Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-200/2025 14.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi ilə, Ağcabədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC-nın) Cavabdeh qarşı sığorta ödənişinin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4250 manat məbləğində sığorta ödənişinin və 62,50 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-yə verilməsini xahiş etmişdir. İddiaçı ASC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2018ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "Kia Optima" markal, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə "Kia Optima" markalı, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yol-nəqliyyat hadisəsi törətmiş, "Chevrolet Sonic" markalı, ** RC ***, "Nissan Sunny" markalı, ** AV ***, "Nissan Sentra" markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuş, X1 yüngül xəsarət yetirmişdir. Zərərin aradan qaldırılması üçün "xxxx" ASC 4250 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi RPİ Təhqiqat şöbəsindən ünvanlarına cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar daxil olmuş, həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Nəsimi RPİ Təhqiqat şöbəsinin "xxxx" ASC-yə təqdim etdiyi arayışa görə Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. ASC tərəfindən cavabdehin ünvanına geri tələb məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği ASC-yə ödənilməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş və məhkəməyə ərizə verərək baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin aradan qaldırılması üçün xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə sığorta ödənişi edildiyini qeyd etmiş, iddia müddəti keçdiyinə görə iddiadan imtina barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin (hakim E.Quliyev) 22 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nın Cavabdeh qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən üç illik iddia müddətinin ötürüldüyünə əsaslanmışdır. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışında avtomobilin mülkiyyətçisi X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı "xxxx" ASC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" ASC apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 373.1, 1114, 551.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 1114-cü maddəsinə istinad etməklə birinci instansiya məhkəməsinin tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğunu bildirmişdir. Şikayətdə o da qeyd edilir ki, Nəsimi RPİ Təhqiqat şöbəsinin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən cəmi 4.250,00 (dörd min iki yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(006)-1663/2019 saylı Qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmin Qərarda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. İzahatlar Prosessualməsələlər Tərəflər və üçüncü şəxs apellyasiya baxışında iştirak etməmişlər. İddiaçının nümayəndəsi elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs tərəf məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Kollegiya, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2018-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "Kia Optima" markalı, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə "Kia Optima" markalı, ** EE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yolnəqliyyat hadisəsi törətmiş, "Chevrolet Sonic" markalı, ** RC ***, "Nissan Sunny" markalı, ** AV ***, "Nissan Sentra" markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurmuş, X1 yüngül xəsarət yetirmişdir. Qeyd olunan zərərə görə "xxxx" ASC 4250 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərarın və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi "Kia Optima" markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ilə 4-cü mikrorayon istiqamətində hərəkətdə olarkən "Chevrolet" markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobillə, daha sonra irəlidə dayanmış vəziyyətdə olan "Nissan Sunny"markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, zərbənin nəticəsində "Nissan Sunny" markalı, ** AV *** dövlət qeydiyyat nişanlı avtomobil sürüşərək yolu sol tərfindən sağ tərəfə doğru piyada keçən X3 vurmuş, həmçinin yolun kənarında dayanmış vəziyyətdə olan "Nissan Sentra" markalı, ** NX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zəncirvari yol nəqliyyat hadisəsi nəticəsində, piyada X5 yüngül dərəcəli bədən xəsarəti almış, hadisədən sonra "Kia Optima" markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hadisə yerindən uzaqlaşmışdır. Cavabdeh İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. İzahatlardan və iş materiallarında olan xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu və xx.xx.2019- cu il tarixli ödəniş tapşırıqlarının surətindən görünür ki, "xxxx" ASC 19- 08214/08/AA-5524/19, 19-07204/07/AA-5524/19, 19-06652/07/AA-5524/19 və 19- 06799/07/AA-5524/19 nömrəli sığorta aktlarına əsasən PAA********** saylı sığorta şəhadətnaməsi üzrə ümumilikdə 4250 manat sığorta ödənişi həyata keçirmişdir. İddiaçı hazırki tələbində subroqasiya qaydasında cavabdehdən ziyanın ödənilməsini tələb etmişdir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 936.2, 1097.1 və 1108.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddələri təşkil edir. İddiaçının tələbi keçərlidir. Məhkəmə Kollegiyası hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.2-ci maddəsi). Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Qanunun tələbinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (maddə 936.2). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Yol nəqliyyat hadisəsinin baş verməsi, sığorta hadisəsi, Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olması, sığorta ödənişinin verilməsi, sığorta məbləği mübahisələndirilməmişdir. İddiaçı və cavabdeh tərəfindən mübahisələndirilən hal ziyanın ödənilməsində iddia müddətinin tətbiqi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi səbəbindən iddianı rədd etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Birinci instansiya məhkəməsi tərəflər arasında sığorta müqaviləsindən irəli gələn müqavilə münasibətlərinə görə üç illik iddia müddətini tətbiq etmişdir. Kollegiya qeyd edir ki, hazırki mübahisə tərəflər arasında sığorta müqaviləsindən irəli gələn sığorta ödənişi ilə bağlı olmayıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinin tələbləri qaydasında, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etdiyi hüquqdur, ziyan tələbidir. Hazırki tələb müqavilə öhdəliklərindən deyil, ziyan vurulma ilə bağlı münasibətlərdən irəli gəlir. Kollegiya hesab edir ki, hazırki halda ziyan tələbinə görə ümumi iddia müddəti- on illik iddia müddəti tətbiq edilməlidir. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da məhkəmə qətnaməsinin ləğvi üçün əsasdır. Beləliklə, Kollegiyanın belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddiaçının tələbi təmin edilməli, cavabdehdən 4250 manat məbləğində sığorta ödənişi tutulub iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası, qətetdi: İddiaçı "xxxx" ASC-nın apellyasiya şikayəti təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2(017)-1091/2024 saylı qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh 4250 manat tutulub "xxxx" ASC-yə ödənilsin. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-200/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-200/2025
14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver