Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-196/2023 12.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X9, (sədrlik edən, məruzəçi) Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı "xxxx" QSC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işi üzrə Astara Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)-09/2022 saylı qətnaməsindən iddiaçı və cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbimnin ipoteka predmetinə yönəldilməsina dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 08R000010914 saylı kredit razılaşması üzrə 41351.38 ABŞ Dolları kredit borcu, 29947.87 ABŞ Dolları faiz borcu və 47397.96 ABŞ Dolları cərimə borcu olmaqla, ümumilikdə, cəmi 116697,21 (yüz on altı min altı yüz doxsan yeddi dollar, iyirmi bir sent) ABŞ Dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 60 manat xidmət haqqının tutulması; - tələbin Astara rayonu Ərçivan kəndində Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 paylı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinə yönəldilməsi; tələbin "xxxx" MMC-nin mülkiyyətində olan Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 299.5 m2 ümumi sahədən ibarət qeyri yaşayış binasına yönəldilməsi; - tələbin Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 m2 ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzilinə yönəldilməsi; - Həmin əmlakların açıq hərracdan satılması və 116697 (yüz on altı min altı yüz doxsan yeddi) ABŞ Dolları 21 (iyirmi bir) sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 60 (altmış) manat xidmət haqqının əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi; - Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin "xxxx" MMC-dən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 müştərək qaydada tutulması; - Astara rayonu Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 01 (bir) ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; - Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 01 (bir) mərtəbəli, 299.5 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 01 (bir) ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; - Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 m2 ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzilinə tutma yönəldildikdən və satıldıqdan 01 (bir) ay sonra Cavabdeh2 və Cavabdeh9 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" QSC-i ilə bağladıqları 07 sentyabr 2012-ci il tarixli 08L000005313 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 600000 (altı yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Kredit xətti müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" QSC-i ilə bağladığı 28 sentyabr 2012-ci il tarixli, 08R000010914 saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 17 aprel 2015-ci il tarixli, 08R000010914S saylı, 05 noyabr 2015-ci il tarixli 08R000010914SA saylı, 19 fevral 2016-cı il tarixli 08R000010914SB saylı, 07 aprel 2017cı il tarixli 08R000010914SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Lakin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05 oktyabr 2017-ci il tarixdən banka qaytarmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti götürdüyü kredit borcundan 158 648.62 (yüz əlli səkkiz min altı yüz qırx səkkiz dollar, altmış iki sent) ABŞ dolları ödəmiş, onun 41351.38 (qırx bir min üç yüz əlli bir dollar, otuz səkkiz sent) ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Nəticədə 27 dekabr 2018-ci il tarixə 448 gün üçün hesablanmış faiz borcu 29947.87 (iyirmi doqquz min doqquz yüz qırx yeddi dollar, səksən yeddi sent) ABŞ dolları, 27 dekabr 2018-ci il tarixə 448 gün üçün hesablanmış cərimə 47397.96 (qırx yeddi min üç yüz doxsan yeddi dollar, doxsan altı sent) ABŞ dolları təşkil etmişdir. Həmçinin, kredit xətti müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər - ipoteka verənlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 ilə bank arasında bağlanılmış 10 sentyabr 2012-ci il tarixli, 08M000000906 saylı ipoteka müqaviləsi əsasında Astara rayonu Ərçivan qəsəbəsində Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətlərində olan 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi Liter A tikilisi: (Yaşayış sahəsi) 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, Liter B tikilisi: 1 mərtəbəli, 22,3 m2 tikintialtı sahədən ibarət qaraj, Liter C tikilisi: 1 mərtəbəli, 19,7 m2 tikintialtı sahədən ibarət hamam, Liter 1 tikilisi: 1 mərtəbəli, 2,1 m2 tikintialtı sahədən ibarət ayaqyolu, Liter 2 tikilisi: hasar, Liter 3 tikilisi: darvaza iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran ərazi idarəsi tərəfindən 6 nömrəli reyestr kitabının 62-ci vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışa əsasən Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətlərində olan 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bundan başqa kredit xətt müqaviləsi üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" QSC-nin bağladığı 10 sentyabr 2012-ci il tarixli 08M000000903 saylı sonrakı ipoteka müqaviləsi (Astara rayon notariat kontoru tərəfindən təsdiq edilib) əsasında Astara şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.0368 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 01 (bir) mərtəbəli 299.5 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasını iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən 2 №- li reyestr kitabının 8 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Astara şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.0368 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli 299.5 m2 ümumi sahədən ibarət qeyri yaşayış binasının "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Bundan başqa kredit xətti müqaviləsi üzrə "xxxx" MMC-nin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka verən Cavabdeh2 AccessBank” QSC-i ilə bağladığı 10 sentyabr 2012-ci il tarixli 08M000000905 saylı ipoteka müqaviləsi (Bakı şəhəri 53 saylı Notariat kontoru tərəfindən təsdiq edilib) əsasında Bakı səhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 kv/m ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 408 Nömrəli reyestr kitabının 37952 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən X3 məxsus Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 m2 ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzilini FAR-EL” MMC-yə kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC-i tərəfindən cavabdehlərə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlər göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Astara rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)-09/2022 saylı qətnaməsi ilə (sədrlik edən Z.İbrahimov) iddia qismən təmin edilərək cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada əsas borc üzrə 41351,38 (qırx bir min üç yüz əlli bir dollar, otuz səkkiz sent) ABŞ dolları, faiz borcu üzrə 8,504,41 ABŞ dolları (səkkiz min beş yüz dörd dollar, qırx bir sent) ABŞ dolları və cərimə borcu olaraq 1000 (bir min) ABŞ dolları, ümumilikdə 50.855,79 (əlli min səkkiz yüz əlli beş dollar, yetmiş doqquz sent) ABŞ dolları məbləğində (ödəniş gününə Azərbaycan manatına məzənnə ilə), ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 60 (altmış) manat xidmət haqqına görə pul alınıb "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə verilməsi, - cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 mülkiyyətlərində olan 0.06 ha torpaq sahəsi açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsaitin tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, - İpoteka predmeti olan fərdi yaşayış evinin 0.06 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti (likvid qiymət) 68.000 (altmış səkkiz min) manat müəyyən edilməsi, Astara şəhəri Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, - İpoteka predmeti olan Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının ilkin satış qiyməti (likvid qiymət) 93.500 (doxsan üç min beş yüz) manat müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 9 nömrəli mənzil açıq hərracdan satılması, satış pulundan əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxslərə qaytarılması, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 9 nömrəli mənzilin ilkin satış qiymətinin (likvid qiymət) 119.000 (yüz on doqquz min) manat müəyyən edilməsi, - Ekspertiza xərcini təşkil edən 200 (iki yüz) manat məbləğində pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada alınaraq dövlət büdcəsinə - Az MEM VÖİN **********, AZ34 CTRE **********000 ******* X2, Kod 210005 VÖEN ********** Müxbir hesab Az41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22 nömrəli hesaba və mütəxəssis rəyi ilə əlaqədar 300 manat (üç yüz) manat məbləğində xərcin (pul) cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 müştərək qaydada alınaraq «X5» MMC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sahil Filalına **********08 nömrəli hesaba ödənilməsi, iddia qalan hissələrdə əsassız olduğu üçün təmin edilməmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: İddiaçı"xxxx" QSC apellyasiya şikayəti verərək apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətində Astara rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)-09/2022 saylı qətnaməsinin ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Cavabdeh3 apellyasiya şikayəti verərək apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilməsini göstərmişdir. Apellyasiya şikayətində həmçinin Astara rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)- 09/2022 saylı qətnaməsi faiz borcunun tutulması və ipoteka predmetləri olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m ümumi, 219,4 kv.m yaşayış, 54kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 68000(altmış səkkiz min) manat və Astara şəhəri Azərbaycan küçəsində yerləşən 299,5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının isə ilkin satış qiymətinin 93500 (doxsan üç min beş yüz) manat müəyyən edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh6 apellyasiya şikayəti verərək apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilməsini göstərmişdir. Apellyasiya şikayətində həmçinin Astara rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)- 09/2022 saylı qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və digər xərclərin tutulması, tutmanın onun paylı mülkiyyət hüququ ilə məxsus olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsində olan payına yönəldilməsi hissələrində ləğv edilməsi və iddianın həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətində həmçinin Astara rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)- 09/2022 saylı qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və digər xərclərin tutulması, tutmanın onun paylı mülkiyyət hüququ ilə məxsus olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsində olan payına və ona mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 9 nömrəli mənzilə yönəldilməsi hissələrində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh9 apellyasiya şikayəti verərək apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətində həmçinin Astara rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)- 09/2022 saylı qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və mütəxəssis xərclərinin ondan tutulması hissələrində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir. Göstərmişdir ki, onunla bank arasında hər hansı kredit və zamilik müqaviləsi bağlanmamış və bunlarla bağlı bank qarşısında hər hansı öhdəlik götürməmişdir. d) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Astara rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)-09/2022 saylı qətnaməsinin ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə qətnamə csxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Həmçinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 apellyasiya şikayətini əsassız hesab etmişdir. Cavabdeh9 apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, bankla onun arasında kredit borcu ilə bağlı hər hansı öhdəlik müəyyən edilməmişdir. Lakin Cavabdeh9 bank qarşısında ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 9 nömrəli mənzilə tutma yönəldikdən sonra o həmin evdən 1 ay ərzində çıxması və boşaltması ilə bağlı öhdəlik götürmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə qanuna müvafiq olaraq məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh2, Cavabdeh3 və Cavabdeh9 məhkəməyə teleqram və elektron qaydada müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı "xxxx" QSC qətnaməni qismən, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh9 apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam olaraq mübahisələndirilmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının həmin şəxslərə münasibətdə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" QSC və Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın təmin edilməsi hissədə iddiaçıya və Cavabdeh9 münasibətdə qətnamə qəbul edərkən həmin hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etməmiş, maddi hüquq normalarının tələbləri pozulmuşdur, məhkəmənin iş üzrə gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətilərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçı və cavabdeh tərəfin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" QSC ilə bağladığı 07 sentyabr 2012-ci il tarixli 08L000005313 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 600000 (altı yüz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" QSC-nin bağladığı 28 sentyabr 2012-ci il tarixli 08R000010914 saylı kredit kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 200000 (iki yüz min) ABŞ dolları məbləğində kredit verilmişdir. 17 aprel 2015-ci il tarixli 08R000010914S saylı, 05 noyabr 2015-ci il tarixli 08R000010914SA saylı, 19 fevral 2016-cı il tarixli 08R000010914SB saylı, 07 aprel 2017cı il tarixli 08R000010914SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 28 sentyabr 2012-ci il tarixli 08S000010335 saylı, 08S000010334 saylı, 08S000010333 saylı, 08S000010332 saylı, 08S000010490 saylı, 08S000010491 saylı, və 24 oktyabr 2012-ci il tarixli 08S000010331 saylı zaminlik müqavilələrinə əsasən kredit xətti müqaviləsi üzrə FAR-EL» Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 borcların olması barədə bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli, 9/1557 saylı rəyindən görünür ki, xx.xx.2012-ci il tarixli 08R000010914 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, cavabdeh FAR-EL» Məhdud Məsuliyyətli Cəmiyyətinin 29 yanvar 2019-cu il tarixinə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 63,367,95 ABŞ dolları (altmış üç min üç yüz altmış yeddi dollar, doxsan beş sent) əsas borc, 8,504,41 ABŞ dolları (səkkiz min beş yüz dörd dollar, qırx bir sent) faiz borcu müəyyən olunmuşdur. 10 sentyabr 2012-ci il tarixli, 08M000000906 saylı ipoteka müqaviləsindən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətlərində olan Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evi Liter A tikilisi: (Yaşayış sahəsi) 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, Liter B tikilisi: 1 mərtəbəli, 22,3 m2 tikintialtı sahədən ibarət qaraj, Liter C tikilisi: 1 mərtəbəli, 19,7 m2 tikintialtı sahədən ibarət hamam, Liter 1 tikilisi: 1 mərtəbəli, 2,1 m2 tikintialtı sahədən ibarət ayaqyolu, Liter 2 tikilisi: hasar, Liter 3 tikilisi: darvaza iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran ərazi idarəsi tərəfindən 6 nömrəli reyestr kitabının 62-ci vərəqində qeydiyyata alınmış və RX ******* nömrəli çıxarışa əsasən Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 paylı mülkiyyətlərində olan 0.06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" QSC-nin bağladığı 10 sentyabr 2012-ci il tarixli, 08M000000903 saylı sonrakı ipoteka müqaviləsi əsasında Astara şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.0368 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli 299.5 m2 ümumi sahədən ibarət qeyri yaşayış binasının "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Lənkəran Ərazi İdarəsi tərəfindən 2 №- li reyestr kitabının 8 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Astara şəhəri, Azərbaycan küçəsində istifadədə olan 0.0368 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 1 mərtəbəli 299.5 m2 ümumi sahədən ibarət qeyri yaşayış binasının "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh2 "xxxx" QSC-nin bağladığı 10 sentyabr 2012-ci il tarixli, 08M000000905 saylı ipoteka müqaviləsi əsasında Bakı səhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 m2 ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzili "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında İ işınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 408 Nömrəli reyestr kitabının 37952 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Cavabdeh2 məxsus Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 m2 ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzilini «FAR-EL” MMC-yə kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdırdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərfindən cavabdehlərə ünvanlanan 11 noyabr 2016-ci il tarixli bildiriş məktublarından görünür ki, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsinə başlamağı barədə cavabdehlər xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası «X5» tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli, 440 saylı mütəxəssis rəyindən görünür ki, Astara rayonu, Ərçivan kəndində olan 0.06 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 274.0 kv.m, yaşayış sahəsi 219.4 kv.m, yardımçı sahəsi 54.6 kv.m, tərkib hissəsi olan 22.3 kv.m qaraj, 19.7 kv.m hamam, 2.1 kv.m ayaqyolu, darvaza, hasardan ibarət 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 62687.00 manat müəyyən edilir. Qeyd: Astara rayonu, Ərçivan kəndində və ona yaxın ərazilərdə yerləşən fərdi yaşayış evlərinin daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələblətəklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyriyaşayış binasının ilkin satış qiyməti (likvid dəyəri) 106250.00 manat müəyyən edilir. Qeyd: Astara şəhəri, Azərbaycan küçəsində və ona yaxın ərazilərdə yerləşən qeyriyaşayış binalarının daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələblə-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir. ünvan 3 ünvanında yerləşən 9 nömrəli mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 111010.00 manat müəyyən edilir. Qeyd: Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində və ona yaxın ərazilərdə yerləşən mənzillərin daşınmaz əmlak bazarında mövcud olan qiymətlərdən və eləcə də tələblə-təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərində qismən dəyişiklik olması istisna edilmir . Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının 31 may 2022-ci il tarixli, 10/7304 saylı rəyindən görünür ki, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla yüklü edilmiş və Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2 və Cavabdeh6 məxsus Astara rayonu Ərçivan kəndində 0.06 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinin ilkin satış qiyməti təqribən 85500,0 manat və RX seriyalı, ******* nömrəli hüquqlarin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla yüklü edilmiş və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 299.5 m2 ümumi sahədən ibarət qeyri yaşayış binasının ilkin satış qiyməti 112500,0 manat məbləğində müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz emlakın dövlət reyestrindən çıxarışla çıxarışla yüklü edilmiş və Cavabdeh2 məxsus ünvan 1,9 saylı mənzilin ilkin satış qiymətinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli, 01/22-425 nömrəli ekspert rəyindən görünür ki, Astara rayonun, Ərçivan qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi ilə birlikdə ümumi sahəsi 274.0 kv.m, yaşayış sahəsi 219.4 kv.m, yardımçı sahəsi 54.6 kv.m, tərkib hissəsi olan 22.3 kv.m qaraj, 19.7 kv.m hamam, 2.1 kv.m ayaqyolu, darvaza, hasardan ibarət 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 68.000 (altmış səkkiz min ) manat müəyyən edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli, 01/22-430 nömrəli ekspert rəyindən görünür ki, Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyri- yaşayış binasının ilkin satış qiyməti (likvid dəyəri) 93.500 (doxsan üç min beş yüz) manat müəyyən edilir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli, 01/22-424 nömrəli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən 9 nömrəli mənzilin ilkin satış qiyməti (likvid dəyəri) 119.000 (yüz on doqquz min) manat müəyyən edilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi iddiaçı"xxxx" QSC apellyasiya şikayəti verərək apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Astara rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)-09/2022 saylı qətnaməsinin ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və onlar satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması və əmlakların boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Qətnamənin əsaslılığını ipoteka predmetlərinə tutma yönəldildikdən və onlar satıldıqdan sonra -yəni, Astara rayonu Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 01 (bir) ay sonra Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8 və Cavabdeh2 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, - Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 01 (bir) mərtəbəli, 299.5 kv/m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 01 (bir) ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi və - Bakı şəhəri Xətai rayonu Afiyəddin Cəlilov küçəsi 2 saylı evin 63 m2 ümumi sahədən ibarət 3 otaqlı 9 saylı mənzilinə tutma yönəldildikdən və satıldıqdan 01 (bir) ay sonra Cavabdeh2 və Cavabdeh9 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissədə tədqiq edən kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, tələbi həmin hissədə təmin etməyən birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı vəziyyətdə tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlansa da, həmin predmeti təşkil edən Astara rayonu Ərçivan qəsəbəsində yerləşən 0.06 hektar torpaq sahəsində olan fərdi yaşayış evi 2 mərtəbəli, 8 otaqlı, 274 m2 ümumi, 219.4 m2 yaşayış, 54.6 m2 yardımçı sahəsindən ibarət fərdi yaşayış evi, Astara şəhəri, Azərbaycan küçəsində yerləşən 299.5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binası və ünvan 3 ünvanında yerləşən 9 nömrəli mənzil satılmamışdır. Bu isə o deməkdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin boşaldılmasına yalnız həmin ev açıq hərracdan satıldıqdan sonra o, 01 (bir) ay ərzində onu tərk etmədiyi təqdirdə baş tuta bilər, Buna görə də cavabdehlərin sadalanan əmlaklardan çıxarılmasını və əmlakların boşaldılmasını əsassız hesab etmişdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzili ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarında olan sənədlərdən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə dair öhdəlik götürdükləri görünür. Apellyasiya şikayətinin dəlillri qətnamənin həmin hissədə ləğv olunması üçün əsasdır. İddiaçının həmin tələbi qanundan və cavabdehlərin notariat qaydasında üzərinə götürmüş olduqları öhdəliklərdən irəli gəlir və tutmanın ipoteka predmeti olan yaşayış evinə və əmlaka yönəldilməsi mərhələsində yeni mülkiyyətçi bəlli olmadan tələbin bu hissədə əsassız olmasından ibarət birinci instansiya məhkəməsinin gəldiyi nəticə yanlışdır. Buna görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Həmçinin Cavabdeh9 apellyasiya şikayəti verərək apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Astara rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)- 09/2022 saylı qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və mütəxəssis xərclərinin ondan tutulması hissələrində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir. Göstərmişdir ki, onunla bank arasında hər hansı kredit və zamilik müqaviləsi bağlanmamış və bunlarla bağlı bank qarşısında hər hansı öhdəlik götürməmişdir. Məhkəmə Cavabdeh9 apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi borcun, ekspertiza və mütəxəssis xərclərinin həmçinin Cavabdeh7 tutmaqda haqlı olmamaışdır. Belə ki, iddiaçı ilə Cavabdeh7 arasında hər hansı kredit və ya zaminlik müqaviləsi bağlanmamış və o bank qarşısında qeyd edilənlərlə bağlı hər hansı öhdəlik götürməmişdir. Ümumiyyətlə iddia ərizəsinə nəzər saldıqda aydın olur ki, iddia ərizəsi üzrə Cavabdeh7 qarşı belə bir tələb irəli sürülməmişdir. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi borcun, ekspertiza və mütəxəssis xərclərinin Cavabdeh7 tutmaqla iddia tələbindən kənara çıxmışdır. Buna görə də Astara rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)- 09/2022 saylı qətnaməsi Cavabdeh7 şikayətinə münasibətdə həmin hissədə ləğv edilməlidir. Cavabdeh3 apellyasiya şikayəti verərək apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilməsini göstərmişdir. Apellyasiya şikayətində həmçinin Astara rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)-09/2022 saylı qətnaməsi faiz borcunun tutulması və ipoteka predmetləri olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m ümumi, 219,4 kv.m yaşayış, 54kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 68000(altmış səkkiz min) manat və Astara şəhəri Azərbaycan küçəsində yerləşən 299,5 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasının isə ilkin satış qiymətinin 93500 (doxsan üç min beş yüz) manat müəyyən edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh6 apellyasiya şikayətində həmçinin Astara rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)-09/2022 saylı qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və digər xərclərin tutulması, tutmanın onun paylı mülkiyyət hüququ ilə məxsus olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsində olan payına yönəldilməsi hissələrində ləğv edilməsi və iddianın həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətində Astara rayon məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(018)-09/2022 saylı qətnaməsinin ona aid olan hissəsində, yəni borcun, ekspertiza və digər xərclərin tutulması, tutmanın onun paylı mülkiyyət hüququ ilə məxsus olan Astara rayonu, Ərçivan qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsində olan payına və ona mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi ev 9 nömrəli mənzilə yönəldilməsi hissələrində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin edilməməsini xahiş etmişdir. İş materiallarını təhlil edərkən müəyyən edilmişdir ki, qeyd edilən əmlakların qiymətləndirilməsi ilə bağlı iki ayrı-ayrı qiymətləndirici təşkilat tərəfindən bəhsi keçən əmlaklar qiymətləndirilmişdir. Həmçinin cavabdehin kredit borcları üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və müvafiq rəy alınaraq işə əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, "Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur". «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir». Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə olduğundan, müvafiq olaraq həmin müqavilədə zaminliklə təmin edilmiş əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanan kredit razılaşmasında faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun vurğuladığı kimi, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Hazırki işin materiallarından isə görünür ki, iddiaçı borc alan Cavabdeh3 ilə kredit xətti müqaviləsi çərçivəsində kredit razılaşması bağlayarkən, verilən kreditin faizi və qaytarılması müddəti barədə zaminlər Cavabdeh6 və Cavabdeh2 razılığını almışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər iddiaçı ilə bağlamış olduğu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehlərə qarşı həmin müqavilə əsasında irəli sürdüyü öhdəliklərin icrasından ibarət tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Yuxarıda sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə, mübahisə predmeti üzrə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı "xxxx" QSC və Cavabdeh9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Astara Rayon Məhkəməsinin 17.10.22-ci il tarixli, 2(018)-09/2022 saylı qətnaməsi tutmanın ipoteka predmeti olan əmlaklara yönəldikdən və o satıldıqdan 01 (bir) ay sonra cavabdehlərin həmin əmlaklardan çıxarılması, əmlakların boşaldılması və əmlakların hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinin təmin olunmaması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Astara rayonu, Ərçivan kəndində 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, 274 kv.m ümumi, 219.4 kv.m yaşayış, 54.6 kv.m yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 01 (bir) ay sonra Cavabdeh3, Cavabdeh4n, Cavabdeh6, Cavabdeh8, X8 və Cavabdeh7 həmin əmlakdan çıxarılsın, əmlak boşaldılaraq hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Astara şəhəri Azərbaycan küçəsində 0.0368 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 299,5 (kv.m) ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 01 (bir) ay sonra həmin qeyri-yaşayış sahəsi boşaldılaraq hərracın nəticəsi üzrə alıcıya təhvil verilsin. Bakı şəhəri, Xətai rayonu A.Cəlilov küçəsi 2 saylı evin 63 kv.m sahəsindən ibarət 3 otaqlı 9 saylı mənzilə tutma yönəldildikdən və satıldıqdan 01 (bir) ay sonra Cavabdeh2 və Cavabdeh9 həmin mənzildən çıxarılsın, mənzil boşaldılaraq hərracın nəticəsi üzrə alıcıya təhvil verilsin. Astara Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(018)-09/2022 saylı qətnaməsi Cavabdeh9 kredit müqaviləsi üzrə borcun, ekspertiza və məhkəmə xərclərinin tutulması hissəsində ləğv edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-196/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-196/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver