Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-211/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 2(041)-162/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Cavabdeh ilə ”MKT İstehsalat Kommersiya” MMC-nin MKT Zərdab filialı arasında bağlanmış xx.xx.2016-ci il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh 25 ha sahədə pambıq əkməyi və hər hektardan 20 sentiner məhsul əldə etməklə 50 ton xam pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 13665,66 manat məbləğində avans vəsait götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıq təhvil verməklə ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini isə müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə tam əməl etməmiş və cəmi 6264,74 manat məbləğində 12529,47 kq xam pambıq təhvil vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 yanvar 2025-ci il tarixli, 4/1973 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 32-ci vərəqində olan xx.xx.2017-ci il tarixli, 088861 nömrəli, 32-ci vərəqində olan xx.xx.2017-ci il tarixli 30000814 nömrəli, 34-45-ci vərəqlərində olan xx.xx.2017-ci il tarixli 30000170 nömrəli, xx.xx.2017ci tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, 03-xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli aktlarda “Təhvil aldı:” qrafalarındakı imzalar, 47,49, 51,53, 55, 57, 59-cu vərəqlərdə olan xx.xx.2017-ci il tarixli 041030 nömrəli, 04.2017-ci il tarixli 032612 nömrəli, xx.xx.2017-ci il tarixli 041034 nömrəli, xx.xx.2017-ci il tarixli 041032 nömrəli, xx.xx.2017-ci il tarixli, ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli imzanın həqiqiliyinin təsdiqi sənədlərindəki “imzanı təsdiq edirəm” qrafalarındakı imzalar, 48,50,54,58-ci vərəqələrdə olan xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli 30000039 nömrəli Məxaric Orderlərində “Təhvil aldım” qrafalarındakı imzalar, 63-64-cü vərəqələrində olan xx.xx.2017-ci il tarixli 119942 nömrəli və xx.xx.2017-ci il tarixli 118557 nömrəli X2 “Təhvil verdi” qrafalarındakı imzalar- Cavabdeh tərəfindən imza olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 28-29-cu vərəqələrində olan, xx.xx.2017-ci il tarixli 088861 nömrəli, xx.xx.2017-ci il tarixli 088716 nömrəli Qaimə-Fakturalardakı imzalar, 30-31-ci vərəqlərində olan xx.xx.2017-ci il tarixli 30000941 imzalar, 33-cü vərəqində olan xx.xx.2017-ci il tarixli 30000834 nömrəli Aktda “Təhvil aldı:” qrafasındakı imza, 46-cı vərəqində olan qaimədəki “Filialın baş mühasib:” qrafasındakı imza, 52,56-cı vərəqlərində olan xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2017-ci il tarixli 30000074 nömrəli məxaric orderlərində “Təhvil aldım:” qrafalarındakı imzalar, 60-62-ci vərəqələrində olan xx.xx.2017-ci il tarixli 118527 nömrəli, xx.xx.2017-ci il tarixli imzalar, xx.xx.2017-ci il tarixli 119903 nömrəli “Təhvil verdi:” qrafalarındakı imzalar, 65-ci vərəqində olan xx.xx.2017-ci il tarixli 117859 nömrəli X3 “Təhvil verdi:” qrafasındakı imzan-Cavabdeh tərəfindın yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 7250,03 manat əsas borc, hesablanmış cəriməyə görə 3747,05 manat və dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 11027,08 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəf göstərmişdir ki, Cavabdeh ilə ”MKT, İstehsalat Kommersiya” MMC-nin MKT Zərdab filialı arasında bağlanmış xx.xx.2016-ci il tarixli ********* saylı müqaviləyə əsasən cavabdeh 25 ha sahədə pambıq əkməyi və hər hektardan 20 sentiner məhsul əldə etməklə 50 ton xam pambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 13665,66 manat məbləğində avans vəsait götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xam pambıq təhvil verməklə ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam pambığın qalan dəyərini isə müqavilədə göstərilən müddətdə almalı idi. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə tam əməl etməmiş və cəmi 6264,74 manat məbləğində 12529,47 kq xam pambıq təhvil vermişdir. Bu tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur. Bununla da cavabdeh müqavilə şərtlərin pozmuşdur və avans götürdüyü vəsait üzıə iddiaçıya borcu yaranmışdır. Cavabdehin 7250,03 manat məbləğin'də borcu qalmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin 4.2 bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam pambığın 1-ci növ qiyməti ilə 20 faiz cərimə ödəməlidir. Cavabdeh müqavilə üzrə 50 ton xam pambıq təhvil verilməli olduğu halda 12529,27 kq təhvil verilib. Müqavilə öhdəliyini lazımi qaydada yerinə yetirməyən cavabdehin ödəməli olduğu cərimə 3747,05 manat təşkil edir. Cavabdeh dəfələrlə müraciət edilərək borcunu ödəməsi tələb edilməsinə baxmayaraq o, borclu qaldığı 7250,03 manat məbləğində pulu iddiaçıya qaytarmamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak edərkən Cavabdeh iddia tələblərini qəbul etməyərək izahatında göstərmişdir ki, 2016-ci ildə İddiaçı MMC-nin MKT Zərdab filialına müraciət edərək Kürdəmir rayonunun Xərdapay kəndi* ərazisində yerləşən 25 ha torpaq sahəsində pambıq əkmək istədiyini bildirmiş və bu işdə ona köməklik göstərilməsini xahiş etmişdir. Bu məqsədlə icarə müqaviləsi üzrə istifadəsində olan torpaq sahəsinin sənədlərini İddiaçı MMCnin MKT Zərdab filialına təqdim etmişdir. Onunla İddiaçı MMC-nin MKT Zərdab filialı arasında xx.xx.2016-ci il tarixdə müqavilə bağlanılıb. Həmin müqaviləyə əsasən o, 25 ha torpaq sahəsində pambıq əkib becərməli və hər hektardan 20 sentner məhsul götürməklə iddiaçıya 50 ton xam pambıq təhvil verməli, İddiaçı MMC isə öz növbəsində ona avans vəsait verməli, pambığın becərilməsi üçün hər cür yardım etməli idi. Müqavilənin icrası zamanı iddiaçı tərəfindən ona avans vəsait verilib, lakin müqavilə üzrə üzərinə götürdüyü digər öhdəliklər tam yerinə yetiilrməyib. O, da məcbur olub bəzi işləri öz vəsaiti hesabına aparıb. Müqavilədə nəzərdə tutulduğu kimi 25 ha torpaq sahəsində əkdiyi pambıq sahəsində becərmə işləri aparılan zaman iddiaçı tərəfindən onlara dərman peraparatları düzgün verilməyib və nəticədə pambıq məhsulunun bir hissəsi məhv olub. Məhsul yetişən vaxt qozaların açılması üçün pambıq sahəsinə onun razılığı olmadan dərman vurulmuşdur, lakin dərman keyfiyyətsiz olduğundan yetişən qozaların çox hissəsini məhv etmişdir, iddiaçı tərəfindən pambığın becərilməsi prosesində müqavilə öhəliklərinə lazımi qaydada əməl edilməməsi nəticəsində pambıq becərdiyi sahədə məhsuldarlıq aşağı səviyyədə olmuş və iddiaçıya müqavilədə nəzərdə tutulduğundan az miqdarda xam pambıq təhvil vermişdir. Pambıq yığımı başa çatdıqdan bir müddət sonra iddiaçı tərəfindən ona borcunun olduğunu bildiriblər. Hesab edir ki, iddiaçının günahı üzündən nəzərdə tutulduğundan az miqdarda xam pambıq tədarük ediyinə, müqavilə öhdəliklərinə əməl edə bilmədiyinə görə iddiaçı qarşısında heç bir məsuliyyət daşımır və İddiaçı MMC-yə heç bir borcu yoxdur və iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Cavabdeh məhkəmədən iddiuanın təmin edilməməsi barədə qətnamə qəbuil olunmasını xahiş etmişdir Kürdəmir Rayon Məhkəməsinin 2(041)-162/2020 saylı, 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Müseyib Bayramov) iddia qismən təmin edilmiş, Cavabdeh 7250.03 manat məbləğində əsas borc və 20 manat dövlət rüsumu, cəmi 7270.03 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin hesabına keçirilməsi qət edilmişdir Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.2, 739.1, 739.2, 425.1, 442, 467-ci, Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 80, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında bağlanmış müqavilə üzrə cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. Cavabdeh müqavilədən irəli gələn öhdəliklərini vaxtında və lazımı qaydada icra etmədiyi üçün borc məbləği iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, Kürdəmir Rayon Məhkəməsi tərəfindən iddiaçının iddia tələbinə baxılarkən, imzanın ona aid olub-olmaması araşdırmamış, ümumiyyətlə istər Mülki Məcəllənin, istərsə də Mülki Prosessual Məcəllənin və Konstitusiya Məhkəməsinə qərarlarına istinad etmişdir. İddiaçı təşkilat tərəfindən məhkəməyə işlə bağlı mötəbər olmayan, yəni onun imzası olmayan ödəniş qəbzlərinə istinad etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli, 2(041)-162/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfin apellyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçı tərəfindən göndərilmiş 29 aprel 2025-ci il tarixli ərizədə qeyd edilənləri müdafiə edir. Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh qarşı qaldırılmış iddia üzrə ilkin tələb ərizədə qeyd edilmiş qaydada olmuşdur: əsas borca görə 7 250,03 manat, cərimə borcuna görə 3 747,05 manat, rüsum borcuna görə 30 manat. İddia tələblərində fermerə ümumilikdə 13 665,66 manat dəyərində avans olaraq vəsaitlər, xidmətlər (AVANS SƏNƏD) təqdim edildiyi; bunun müqabilində fermer tərəfindən qaytarılma kimi 6264,73 manat dəyərində pambıq (PQQ SƏNƏDİ), 150,9 manat dəyərində isə əlavə ödəniş qeyd edilmişdir. Beləliklə, fermerin təhvil aldığı ümumi avansın qarşılığında cəmi 6 396,73 manat qaytarılma etməsi nəticəsində onun qalıq əsas borcu 7 250,03 manat kimi müəyyən edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin qətnaməsinə əsasən, iddia tələbləri qismən təmin edilmiş və cavabdehdən 7 250,03 manat əsas və 20 manat rüsum borcu olmaqla, cəmi 7 270,03 manat pulun tutulması qət edilmişdir. Cavabdeh tərəfindən bu qətnamədən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 17.01,2025-ci il tarixli, 4\1973 saylı rəyinə əsasən, müəyyən edilmişdir ki, iimumi dəyəri 5368,38 manat təşkil edən 7 ədəd avans sənədlərində “təhvil aldım ”/ ümumi dəyəri 4686,19 manat təşkil edən 4 ədəd PQQ sənədlərində isə “təhvil verdim” qrafalarında cavabdehin imzası təsbit olunmamışdır. Qeyd olunanlara əsasən, təsbit olunur ki, əslində cavabdehə verilmiş avansın dəyəri 13665,66 manat deyil, 8297,28 manat təşkil etmişdir. Eyni zamanda cavabdeh tərəfindən qaytarılmış pambığın dəyəri 6264,73 manat yox, 1578,54 manat təşkil etmişdir. Apellyasiya baxışında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirdi ki, iddiaçının nümayəndəsinin bildirdikləri ilə razı deyildir. Onun hesablamasına əsasən, iddiaçıya borcu yoxdur. Onun adına saxta sənədlər tərtib edilmiş, təhvil vermiş olduğu pambığı daha az göstərmişlər. Bəzi sənədlərdə imzaların ona aid olduğunu qəbul edir. Sənədləri saxtalaşdırdıqlarına görə Kürdəmir Rayon Məhkəməsinin 19 fevral 2020-ci il qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın rədd edilməsini xahiş etsə də, kollegiya qətnaməni iddia tələbinin təmin olunan hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2.-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 425.1.-ci maddəsinə əsasən Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4.-ci maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv olunmalı, həmin hissədə iddia qismən təmin edilməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə institutu mülki hüquq sisteminin əsas dayaqlarından biri olmaqla, hüquqi münasibətlərin tənzimlənməsində mühüm rol oynayır. Müqavilələrin icrası zamanı vicdanlı davranış prinsipi isə hüquqi sabitlik və qarşılıqlı etimad üçün əsas mexanizmdir. Mülki hüquqda müqavilə – şəxslər arasında mülki hüquq və vəzifələr yaradan razılaşmadır. Müqavilə azadlığı prinsipi – şəxslərə istədikləri şəxs və şərtlərlə müqavilə bağlama hüququ verir. Bu institut bazar münasibətlərinin və sahibkarlıq fəaliyyətinin hüquqi əsaslarını formalaşdırmaqla yanaşı, mülki dövriyyənin sabitliyi və etibarlılığı üçün fundamental əhəmiyyət kəsb edir. Müqavilə hüququ eyni zamanda insan hüquqlarının mülki sahədə gerçəkləşməsi vasitəsidir. Şəxslər mülki hüquq subyekti kimi azaddırlar, lakin bu azadlıq imzalanmış müqavilə ilə konkret və hüquqi şəkildə məhdudlaşdırılır. AR Mülki Məcəlləsinin 5.3.-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Göründüyü kimi, qanunverici mülki hüquq münasibətlərində tərəflərin vicdanlı davranışını əsas prinsip kimi irəli sürür. Bu prinsipin müqavilə münasibətlərinə tətbiqi, tərəflərin yalnız hüquqlarını deyil, vəzifələrini də məsuliyyətlə yerinə yetirmələrini zəruri edir. Beynəlxalq müqavilə hüququnda da bu prinsip geniş tətbiq olunur. BMT-nin X4-Satqısı haqqında Konvensiyası (Vyana, 1980) müqavilə tərəfləri arasında “good faith” (vicdanlı davranış) prinsipini ön planda tutur. Vicdanlı davranış aşağıdakı hallarda xüsusilə əhəmiyyətlidir: -Müqavilənin icrasında birtərəfli üstünlük və ya sui-istifadənin qarşısının alınması; -Müqavilə əsasında yaradılmış öhdəliyin lazımınca icra edilməsi; -Tərəflərin əməkdaşlıq və məsuliyyət ruhunda davranması. Kollegiya İddiaçı MMC tərəfindən verilmiş ərizəyə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Göründüyü kimi, iddia tələbinin həcmi birinci instansiya məhkəməsi tərəfindən işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, iddiaçı tərəfin ərizəsi əsasında dəyişdirilə bilər. Başqa sözlə, iddianın predmeti və faktiki əsası, habelə iddianın həcmi yalnız birinci instansiya məhkəməsində icraat zamanı dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş sübutlar və prosessual sənədləri qiymətləndirərək, cavabdeh şəxsə verilmiş avans məbləğlərinin ümumi həcmini və onların hüquqi statusunu aşağıdakı şəkildə qiymətləndirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli və 4/1973 saylı ekspertiza rəyi əsasında müəyyən edilmişdir ki, ümumi dəyəri 5.368,38 (beş min üç yüz altmış səkkiz manat 38 qəpik) manat təşkil edən 7 (yeddi) ədəd avans sənədində “təhvil aldım” qrafasında olan imzalar Cavabdeh məxsus deyil. Bu fakt sübut edir ki, həmin məbləğ üzrə cavabdehin məsuliyyəti təsdiq olunmayıb. Belə olduğu halda, iş üzrə verilmiş ekspert rəyi iddia ərizəsinə əlavə edilmiş qəbzlərin dəyərləndirilməsi baxımından sübut kimi qiymətləndirilməklə, iddiaçının iddia ərizəsində qeyd etmiş olduğu 13665.66 manat vəsaitdən, 5.368.38 manat vəsait imzanın cavabdehə aid olmaması səbəbindən çıxılmalı, (13665-5368=8297 manat) daha sonra isə cavabdeh tərəfindən ödənilmiş (iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi) 6264 manat məbləğ çıxılaraq, hal-hazırda cavabdehin iddiaçıya borclu olduğu məbləğ müəyyən olunmalıdır. (8297-6264=2033 manat). MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ekspertiza xərci olan 120 manat müştərək qaydada bölüşdürülməli, 60 manat iddiaçı “MKT İstehsalat Kommersiya MMC”-yə, 60 manat isə Cavabdeh aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını, eləcə də, ekspert rəyində qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 2(041)-162/2020 saylı qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 2033 manat pul tutularaq, İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli 2(041)-162/2020 qətnaməsi iddia tələbinin təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 2033 manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. 17 yanvar 2025-ci il tarixli, 4/1973 saylı ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci müştərək qaydada iddiaçı və cavabdehdən tutularaq, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-211/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-211/2025
30.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver