Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-213/2024 27.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Qəribov Nahid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)-79/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehlla Cəfər oğlundan 3000 manat məbləğində zərərin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Saatlı rayonu, Qaracalar kəndində yerləşən 15220,72 kv.m torpaq sahəsi onun və digər ailə üzvlərinin mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair iddiaçıya və ailə üzvlərinə torpağa mülkiyyət hüququna dair kodu 90805018 olan JN-0039 nömrəli Dövlət aktı verilmişdir. Torpaq sahəsində taxıl və digər kənd təsərrüfatı məhsulları əkib ailəsini dolandırır. 2022-ci ilin iyun ayında torpaq sahəsinin 0,33 ha hissəsində bahalı buğda toxumu, qalan hissəsində isə süpürgə əkmişdir. Əkdiyi məhsullar böyüyüb biçilmə vaxtı çatan ərəfədə cavabdehə məxsus iribuynuzlu mal-qara tərəfindən yararsız vəziyyətə gətirilmiş və iddiaçıya böyük məbləğdə ziyan vurulmuşdur. Belə ki, 04 noyabr 2022-ci ildə adıçəkilən torpaq sahəsində əkdiyi məhsullara növbəti dəfə baş çəkən zaman cavabdehə məxsus 9 baş iribuynuzlu cins inəyin sahədə olmasının və bütün sahəni yararsız hala saldığının şahidi olmuşdur. Həmin heyvanları sahədən çıxaranda qonşu ərazidə olan Böyükağa Əzizov adlı qonşusu da buna şahid olmuş, həmin heyvanları kənar sahəyə çıxarmasında iddiaçıya kömək etmişdir. Həmin vaxt ona da məlum olmuşdur ki, süpürgə sahəsinə girib oraya zərər vuran heyvanlar onlara məxsus deyil. Həmin heyvanları 3 saat ərzində ərazidə saxlamışdır ki, sahibi gəlib çıxsın. Eyni zamanda, Daxili İşlər Nazirliyinin “102” Çağrı Mərkəzinə bu barədə məlumat vermişdir. Təxminən 3 saatdan sonra cavabdehin oğlu Fariz və adını bilmədiyi qız nəvəsi heyvanları aparmaq məqsədilə həmin yerə gəlmişlər. Fariz maşında oturub yaxına gəlməsə də, ora gələn qız uşağı, Böyükağa və iddiaçı 9 baş inəyi kəndə gedən yola tərəf çıxarmışlar. İddiaçının polisə verdiyi şikayət sahə müvəkkili tərəfindən uzun müddətdən sonra səthi araşdırılmışdır. Cavabdeh iddiaçıya vurulmuş ziyanı bərpa etmədiyindən, habelə adıçəkilən heyvanların ona məxsus olmasını inkar etdiyindən mübahisənin məhkəmə yolu ilə həll olunması zəruri olmuşdur. İddiaçıya dəymiş zərəri hesablamaq üçün onu nəzərə almaq lazımdır ki, həmin sahədən ən azından 350 ədəd ot presi əldə edir. Hazırda bazarda ot presinin ən ucuz qiyməti 4 manat 50 qəpikdir. Süpürgə əkdiyi sahəyə bir kiloqramının dəyəri 1 manat olmaqla 70 kiloqram toxum səpmişdir. Torpaq sahəsinin şumlanmasına 50 manat, malalanmasına 40 manat, toxumu torpaq sahəsinə səpən şəxsə 30 manat pul vermişdir. Bundan başqa, 4 ay ərzində həmin sahəyə qulluq etmiş, suvarmış, mütəmadi baş çəkmiş, yaşadığı evdən uzaq olduğu üçün hər dəfə maşınla ora gəlib-getmişdir. Qeyd olunan bütün xərclərini və əziyyətini nəzərə alaraq iddiaçı ona dəymiş ziyanı cəmi 3000 manat məbləğində qiymətləndirir. İddiaçıya zərərin cavabdehə məxsus 9 baş iribuynuzlu inək tərəfindən vurulmasını şahidlər Böyükağa Əzizov, Eldar İsmayılov, Bəhlul Qəniyev və digərləri də görmüşlər. Bundan başqa, cavabdehin iribuynuzlu heyvanlarının süpürgə əkdiyi sahəyə vurduğu ziyanı da əks etdirən şəkillər var. Hesab edir ki, məhkəmə iddiaçıya vurulmuş 3000 manat məbləğində zərərin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul etməlidir. Bundan sonra, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə əsl olmayan Cavabdehlla Cəfər oğlunun əsl olan Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(055)-79/2023 saylı məhkəmə hazırlıq iclasının protokolundan görünür ki, mülki iş üzrə əsl olmayan Cavabdehlla Cəfər oğlunun əsl olan Cavabdeh ilə əvəz edilməsi qərara alınmış, məhkəmənin hazırlıq iclası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Dövlət X4 sorğu verilməsi məqsədilə təxirə salınmışdır. Saatlı Rayon Məhkəməsinin 16 yanvar 2023-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Saatlı rayon Dövlət X4 ünvanladığı sorğudan görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1997-ci il tarixli, 16 saylı qərarına əsasən iddiaçının və digər ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayonunun Qaracalar kəndində yerləşən 5,79 ha torpaq sahəsinə Saatlı rayon Dövlət X3 mütəxəssisləri tərəfindən baxış keçirilərək sözügedən əkin sahəsinə ziyan dəyibdəyməməsi, müsbət halda səbəbləri və ziyanın məbləği barədə rəyin tərtib olunaraq məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur. X7 Aqrar X1 sektorunun müdiri Tural İbrəhimlinin, X8 X1 sektorunun baş məsləhətçisi Vəkil Baxşəliyevin, Saatlı RİHB-nin Qaracalar kənd İƏD-si üzrə nümayəndəsinin müavini Niyaməddin Quliyevin, Saatlı rayon Qaracalar kənd bələdiyyəsinin sədri Qaməddin İbrahimovun və Saatlı rayonu, Qaracalar kənd sakini İddiaçı iştirakı ilə tərtib edilmiş 25 yanvar 2023-cü il tarixli aktdan görünür ki, Saatlı Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(055)-79/2023 nömrəli məktubuna əsasən 25 yanvar 2023-cü ildə vətəndaş İddiaçı Qaracalar kəndi ərazisində yerləşən 5,79 hektar əkin sahəsinin 1,53 hektarına baxış keçirmişlər. Baxış zamanı məktubda göstərilən 5,79 hektar ümumi əkin sahəsinin 1,20 hektarında sorqo bitkisi (təkrar əkin), 0,33 hektarında isə buğda bitkisi (payızlıq əkin) əkildiyi müşahidə edilmişdir. X7 Aqrar X1 Sektorunun müdiri X2 tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Saatlı Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(055)-79/2023 nömrəli məktubuna əsasən 25 yanvar 2023-cü il tarixində məktubda qeyd olunan Qaracalar kəndi ərazisində yerləşən vətəndaş İddiaçı məxsus 5,79 hektar əkin sahəsinin 1,53 hektarına baxış keçirmişdir. Baxış zamanı ümumi əkin sahəsinin 1,20 hektarında sorqo (təkrar əkin), 0,33 hektarında isə buğda (payızlıq əkin) əkildiyini müşahidə etmişdir. Qeyd edilən buğda əkininə ziyan dəyməmiş, sorqo bitkisinin isə vegetasiya dövrü başa çatdığı üçün ziyanlılığını müəyyən etmək mümkün olmamışdır. Saatlı Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(055)-79/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Mirlətif Sadıqov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Saatlı Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(055)-79/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona dəymiş zərəri o belə hesablamışdır: hər il həmin sahədən ən azından 350 ədəd ot presi əldə edir. Ot bazarında ot presinin qiyməti ən ucuz 4 manat 50 qəpik təşkil edir. Süpürgə əkdiyi sahəyə bir kiloqramının dəyəri 1,0 manat olmaqla 70 kiloqram toxum səpmişdir. Torpaq sahəsinin şumlamasına 50 manat, malalanmasına 40 manat, toxumu torpaq sahəsinə səpənə 30 manat pul vermişdir. Qeyd olunanlarla yanaşı, 4 ay ərzində həmin sahəyə qulluq etməyini, suvarmağını, mütəmadi baş çəkməyini, yaşadığı evdən uzaq olduğu üçün hər dəfə minik maşınına pul verməklə ora gəlib getməyini və s. xərclərini və əziyyətini nəzərə alaraq ona dəymiş ziyanı 3000 manat məbləğində qiymətləndirib məhkəməyə müraciət etmiş, lakin məhkəmə iddiasını təmin etməmişdir. Hesab edir ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinin tələbini pozmuşdur. İstinad olunan maddi hüquq normasının tələbinə görə, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Lakin məhkəmə nəzərə almamışdır ki, Cavabdeh məhkəmədə özünə məxsus heyvanların əkin sahəsinə girib müəyyən zərər vurduğunu etiraf etsə də, iddiaçıya vurulmuş zərərin 3000 manat olmasını qəbul etməmişdir. Cavabdehin məhkəmə qətnaməsində əksini tapan ifadəsindən bu açıq-aydın görünür. Məhkəmə araşdırması dövründə cavabdeh vurulmuş zərərin müəyyən hissəsini iddiaçıya ödəməyə razı olmasına baxmayaraq, məhkəmə qəbul etdiyi qətnamə ilə əsassız olaraq iddia tələbini tam rədd etmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, süpürgə əkdiyi sahəyə zərər dəymişdir, lakin vegetasiya dövrü bitdiyi üçün zərəri hesablamaq mümkün deyil. Əlavə mütəxəssis rəyinin alınmasına dair vəsatəti nəzərə alınmamışdır. Mütəxəssisin məhkəmə iclasında ifadəsinin alınması barədə təmin edilmiş vəsatət icra olunmamışdır. Göründüyü kimi, iş materiallarında olan natamam mütəxəssis rəyi əlavə mütəxəssis rəyinin, habelə rəy vermiş mütəxəssisin məhkəmə iclasında izahatının alınmasına, həmçinin iddia tələbinin təmin edilməsinə imkan verməsinə baxmayaraq, işə baxan məhkəmə qeyd edilən prosessual hərəkətləri yerinə yetirmədən əsassız olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinin tələbini pozmaqla iddia tələbini rədd etmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, məhkəmə Mülki Məcəllənin 1110-cu maddəsinin tətbiqində səhvə yol verərək nəticəyə gəlmişdir. Məhkəmə MPM-in 88-ci maddəsinin tələbini pozaraq sübutlara düzgün qiymət verməmişdir. Belə ki, istinad edilən prosessual hüquq normasının tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin məhkəmə qanunun bu tələbinin ziddinə iddiaçının və cavabdehin izahatına, şahidlərin ifadələrinə, işdəki mütəxəssis rəyinə və digər sənədlərə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə çıxışında iddiaçı diqqətinə çatdırmışdır ki, cavabdehə məxsus heyvanların əkin sahəsinə ziyan vurması açıq-aydındır. Bunu izahatında bildirməklə, məhkəmədə ifadə verən şahidlər də eyni faktı təsdiq etmişlər. Cavabdehin heyvanlarının iddiaçıya ziyan vurulmasını təsdiq edən fotoşəkilləri məhkəməyə təqdim etmişdir, lakin məhkəmə onları nəzərə almamış və onlara hər hansı münasibət bildirməmişdir. Cavabdeh məhkəmədə özünə məxsus heyvanların əkin sahəsinə girib müəyyən zərər vurduğunu etiraf etsə də, iddiaçıya vurulmuş zərərin 3000 manat olmasını qəbul etməmişdir. Cavabdehin məhkəmə qətnaməsində əksini tapan ifadəsindən bu açıq-aydın görünür. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, süpürgə əkdiyi sahəyə zərər dəymişdir, lakin vegetasiya dövrü bitdiyi üçün zərəri hesablamaq mümkün deyil. Qeyd olunanlar onu deməyə əsas verir ki, məhkəmə MPM-in 88-ci maddəsinin tələblərini pozaraq iddiaçının, cavabdehin və şahidlərin məhkəmədə verdikləri izahat və ifadələrə, mütəxəssis rəyinə düzgün qiymət verməmiş, habelə təqdim etdiyi fotoşəkillərə ümumiyyətlə münasibət bildirməmişdir. Bundan başqa, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən aşağıda qeyd etdiyi halları aydınlaşdırmamışdır: 1) cavabdehin etirafına baxmayaraq, vurulmuş ziyanın konkret məbləğini; 2) vegetasiya dövrü başa çatması səbəbi ilə ziyanı hesablaya bilməyən, lakin ziyan vurulmasını təsdiqləyən mütəxəssis rəyini; 3) təkrar mütəxəssis rəyinin alınması barədə vəsatəti rədd etməklə mütəxəssisin məhkəmə iclasında ifadəsinin alınmasını təmin edən və sonradan onu icra etməməyin səbəbini; 4) iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsini qeyd etsə də, Məcəllənin 1096-1097-ci maddələrinə istinad edərək həmin normaları mübahisənin hallarına düzgün tətbiq etməməsini, iddianın hüquqi əsasını təşkil edən 1110-cu maddənin tələblərinə münasibət bildirməməsini. Qeyd olunanlar onu deməyə əsas verir ki, bu hallar məhkəmənin gəldiyi yekun nəticə üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, məhkəmə həmin halları aydınlaşdırmamışdır. Şikayət olunan qətnamənin 2-ci vərəqinin 4cü abzasında qeyd edilir ki, “...məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir”. Lakin məhkəmənin müəyyən etdiyi, iddianın əsassız olmasına dair nəticəsi işin faktiki halları ilə sübut edilməmişdir. Yəni, əkin sahəsinə cavabdehin heyvanları tərəfindən ziyan vurulmamasına dair məhkəmənin müəyyən etdiyi hallar sübut edilməmişdir. Məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, Cavabdeh heyvanları iddiaçının əkin sahəsinə ziyan vurmamışdır. Lakin məhkəmənin gəldiyi bu nəticə mülki işin hallarına, tərəflər arasında yaranmış real münasibətlərə uyğun deyil. Tərəflərin izahatları, şahidlərin ifadələri, mütəxəssis rəyi, tədqiq edilməyən fotoşəkillər və digər sənədlər məhkəmənin gəldiyi nəticə ilə uyğunluq təşkil etmir. Apellyasiya məhkəməsinin 17 yanvar 2024-cü il və 21 fevral 2024-cü il tarixli iclaslarında iştirak etmiş İddiaçı bildirmişdir ki, ona məxsus torpaq sahəsində sorqo və buğda əksə də, sahədə cavabdehin 9 baş iribuynuzlu mal-qarası otarılmış və onun əkdiyi bitkilərə həmin heyvanlar tərəfindən ziyan vurulmuşdur. Cavabdehə məxsus 9 baş iribuynuzlu mal-qaranın sahədə neçə gün ərzində otarılmasını dəqiq bilmir, lakin bu hal onun əkin sahəsinə baş çəkmədiyi 8 gün ərzində baş vermişdir. Sahə mal-qaraya otarılmaqla yanaşı, onlar tərəfindən tapdalanmış, biçin aparıla bilməyəcək hala salınmışdır. Cavabdehin mal-qarası həmin sahədə 1 gün və ya bir neçə gün də otlamış ola bilər. Həmçinin qeyd etdi ki, sorqo əkdiyi sahəyə ziyan vurulması faktı mütəxəssis rəyi ilə də təsdiq olunmuşdur. Ziyanın vurulmasını müəyyən edən mütəxəssisin həmin ziyanın məbləği ilə bağlı rəy verə bilməməsi ilə razı deyil, hesab edir ki, bu hal ona qarşı qərəzli münasibətin nəticəsidir. Apellyasiya məhkəməsinin 21 fevral 2024-cü il tarixli iclasında iştirak etmiş X2 bildirdi ki, o, ixtisasca ekoloqdur və X8 X1 sektorunun müdiridir. İddiaçıya məxsus torpaq sahəsinə baxış keçirilən zaman 5,79 hektar ümumi əkin sahəsinin 1,20 hektarında sorqo bitkisi, 0,33 hektarında isə buğda bitkisi əkildiyi müşahidə edilmişdir. Qeyd edilən buğda əkininə ziyan dəyməmiş, sorqo bitkisinin əkildiyi hissədə isə heyvan izləri müşahidə olunsa da, vegetasiya dövrü başa çatdığı üçün ona dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. O, verilmiş suala cavab olaraq qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin 1,20 hektar hissəsində əkilmiş sorqo bitkisinə dəymiş ziyanın məbləğini təxmini olaraq da müəyyən edə bilmir. Apellyasiya məhkəməsinin 27 iyun 2024-cü il tarixli iclasında iştirak edən İddiaçı çıxış edərək bildirdi ki, 2022-ci ildə cavabdehin 9 baş iribuynuzlu mal-qarası tərəfindən onun sorqo bitkisi əkdiyi sahəyə ziyan vurulmuşdur. O, həmin sorqonu biçib bağlama (kip) ot kimi tədarük edir və onu öz mal-qarasının yemlənməsində istifadə edir ki, mal-qarası daha yaxşı inkişaf etsin və məhsuldar olsun. Cavabdehin heyvanların zərər vurduğu sahədən o hər il ən azı 350 bağ sorqo tədarük edə bilirdi. Lakin cavabdehin heyvanları həmin sahəyə zərər vurduğundan, o, həmin il məhsul götürə bilməmişdir. Bazarda sorqonun bir bağlamasının qiyməti təxminən 7-8 manat olduğundan, o, heyvanları ac qalmasın deyə onlara ucuz olduğu üçün yonca kipi almalı olmuşdur. Ən ucuz yoncanın bir kipinin qiyməti isə 4 manat 50 qəpik təşkil edir. O, iddia ərizəsində də zərərin məbləğini hesablayarkən həmin qiyməti nəzərə almışdır. Həmçinin qeyd etdi ki, cavabdehin ona vurduğu zərərin məbləği hətta 3000 manatdan da artıqdır. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı öz tələbini əsaslandırarkən qeyd edir ki, cavabdehə məxsus 9 baş iribuynuzlu mal-qara onun əkin sahəsinə ziyan vurmuşdur və o, vurulmuş ziyanın məbləğini 3000 manat olaraq qiymətləndirir. İddiaçı vurulmuş zərəri aşağıdakı şəkildə hesabladığını qeyd edir: hər il həmin sahədən ən azından 350 ədəd ot presi əldə edir. Ot bazarında ot presinin qiyməti ən ucuz 4 manat 50 qəpik təşkil edir. Süpürgə əkdiyi sahəyə bir kiloqramının dəyəri 1,0 manat olmaqla 70 kiloqram toxum səpmişdir. Torpaq sahəsinin şumlamasına 50 manat, malalanmasına 40 manat, toxumu torpaq sahəsinə səpənə 30 manat pul vermişdir. Qeyd olunanlarla yanaşı, 4 ay ərzində həmin sahəyə qulluq etməyini, suvarmağını, mütəmadi baş çəkməyini, yaşadığı evdən uzaq olduğu üçün hər dəfə minik maşınına pul verməklə ora gəlib getməyini və s. xərclərini və əziyyətini nəzərə alaraq ona dəymiş ziyanı 3000 manat məbləğində qiymətləndirir. Birinci instansiya məhkəməsi isə iddia tələbini rədd etmiş, gəldiyi nəticəni isə onunla əsaslandırmışdır ki, iddiaçı ona ziyanın cavabdehin heyvanları tərəfindən vurulduğuna və nə qədər ziyan vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin birinci instansiya məhkəməsi 09 mart 2023-cü il tarixli məhkəmə iclasında Cavabdeh bildirdiklərinə düzgün qiymət verməyərək, yanlış nəticəyə gəlmişdir. Belə ki, həmin məhkəmə iclasında cavabdeh qeyd etmişdir ki, o, heyvanlarının iddiaçıya məxsus əkin sahəsinə girdiklərini görməmişdir. Lakin onun heyvanları iddiaçıya məxsus əkin sahəsinə girsələr belə, iddiaçıya 3000 manat ziyan vura bilməzlər. Göründüyü kimi, cavabdeh onun heyvanlarının iddiaçıya məxsus əkin sahəsinə girməsini mütləq olaraq təkzib etmir, əksinə, heyvanlarının iddiaçının əkin sahəsinə girməsinin mümkün olduğu istiqamətində ifadə verir, lakin vurulmuş zərərin məbləğinin 3000 manat olmadığını bildirir. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun əkin sahəsinə girmiş heyvanları 3 saat ərzində ərazidə saxlamışdır ki, sahibi gəlib çıxsın. Eyni zamanda, Daxili İşlər Nazirliyinin “102” Çağrı Mərkəzinə bu barədə məlumat vermişdir. Təxminən 3 saatdan sonra cavabdehin oğlu Fariz və adını bilmədiyi qız nəvəsi heyvanları aparmaq məqsədilə həmin yerə gəlmişlər. Fariz maşında oturub yaxına gəlməsə də, ora gələn qız uşağı, bir nəfər qonşusu və özü 9 baş inəyi kəndə gedən yola tərəf çıxarmışlar. Bundan başqa, işdəki Saatlı RPŞ-nin xx.xx.2022-ci il tarixli, 178-28893 nömrəli məktubundan da görünür ki, İddiaçı həqiqətən də xx.xx.2022-ci ildə həmkəndlisi Cavabdeh iribuynuzlu heyvanlarını sahəsinə salaraq maddi ziyan vurması barədə Saatlı RPŞ-yə müraciət etmiş, lakin toplanmış materialda cinayət və ya inzibati xətanın tərkibi olmadığından material RPŞ-nin dəftərxanasında arayışla işə tikilmiş, ona rayon məhkəməsinə müraciət etmək hüququ olduğu bildirilmişdir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Ona görə də qətnamə tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1110-cu maddəsinə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2021-ci il tarixli Qərarında göstərilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: - Törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; - Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; - Ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin birinci instansiya məhkəməsinin 09 mart 2023-cü il tarixli iclasında bildirdikləri iddiaçıya məxsus əkin sahəsinə onun heyvanları tərəfindən zərər vurulması qənaətinə gəlməyə imkan verir. Bununla belə, cavabdeh onun heyvanları tərəfindən iddiaçıya məxsus əkin sahəsinə 3000 manat ziyan vurula bilməyəcəyini qeyd edir. İddiaçının vəkili 25 iyun 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə Saatlı rayonu ərazisində yerləşən 1,20 ha torpaq sahəsində əkilmiş sorqo sahəsinə dəymiş maddi ziyanın bazar dəyəri haqqında "xxxx" MMC-nin 25 iyun 2024-cü il tarixli hesabatını əlavə etmişdir. Həmin hesabatda Saatlı rayonu ərazisində yerləşən 1,20 ha torpaq sahəsində əkilmiş sorqo sahəsinə dəymiş maddi ziyanın 25 iyun 2024-cü il tarixinə bazar dəyərinin 3075 manat təşkil etdiyi qeyd olunmuşdur. Lakin məhkəmə kollegiyası həmin hesabatı hazırkı iş üzrə mötəbər sübut olaraq qəbul etmir və bunu onunla izah edir ki, iddiaçının 1,20 ha torpaq sahəsində əkdiyi sorqo bitkisinə cavabdehin heyvanları tərəfindən 2022-ci ildə zərər vurulmuş olsa da, təqdim olunan hesabat 2022-ci ilə aid sorqo sahəsinə dəymiş ziyanın dəyərini deyil, 2024-cü ilə aid dəyəri müəyyən etmişdir. Buna görə də həmin hesabatın hazırkı iş üzrə sübut olaraq qəbul olunması mümkün deyil. İddiaçı vurulduğunu iddia etdiyi 3000 manat zərəri hesablayarkən, məhsulun əldə edilməsi üçün görülmüş işlərə sərf olunmuş xərcləri də (toxum, şumlama, malalama və s.) onun tərkibinə əlavə etmişdir. Lakin məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının sözügedən işlərə xərc çəkməsinin məqsədi ən sonda gözlənilən məhsulu əldə etmək olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin iddiaçıya vurulmuş zərərin 3000 manat təşkil etməməsinə dair dəlili ilə razılaşır. İddiaçının özünün qeyd etdiyinə görə isə o, ən azından 350 pres ot əldə etməyi gözləyirdi və ən ucuz ot presinin qiyməti bazarda 4 manat 50 qəpik təşkil edir. Cavabdehin heyvanları tərəfindən onun sorqo sahəsinə zərər vurulduğuna görə isə iddiaçı məcbur qalıb öz heyvanlarının yemlənməsi üçün həmin miqdarda yonca presi almışdır. Buna görə də məhkəmə kollegiyası bildirir ki, iddiaçının faktiki məruz qaldığı zərər kimi məhz 350 pres ot nəzərə alınmalıdır. İddiaçı hər presin qiymətinin ən aşağısı 4 manat 50 qəpik olduğunu qeyd etdiyindən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin heyvanları tərəfindən iddiaçıya faktiki xərc kimi 1575 manat (350×4,50 manat=1575 manat) məbləğində zərər vurulmuşdur. Mülki Məcəllənin 1110-cu maddəsinə uyğun olaraq cavabdeh öz heyvanlarının iddiaçının sahəsinə vurduğu həmin zərərin əvəzini ödəməyə borcludur. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehdən 1575 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alıb yekun olaraq belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1575 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-in 402.1-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.2, 385.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(055)-79/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 1575 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-213/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-213/2024
27.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver