Məhkəmə qərarları › İş №2(106)-1998/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1998/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1998/2023 11.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinin mümkünlüyünün əsaslarını yoxlayaraq, müəyyənetdi: Borclular Cavabdeh1 və Cavabdeh2 4175 manat əsas borc, 2298 manat faiz borcu olmaqla, ümumilikdə 6473 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması barədə Şirvan şəhər Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli, 2(032)-2899/2015 saylı məhkəmə əmri verilmişdir. Borclu Cavabdeh1 məhkəmə əmrindən etirazına baxılmış, Şirvan şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadı ilə borclunun etirazı baxılmadan geri qaytarılmışdır. Borclu Cavabdeh1 müddətin bərpasına dair, həmçinin Şirvan şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə şikayətinə baxılmış, Şirvan şəhər Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Şirvan şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli qərardadı ləğv edilmiş, Şirvan şəhər Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli əmri ləğv edilmiş, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Şirvan Şəhər Məhkəməsinin (hakim C.Mustafayev) 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 4175 manat əsas, 2298 manat məbləğində faiz borcu, cəmi 6473 manat pul və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 125 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. İddiaçının tələbi üzrə iddianın qiyməti 6473 manatdır. İş materiallarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Apellyasiya şikayətində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilsə də, həmin qəbzdən görünür ki, dövlət rüsumu cəmi 10 manat məbləğində ödənilmişdir. Azərbaycan Respublikasının MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya şikayəti daxil olduqdan sonra, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 364-cü maddəsinin tələblərinə uyğun olaraq apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verib-vermədiyini düzgün yoxlamadan mülki işi apellyasiya baxışına göndərmişdir. Halbuki, apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin tələblərinə cavab verməmişdir. Yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, hazırki şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsas yoxdur. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci madəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 363, 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Şirvan Şəhər Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müdətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar