2 qızı və Cavabdeh3 müştərək qaydada 10986,28 ABŞ dolları məbləğində kredit borcu, 4118,1 ABŞ dolları faiz borcu və 60 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15044,38 ABŞ Dolları (Azərbycan manatı ekvivivalentində kredit borcu və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınıb iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödənilmiş 10(on) manat dövlət rüsumu iddiaçı "xxxx" QSC-yə aid edilməsi qət edilmişdir. Qətnamə 12 oktyabr 2021-ci il tarixdə iş üzrə tərəflərə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı qətnaməsi 12 noyabr 2021-ci il tarixdə icra edilməsi üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Beyləqan Rayon İcra və Probasiya şöbəsinin 10 oktyabr 2022-ci il tarixli qərarı ilə, Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı icra sənədinin geri qaytarılması qərara alınmışdır. 14 noyabr 2022-ci il tarixdə Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı icra vərəqəsində uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra icra olunması üçün yenidən Beyləqan Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. 29 sentyabr 2023-cü il tarixdə Cavabdeh1 qızı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qətnaməni rəsmi qaydada almadığını bu səbəbdən qətnamənin surətinin ona verilməsini xahiş etmişdir. Həmin gün qətnamənin surətini almışdır. Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 qızının vəkili və nümayəndəsi Vəkil 11 oktyabr 2023cü il tarixdə elektron qaydada apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 28 noyabr 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1943/2023 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 01 dekabr 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı qətnaməsindən Cavabdeh1 qızının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər 361.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərəkən birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunu yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, MPM-nin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası Cavabdeh1 qızının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmasını yoxlayaraq müəyyən etdi ki, qətnamə 12 oktyabr 2021-ci il tarixdə iş üzrə tərəflərə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı qətnaməsi 12 noyabr 2021-ci il tarixdə icra edilməsi üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Beyləqan Rayon İcra və Probasiya şöbəsinin 10 oktyabr 2022-ci il tarixli qərarı ilə, Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı icra sənədinin geri qaytarılması qərara alınmışdır. 14 noyabr 2022-ci il tarixdə Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı icra vərəqəsində uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra icra olunması üçün yenidən Beyləqan Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. 29 sentyabr 2023-cü il tarixdə Cavabdeh1 qızı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qətnaməni rəsmi qaydada almadığını bu səbəbdən qətnamənin surətinin ona verilməsini xahiş etmişdir. Həmin gün qətnamənin surətini almışdır. Lakin iş materiallarından görünür ki, Cavabdeh1 qızı məhkəmə baxışı iclasında iştirak etmiş və iddia tələbini qəbul etmişdir. Göründüyü kimi cavabdehin qəbul olunan məhkəmə qətnaməsindən xəbərdar olmuş həmçinin iddia tələbini qəbul etmişdir. İş materiallarından göründüyü kimi, qətnamə iş üzrə tərəflərə göndərilmişdir. Əgər qətnamə iş üzrə tərəflərə çatmamışdırsa bu halda qətnamə (yəni məktub) geri qayıtmalı və iş materiallarında əlavə edilməli idi. Lakin iş materiallarında belə bir qətnamənin (yəni məktub) geri qayıtmasını və ya iş üzrə tərəflər çatmasını təsdiq edən heç bir sənəd olmamışdır. Belə olan halda birinci instansiya məhkəməsi qeyd olunanları araşdırmalı lazımı olduğu təqdirdə poçt şöbəsinə sorğu verməli və məktubun ünvan sahibinə çatması və ya çatmadığı halda məktubun geri qayıtmamasının səbəblərini öyrənməlidir. Baxmayaraq ki, birincisi instansiya məhkəməsi yuxarıda qeyd olunanlarla əlaqədar hər hansısa araşdırılmanın aparılmasına cəhd etməmiş, özünün qəbul etdiyi qətnamənin prosessual qanunvericilik baxımından tərəflərə çatdırılıb-çatdırılmaması, çatdırılmadığı halda isə göndərilən qətnamənin tərəfə çatmamasının səbəblərini müəyyən etmədən qəbul olunmuş qətnaməni qanuni qüvvəsin alması əsası ilə icraya yönəltmişdir. Buradan belə qənaətə gəlinir ki, əgər qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmişsə, onda icra məmuru tərəfindən icra haqqında qanuna əsasən icra tədbirləri həyata keçirilməli və bu barədə məhkəməyə məlumat verilməli idi. Lakin iş materiallarında bunu təsdiq edən sübutlar mövcud olmamışdır. Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı qətnaməsi 12 noyabr 2021-ci il tarixdə icra edilməsi üçün Beyləqan rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, Beyləqan Rayon İcra və Probasiya şöbəsinin 10 oktyabr 2022-ci il tarixli qərarı ilə, Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı icra sənədinin geri qaytarılması qərara alınmış, bundan sonra 14 noyabr 2022-ci il tarixdə Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı icra vərəqəsində uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra icra olunması üçün yenidən Beyləqan Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. MPM-nin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Prosessual hüquq normalarının mənasından da göründüyü kimi, yalnız qanuni qüvvəyə minməmiş qətnamələr və qərardadlardan verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkündür. Cavabdeh1 qızı tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmiş, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpasına dair ərizə verilməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunanları müzakirə etmədən apellyasiya şikayətini qəbul edərək apellyasiya qaydasında baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu isə ona dəlalət edir ki, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar mövcud deyildir. Mülki Prosessual Məcəllənin 130-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd olunan prosessual müddətin əsassız bərpa edilməsi və ya bu cür şəraitin yaradılması iş üzrə qarşı tərəfin (burada iddiaçıya münasibətdə başa düşülməlidir.) hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb ola bilər. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. MPM-nin 364.1-ci maddəsinə əssən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin maddənin tələbinə əsasən apellyasiya şikayətinin yoxlanılması birinci instansiya məhkəməsinin vəzifəsidir. Lakin, yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış və prosessual hüquq normalarının tələbləri pozulmaqla, apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğu yoxlanılmadan iş materialı apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Beyləqan Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Beyləqan Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(020)740/2021 saylı qətnaməsindən Cavabdeh1 qızının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(106)-1943/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1943/2023
01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver