Məhkəmə qərarları › İş №2(106)-2057/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2057/2023

30.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2057/2023 30.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digərlərinə qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərardadından cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2(064)-2427/2017 saylı qətnaməsi ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və digərlərinə qarşı kredit borcunun qaytarılması tələbinə iddiası qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermiş, eyni zamanda ötürülmüş müddətin bərpa edilməsini xahiş etmiş, Füzuli Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərardadı ilə Cavabdeh2 ərizəsi təmin olunmuş, Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 apelyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddətin buraxmasının səbəbləri üzürlü hesab edilərək müddət bərpa edilmişdir. Bundan başqa, qətnamədən apellyasiya şikayəti vermək üçün Cavabdeh3 də müddətin bərpasına dair ərizə ilə müraciət etmiş, Füzuli Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərardadı ilə Cavabdeh3 ərizəsi təmin ediməmiş və Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh3 münasibətdə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. Hər iki qərardaddan əleyhinə qərar verilmiş tərəflər (İddiaçı QSC və Cavabdeh3) şikayət vermiş, həmin şikayətlər təmin edilmiş və hər iki qərardad ləğv edilməklə iş üzrə sonrakı prosessual hərəkətlər aparılmışdır. Müddətin bərpasına dair ərizələrə yenidən baxılmış, Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ərizələri təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsindən cavabdehlərin hər ikisinə münasibətdə apellyasiya şikayətləri verilməsi üçün buraxılmış prosessual müddətlərin bərpa edilməsindən imtina edilmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, ötürülmüş müddətin bərpa edilməklə apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 25 dekabr 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu iddiaçıya bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətlərə qarşı tərəfin yazılı etirazı və ya vəsatəti məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, şikayəti iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi xahiş etmişdir. MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2(064)-2427/2017 saylı qətnaməsini Cavabdeh3 xx.xx.2018-ci il tarixli qəbzə imza atmaqla rəsmi qaydada əldə etmişdir. Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti xx.xx.2018-ci il tarixində məhkəməyə daxil olmuşdur. Füzuli Rayon Məhkəməsinin 30 mart 2018-ci il tarixli, 2(064)-2427/2017 saylı qərardadı ilə Cavabdeh3 apelyasiya şikayəti ona geri qaytarılmışdır. Cavabdeh3 həmin qərardaddan şikayət verməmiş və ya qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ağlabatan müddətdə yenidən apellyasiya şikayəti verməmişdir. Cavabdeh3 xx.xx.2023-cü il tarixdə Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2(064)-2427/2017 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 vəsatətini əsasən belə əsaslandırmışdır ki, sonradan onun barəsində cinayət işi olduğundan və daha sonra oğlu avtoqəza keçirdiyindən başı qarışmış və onun apellyasiya şikayətinin sonrakı hərəkəti barədə məlumatı olmamışdır. Lakin vəsatətə qeyd olunan üzrlü hesab oluna biləcək hallara dair hər hansı mötəbər sübutlar əlavə etməmişdir. Məhkəmə düzgün olaraq belə qənaətə gəlmişdir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddətinin buraxılmasına gətirib çıxaran üzrlü səbəblərin təsdiq olunması üçün Cavabdeh3 istinad etdiyi dəlillər əsassızdır. Ona görə də, Cavabdeh3 apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunmasına dair ərizəsi təmin olunmamalıdır. Bundan başqa, həmin iş üzrə digər Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli, 2(064)-2427/2017 saylı qətnaməsinin ona verilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixdə rəsmi qaydada əldə etmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 ərizəsini belə əsaslandırmışdır ki, qətnamədən onun xəbəri və məlumatı olmamışdır. Belə ki, həmin qətnamə vaxtında ona təqdim olunmamışdır. Qətnamədən yalnız bu yaxınlarda icra mərhələsində olarkən əmək haqqından tutulmalar aparıldıqdan sonra məlumatı olmuşdur. Məhkəməyə müraciət etdikdən sonra qətnaməni xx.xx.2023-cü il tarixdə rəsmi qaydada əldə etmişdir. Odur ki, apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsinin tərəflərə, o cümlədən Cavabdeh2 göndərilməsi barədə məktub olsa da həmin qətnamənin tərəflərə, eləcə də Cavabdeh2 rəsmi qaydada çatdırılmasına dair rəsmi sənədlərə rast gəlinmir. Cavabdeh2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Füzuli Rayon Məhkəməsinin 19 oktyabr 2017-ci il tarixli qətnaməsinin ona verilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixdə rəsmi qaydada əldə etmişdir. Lakin əlavə araşdırma zamanı icra tədbirlərini həyata keçirən Beyləqan rayon İcra və Probasiya şöbəsindən icra işi tələb olunaraq öyrənilmişdir. Müəyyən edilmişdir ki, icra tədbirləri çərçivəsində cavabdeh-icra işi üzrə borclu Cavabdeh2 aparılmış icra hərəkətləri barəsində dəfərlərlə xəbərdar edilmiş və hətta bu hərəkətlərin bir qismində iştirak etmişdir. Belə olan halda, onun qeyd olunan qətnamədən xəbərsiz olması inandırıcı deyil. Odur ki, məhkəmə düzgün olaraq Cavabdeh2 də prosessual müddətin bərpa edilməsinə dair ərizəsini təmin etməmişdir. Kollegiya hesab edir ki, təqdim edilmiş iş materialları cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti üzrə buraxılmış müddətin bərpa edilməsi qənaətinə gəlməyə əsas vermir. Beləliklə, Məhkəmə Kollegiyası şikayətlərin təmin edilməsi üçün əsas tapmır. Odur ki, şikayətlər təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(064)-2427/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar