Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1952/2024 16.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-1075/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 17 dekabr 2024-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24300 (iyirmi dörd min üç yüz) manat miqdarında pulun və 163 (yüz altımış üç) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, özünə fərdi yaşayış evi almaq üçün rieltor (makler) vasitəsilə Cavabdeh ilə tanış olmuşdur. Cavabdeh ona Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində faktiki istifadəsində olan 0.02 ha torpaq sahəsində yerləşən, 1 mərtəbədən ibarət olan, 3 (üç) otaqlı fərdi yaşayış evini satdığını bildirmişdir. Cavabdeh ilə fərdi yaşayış evinə baxış keçirilmiş, mətbəx mebeli daxil olmaqla fərdi yaşayış evini 24.300 (iyirmi dörd min üç yüz) manata alqı-satqısına razılıq əldə etmişlər. Fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd olmadığından alqı-satqı prosesi rieltor Hüseyn Malikovun işlədiyi ofisdə həyata keçirilmiş, razılıq və pulun verilməsi video çəkiliş vasitəsi ilə yazılmışdır. O, Cavabdeh 24.300 (iyirmi dörd min üç yüz) manat pulu tam şəkildə vermiş, alqı-satqı xx.xx.2022-ci il tarixli evlərin alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən notariat qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, **********997 saylı ərizə ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Abşeron rayonu, X3 ünvanında faktiki istifadəsində olan 200 kv.m torpaq sahəsində inşa etdiyi 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı fərdi yaşayış evini müvafiq qanunvericiliyə uyğun olaraq ona satmış, həmin torpaq sahəsinə və tikiliyə dair heç bir iddia və tələbi olmayacağını yazılı şəkildə bildirmişdir. Cavabdeh ondan 1 ( bir) ay möhlət istəmiş, onun tərəfindən Cavabdeh vaxt verilmişdir. Qeyd edilən müddət bitdikdən sonra evə köçmüş, lakin evə köçdükdən bir neçə gün sonra evdə olmamağından istifadə edən Cavabdeh həyat yoldaşı hasardan həyətə keçərək evə daxil olmuş və evdən çıxmamışdır. Sonradan mənzilə köçürülmə tələbi ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, məhəkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək mübahisəli evin onun olduğunu, həmin evi 2016-cı il tarixdə aldığını, evdəki əşyaların da ona məxsus olduğunu və evi 12 iyun 2022-ci il tarixdə ona 24300 manata satdığını bildirmişdır. Satılan zaman cavabdeh arvadı Aynur Həsənovaya da məlumat vermiş və hətta ona evə köçməyə, əşyaları daşımağa kömək etmişdir. Lakin, Suraxanı Rayon Məhkəməsi həmin evin özbaşına tikili olduğu qənaətinə gələrək xx.xx.2023-cü il tarixli, 2(010)-1495/2023 saylı qətnaməyə əsasən iddiasını təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5827/2023 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. İşə baxan məhkəmələr tərəfindən bildirilmişdir ki, iddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixli müqavilə və notarial qaydada təsdiq edilmiş ərizə iddiaçının məhkəmə qaydasında Cavabdeh mübahisəli tikiliyə görə ödədiyi pul vəsaitini geri tələb etmək hüququnu yaradır. Cavabdeh halhazıradək pulunu qaytarmamış və hərəkətlərindən bəlli olur ki, onun pulunu qaytarmaq fikri yoxdur. Dəfələrlə ondan pulunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdiklərini nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalıdır. İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1 məhkəmə iclası zamanı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)-1075/2024 saylı, 16 aprel 2024-cü il tarixli (Hakim: Firdovsi Əliyev) ilə, iddianın təmin edilməsi, Cavabdeh 24300 manat məbləğində pulun və dövlət rüsumuna görə ödənilmiş 163 manatın, cəmi 24463 (iyirmi dörd min dörd yüz altımış üç) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Masallı Rayon Məhkəməsinin 2(050)-1075/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək, cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-1075/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apelyasiya icraatı zamanı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)-1075/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)-1075/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməsini iş üzrə toplanmış sübutlarla təsdiq edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, İş materiallarında olan 12 iyun 2022-ci il tarixli evlərin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh Xəzər rayonu, Binə qəsəbəsində yerləşən faktiki istifadəsində olan 200 kv.m torpaq sahəsində inşa etdiyi 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini mətbəx mebeli qalmaq şərti ilə İddiaçı 24300 manata satmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş və Bakı şəhəri, 31 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 06 sentyabr 2022-ci il tarixli ərizədə göstərilir: “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Abşeron rayon X3” ünvanında faktiki istifadəsində olan 200 kv.m torpaq sahəsində inşa etdiyi 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evini müvafiq qanunvericiliyə uyğun olaraq İddiaçı satdım. Həmin torpaq sahəsinə və tikiliyə dair heç bir iddiam və tələbim olmayacaq. Hər-hansı bir mübahisə yaranarsa şəxsən özüm cavabdehlik daşıyacağam”. İş materiallarında olan Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli, 2(010)- 1495/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh, X2 və X1 qarşı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 0.02 torpaq sahəsində yerləşən 1 mərtəbədən ibarət olan 3 otaqlı, 6093 saylı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2(103)-5827/2023 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-1495/2023 saylı qətnaməsi iddiaçı İş materiallarında olan İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, Cavabdeh ona Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində faktiki istifadəsində olan 0.02 ha torpaq sahəsində yerləşən, 1 mərtəbədən ibarət olan, 3 (üç) otaqlı fərdi yaşayış evini satdığını bildirmişdir. Cavabdeh ilə fərdi yaşayış evinə baxış keçirilmiş, mətbəx mebeli daxil olmaqla fərdi yaşayış evini 24.300 (iyirmi dörd min üç yüz) manata alqı-satqısına razılıq əldə etmişlər. Fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd olmadığından alqı-satqı prosesi rieltor Hüseyn Malikovun işlədiyi ofisdə həyata keçirilmiş, razılıq və pulun verilməsi video çəkiliş vasitəsi ilə yazılmışdır. O, Cavabdeh 24.300 (iyirmi dörd min üç yüz) manat pulu tam şəkildə vermiş, alqı-satqı xx.xx.2022-ci il tarixli evlərin alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən notariat qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, **********997 saylı ərizə ilə bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Abşeron rayonu, X3 ünvanında faktiki istifadəsində olan 200 kv.m torpaq sahəsində inşa etdiyi 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı fərdi yaşayış evini müvafiq qanunvericiliyə uyğun olaraq ona satmış, həmin torpaq sahəsinə və tikiliyə dair heç bir iddia və tələbi olmayacağını yazılı şəkildə bildirmişdir. Cavabdeh ondan 1 ( bir) ay möhlət istəmiş, onun tərəfindən Cavabdeh vaxt verilmişdir. Qeyd edilən müddət bitdikdən sonra evə köçmüş, lakin evə köçdükdən bir neçə gün sonra evdə olmamağından istifadə edən Cavabdeh həyat yoldaşı hasardan həyətə keçərək evə daxil olmuş və evdən çıxmamışdır. Sonradan mənzilə köçürülmə tələbi ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş, məhəkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək mübahisəli evin onun olduğunu, həmin evi 2016-cı il tarixdə aldığını, evdəki əşyaların da ona məxsus olduğunu və evi 12 iyun 2022-ci il tarixdə ona 24300 manata satdığını bildirmişdır. Satılan zaman cavabdeh arvadı Aynur Həsənovaya da məlumat vermiş və hətta ona evə köçməyə, əşyaları daşımağa kömək etmişdir. Lakin, Suraxanı Rayon Məhkəməsi həmin evin özbaşına tikili olduğu qənaətinə gələrək xx.xx.2023-cü il tarixli, 2(010)-1495/2023 saylı qətnaməyə əsasən iddiasını təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5827/2023 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmişdir. İşə baxan məhkəmələr tərəfindən bildirilmişdir ki, iddiaçının istinad etdiyi xx.xx.2022-ci il tarixli müqavilə və notarial qaydada təsdiq edilmiş ərizə iddiaçının məhkəmə qaydasında Cavabdeh mübahisəli tikiliyə görə ödədiyi pul vəsaitini geri tələb etmək hüququnu yaradır. Cavabdeh hal-hazıradək pulunu qaytarmamış və hərəkətlərindən bəlli olur ki, onun pulunu qaytarmaq fikri yoxdur. Dəfələrlə ondan pulunu tələb etsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdiklərini nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalıdır. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, o, hesab edir ki, alqı-satqı baş tutmuş və iddiaçı alqı-satqıdan sonra evə köçmüşdür. Keçmiş həyat yoldaşının həmin evə daxil olaraq iddiaçını evdən çıxarması ilə bağlı məsələnin ona aidiyyatı yoxdur. Çünki o müqavilə üzrə pulu aldıqdan sonra evi iddiaçıya təhvil vermişdir. Kollegiya qeyd edir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı münasibətləri yaranmış, iddiaçı cavabdehə 24300 manat verərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 0.02 torpaq sahəsində yerləşən, 1 mərtəbədən ibarət olan 3 otaqlı fərdi yaşayış evini almış və cavabdehin iddiaçıdan həmin pul məbləğini alması məhkəmə qətnamələri və tərəflər arasında bağlanmış 12 iyun 2022-ci il tarixli yazılı müqavilə ilə təsdiq olunur. Sonradan iddiaçı cavabdehin arvadı tərəfindən həmin evdən çıxarıldığı üçün hazırda cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vermiş olduğu 24300 manat məbləğində pulun geri qaytarılmasını tələb edir. Lakin tərəflər arasında yaranan münasibətlər daşınmaz əmlakın alqı-satqısına dair münasibətlər olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq rəsmləşdirilməmişdir. Belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 648.2. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Kollegiya qeyd edir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qanunun tələbinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edilməlidir ki, istər mübahisə edilən istərsə də əhəmiyyətsiz əqlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlı şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Cavabdehin iddia tələbinə etirazının və apellyasiya şikayətinin dəlillərinin əsasını-iddiaçı ilə aralarında mübahisəli mənzillə bağlı alqı-satqının baş tutması, iddiaçıdan aldığı 24300 manat pulun müqavilində mübahisəli evi ona təhvil verdikdən sonra keçmiş həyat yoldaşının həmin evə daxil olaraq iddiaçını evdən çıxarmasına baxmayaraq artıq iddiaçı ilə aralarında olan alğı-satqının baş tutması təşkil edir. Kollegiya iddiaçının bu mövqeyi ilə razılaşmır. Çünki mübahisəli ev dövlət qeydiyyatına alınmamış, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməmişdir. Halbuki yuxarıda qeyd edilən maddi hüquq normasının mənasından da aydın olur ki, tərəflər müqavilənin bağlanmasının mühimşərtləri barədə razılığa gəldikdən sonra daşınmaz əmlakla bağlı alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. Göründüyü kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi qanuna uyğun şəkildə bağlanmadığından əhəmiyyətsiz əqdir və əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlı şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Məhz bu səbəbdən də birinci instansiya məhkəməsi tərəflər arasında olan alqı-satqı müqaviləsinin əhəmiyyətsiz olduğu qənaətinə gəlmiş və məhz bu əsasla da birinci instansiya məhkəməsi “Cavabdeh 24300 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 163 manat, cəmi 24463 (iyirmi dörd min dörd yüz altımış üç) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir.” qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırki qətnamədə təkrarlamağa zərurət görmür. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Masallı Rayon Məhkəməsinin 2(050)-1075/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-1075/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1952/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1952/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver