Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2000/2024 18.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin e-2(032)-1841/2024 saylı, 22 noyabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən ödənilməmiş 900 manat icarə haqqının, avtomobilə vurulmuş 2320 manat ziyanın, monitor və radiatorla bağlı alınmış 200 manat, avtomobilə DYP-dən gəlmiş radarla bağlı cəriməyə görə 120 manat, ödənilmiş 55,80 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(032)-1841/2024 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Ceyhun Mustafayev) xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin qaytarılması qərara alınmışdır. Həmin qərardadda əsas kimi mübahisənin məhkəməyəqədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd əlavə edilməməsi qeyd etmişdir. Halbuki nə cavabdehlə aralarında olan müqavilədə, nə də belə kateqoriyalı işlər üzrə hər hansı qanunvericilikdə məhkəməyə qədər mübahisənin nizama salınması tələbi yoxdur. Bu isə hakimin iddia ərizəmin qaytarılmasına dair qərardadının qanunsuz və əsassız olmasını göstərir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(032)-1841/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(032)-1841/2024 saylı qərardadından İddiaçı qızının verdiyi şikayət baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 22 noyabr 2024cü il tarixli, e-2(032)-1841/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və bildirir ki, məhkəmənin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsində qeyd olunan tələblərə uyğun olmuşdur. Belə ki, hazırda iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanılmış avtomobilin icarəsi haqqında 25 may 2024-cü il tarixli müqavilənin 4.2-ci bəndində həmin müqavilədən irəli gələn və ya onunla əlaqədar olan bütün mübahisələrin, fikir ayrılıqlarının və tələblərin tərəflər arasında danışıqların keçirilməsi yolu ilə həll edilir. Tərəflər arasında olan mübahisələri danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, onlar Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq, məhkəmələr vasitəsilə həll edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, tərəflər arasında olan mübahisənin məhkəməyə müraciət edilənək həll edilməsinə cəhd edilməsini təsdiq edən sübut olmadığından və mübahisənin məhkəmədənkənar həlli imkanı itirilmədiyi aydın olduğundan birinci instansiya məhkəməsi MPM-in 152.1.6-cı maddəsinə istinad etməklə hazırkı iş üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçılara geri qaytarmaqda haqlı olmuşdur Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Şirvan Şəhər Məhkəməsinin 22 noyabr 2024cü il tarixli, e-2(032)-1841/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası iddiaçılara MPM-in 152.4-cü maddəsinə uyğun olaraq izah edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur və onlar müvafiq nizamasalma qaydasına riayət etməklə yenidən hazırkı tələblə məhkəməyə müraciət edə bilərlər. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, e-2(032)-1841/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2000/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2000/2024
18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver