Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2033/2025 06.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə ilkin, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1347/2025 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onlara vurduğu 3775 manat miqdarında maddi ziyan pulunun, 435 manat icarəyə götürdüyü avtomaşına görə ödədiyi pulun və ödənilmiş 63 manat dövlət rüsumu tutularaq onlara verilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişlər xx.xx.2025-ci il tarixdə İddiaçı1 və İddiaçı2 iddia tələblərinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “KİA CEED” miniun markalı **- NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu 3950 manat miqdarında maddi ziyan pulunun, 435 manat icarəyə götürdüyü avtomaşına görə ödədiyi pulun və ödənilmiş 63 manat dövlət rüsumu tutularaq onlara verilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı2 tərəfindən ona vurulmuş 2532 manat maddi ziyanın, 45 manat dövlət rüsumunun, malın qiymətləndirilməsinə görə 190 manat və 50 manat iddia ərizəsinin tərtibinə görə ödənilmiş pulun alınıb xeyrinə verilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1347/2025 saylı qərardadı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbi barədə ilk iddia tələblərinin həcminin artırılması hissəsində ərizələri baxılmamış saxlanılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1347/2025 saylı qətnaməsi ilə (hakim Muradağa Qasımov) ilk iddia təmin edilməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən ödənilmiş dövlət rüsumu məbləğinin onların özlərinə aid edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı1 və İddiaçı2 müştərək qaydada 2532 manat maddi ziyan məbləği və 190 manat mütəxəssis rəyinin verilməsi üçün xidmət xərci, cəmi 2722 manat məbləğin alınaraq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə 100 (bir yüz) manat ekspertiza xərcinin İddiaçı1 və İddiaçı2 aid edilməsi və onlardan müştərək qaydada alınaraq aşağıdakı hesaba köçürülməsi: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. İş üzrə 300 (üç yüz) manat ekspertiza xərcinin İddiaçı1 və İddiaçı2 aid edilməsi və onlardan müştərək qaydada alınaraq aşağıdakı hesaba köçürülməsi, VÖEN: **********, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, filialın kodu: 201296; SWİFT kod: AİİBAZ2XXXX Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu ödəməkdən azad olunduğundan və qarşılıqlı iddia 96 % təmin edildiyindən, qarşılıqlı iddianın verilməsi üçün nəzərdə tutulan 45 manat məbləğin 96%-i olan 43.20 manat dövlət rüsumunun İddiaçı1 və İddiaçı2 aid edilməsi və onlardan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1347/2025 saylı qərardadından narazı qalan İddiaçı1 xx.xx.2025-ci il tarixdə şikayət verərək İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbi barədə ilk iddia tələblərinin həcminin artırılması hissəsində ərizələri baxılması ilə bağlı Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1347/2025 saylı qərardadının ləğv edilib tələbin həmin hissəsinə münasibətdə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1347/2025 saylı qərardadı ilə ilk iddia üzrə İddiaçı1 nümayəndəsi, Lənkəran Vəkil Bürosunun vəkili Vəkil Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1347/2025 saylı qərardadından verdiyi şikayət geri qaytarılmışdır. Daha sonra xx.xx.2025-ci il tarixdə İddiaçı1 həmin qərardaddan yenidən eyni məzmunlu şikayət verərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 1347/2025 saylı qərardadının ləğv edilib tələbin həmin hissəsinə münasibətdə işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Həmçinin İddiaçı1 apellyasiya şikayəti verərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1347/2025 saylı qətnaməsinin ləğv edilib ilk iddianın tam təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərkibi hesаb edir ki, İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Təqdim olunmuş apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilərkən müəyyən оlunmuşdur ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1347/2025 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçıların iddia tələblərinin həcminin artırılmasına dair ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixdə şikayət verilmiş, lakin Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1347/2025 saylı qərardadı ilə göstərilən şikayət prosessual tələblərə uyğun olmadığından geri qaytarılmışdır. Bununla yanaşı, iş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə eyni məzmunlu təkrar şikayət verilmiş, lakin həmin şikayət üzrə məhkəmə tərəfindən prosessual qaydada hər hansı hüquqi mövqe ifadə olunmamışdır. Bu hal isə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1347/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılmasını mümkünsüz edir, çünki qərardaddan verilmiş şikayətə dair məsələ üzrə birinci instansiya məhkəməsinin hüquqi qiymətləndirməsi mövcud olmadığından, apellyasiya instansiyası tərəfindən həmin qətnamənin mahiyyəti üzrə araşdırma aparılması üçün prosessual əsas yaranmamışdır. Göründüyü kimi, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 1347/2025 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə, habelə həmin mülki iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardaddan verilmiş şikayətə dair birinci instansiya məhkəməsi tərəfindən hər hansı hüquqi mövqe formalaşdırılmadan, tərəfin qərardaddan verdiyi şikayət üzrə prosessual məsələ həll edilmədən, apellyasiya şikayəti və mülki iş materialları xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. 364-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə tərkibi hesаb edir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1347/2025 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə hazırda аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа qeyri-mümkün hesаb edilməli və mülki iş Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.1-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1347/2025 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi üçün Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(106)-2033/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2033/2025
06.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver