Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-196/2024 14.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(049)-2168/2023 saylı qətnaməsindən (hakim N.Ağabəyov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 35000 (otuz beş min) manat pulun və dövlət rüsumu olaraq ödədiyi 195 (bir yüz doxsan beş) manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında qarşılıqlı etibar olmuşdur. Bir müddət sonra cavabdeh ondan 35000 (otuz beş min) manat borc istəmişdir. O, cavabdehin səmimiliyinə inanıb onunla razılaşmış və 2014-cü il tarixdə ona 35000 (otuz beş min) manat borc vermişdir. Razılaşmaya əsasən cavabdeh həmin məbləği hər ay 1944 (min doqquz yüz qırx dörd) manat olmaqla 18 ay ərzində ona qaytarmalı idi. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edib. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. 27 oktyabr 2015-ci il tarixdə borc müqaviləsini yazılı formada da bağlamaq üçün Lənkəran şəhəri 1 saylı notariat kontorunda yenidən rəsmiləşdirmişlər. Lakin Cavabdeh üzərinə düşən vəzifəni yerinə yetirməyərək müxtəlif vaxtlarda borcunu ödəməyə söz versə də, bütün hallarda ödənişdən yayınmışdır. Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(049)-2168/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh 35000 (otuz beş min) manat borc və 195 (bir yüz doxsan beş) manat dövlət rüsumunun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunmasını, iş üzrə yeni obyektiv qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin mətnindən başa düşülür ki, Lənkəran Rayon Məhkəməsi işin nəticəsində maraqlı olduğundan izahatlarımda və şifahi vəsatətlərində qeyd edilən faktları yoxlamamış, onlara hüquqi qiymət verməmişdir. Məhkəmə iclaslarında verdiyim izahatların məzmununu beş cümlədə ifadə edərək əsası olmayan qətnamə qəbul etmişdir. Məhkəməyə təqdim etdiyi sübutlar üzrə araşdırmalar aparılmamışdır. Belə ki, Lənkəran Rayon Məhkəməsi verdiyi izahatlar üzrə borc müqaviləsinin yaranma səbəblərini araşdırmamışdır. Çünki belə araşdırma onun marağının əksinə olmuşdur. Məhkəmə şifahi vəsatətləri və izahatlarında adları qeyd edilən şəxləri borc müqaviləsinin yaranma səbəblərinin müəyyən edilməsi üçün məhkəmə iclaslarına dəvət etməmiş və izahatlarını almamışdır. Şifahi vəsatətin verilməsinə baxmayaraq 2014-cü ilin hansı tarixində cavabdehə 35000 manat pul borc verilməsi və kimin və ya kimlərin yanında verilməsi məhkəmə tərəfindən araşdırılmamışdır. Notarial orqanda da əvvəllər verilmiş borcun etirafı zamanı həmin borcun verilməsi Mülki Məcəllənin 882.1-ci maddəsində ehtiva olunan borc öhdəliyinin yazılı şəkildə və mövcüdluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilib-verilməsi araşdırılmamışdır. İddiaçı ilə işlədiyi 2014- 2015-ci və sonrakı illər ərzində 3 dəfə “AccessBank”dan 5000, 3000 və 1000 manat olmaqla kredit götürərək iddiaçıya verməyi və sonuncudan başqa əvvəlki iki kredit məbləğlərinin iddiaçı tərəfindən ödənilməsi faktlarının araşdırılması barədə verdiyi şifahi vəsatətlər məhkəmə tərəfindən qəbul edilməmişdir. “Əyər iddiaçıdan borc pul almışdırsa, onda banklardan kreditləri nə üçün götürürdü” sualı məhkəmə iclaslarında izahını tapmamışdır. Çünki məhkəmə buna imkan və şərait yaratmamışdır. Son kredit məbləği iddiaçı tərəfindən ödənilmədiyi üçün hal-hazırkı vaxta kimi ödənilməmiş qalmışdır. Həmin kredit məbləğlərini iddiaçı narkoman oğluna sərf edirdi, ona görə də həmin kreditləri özü ödəyirdi. Həmin faktlar məhkəmə tərəfindən araşdırılmamış və onlara hüquqi qiymət verilməmişdir. Aldadılaraq işə götürülməyi barədə ondan ərizə almış, maaş əvəzinə satılan qidaların üzərinə 0.02 qəpik qoyaraq satmağa onu məcbur edən və həmin 0.02 qəpikləri ona maaş kimi verən iddiaçının rəhbərlik etdiyi mağazada 2015-ci il tarixdə tabe olduğu "xxxx" Firması tərəfindən aparılan yoxlama zamanı 35000 manat pulun mənimsənilməsi faktının aşkar edilmişdir. İddiaçı tərəfindən mənimsənilən həmin pul məbləğinin mənbəyinin müəyyən edilməsi istiqamətində iddiaçının xahişi və yalvarışı əsasında notariat qaydada onunla “əvvəllər verilmiş borcun etirafı müqaviləsi”nin bağlanılması, mağazanı təftiş edənlərə çatışmayan pul məbləğinin mənbəyinin göstərilməsinin həqiqi bir sübut olması barədə vəsatətləri qəbul edilməmişdir. Əvvəllər verilmiş borcun etirafı müqaviləsi” üzrə ona heç bir pul məbləği verilmədiyindən, yəni həmin müqavilə saxta şəkildə bağlanıdığından, iddiaçı tərəfindən qanunvericiliyin tələbləri üzrə hər hanslı bir sənəd tərtib edə bilməmişdir. Çünki həmin müqavilə hər ikimizin razılığlı ilə saxta qaydada bağlanılmışdır. Lakin Lənkəran Rayon Məhkəməsi bu barədə izahatlarını qəbul etməmişdir. Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, 27 oktyabr 2015-ci il tarixli “əvvəllər verilmiş kreditin etirafı müqaviləsi”nə əsasən notariat tərəfindən icra qeydinin verilməsindən məlumatsız olmuş, onu hal-hazırki vaxtadək icra məmurları həmin məsələ ilə bağlı narahat etməmişlər. Ümumiyyətlə 27 oktyabr 2015-ci il tarixli “əvvəllər verilmiş kreditin etirafı müqaviləsi” tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı təkrar olaraq məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Kollegiya MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tələb edilən borcla bağlı icra icraatında ləğv edilməmiş icra qeydi üzrə icraat olduğundan və eyni məsələ ilə bağlı yeni icra sənədinin verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməz olduğundan, hazırki tələbə Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında Lənkəran rayonu 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş 27 oktyabr 2015-ci il tarixli “əvvəllər verilmiş kreditin etirafı müqaviləsi”ndən görünür ki, tərəflər aşağıdakı razılığı gəlmişlər: İddiaçı 2104-cü il tarixdə Cavabdeh verdiyi 35000 (otuz beş min) manat məbləğində borc pulu hər ayın sonu 1944 (bir min doqquz yüz qırx dörd) manat olmaqla 18 ay müddətinə qaytarmaq şərti ilə razılığa gəlmişlər; Cavabdeh 2014-cü il tarixdə İddiaçı aldığı 35000 (otuz beş min) manat məbləğində borc pulu hər ayın sonu 1944 (bir min doqquz yüz qırx dörd) manat olmaqla 18 ay müddətinə qaytarmağı öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş Lənkəran rayonu 1 saylı notariat kontorunun 23 yanvar 2018-ci il tarixli icra qeydindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Lənkəran rayonu 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş 27 oktyabr 2015-ci il tarixli “əvvəllər verilmiş kreditin etirafı müqaviləsi” əsasında icra qeydi verilərək məcburi icra olunmasından ötrü icraya yönəldilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon icra və probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kamran Əmənovun 19 fevral 2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Lənkəran rayonuu 1 saylı notariat kontorunun 23 yanvar 2018-ci il tarixli icra qeydi üzrə icraata başlanılmışdır. Mülki işin apellyasiya baxışı zamanı Lənkəran rayon icra və probasiya şöbəsinə verilən sorğu nəticəsində müəyyən edilmişdir ki, Lənkəran rayonuu 1 saylı notariat kontorunun 23 yanvar 2018-ci il tarixli icra qeydi tələbkar İddiaçı ərizəsinə əsasən 11 iyun 2021-ci il tarixli qərarla “İcra haqqında” Qanunun 23.1.1-ci maddəsinə müvafiq olaraq geri qaytarılmışdır. Göründüyü kimi iddianı təmin edən birinci instansiya məhkəməsi həmin borcun tutulmasına dair ləğv edilməmiş icra qeydinin olmasını nəzərə almamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun : 6.1.1, 6.1.4-cü maddələrinə əsasən məhkəmə qərarları əsasında verilən icra vərəqələri, notariusun icra qeydləri icra sənədi sayılırlar; 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra sənədinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydiyni icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Göründüyü kimi, məhkəmə qərarı əsasında çıxarılmış icra sənədi ilə eyni statusda olan icra qeydinin geri qaytarılması, onun ləğvini ehtiva etməyərək, gələcəkdə yenidən icraya yönəldilməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8 -259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə məhkəmə qərarı əsasında çıxarılmış icra sənədi ilə eyni statusda olan icra qeydinin verilməsi, icra qeydinin mübahisələndirilməməsi və qüvvədə olması, həmin borcun etirafı müqaviləsi üzrə mübahisəyə yenidən baxılmasını istisna etdiyindən, iş üzrə icraata məhkəmə qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Kollegiya hesab edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi prosessual qanunvericiliyə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardaddan kassasiya şikayəti verilir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 384.0.5, 400, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli 2(049)-2168/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “27 oktyabr 2015-ci il tarixli əvvəllər verilmiş kreditin etirafı müqaviləsinə əsasən pul” tələbinə dair işin icraatına xitam verilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-196/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-196/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver