Məhkəmə qərarları › İş №2(106)-1948/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1948/2023

04.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1948/2023 04.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Astara Rayon Məhkəməsinin 2(018)-1051/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 26 sentyabr 2023-cü il tarixli, 2(018)-1051/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mübariz Məmmədov) iddia tələbi qismən təmin edilərək, 13 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Mayıs oğlundan tutulan Astara Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 2(018)- 1291/2021 saylı qətnaməsi ilə qət edilmiş hər ay 130 manat məbləğində alimentin məbləğinin artırılaraq, hər ay 160 manat məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh Mayıs oğlundan tutulub İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 manat hissəsinin Cavabdeh Mayıs oğlundan alınaraq İddiaçı verilməsi, İddiaçı tərəfindən ödənilmiş 55 manat məbləğində olan mediasiyaya dair xərcin Cavabdeh Mayıs oğlundan tutularaq İddiaçı verilməsi, iddianın alimentin artırılması tələbi ilə bağlı hissəsinin 40 manat hissəsinin təmin olunmaması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə elektron sənəd şəklində verilmiş apellyasiya şikayətində şikayəti verən şəxsin Cavabdeh, onun vəkilinin Vəkil olduğu qeyd edilmiş, apellyasiya şikayəti Vəkil tərəfindən imzalanmışdır. Apellyasiya şikayətinə vəkil orderi və etibarnamə surəti əlavə olunmuşdur. Lakin apellyasiya şikayətinə əlavə edilmiş AR- İİİ 134217 seriya nömrəli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə üzrə səlahiyyətlər Cavabdeh tərəfindən deyil, X2 tərəfindən verilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinə əlavə edilmiş etibarnamə cavabdehin məhkəmə aktlarından şikayət verilməsi və imzalanması səlahiyyətinin Vəkil etibar etməsi ilə əlaqədar olmamış, həmin etibarnamə üzrə etibar edən kimi başqa şəxs çıxış etmişdir. Bundan başqa, iş materiallarının 27-ci vərəqinə əlavə edilmiş etibarnamədən isə görünür ki, etibar edən Cavabdeh adından Vəkil bir sıra səlahiyyətlər etibar edilmiş olsa da, həmin etibarnamənin etibarlılıq müddəti 25 sentyabr 2023-cü il tarixində başa çatmışdır. Halbuki, apellyasiya şikayəti Vəkil tərəfindən 01 noyabr 2023-cü il tarixində elektron imza vasitəsilə imzalanmışdır. MPM-in 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Lakin hazırkı halda apellyasiya şikayəti apellyasiya şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanmamış, vəkil tərəfindən isə etibarnamə üzrə müvafiq səlahiyyət alınmadan apellyasiya şikayəti imzalanmışdır. MPM-in 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Astara Rayon Məhkəməsinin 2(018)-1051/2023 saylı, 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Astara Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar