Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-197/2023 19.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri X3 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh5 və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borcun tutulması tələbinə dair mülki işi üzrə Füzuli Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2(064)-788/2018 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı borc tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 19274.34 ABŞ dolları məbləğində kredit borcu, 10116.71 ABŞ dolları məbləğində faiz borcu və 13841.58 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 43232.63 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2012-ci il tarixdə bağladığı 02L000008963 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 002R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 002R**********SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklilər edilmişdir. Müqavilənin təmini olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh, kredit razılaşması üzrə götürdüyü kredit borcundan 5725.66 ABŞ dolları ödəmiş 19274.34 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən kredit borcunu İddiaçı QSC-yə qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 669 gün üçün hesablanmış faiz borcu 10116.71 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq ödəniş planı üzrə kredit və ona hesablanmış faiz vaxtında qaytarılmadıqda hər gecikdirilən gün üçün kreditin qalığının 0,5 faizi məbləğində cərimə ödəməlidir. Cavabdehin xx.xx.2017-ci il tarixə 669 gün üçün hesablanmış cərimə borcu 13841.58 ABŞ dolları təşkil edir. İddiaçı AccessBank” QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Füzuli Rayon Məhkəməsinin 2(064)-788/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada 002R********** saylı kredit razılaşması üzrə 19274.34 ABŞ dolları məbləğində kredit borcu, 10116.71 ABŞ dolları məbləğində faiz borcu və 2000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 31391.05 ABŞ dollarının ödəniş anında azərbaycan manatı ekvivalentinin və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh5 apellyasiya şikayəti verərək Füzuli Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2(064)-788/2018 saylı qətnaməsinin ona münasibətdə ləğv edilməsini və iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 47l-ci maddəsinə görə zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Hazırkı halda iddiaçı "Acccsshank' QSC ilə Cavabdeh5ı arasında xx.xx.2015-ci il tarixli sazişlə müəyyən olunmuş razılaşma və dəyişikliklərlə əlaqədar heç bir müqavilə bağlanmamış və bununla da Mülki Məcəllənin qeyd edilən maddəsinin tələbləri pozulmuşdur. "xxxx" QSC ilə Cavabdeh5 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə zidd qaydada, cavabdehin iştirakı olmadan bağlandığı üçün heç bir hüquqi nəticələr yaratmamışdır. Göstərmişdir ki, kredit xətt müqaviləsi üçün zaminlik müqaviləsini imzalasa da, kredit razılaşması ilə bağlı zaminlik müqaviləsi imzalamamış, həmçinin kredit razılaşmasına xx.xx.2015-ci il tarixli sazişlə müəyyən olunmuş razılaşma və dəyişikliklərlə əlaqədar onun heç bir razılığı alınmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı və cavabdehlər məhkəmədə iştirak etməmişlər və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh5 və nümayəndəsi məhkəmə prosesində iştirak etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən mülki iş üzrə iddiaçının və digər cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Cavabdeh5 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh5 münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, Cavabdeh5 apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işdə olan 02L000008963 saylı xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 50000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan zaminlik müqavilələrinin əsillərindən görünür ki, Cavabdeh5 02S********** saylı xx.xx.2012-ci il tarixli, Cavabdeh2 02S********** saylı xx.xx.2012-ci il tarixli, Cavabdeh3 02S000020395 saylı xx.xx.2013-cü il tarixli, Cavabdeh4 002S**********01 saylı xx.xx.2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 02L000008963 saylı xx.xx.2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə İddiaçı QSC qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İşdə olan 002R********** saylı xx.xx.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh1 250 ABŞ dolları komissiya ödəməsi şərti ilə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, 24 ay müddətinə 25000 ABŞ dolları kredit verməyi, sonuncu isə kreditin əsas məbləğini və 7571.89 ABŞ dolları hesablanmış faizləri hər təqvim ayı bərabər hissələrlə olmaqla xx.xx.2016-cı il tarixədək ödəməyi, ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilmiş gün üçün kredit qalığının 0.5%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan kreditin verilməsi haqqında xx.xx.2014-cü il tarixli qəbzdən görünür ki, 25000 ABŞ dolları məbləğində kredit Cavabdeh1 tərəfindən qəbul edilmişdir. İşdə olan 002R**********SB saylı xx.xx.2015-ci il tarixli sazişdən görünür ki, İddiaçı QSC və Cavabdeh1 002R********** saylı xx.xx.2014-cü il tarixli kredit razılaşmasına və ödəniş planına dəyişiklik edərək, həmin tarixə ödənilməmiş qalan 19274.34 ABŞ dolları əsas borcu, 13345.41 ABŞ dolları faiz borcunu və 1335.07 ABŞ dolları komissiyanı xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməsini razılaşdırmışlar. İşdə olan 23487 saylı xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 002R********** saylı xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2017ci il tarixə 19274.34 ABŞ dolları məbləğində əsas kredit borcu, 10116.71 ABŞ dolları məbləğində faiz borcu və 13841.58 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi borcu 43232.63 ABŞ dolları təşkil edir. İşdə olan xx.xx.2017-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, İddiaçı QSC kredit müqavilələri üzrə öhdəliklərinin icrasını cavabdehlərə təklif etmiş, əks təqdirdə borcun qaytarılması tələbi ilə müraciət ediləcəyi onların nəzərinə çatdırılmışdır. İşdə olan FT17306TYWSD saylı xx.xx.2017-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC hazırkı tələb üzrə 30 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Göründüyü kimi Cavabdeh5 bəhsi keçən qətnamənin ona münasibətdə ləğv edilməsini xahiş etməklə qətnaməni mübahisələndirmişdir. Buna görə də məhkəmə kollegiyası Cavabdeh5 apelyasiya şikayətlərinin dəlilləri həddində mübahisələndirilən qətnamənin qanuniliyinin yoxlanılmasını məqsədəmüvafiq hesab etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tələbin əsası kimi istinad edilən halların iş üzrə toplanmış sübutlarla qismən təsdiq olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən Cavabdeh5 apellyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2(064)-788/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddinın rədd edilməsi barədə ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh5 münasibətdə işin faktiki hallarını tam hərtərəfli tərəflərin qarşılıqlı münasibətinə uyğun araşdırma aparmaması nəticəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmiş, nəticədə Cavabdeh5 münasibətdə gəldiyi nəticənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan 002R********** saylı xx.xx.2014-cü il tarixli kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh1 250 ABŞ dolları komissiya ödəməsi şərti ilə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, 24 ay müddətinə 25000 ABŞ dolları kredit vermişdir. Həmin kreditin təminatı olaraq cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlamışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 eyni həcmli məsuliyyəti öz üzərinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 002R********** saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixə 19274.34 ABŞ dolları məbləğində əsas kredit borcu, 10116.71 ABŞ dolları məbləğində faiz borcu və 13841.58 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi borcu 43232.63 ABŞ dolları borcu olması göstərilmişdir. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, Cavabdeh1 müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş borc öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən edir ki, Cavabdeh1 Bankla bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi nəticəsində onun digər cavabdehlərlə birgə iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Maliyyə arayışına əsasən Cavabdeh1 002R********** saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə xx.xx.2017-ci il tarixə 19274.34 ABŞ dolları məbləğində əsas kredit borcu, 10116.71 ABŞ dolları məbləğində faiz borcu və 13841.58 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi borcu 43232.63 ABŞ dolları borcu olması göstərilmişdir. Bundan başqa 02S********** saylı, xx.xx.2012-ci il tarixli, zaminlik müqaviləsi üzrə Cavabdeh5 digər zaminlərlə birlikdə borclu Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməməsinə görə kreditor bank qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 477.0.4-ci maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. MM-in 550-ci maddəsinə görə isə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Mülki işin hallarından müəyyən olunur ki, zaminlər Cavabdeh5 qarşı yalnız 24 aprel 2018-ci il tarixdə iddia qaldırmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi zaminə qarşı iddia qaldırarkən qanunla müəyyənləşdirilmiş müddət keçməsinə baxmayaraq zaminliyə xitam verilməli olduğu halda bunu etməmişdir. Belə ki, Cavabdeh5 ilə zaminlik müqaviləsi xx.xx.2012-ci ildə bağlanmışdır. Odur ki, məhkəmə kollegiyası bu hissədə qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi qənaətinə gəlir və hesab edir ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəlik götürmüş zamin Halbuki, Cavabdeh5 öhdəliyin icrasını tələb etmək üçün qanunla müəyyənləşdirilmiş müddət keçdiyinə görə zaminliyə xitam verilməli, 002R********** saylı, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə borcun Cavabdeh5 tutulması hissəsində iddia tələbi təmin olunmamalıdır. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Füzuli Rayon Məhkəməsinin 2(064)-788/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi Cavabdeh5 münasibətdə ləğv edilməli, "xxxx" QSC-nin iddiası Cavabdeh5 münasibətdə təmin edilməməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392, 393 və 405-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-788/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi Cavabdeh5 münasibətdə ləğv edilsin, "xxxx" QSC-nin iddiası Cavabdeh5 münasibətdə təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-197/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-197/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver