Məhkəmə qərarları › İş №2(106)-2077/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2077/2023

20.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2077/2023 20.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər – Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən, məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, mülki iş üzrə qətnamədən verilmiş apellyasiya şikayətin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin 12 noyabr 2018-ci il tarixli, 2(049)-1979/2018 saylı qətnaməsi üzrə Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(106)-1195/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddəti ötürülməklə verildiyindən qeyrimümkün hesab edilərək birinci instansiya məhkəməsinə qaytarılmışdır. Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddəti bərpa edilməsi ilə bağlı ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin 06 noyabr 2023-cü il tarixli, 2(049)-1979/2018 nömrəli qərardadı ilə, göstərilən ərizə təmin edilmişdir və iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya həmin apellyasiya şikayətini yoxlayaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinə mahiyyəti üzrə baxmaq üçün prosessual əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinin tələbinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən şikayət ərizələrinin göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsi isə apellyasiya şikayəti verilən zaman bu qaydaya əməl olunmamanı həmin apellyasiya şikayətinin qaytarılması üçün əsaslardan biri kimi müəyyən edir. Belə vəziyyət məhkəmə kollegiyasını qeyd olunan şikayətə baxmaq üçün prosessual imkanlardan məhrum edir. MPM-in 366-cı maddəsinin tələblərinə görə isə, işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar yoxdursa apellyasiya şikayəti, qəbul olunmamış hesab edilir və belə hallarda apellyasiya şikayətinin qeyri-mümkün hesab olunması barədə qərardad çıxarılır. Odur ki, məhkəmə kollegiyası göstərilənlərə əsaslanıb, Azərbaycan Respublikası MPM-in 10-1.3, 263, 264, 361, 364 və 366-cı maddələrini rəhbər tutaraq, QƏRAR VERDİ: Apellyasiy şikayəti qeyri-mümkün hesab edilsin və icraata qəbul olunmasın. Şikayətin Azərbaycan Respublikası MPM-nin 363.1.5-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar