Məhkəmə qərarları › İş №2(106)-211/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-211/2024

04.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-211/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət məhkəmə tərkibində, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin törətdiyi yol qəzası zamanı onun avtomobilinə dəymiş 1800 manat zərərin ödənilməsi tələbinə dair iş üzrə Masallı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(050)-2460/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1800 manat maddi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat təqribən 15:00 radələrində tanımadığı və adının bilmədiyi, adını sonradan bildiyi Cavabdeh idarə etdiyi “VAZ 2107” markalı ** FX *** dövlət qeydiyyat nömrəli avtomobili ilə onun avtomobilinə zərər vurmuşdur. Onun idarə etdiyi “CİTROEN” ** TH *** dövlət qeydiyyat nömrəli avtomobil ilə Zabrat adlanan istiqamətlə Balaxanı qəsəbəsi istiqamətində hərəkət edən zaman işıqforu keçəndən 5 metr sonra onun avtomobilinin qarşı tərəfi ilə idarə edən ** FX *** dövlət qeydiyyat nömrəli “VAZ 2107 (Jiquli)” markalı maşın ilə Balaxanı istiqamətinə getdiyi zaman həmin istiqamətdə geriyə dönüşü qadağan edən düz xətti kobud şəkildə pozan Cavabdeh qadağan edən yer xəttini dönərkən onun idarə etdiyi “CİTROEN” markalı avtomobilin qabaq sağ işıq, ön bamperin soloskası, knopka və ön sağ qanadın dönmə işığına dəyərək onun idarə etdiyi avtomobilə zərər vurmuşdur. Hadisə vaxtı X4 əməkdaşlarına xəbər verilmiş, hadisəni araşdıran zaman bəlli olmuşdur ki, ** FX *** dövlət qeydiyyat nömrəli avtomobilin icbari sığortası yoxdur. Ona dəymiş ziyanı sığorta qarşılamayacağını biləndə məcbur qalaraq avtomobilinə dəyən zərərin müəyyən edilməsi üçün onu müstəqil ekpertizasına baxışa aparmışdır. Avtomobilinə dəymiş ziyan və təmirbərpası haqqında rəy çıxarılmışdır. Avtomobilə baxış keçirən müstəqil ekspert F.M.Bağırov onun maşınına dəymiş zərəri 1800 manat dəyərləndirmişdir. Qüsur Aktını sübut kimi məhkəməyə təqdim etmişdir. Masallı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(050)-2460/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 1800 manat maddi ziyan məbləğinin və 38 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, çıxarılmış qətnamə tam ədalətsiz və qanunlara ziddir. xx.xx.2023-cü il tarixdə istifadəsində olan “VAZ 21074” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərində hərəkətə olan zaman İddiaçı istifadəsində olan “CİTROEN” **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun avtomobilini arxa hissədən vurmuşdur. Hadisə zamanı o, avtomobilini saxlamış və sonradan hadisə yerinə yol patrul əməkdaşları gəlmişlər. Hadisə yerinə baxış keçirilmiş və ona İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib etmiş, qəza zamanı onun günahının olmadığını, İddiaçıla öz aralarında razılaşa biləcəklərini bildirmişlər. Avtomobilinə təxminən 200 manata yaxın ziyan dəymiş, İddiaçı səhvinin olduğunu etiraf etmiş, mümkün olarsa, hər kəsin öz avtomobilini düzəlməsini xahiş etmişdir. O, humanizim prinsipinə əməl edərək razılaşmışdır. Yazılmış protokolla da razılaşaraq avtomobili hadisə yerindən götürmüşdür. Ona yazılmış 40 manat cəriməni də ödəmişdir. İddiaçı hansı protokolun və yaxud hansı qərarın yazılmasından məlumatı yoxdur. Ona ancaq İXM-in 327.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Qəza şəraiti yaratmağa və yaxud qəzada təqsirinin olması barədə ona heç bir protokol yazılmamışdır. Məhkəmə isə qətnaməsində ancaq ona xətti tapdalaması ilə bağlı protokola istinad etmişdir. Məhkəmə sübutlara düzgün qiymət verməmiş, ona yazılmış protokolu əsas götürərək onun əsasında 1800 manat ziyanı da ondan tutmuşdur. Ona yazılmış protokolla avtomobil qəzaları arasında heç bir səbəbli əlaqə yoxdur. İddiaçı onun avtomobilini arxa hissədən vuraraq qəza törətmişdir. Qanunilik baxımından qəzanı o törətmişdir. Bu işdə zərərçəkən şəxs odur. Onun idarə etdiyi avtomobil iddiaçının idarə etdiyi avtomobildən qabaqda olmuş, məhkəmə bu hissəyə də qiymət verə bilməmişdir. Qəzanın onun tərəfindən törədilməyi üçün gərək o avtomobilini 100-200 metr arxa-arxaya sürməli idi. Hadisə ilə bağlı onun əlində videogörüntülər vardır. Məhkəmə iclasına çağrılmadığına görə həmin görüntüləri məhkəməyə təqdim edə bilməmişdir. Mülki işi hər tərəfli və obyektiv araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmə iclasında onun iştirakı təmin etməmişdir. Məhkəmə bildirişləri ünvanına gəlməmiş, sonradan məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin surətini rəsmi qaydada almışdır. Mülki işin obyektiv aparılmasından ötrü hadisə ilə bağlı Bakı şəhər X4 İdarəsinə sorğular verməli idi, hadisə vaxtı kimə protokol yazılmış, hadisəni kim törətmiş, hadisə ilə bağlı video görüntülər götürməli idi. Lakin məhkəmə formal olaraq məhkəmə iclaslarını keçirmiş, hadisə ilə bağlı olmayan protokola sübut kimi qiymət vermişdir. Məhkəmə bütün qətnaməsi ona yazılmış İXM-in 327.1-ci maddəsinə istinad etmiş qərardır. Məhkəmənin mötəbər sübut kimi istinad etdiyi qərar hadisə ilə bağlı olmayan bir qərardır. Həmin qərarda onun hadisəni törətdiyi barədə heç bir qeyd yoxdur. Məhkəmə isə həmin qərarı imperativ norma kimi qəbul edərək əsassız bir qətnamə qəbul etmişdir. Məhkəmə heç bir araşdırma aparmadan ziyanı onun adına kəsmişdir. Hadisənin baş verməsinə əsas məhkəmə onu günahlandırmışdır. Məhkəmə qətnaməsində avtoqəza hadisəsini onun tərəfindən törədildiyi qənaətinə gəlmişdir. Bu qənaətə gəlmək üçün isə heç bir sübuta istinad etməmişdir. İstinad etdiyi ən mötəbər sübutu isə ona yazılmış qərardır. Həmin qərarla da o, qaydanı pozduğuna görə 40 manat cərimə olunmuşdur. Qaydanı pozmaq nə vaxtdan avtoqəza sayılmışdır. Məhkəmə hadisələrə düzgün qiymət verə bilməmişdir. Məhkəmə səbəbli əlaqəni tapa bilməmiş və belə bir əsassız bir qərar qəbul etmişdir. İş üzrə məhkəmə iclasında hadisəni özündə əks etdirən videogörüntüləri təqdim edəcəkdir. Birinci instansiya məhkəməsində iştirak edə bilmədiyindən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı məhkəmə iclasında ekspert rəyi ilə razı olduğunu bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixdə İXP ******* nömrəli İnzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan müstəqil ekspert tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, “CİTROEN C-ELYSEE” markalı ** TH *** dövlət nömrə nişanlı avtomaşına cəmi 1800 manat məbləğində zərər dəymişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu (delikt) nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşdən göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1541 saylı rəyinə görə Cavabdeh idarə etdiyi “VAZ 2107” markalı ** FX *** dövlət qeydiyyat nömrəli avtomobillə İddiaçı məxsus “CİTROEN” ** TH *** dövlət qeydiyyat nömrəli avtomobili arasında 19 aprel 2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “CİTROEN” ** TH *** dövlət qeydiyyat nömrəli avtomobildə dəyişməli hissələrə görə 550 manat, təmir-bərpa işlərinə görə 1250 manat, dəymiş ziyanın ümumi miqdarı isə təxminən 1800 manat təşkil edir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-211/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Beləcə, işdə olan xx.xx.2024-cü il tarixli 9/1541 saylı ekspert rəyindən görünür ki, Cavabdeh idarə etdiyi “VAZ 2107” markalı ** FX *** dövlət qeydiyyat nömrəli avtomobillə İddiaçı məxsus “CİTROEN” ** TH *** dövlət qeydiyyat nömrəli avtomobili arasında 19 aprel 2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “CİTROEN” ** TH *** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş ziyanın ümumi miqdarı təxminən 1800 manat məbləğ təşkil edir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Ekspert rəyi ilə də iddiaçının avtobomolinə yol nəqliyyat hadisəsi zamanı onun tərəfindən avtomobilə 1800 manat məbləğində ziyan vurulması müəyyən edilmiş və mötəbər sübutlarla da təsdiq olunmuşdur. Həmçinin cavadeh apellyasiya şikayətində hadisənin videogörüntülərini təqdim edəcəyini (birinci instansiya məhkəməsinə iştirakı təmin edilmədiyi üçün təqdim edə bilməyib), hadisə ilə bağlı hər hansı təqsirinin olmamasını bildirsə də, iş üzrə yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər DYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarından şikayət verə bilərdi. Lakin cavabdeh bu hüququndan istifadə etməmişdir. Beləliklə, birinci instansiya məhkəməsi qanuni qüvvədə olan DYPİ-nin xx.xx.2023-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarına istinad etməklə iddiaçıya dəymiş zərərin cavadehdən tutularaq ona ödənilməsində qanuni və əsaslı nəticəyə gəlmişdir. MPM-in 81-ci tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Kollegiya qeyd edir ki, MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(050)-2460/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası məhkəmə xərcləri üzrə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1541 saylı ekspert rəyinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş pul vəsaiti cavabdehin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(050)-2460/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1541 saylı ekspert rəyinə görə 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar