Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2004/2025 17.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Cavabdeh və nümayəndəsi Vəkil iştirakları ilə, Hacıqabul Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli 2(071)-667/2025 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: xx.xx.2024-cü il tarixli borc müqaviləsindən müəyyən edilir ki, iddiaçı cavabdehə 5500 manat dəyərində 500 kisə (1000 kq) pambıq toxumu vermişdir. Müqavilə tərəflər tərəfindən imzalanmışdır. xx.xx.2025-ci il tarixli pretenziya məktubuna əsasən cavabdehə borcun könüllü surətdə ödənilməsi üçün 10 gün müddətində vaxt verilmişdir. Borcun ödənilməyəcəyi təqdirdə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli aktdan müəyyən edilir ki, çiyid səpilən sahələr münbit tərkibli torpaqdır və həmin sahələrdən normal sıxlıqda çıxış almaqla və düzgün becərilmə şəraitində yüksək sentnerlə bol pambıq məhsulu əldə etmək mümkündür. Eyni zamanda müəyyən olundu ki, səpin üçün Nurlan Züfüqarova verilmiş çiyid toxumu 2023-cü ilin deyil, 2022-ci ilin və ya daha əvvəlki illərin toxumu olmuş və çıxış qabiliyyəti aşağı düşmüşdür. Ona görə də, sahədə çıxış çox seyrək alınmışdır. Nurlan Züfüqarov 18 hektar sahəyə 380 kq, hər hektara 21,11 kq hesabı ilə lüt çiyid toxumu səpilmişdir ki, bu da aqrotexniki qaydalara tam uyğundur. Təkrar səpinə zərurət yarandığından və təkrar səpin may ayının sonu, iyun ayının əvvəlinə təsadüf etdiyindən, gecikmiş əkin alınmış, qozaların yetişməsi dövrü soyuq havalara düşmüş və məhsul yetişməmiş, məhsuldarlıq aşağı düşmüşdür. Məhz bu səbəbdən də, Cavabdeh böyük məbləğdə maddi ziyan dəymişdir. - xx.xx.2025-ci il tarixli aqronom-ekspert X3 mütəxəssis rəyindən müəyyən edilir ki, çiyid səpilən sahələr münbit tərkibli torpaqdır və həmin sahələrdən düzgün aqrotexniki becərilmə şəraitində yüksək sentnerlə bol pambıq məhsulu əldə etmək mümkündür. Eyni zamanda müəyyən olundu ki, səpin üçün Nurlan Züfüqarova verilmiş çiyid toxumu 2023-cü ilin deyil, 2022-ci ilin və ya daha əvvəlki illərin toxumu olmuş və çıxış qabiliyyətini iitirmişdir. Ona görə də, sahədə çıxış çox seyrək alınmışdır. Nurlan Züfüqarov 18 hektar sahəyə 380 kq, hər hektara 21,11 kq hesabı ilə lüt çiyid toxumu səpilmişdir ki, bu da aqrotexniki qaydalara tam uyğundur. Çıxış çox seyrək alındığından təkrar səpinə zərurət yaranmış və təkrar səpin may ayının sonu, iyun ayının əvvəlinə təsadüf olunduğundan, gecikmiş əkin alınmış, qozaların yetişməsi dövrü soyuq havalara təsadüf etmiş və məhsul yetişməsi üçün lazımı müsbət tempratur olmadığından, qozalar yetişməmiş, məhsuldarlıq əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Məhz bu səbəbdən də, şikayətçi Cavabdeh böyük məbləğdə maddi ziyan dəymişdir. Aqrotexniki hesablama apararaq şikayətçi Cavabdeh 18 ha pambıq sahəsindən dəymiş maddi ziyanı aşağıdakı kimi müəyyən edilmişdir. Pambıq əkin sahəsi (ha) - 18 hektar itirilmiş məhsuldarlıq (sent/ha) - 3,85 sent/ha hesabı ilə 18 hektar sahədən cəmi məhsul itkisi:18 ha x 3,85 sent/ha = 69,3 sentner və ya 6930 kq təşkil edir. 1 (bir) kq xam pambıq məhsulunun dövlət tərəfindən verilən subsidiya ilə birlikdə qiyməti 0,99 manat təşkil etdiyindən və Cavabdeh bildirdiyinə görə 18 ha sahənin təkrar səpinə hazırlanması üçün əlavə olaraq 3850 manat xərcləmiş pul vəsaiti ilə birlikdə ümumilikdə dəymiş maddi ziyanın məbləği: 6930 kq x 0,99 manat = 6860,7 man + 3850 man = 10710,7 (On min yeddi yüz on manat yetmiş qəpik) manat olmuşdur. “Whatsapp” ani mesajlaşma tətbiqində olan yazışmalardan ibarət 1 ədəd “CD” diskdə və fotoşəkillərdə Z.X15 və Neslihan xanım arasında əkin sahəsinin xəritədən görüntüsü, kisələrdən bəzilərinin qaytarılması və s. barədə mətnlər və səs yazıları aşkar edilmişdir. AQTA tərəfindən verilmiş idxal karantin icazəsi sənədinə əsasən müəyyən edilir ki, mübahisədə sözügedən pambıq toxumu məhsulu AQTA-nın icazəsi ilə idxal standartlarına uyğun olduğu üçün gömrükdən keçirilərək Azərbaycana gətirilmişdir. “T.C. Tarım ve X9 X8 Müdürlüğü” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli sertifikata əsasən müəyyən edilir ki, sözügedən pambıq toxumundan alınmış nümunə üzərində analiz aparılmış və mənfi rəy əldə olunmamışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan müəyyən edilir ki, Cavabdeh (FİN: xxxxxxx) məhsul subsidiyasını (pambıq) alıb-almaması barədə "xxxx" MMC-yə məlumat verilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə ünvanlanan müraciətə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində baxılmışdır. Prezidentin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8-ci yarımbəndinə əsasən 2020-ci ildən etibarən fermerlər “Elektron kənd təsərrüfatı” informasiya sistemində (EKTİS) qeydiyyatdan keçməli, bitkiçilik sahəsi üzrə subsidiyanı almaq üçün hüquqi sənədləri və elektron bəyannaməni bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə EKTİS-ə daxil etməlidirlər. Bildirilmişdir ki, Cavabdeh 2023-2024-cü əkin ilində məhsul subsidiyası ödənilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş; X7 ifadəsində bildirmişdir ki, traktorçudur və uzun illərdir ki, Z.Nurlanın əkin sahələrinin işini o görür. Son dəfə keçən il gedərək Nurlanın tarlasında “malalama” prosesini həyata keçirmişdir. Bu zaman onun əkin sahəsində toxumların seyrək şəkildə cücərdiyinin şahidi olmuşdur. Əlavə olaraq tarixləri xatırlamadığını bildirmişdir. X4 ifadəsində bildirmişdir ki, sürücü olaraq işçiləri əkin sahələrinə aparıb gətirməklə məşğul olur. Sabirabad rayonu Qaragünə kəndində yaşayır. Nurlanın sahəsinə işçiləri aparıb gətirdiyi vaxtda Nurlan ona onun əkin sahəsinə baxmağı məsləhət görmüşdür. Çünki oradakı alaqların təmizlənməsi işlərini ona tapşıracağını bildirmişdir. Baxdığı zaman toxumların zəif cücərdiyinin şahidi olmuşdur. X6 ifadəsində bildirmişdir ki, Nurlanla əvvəl iş yoldaşı olmuşdur. Hazırda aqro mühəndisdir. Əkin üçün hansı kimyəvi vasitələrin lazım olduğunu müəyyən edir. Nurlanla çox vaxtı bir yerdə olur. Belə ki, əkin aprel-may aylarında başlayır və təxmini olaraq avqust ayında tam cücərir. Yay aylarında Nurlanın sahəsinə getmiş və toxumların çox zəif cücərdiyini görmüşdür. Daha sonra mütəxəssis çağırılmış və toxumların köhnə olduğundan məhsulun zəif olduğunu bildirmişdir. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDİRİLMASİ: "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdehdən əsas borca görə 5500 manat və ödənilmiş dövlət rüsumuna görə 75 manatın alınaraq "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsəsən iddiaçı cavabdehə 5500 manat dəyərində 500 kisə (1000 kq) pambıq toxumu vermişdir. Buna baxmayaraq cavabdeh 5500 manat borcu pul və ya natura şəklində iddiaçıya qaytarmamışdır. Cavabdeh tərəfindən iddiaçının pretenziyasına cavab verilməmişdir. Odur ki, cavabdehdən əsas borca görə 5500 manat və ödənilmiş dövlət rüsumuna görə 75 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək 10710,70 manat maddi ziyan, 200 manat vəkilə ödənilmiş xidmət haqqı və 17,50 manat etibarnamə alınması üçün ödənilən pulun "xxxx" MMC onun xeyrinə tutulmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2024-cü ilin əkin sezonunda 18 ha torpaq sahəsində pambıq becərməyi planlaşdırmışdır. Əkin üçün "xxxx" MMC-nin reklamında qeyd etdiyi mobil nömrə ilə əlaqə saxlamışdır. Özünü "xxxx" MMCnin direktoru Türkiyə Respublikasının vətəndaşı Özay Gokuşun arvadı və həmin müəssisənin yuxarı vəzifəli şəxsi kimi təqdim edən Neslihan adlı xanımla danışmışdır. Sonrakı söhbətlərinin bir hissəsini isə həmin xanımla yanaşı Özay Gokuşun özü ilə aparmışdır. xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən 5500 manat dəyərində 50 kisədə 1000 kq çiyid toxumu götürmüşdür (yəni hər kisə üçün 110 manat 50 kisə = 5500 man) 18 ha torpaq sahəsinə həmin toxumdan 19 kisə 380 kq əkmişdir. (19 kisə, hər kisə 110 manat, cəmi 2090 manatlıq toxum) qalan toxumu isə əvvəlcədən razılaşdıqları kimi 06 may 2025-ci il tarixdə 24 kisə (2640 manatlıq) və 24 may 2024-cü il tarixdə 7 kisə (770 manatlıq) natura şəklində geri qaytarmışdır. Bu barədə həmin məlumatları yuxarıda adını çəkdiyi Nəslihan xanımın istifadəsində olan mobil nömrənin "Whatsapp" şəbəkəsi üzərindən qısa mesajlaşma vasitəsilə çatdırmışdır. Beləliklə, “Taşobası" MMC-yə xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsəsən iddiaçı 5500 manat dəyərində 500 kisə (1000 kq) pambıq toxumunun 31 kisəsini (hər kisə 110 manatdan 3410 manatılıq) natura formasında geri qaytarmışdır. Lakin iş bununla da bitmədi əkdiyi çiyidlər bəzi yerlərdə cücərmədi. Digər yerlərdə isə hədsiz dərəcədə seyrək oldu. Təcrübəli aqronomlardan biri o toxum kisəsinin üstündəki yazılara və əkin sahəsinə baxaraq bildirdi ki, toxum 2023-cü ilin yanvar ayında qablaşdırılıb. Bu da o deməkdir ki, bu toxum 2022-ci ilin məhsulundan götürülüb. 2024-cü ildə həmin toxum artıq köhnə olub və bu səbəbdən də cücərmə olmayıb. Məhsul itkisini (ziyanı) minimuma endirmək üçün təkrar sahəni şumlayaraq əkməyi məsləhət görülmüşdür. Cavabdeh Nəslihan xanıma vəziyyəti mobil telefon vasitəsilə bildirmişdir. O, da öz növbəsində səhvən köhnə toxumun Cavabdeh verildiyini bildirmişdir. Bundan sonrakı dövrdə hazır məhsulu onlara verəcəyi təqdirdə Cavabdeh pambığı yüksək qiymətə götürməklə ziyanı kompensasiya edəcəyini bildirmişdir. Cavabdeh artıq ziyana getdiyini anladı və məcbur qalıb həmin yeri təkrar şumlamışdır. Başqa yerdən aldığı toxumla təkrar əkin aparmışdır ki, ziyanın bir hissəsini qarşılansın. 18 ha torpaq sahəsini təkrar əkin üçün yenidən hazırlamağa (şum, toxum, əkin və s.) 3850 vəsait xərclənmişdir. Cavabdeh bu dəfə də əkini gec apardığı üçün (təkrar) cücərmədə zəiflik oldu, məhsuldarlıq aşağı düşdü və xeyli maddi ziyana düşdü. Əkin sahəsinin müayinəsi və ziyanın hesablanması məqsədilə müstəqil ekspertə (peşəkar aqronom - alim) müraciət etdi. 27 sentyabr 2025-ci il tarixdə müstəqil aqronom-ekspert X3, Ələtli kənd ərazi nümayəndəsi X5, Ələtli bələdiyyəsinin sədri X1 və Cavabdeh iştirakıyla əkin sahəsinə baxış keçirilərək xx.xx.2025-ci il tarixli akt tərtib olundu. Müəyyən olundu ki, çiyid səpilən sahələr münbit tərkibli torpaqdır və həmin sahələrdən normal sıxlıqda çıxış almaqla və düzgün becərilmə şəraitində yüksək sentnerlə bol pambıq məhsulu əldə etmək mümkündür. Eyni zamanda müəyyən olundu ki, səpin üçün Cavabdeh verilmiş çiyid toxumu 2023-cü ilin deyil, 2022-ci ilin və ya daha əvvəlki illərin toxumu olmuş və çıxış qabiliyyəti aşağı düşmüşdür. Ona görə də, sahədə çıxış çox seyrək alınmışdır. Cavabdeh 18 hektar sahəyə 380 kq, hər hektara 21,11 kq hesabı ilə lüt çiyid toxumu səpilmişdir ki, bu da aqrotexniki qaydalara tam uyğundur. Təkrar səpinə zərurət yarandığından və təkrar səpin may ayının sonu, iyun ayının əvvəlinə təsadüf etdiyindən, gecikmiş əkin alınmış, qozaların yetişməsi dövrü soyuq havalara düşmüş və məhsul yetişməmiş, məhsuldarlıq aşağı düşmüşdür. Məhz bu səbəbdən də, Cavabdeh böyük məbləğdə maddi ziyan dəymişdir. Müstəqil aqronom-ekspert X3 verdiyi həmin tarixli rəyə əsasən çiyid səpilən sahələr münbit tərkibli torpaqdır və həmin sahələrdən düzgün aqrotexniki becərilmə şəraitində yüksək sentnerlə bol pambıq məhsulu əldə etmək mümkündür. Eyni zamanda müəyyən olundu ki, səpin üçün Cavabdeh verilmiş çiyid toxumu 2023-cü ilin deyil, 2022-ci ilin və ya daha əvvəlki illərin toxumu olmuş və çıxış qabiliyyətini itirmişdir. Ona görə də, sahədə çıxış çox seyrək alınmışdır. Cavabdeh 18 hektar sahəyə 380 kq, hər hektara 21,11 kq hesabla lüt çiyid toxumu səpilmişdir ki, bu da aqrotexniki qaydalara tam uyğundur. Çıxış çox seyrək alındığından təkrar səpinə zərurət yaranmış və təkrar səpin may ayının sonu, iyun ayının əvvəlinə təsadüf olunduğundan, gecikmiş əkin alınmış, qozaların yetişməsi dövrü soyuq havalara təsadüf etmiş və məhsul yetişməsi üçün lazımı müsbət tempratur olmadığından, qozalar yetişməmiş, məhsuldarlıq əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Məhz bu səbəbdən də, şikayətçi Cavabdeh böyük məbləğdə maddi ziyan dəymişdir. Aqrotexniki hesablama apararaq şikayətçi Cavabdeh 18 ha pambıq sahəsindən dəymiş maddi ziyanı aşağıdakı kimi müəyyən edilmişdir. Pambıq əkin sahəsi (ha) - 18 hektar İtirilmiş məhsuldarlıq (sent/ha) - 3,85 sent/ha hesabı ilə 18 hektar sahədən cəmi məhsul itkisi:18 ha x 3,85 sent/ha = 69,3 sentner və ya 6930 kq təşkil edir. 1(bir) kq xam pambıq məhsulunun dövlət tərəfindən verilən subsidiya ilə birlikdə qiyməti 0,99 manat təşkil etdiyindən və Cavabdeh bildirdiyinə görə 18 ha sahənin təkrar səpinə hazırlaanması üçün əlavə olaraq 3850 manat xərcləmiş pul vəsaiti ilə birlikdə ümumilikdə dəymiş maddi ziyanın məbləği: 6930 kq x 0,99 manat = 6860,7 man + 3850 man = 10710,70 manat olmuşdur. Həslihan xanım məhsul zamanı vədinə müxtəlif bəhanələrlə əməl etməmiş, Cavabdeh 2025-ci ildə məhsul təhvilində kömək edəcəyini bildirmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Hacıqabul Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək ilkin iddia üzrə Cavabdeh 5500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 75 manat məbləğdə pulun ilkin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında olan müqaviləyə əsasən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh 5500 manat dəyərində 500 kisə (1000 kq) pambıq toxumu verilmişdir. Cavabdeh isə, həmin pulu "xxxx" MMC-yə qaytaracağını vəd etmişdir. Tərəflər arasında işin mübahisəli halı ondan ibarətdir ki, Cavabdeh iddia edir ki, sözügedən toxum kisələrindən 31 ədədini "xxxx" MMC-yə qaytarmışdır. Bununla bağlı məhkəməyə “Whatsapp” ani mesajlaşma tətbiqindən olan yazışmaları sübut kimi təqdim etmişdir. Lakin həmin malların "xxxx" MMC-yə qaytarılmasını əks etdirən heç bir rəsmi sənəd və ya təhvil-təslim aktı təqdim edilməmişdir. Sözügedən yazışmalarda Cavabdeh "xxxx" MMCnin nümayəndəsinə toxum kisələrini gətirib qaytaracağını bildirsə də, bunun reallaşmasını əks etdirən heç bir sübut təqdim edilməmişdir. "xxxx" MMC-nin rəhbəri isə bunu inkar etmiş və şirkətdə bu barədə təhvil-təslim aktı olmadığını bildirmişdir. Odur ki, məhkəmə qarşılıqlı iddia tələbinin 31 ədəd toxum kisəsinin qaytarılması hissəsində rədd etmişdir. Bundan başqa, Cavabdeh iddia etmişdir ki, "xxxx" MMC tərəfindən ona köhnə toxum verilmiş və bu səbəbdən də əkin səmərəsiz olmuşdur. Bunun nəticəsində isə ona xeyli maddi ziyan dəymişdir. Bu halı təsdiq edən dəlil kimi mütəxəssis rəyini və akt əlavə etmişdir. Lakin sözügedən qarşılıqlı iddia ərizəsi xx.xx.2025-ci il tarixdə verilsə də, həmin qarşılıqlı iddia ərizəsində gələcəkdə, yəni xx.xx.2025-ci il tarixdə tərtib olunan akt və mütəxəssis rəyinə istinad etmişdir. Odur ki, sözügedən sübut mötəbər və həqiqi olmadığından məhkəmə tərəfindən qəbul edilməmişdir. Bundan başqa, Cavabdeh toxumların yararsız olduğunu qeyd etsə də, "xxxx" MMC tərəfindən toxumların standartlara uyğun olduğunu əks etdirən sertifikatlar sübut kimi təqdim edilmişdir. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan müəyyən edilmişdir ki, Cavabdeh 2023-2024-cü əkin ilində məhsul subsidiyası ödənilməmişdir. Lakin Prezidentin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.8-ci yarımbəndinə əsasən 2020-ci ildən etibarən fermerlər “Elektron kənd təsərrüfatı” informasiya sistemində qeydiyyatdan keçməli, bitkiçilik sahəsi üzrə subsidiyanı almaq üçün hüquqi sənədləri və elektron bəyannaməni bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə EKTİS-ə daxil etməlidirlər. Məhkəmə həqiqiliyi şübhə doğurmayan və mötəbər sübutlara əsaslanmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh nümayəndəsi Vəkil qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddia üzrə iddianın rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə ilkin iddia tələbi üzrə iddiaçı qarşılıqlı iddia tələbi üzrə cavabdehin ona zərərə vurmasını həm sənədlərlə, həm də şahid ifadələri ilə sübut etsə də, məhkəmə bunları düzgün qiymətləndirməməklə hüquqlarını pozmuşdur. Mübahisələndirdiyi qətnamə çıxarılarkən ona dəymiş zərər qaytarılmamamqla yanaşı mülkiyyət hesab edilən xeyli miqdarda pul vəsaitinin ədalətsizcəsinə alınaraq başqasına verilməsi qət edilmişdir. Məhkəmə qətnamə qəbul edərkən birtərəfli olaraq sübut kimi yalnız iddiaçı tərəfin dəlillərini əsas götürməklə qanunvericiliyin sözügedən müddəaları pozmaqla prosesual pozuntuya yol vermişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında təqdim edilmiş “Whatsapp” şəbəkəsi üzərindən qısa mesajlaşmalar, təqdim edilmiş ekspert rəyi, şahid ifadələri birtərəfli qiymətləndirilmişdir. Məhkəmə qətnaməni çıxararkən təqdim edilmiş özünü "xxxx" MMCnin direktoru Türkiyə Respublikasının vətəndaşı Özay Gokuşun arvadı və həmin müəssisənin yuxarı vəzifəli şəxsi kimi təqdim edən Neslihan adlı xanımla danışmışdır. Sonrakı söhbətlərinin bir hissəsini isə həmin xanımla yanaşı Özay Gokuşun özü ilə aparmışdır. xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən 5500 manat dəyərində 50 kisədə 1000 kq çiyid toxumu götürmüşdür. (yəni hər kisə üçün 110 man 50 kisə = 5500 man) 18 ha torpaq sahəsinə həmin toxumdan 19 kisə 380 kq əkmişdir. (19 kisə, hər kisə 110 manat, cəmi 2090 manatlıq toxum) qalan toxumu isə əvvəlcədən razılaşdıqları kimi 06 may 2025-ci il tarixdə 24 kisə (2640 manatlıq) və 24 may 2024-cü il tarixdə 7 kisə (770 manatlıq) natura şəklində geri qaytarmışdır. Bu barədə həmin məlumatları yuxarıda adını çəkdiyi Nəslihan xanımın istifadəsində olan mobil nömrənin "Whatsapp" şəbəkəsi üzərindən qısa mesajlaşma vasitəsilə çatdırmışdır. Beləliklə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Taşobası" MMC-yə xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsəsən iddiaçı 5500 manat dəyərində 500 kisə (1000 kq) pambıq toxumunun 31 kisəsini (hər kisə 110 manatdan 3410 manatılıq) natura formasında geri qaytarmışdır. Məhkəmə qətnamənin 8-ci səhifəsinin 7-ci abzasında yalnız “ilkin iddia tələbi üzrə işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında olan müqaviləyə əsasən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən Z.Nurlana 5500 manat dəyərində 500 kisə (1000 kq) pambıq toxumu verilmişdir. Z.Nurlan isə, həmin pulu "xxxx" MMC-yə qaytaracağını vəd etmişdir. Tərəflər arasında işin mübahisəli halı ondan ibarətdir ki, Z.Nurlan iddia edir ki, sözügedən toxum kisələrindən 31 ədədini "xxxx" MMC-yə qaytarmışdır. Bununla bağlıməhkəməyə “Whatsapp” ani mesajlaşma tətbiqindən olan yazışmaları sübut kimi təqdim etmişdir. Lakin həmin malların "xxxx" MMC-yə qaytarılmasını əks etdirən heç bir rəsmi sənəd və ya təhvil-təslim aktı təqdim edilməmişdir. Sözügedən yazışmalarda Z.Nurlan "xxxx" MMC-nin nümayəndəsinə toxum kisələrini gətirib qaytaracağını bildirsə də, bunun reallaşmasını əks etdirən heç bir sübut təqdim edilməmişdir” kimi qiymət verməklə kifayətlənmişdir. TƏRƏFLƏRİNİZAHATLARİ: Cavabdeh nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, "xxxx" MMC-nin rəhbəri Özay adlı şəxsdir və Neslihan xanım onun arvadıdır. Özay məhkəmə iclasında da təsdiq etmişdir ki, Neslihan fəaliyyəti ilə ona kömək edir. Tərəflər arasında aparılmış yazışmalar da məhz Neslihan xanımla olmuşdur. Nurlan tərəfindən Neslihanın “WhatsApp” nömrəsinə yazılaraq “26 kisəni gətirib verdim, məndə 24 kisə qaldı” məzmununda məlumat verilmişdir. İddiaçı tərəf isə bildirmişdir ki, məhsul akt əsasında təhvil verildiyi kimi, eyni qaydada da geri qaytarılmalı idi. Faktiki olaraq 50 kisə toxum təhvil verilmiş, lakin texniki səhv nəticəsində sənədlərdə 500 kisə göstərilmişdir. Həmin 50 kisədən 31 kisə geri qaytarılmışdır. Hər kisənin çəkisi 20 kq, bir kisənin dəyəri isə 110 manat təşkil edir. Bu halda qaytarılmış 31 kisənin ümumi dəyəri 3410 manat edir. Ümumi məbləğdən (5500 manat) çıxıldıqda 2090 manat qalır. Bu baxımdan, ilkin iddia tələbinin 2090 manat hissədə əsaslıdır və həmin məbləğdə toxum istifadə olunmuşdur. 2024-cü ildə əkilmiş toxum məhsuldar olmamışdır. Bu barədə tərtib olunmuş aktda texniki səhv mövcuddur. Belə ki, aktda 2025-ci il göstərilsə də, faktiki olaraq 2025-ci il hələ başlamamışdı. Aktı tərtib edən vəzifəli şəxslər sonradan işdən azad edildiyindən, texniki səhvlərin aradan qaldırılması mümkün olmamışdır. Bununla belə, birinci instansiya məhkəməsində həmin şəxslərin çağırılması təklif edilmişdir. Əkinin gecikməsi ilə bağlı bildirildi ki, əvvəlcə 19 kisə toxum əkilmiş, lakin toxumun köhnə olması səbəbindən məhsul alınmamış, sonradan başqa mənbədən toxum alınaraq ikinci dəfə əkin aparılmışdır. Toxum kisələrinin üzərində etiket mövcud olmuşdur. Əgər toxum 2023-cü ilin yanvar ayında qablaşdırılıbsa, bu o deməkdir ki, həmin toxum 2022-ci ildə yığılmışdır. Bu hal nəzərə alınmadan toxum 2024-cü ildə əkilmiş və nəticədə 2 il keçdiyinə görə toxumun keyfiyyəti aşağı düşmüşdür. Mütəxəssis gətiriləndə Nurlan toxumun 2023-cü ilə deyil, 2022-ci ilə aid olduğu müəyyən edilmişdir. Toxumun ilkin yığım zamanı keyfiyyətli olmasına baxmayaraq, sonradan saxlanma qaydalarına düzgün əməl olunmaması onun yararsız hala düşməsinə səbəb olmuşdur. Odur ki, apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə tərkibi Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində qətnamənin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. MM-in 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, onun gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuş və mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qanuni və əsaslı olan qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. Belə ki, apellyasiya şikayətində “Whatsapp” şəbəkəsi üzərindən Cavabdeh özünü "xxxx" MMC-nin direktoru Türkiyə Respublikasının vətəndaşı Özay Gökuşun arvadı və həmin müəssisənin yuxarı vəzifəli şəxsi kimi təqdim edən Neslihan adlı xanımla mesajlaşmasına əsasən 31 kisə çiyid toxumunun geri qaytarılmasının birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması qeyd edilmişdir. Kollegiya hazırkı dəlil üzrə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləcə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə adıçəkilən yazışmalar tərəflər arasında baş tutmadığı üçün hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Eyni zamanda onu da nəzərə almaq zəruridir ki, iş materiallarında olan birinci instansiya məhkəməsinin protokollarından da görünür ki, "xxxx" MMC-nin direktoru Özay Gökuş öhdəliyin Cavabdeh tərəfindən qismən də olsa icrasını qəbul etməmişdir. Məhkəmə tərkibi bununla yanaşı qarşılıqlı iddia tələbi üzrə Cavabdeh zərər dəyməsi barədə apellyasiya şikayətinin dəlillərinə dair mövqeyini bildirmək istəyir. İlk öncə qeyd edilməlidir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Cavabdeh dəymiş zərərin mövcudluğu və bunun məhz "xxxx" MMC tərəfindən törədilməsinin təsdiqi olaraq məhkəməyə Aktlar təqdim etmişdir. Ancaq həmin aktlar göründüyü kimi, 27 sentyabr 2025-ci il tarixə aid olmaqla məhkəməyə iddia qaldırdıqdan sonrakı dövrə aiddir. Zərərin isə 2024-cü ildə dəyməsi iddia olunur. Bundan əlavə, zərərin mövcudluğu və məbləğinin hesablanma qaydasına dair heç bir mötəbər sübut müəyyən edilmir. Beləliklə, adıçəkilən Aktlar yalnız ehtimal və mülahizələrdən ibarət olmaqla sübut əhəmiyyəti kəsb etmir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci mafdəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərkibi yuxarıda şərh olunanlara əsaslanıb və MPM-in 14, 77, 217, 372, 376, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli 2(071)-667/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-2004/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2004/2025
17.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver