Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1962/2023 25.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X4 ibarət tərkibdə, Sabirabad Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli 2(056)-1730/2019 saylı qərardadından (hakim S.Allahverdiyev) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh5, Cavabdeh4 və X3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, 022R********** saylı kredit razılaşması üzrə 12899.49 ABŞ dolları məbləğində kredit borcu, 13991.44 ABŞ dolları məbləğində faiz borcu və 18136.63 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 45027.56 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək 022R********** saylı kredit razılaşması üzrə 11695.38 ABŞ dolları məbləğində kredit borcu, 13991.44 ABŞ dolları məbləğində faiz borcu və 18136.63 ABŞ dolları məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 43823.45 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh8, Cavabdeh7, Cavabdeh5, Cavabdeh4 və X1 müştərək qaydada xeyrinə tutulması, tələbin Sabirabad rayonu, Şıxsalahlı kəndində 0.499672 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, hərracdan əldə olunan vəsait borcun ödənilməsinə tam kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən ümumi qaydada tutulması, Sabirabad rayonu, Şıxsalahlı kəndində 0.499672 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh8 həmin fərdi yaşayış evindən istifadə hüquqları itirilməklə çıxarılmaları, fərdi yaşayış evinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 5 dekabr 2019-cu il tarixli 2(056)1730/2019 saylı qərardadına əsasən tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir: Cavabdehlər xx.xx.2013-cü il tarixli 22L000001324 saylı kredit xətti müqaviləsi əsasında bağlanmış xx.xx.2015-ci il tarixli 022R********** saylı Kredit Razılaşması üzrə Banka sonuncu ödənilmiş 1204.11 (min iki yüz dörd) ABŞ Dolları 11 (on bir sent) nəzərə alındıqdan sonra 11695.38 ABŞ Dolları məbləğində kredit borcu, 13991.44 ABŞ Dolları məbləğində faiz borcu və 18136.63 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 43823 (qırx üç min səkkiz yüz iyirmi üç) ABŞ Dolları 45 (qırx beş) sent məbləğində kredit borcunun (bundan sonra "borc") olmasını etiraf etmişlər. Cavabdehlər kredit razılaşması üzrə 43823 (qırx üç min səkkiz yüz iyirmi üç) ABŞ Dolları 45 (qırx beş) sent məbləğində vəsaiti, yəni borcu bu sazişin 7-ci bəndində qeyd olunan Ödəniş Planı (bundan sonra "Ödəniş Planı") ilə razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürmüşlər. Cavabdeh1 xüsusi mülkiyyətində olan, Sabirabad rayonu, Şıxsalahlı kəndində 0.499672 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin (daşınmaz əmlakın dövlət reyestr nömrəsi: RX 0728376) ilkin satış qiyməti 11006 (on bir min altı) manat 10 (on) qəpik razılaşdırılmışdır. Cavabdehlər bu Sazişin 2 və 7-ci bəndinin tələblərini (tam və ya qismən) pozduğu halda, 43823 (qırx üç min səkkiz yüz iyirmi üç) ABŞ Dolları 45 (qırx beş) sent məbləğində borcu, bank qarşısında ipoteka ilə yüklü edilmiş Sabirabad rayonu, Şıxsalahlı kəndində 0.499672 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə yönəldilməsi qərara alınmışdır. Həmin əmlakın bu Sazişin 3-cü bəndində razılaşdırılmış ilkin satış qiymətinə açıq hərracdan satılması,satışdan əldə olunmuş həmin vəsaitin Banka ödənildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ Dollarının manata qarşı olan mübadilə məzənnəsinə əsasən mübadilə edilərək cavabdehlərin Banka olan borcuna ödənilməsi qərara alınmışdır. Borc tam ödənildikdən sonra qalan vəsait Cavabdeh1 verilməsi,ipoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği cavabdehlərdən Bankın xeyrinə ümumi qaydada tutulması, Cavabdeh1 başqa kredit təşkilatından Banka olan borcu ödəmək məqsədilə kredit almaq üçün müraciət edərsə və götürüləcək kredit məbləği Banka olan borcun tam ödənilməsinə kifayət edərsə ipoteka predmeti olan Sabirabad rayonu, Şıxsalahlı kəndində 0.499672 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini sonrakı ipoteka müqaviləsi ilə kredit təşkilatı qarşısında ipoteka ilə yüklü edilməsinə Bankın razılıq verməsi, Cavabdeh1 ipoteka predmeti olan Sabirabad rayonu, Şıxsalahlı kəndində 0.499672 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini üçüncü şəxsə (şəxslərə) satmaq məqsədilə Banka müraciət edəcəyi halda və bu əmlakın satışından əldə edəcəyi məbləğ Banka olan borcunun tam ödənilməsinə kifayət edərsə Bank həmin əmlakın satılmasına etiraz etməyəcəyini razılaşdırmışlar. 19 oktyabr 2022-ci ildə İddiaçı QSC-nin nümayəndəsi Nicat Ələkbərov ərizə ilə Sabirabad Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin sazişin şərtlərini pozduğunu, sazişlə ödənilməsi razılaşdırılmış aylıq ödənişləri vaxtı-vaxtında və lazımi qaydada ödəmədiklərini bildirib, Sabirabad Rayon Məhkəməsinin 5 dekabr 2019-cu il tarixli 2(056)1730/2019 saylı qərardadı əsasında icra vərəqəsinin verilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsi tərəfindən 19 oktyabr 2022-ci il tarixdə barışıq sazişinin təsdiq edilməsinə dair qərardad əsasında icra vərəqəsi verilmişdir. 20 iyun 2023-cü ildə cavabdeh Məmmədov X6 Rayon Məhkəməsinin 5 dekabr 2019cu il tarixli 2(056)1730/2019 saylı qərardadından şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(056)1730/2019 saylı qərardadı iəsasında şikayət qanunla müəyyən olunan müddət ötürülməklə verilməsi əsası ilə geri qaytarılmışdır. 04 avqust 2023-cü il tarixdə cavabdeh Məmmədov X6 Rayon Məhkəməsinə vəsatətlə müraciət edərək, 5 dekabr 2019-cu il tarixli 2(056)1730/2019 saylı qərardaddan şikayət verə bilməsi üçün buraxmış olduğu prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 5 dekabr 2019cu il tarixli 2(056)1730/2019 saylı qərardadını almamış, indiyədək ona təqdim edilməmişdir. Hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrlü səbəbdən ötürüldüyündən həmin müddət bərpa edilməlidir. Sabirabad Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli 2(056)-1730/2019 saylı qərardadı ilə ərizə təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 5 dekabr 2019-cu il tarixli 2(056)1730/2019 saylı qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqda Cavabdeh1 ərizəsi təmin edilmiş, şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbləri üzrlü hesab edilərək bərpa edilmişdir. Qərardaddan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 şikayət verərək ləğv olunması və Cavabdeh1 şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsinin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddənin məzmunundan da göründüyü kimi buraxılmış müddətin bərpası yalnız üzürlü səbəblər müəyyən edildiyi təqdirdə mümkündür. Məhkəmə qərardadında cavabdehin qətnamənin surətini rəsmi qaydada almadığını qeyd etsə də, bunu tam araşdırmamış, qətnamənin cavabdehlərə rəsmi qaydada təqdim olunubolunmaması barədə poçt şöbəsinə heç bir sorğu göndərməmişdir. Həmçinin barışıq sazişi 05 dekabr 2019-cu il tarixdə tərəflərin iştirakı ilə məhkəmə iclasında imzalanmış və bu barədə məhəkəmə iclas protokoluuna qeyd olunmuş və Cavabdeh1 iştirakı ilə Sabirabad Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli 2(056)-1730/2019 saylı qərardadı elan edilmişdir. Bundan başqa Cavabdeh1 barışıq sazişində göstərilən aylıq 180 manat məbləğindəki ödənişləri müəyyən müddət icra etmişdir. Məhkəmənin 04 avqust 2023-cü il tarixli qərardadında cavabdehin barışıq sazişinin bağlanması barədə qərardaddan narazı olduğu qeyd olunmuşdur. Lakin cavabdeh heç də həmin qərardaddan narazı olmamış və sazişdə göstərilən cədvəldəki məbləğləri qüsurlu şəkildə təxminən 2-3 ilə yaxın icra etmiş və sonra isə ümumiyyətlə icra etməmişdir. Bundan sonra İddiaçı QSC-nin ərizəsinə əsasən barışıq sazişinin şərtləri pozulduğundan məhkəməyə müraciət olunmuş və həmin qərardad icra olunması üçün müvafiq icra şöbəsinə göndərilmişdir. Cavabdehin narazılığı isə bundan sonra başlamışdır. Çünki cavabdehin qərardaddan narazı olduğu halda, həmin qərardadı müəyyən vaxt ərzində icra etməsi heç bir məntiqə əsaslanmır. Ərizəçinin məhkəmədə iştirak edərək qərardadın onun yanında elan olunmasından və həmin qərardadda göstərilən şərtləri qüsurlu şəkildə icra etməsindən 3 il 8 aydan sonra məhkəmə qərardadından xəbərsiz olması üzürlü səbəb hesab oluna bilməz. Məhkəmə tərəfindən cavabdehlərin məhkəmə iclasında iştirak etmələri, cavabdeh tərəfindən barışıq sazişinin qismən də olsa icra edilməsi və qəradadddan xəbərdar olması nəzərə alınmamışdır. Sabirabad Rayon Məhkəməsinin 4 oktyabr 2023-cü il tarixli 2(056)-17302019 saylı qərardadı ilə şikayət təmin olunmayaraq iş materialları ilə birlikdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsaslıdır. MPM-in 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarının Azərbaycan Respubliaksı konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarınında qeyd edilir ki qanuni qüvvəyə minmiş və barəsində şikayət vermə imkanları tükənmiş yekun məhkəmə qərarnın istənilən anda ləğv edilməsi qanunun aliliyi və hüquqi müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir. İddiaçı bankın qərardaddan vermiş olduğu şikayətinə əlavə etdiyi kredit üzrə hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh barışıq sazişinin şərtlərinə qismən olsa da əməl edərək, ödənişlər etmiş və sonuncu ödənişi 09 fevral 2023-cü il tarixində 180 manat məbləğində olmuşdur. Belə olan halda cavabdehin barışıq sazişinin şərtlərindən məlumatlı olmaması, qərardadın ona təqdim olunmaması inandırıcı görünmür. Nəzərə alınmalıdır ki, tərəf olaraq Cavabdeh1 barışıq sazişinin şərtlərini qəbul etmiş, məhkəmədə imzalamış, qərardadın qəbul olunmasında şəxsən iştirak etmiş, sonradan isə sazişlə razılaşdırılmış aylıq ödənişləri icra etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslıdır, iş materialları ilə təsdiqini tapdığından təmin olunmalı, birinci instansiya məhkəməsinin 4 avqust 2023-cü il tarixli qərardadı ləğv edilməli və Cavabdeh1 5 dekabr 2019-cu il tarixli 2(056)-1730/2019 saylı qərardaddan şikayət verə bilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC-nin nümayəndəsi X2 şikayəti təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 4 avqust 2023-cü il tarixli 2(056)-1730/2019 saylı qərardadı ləğv edilsin. Cavabdeh1 Sabirabad Rayon Məhkəməsinin 5 dekabr 2019-cu il tarixli 2(056)- 1730/2019 saylı qərardaddan şikayət verə bilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Pərviz Əhmədov Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-1962/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1962/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver