Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2035/2024 12.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair 2(020)-1829/2024 saylı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin hakimi X2 və Beyləqan Rayon Məhkəməsinin bütün tərkibinə Cavabdeh tərəfindən verilmiş etiraza Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair Beyləqan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh daxil olmuş ərizəsindən görünür ki, cavabdeh hazırki mülki işə Beyləqan Rayon Məhkəməsinin hakimi və sədri X1 baxılmasına etiraz edir və mülki işin alınaraq digər məhkəmənin hakimlərinə verilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, hakim Ramiz Nurullayev əvvəllər atası X3 təqsirləndirilən şəxs qismində iştirak etdiyi məhkəmə proseslerində atasına ayrılmış müdafiəçinin hadisə şahidi olan 3 nəfər şəxsin məhkəmədə əlavə şahid qismində dindirilməsinə dair vəsatətlərini heç bir səbəb olmadan təmin etməmişdir. Həmin hadisə də onların ailə münasibətləri zəminində baş vermişdir. Mülki işə hakim X4 tərəfindən obyektiv araşdırılmasına, ədalətli qərar qəbul edilməsinə onda şübhə vardır. Beyləqan Rayon Məhkəməsinin 2(020)-1829/2024 saylı qərardadına əsasən, etirazın baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası etirazla bağlı aşağıdakıları qeyd edir: “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Həmin qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: - O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; - O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; - O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə. 19.2-ci maddəsinə əsasən aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: - O, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; - O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa; - O, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. - Bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. 21.3. Məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsaslanaraq qeyd edir ki, Beyləqan Rayon Məhkəməsində mülki işin baxılmasına mane olan hallar müəyyən edilməmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin etirazda göstərdiyi hallar hakimə etiraz üçün əsas deyildir. Belə ki, hakim tərəfindən cavabdehin atası barəsində cinayət işinə baxılması, sonradan həmin hakim tərəfindən cavabdehin özünə qarşı yönəlmiş aliment tələbi barədə iddiaya baxılmasını istisna etmir. Həmçinin məhkəmədə ədalətli qərarın qəbul edilməsi cavabdeh tərəfin mənafeyinə uyğun olması mənasına gəlməməlidir. Mülki iş üzrə mübahisə zamanı sübutların təqdim edilməsi mülki iş üzrə tərəflərin vəzifəsidir. Məhkəmələr isə yalnız təqdim edilmiş sübutlar əsasında yekun məhkəmə aktı qəbul edir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edilən etirazın əsassız olduğundan təmin edilməməsi qənaətindədir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 19- 22, 263 və 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair 2(020)-1829/2024 saylı mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin hakimi X2 və Beyləqan Rayon Məhkəməsinin bütün tərkibinə Cavabdeh tərəfindən verilmiş etiraz təmin edilməsin. Mülki iş baxılması üçün Beyləqan Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2035/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2035/2024
12.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver