Məhkəmə qərarları › İş №2(106)-215/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-215/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-215/2025 12.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X38 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli 2(055)-770/2024 saylı qətnaməsindən (hakim M.Sadıqov) iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı cavabdehlər Cavabdeh1 və X27 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 21700 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 işlədiyi obyektdə onun idarə etdiyi Mersedes E-klass **-EE-*** dövlət nömrə nişanlı avtomabili almaq üçün görüşmüş, sövdələşməyə uyğun olaraq ona 13000 (on üç min) manat vermiş, 2 gün sonra, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 22:00 radələrində 8700 (sərkiz min yeddi yüz) manat, cəmi 21700 (iyirmi bir min yeddi yüz) manat pul vermişdir. Avtomobilin mülkiyyətçisi X8 Şöhrət Şəmil oğlunun tapşırığı ilə adına baş etibarnamə sənədləşdirmişdir. Avtomobilin sövdələşməsində, pulların verilməsində Cavabdeh2, X28, X40 və X20 iştirak etmişlər. Səhəri günü yəni xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində avtomobili anasının mülkiyyətinə keçirmək üçün İmişli qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getmiş, lakin sözü gedən avtomobilin başqasmın mülkiyyətinə verilməməsi üçün tapşırıq gəldiyini bildirmişlər. Şöhrətə və Qəşəmə zəng vurmuş, cavabında Şöhrət bildirmişdir ki, Bakıya qayıt gəl, başqa söhbətimiz var. Anası özünü çox pis hiss etdiyindən və xəstə olması səbəbindən onu evə düşürmüş, Gülşənə zəng vuraraq təcili Şirvan şəhərinə gəlməsini xahiş etmişdir. Təcili Şirvan şəhərinə gəlmiş, Gülşənlə görüşmüş və birlikdə Şirvan qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getmişlər, avtomobili Gülşənin adına rəsmiləşdirmək istədikdə məlum olmuşdur ki, ona verilən baş etibarnamə ləğv edilib. Bakı şəhərinə qayıdıb Şöhrəti axtarmış, lakin tapa bilməmişdir. Qəşəm isə bildirmişdir ki, Şöhrət ona gecə saat 04:00 radələrində zəng vurmuş, etibarnaməni ləğv etdirməyi tapşırmış, səhər açılandan sonra onu iş yerində tapmış, telefonlarını əlindən zorla almış, hədələmiş və etibarnaməni ləğv etdirməyə məcbur etmişdir. DİN-in 102 xidmətinə zəng vuraraq şikayət etmişdir. Nizami RPİ-nin İŞ-də cinayət işi başlamış, lakin nə qədər absurd olsa da, onun özünü cinayət məsuliyyətinə cəlb etmişlər. Anası nazir cənab V.Eyvazoun şəxsən qəbulunda olduqdan sonra nazirlikdə ətraflı araşdırılma aparılmış, cinayət işi bəraətverici əsaslarla xitam olunmuşdur. Sonradan iddiaçı əsl olmayan cavabdeh X21 əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə hazırlıq iclasının 8 iyul 2024-cü il tarixli protokol qərardadına əsasən ərizə təmin olunaraq, əsl olmayan cavabdeh X39 əsl Cavabdeh2 ilə əvəz edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş və izahatında əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 ilə uzun müddət yaxın münasibətləri olmuşdur. Belə ki, hər ikisi Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 27 ünvanında yerləşən “Heydər” parkının ərazisində çay evi işlətmişlər. Onun obyektinin adı “Çay sarayı”, Şöhrətin obyektinin adı isə “Avand” olmuşdur. Həmin çay evləri bir-birinə yaxın olmuşdur. 26 sentyabr 2023-cü il tarixdə Şöhrətin obyektində görüşmüşlər və Şöhrətin idarə etdiyi “Mercedes-Benz E-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini bildirmişdir. Avtomobilin alqı-satqısı illə bağlı yekun olaraq 21700 manat müqabilində razılıq əldə edilmişdir. İkisi birlikdə olanda əvvəlcə Şöhrətə 13000 manat pul vermişdir. 28 sentyabr 2023-cü il tarixdə isə qalan 8700 manatı özünün işlətdiyi kafedə Şöhrətə vermişdir. Bu zaman qardaşı Mübariz və işçiləri Qismət və Gülşən orada olmuşlar. Daha sonra avtomobilin mülkiyyətçisi cavabdeh Şöhrətin tapşırığı ilə onun adına nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə vermişdir. 29 sentyabr 2023-cü il tarixdə avtomobili sənədləşdirmək istədikdə, etibarnamənin ləğv olunduğu məlum olmuşdur. Şöhrətlə əlaqə saxlamaq istəsə də, nəticə olmamışdır. Məlum olmuşdur ki, Şöhrətin təzyiqi nəticəsində avtomobilin mülkiyyətçisi Qəşəm etibarnaməni ləğv elətdirmişdir. Bundan sonra Şöhrətlə aralarında problem yaranmış, sonuncunun müraciəti əsasında onun barəsində Nizami RPİ-də cinayət işi başlanmış, daha sonra isə həmin cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdeh1 halhazıradək avtomobilə görə verilmiş 21700 manat pulu qaytarmaqdan imtina edir. Ona görə məcbur qalıb hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək, rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, İddiaçı 2016-cı ildən tanıyır, münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Hər ikisi Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 27 ünvanında yerləşən “Heydər” parkının ərazisində çay evi işlətmişlər. Onun obyektinin adı “Avand”, Farizin obyektinin adı isə “Çay sarayı” olmuşdur. Çay evləri biri-birinə yaxın məsafədə yerləşir. Fariz söhbət əsnasında işlətdiyi çay evini 50000 manata satmaq istədiyini bildirmiş və almasını təklif etmişdir. O isə həmin vaxt maddi imkanının aşağı olması səbəbindən həmin çay evini ala bilməyəcəyini demişdir. 2023-cü ilin sentyabr ayında Farizlə söhbət edərkən sonuncu təkrarən çay evini ona satmaq istədiyini, yad adama qismət olmasını istəmədiyini demişdir. O da, həmin pulu birdəfəlik verə bilməyəcini bildirib Farizə başqa bir təklif irəli sürmüşdür. Belə ki, Farizin ona əvvəlcədən 3300 manat borcunun olmasını və özünün “Mercedes-Benz E-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilini 21700 manat qiymətləndirib Farizə verəcəyini, əlavə olaraq 15000 manat verəcəyini, qalan 10000 manatı isə 2024-cü ilin avqust ayında ödəyəcəyini demişdir. Yəni yekun olaraq Farizin istədiyi 50000 manat düzələcəkdi. Fariz onun təklifi ilə razılaşmışdır. İlk növbdə “Mercedes-Benz E-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi üçün Farizə etibarnamə verilmişdir. Vergi borcları ilə əlaqədar avtomobili öz adına qeydiyyata aldıra bilmədiyindən avtomobilə dair etibarnaməni Cavabdeh2 vermişdir. Lakin çay evini təhvil götürmək istəyərkən Farizin vədinə əməl etməyib çay evini ona təhvil vermək istəmədiyi məlum olduğundan, dərhal etibarnaməni ləğv elətdirmişdir. Aralarından mübahisə yarandığından Fariz barəsində polisə şikayət etmişdir. Bildirir ki, Farizin ona avtomobil müqabilində əvvəlcə 13000, daha sonra isə çay evində 8700 manat pul verməsi barədə dedikləri yalandır. Fariz avtomobilə görə ona hər hansı mənləğdə pul verməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddianı qəbul etməyərək, ona aid hissədə rədd olunmasını xahiş edib, izahatında göstərmişdir ki, həm İddiaçı, həm də Cavabdeh1 uzun müddətdir ki, tanıyır. Aralarında ədavət və düşmənçilik olmamışdır. “Mercedes-Benz E-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil onun qardaşı X21 adına olsa da, həmin avtomobili öz şəxsi vəsaiti hesabına aldığından faktiki olaraq ona məxsus olmuşdur. 2022-ci ilin dekabr ayında həmin avtomobili aralarındakı şifahi razılığa əsasən 24200 manata Cavabdeh1 satsa da, sonuncunun vergi borcu ilə əlaqədar problemləri olduğundan avtomobil Şöhrətin adına rəsmiləşdirilməmişdir. 2023-cü ilin sentyabr ayında Şöhrət Farizin çay evini ona 50000 manata satdığını, “Mercedes-Benz E- 220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili isə 21700 manat qiymətləndirib Farizə verdiyini bildirib, həmin avtomobilə görə Farizə etibarnamə verilməsini tapşırmışdır. O da notariat kontoruna gedib Farizə etibarnamə vermişdir. 29 sentyabr 2023-cü il tarixdə Şöhrət ona zəng edib etibarnaməni ləğv etməyi tapşırmış, o da etibarnaməni ləğv elətdirmişdir. Şöhrətlə görüşdükdə isə sonuncu Farizin onu aldadıb çay evini ona təhvil vermədiyinə görə etibarnaməni ləğv elətdirdiyini demişdir. Bildirir ki, avtomobilə görə Farizin Şöhrətə 21700 manat pul verib-verməməsini dəqiq bilmir. Sadəcə olaraq Şöhrətin avtomobilə dair etibarnamə vermək səlahiyyəti olmadığından o, Farizə etibarnamə vermişdir. Yəni onun pul məsələsində hər hansı formada iştirakı olmamışdır. Saatlı Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli 2(055)-770/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 385.1, 567-ci, Mülki Prosessual Məcəllənin 14, 76, 77, 88, 217-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni iddianın sübuta yetməməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehlə “Mercedes-Benz E-220 CDİ Minik” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilinin alqı-satqısı ilə bağlı tərəflər arasında şifahi razılaşma olmuş və razılaşdırmanın nəticəsi olaraq avtomobilin dəyəri cavabdehə hissə-hissə olaraq 2 dəfəyə ödənilmişdir. Həmin avtomobilə görə ilk dəfə 13000 manat, ikinci dəfə isə 8700 manat olmaqla, cəmi 21700 manat Cavabdeh1 pul vermişdir. Məhkəmə təqdim olunmuş şahid ifadələrini mötəbər sübut hesab etməmişdir (Gülşən Məmmədova və Mübariz Abbasovun ifadələri). Halbuki, şahidlər cinayət işi ilə bağlı araşdırmada bir cür, mülki xarakterli bir cür ifadə vermişlər. Məhkəmə hansı əsasa görə ifadələr arasındakı ziddiyyəti və ya mötəbərliyi qətnamədə izah etməmişdir. Mülki işdən göründüyü kimi məhkəmə tərəfindən düzgün araşdırma aparılmamış, sübutlara düzgün və obyektiv hüquqi qiymət verilməmiş, qətnamə prosessual qanunvericiliyin tələblərinə yğun olmayan qaydada əsaslandırılmamışdır. Bundan başqa, məhkəmə iclasında sübutların tədqiqi və təqdim olunmuş sübutların araşdırılması düzgün aparılmamışdır. Belə ki, məhkəmə hazırlıq iclasında təqdim etdiyi sübutlar məhkəmə tərəfindən qəbul olunmamış və tərəfin təqdim etdiyi səs yazısını isə məhkəmə baxışı iclasında sübut qismində qəbul etmişdir. Bütün bu halları isə prosessual hüquq normalarının pozuntuları kimi qiymətləndirir. Əgər məhkəmə tərəfindən sübutlara hüquqi qiymət verilsəydi, göstərdiyi xüsusatlar araşdırıladı. Təəssüflər olsun ki, bütün bu hallar birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmadan qalmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə İddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh1 onu yanına çağıraraq demişdi ki, borcları var. Qardaşı oğluna 10000 manat, 5000 manat arağa borcludur. Əlavə olaraq da 3 ədəd kabinet sifariş vermişdir, onun da pulunu verməlidir, sıxılır, boğulur, borcları var. Bundan başqa maşınını almağı ona təklif etmiş, bununla köməklik etmiş olacağını bildirmişdir. 26 sentyabr 2023-cü il tarixindən 3 gün əvvəl Cavabdeh2 çağırmış və maşını qiymətləndirmişlər. Maşını almaq üçün 21700 manata öz aralarında razılaşmışlar. Maşını almağı ilə bağlı 26 sentyabr 2023cü il tarixdə 13000 manatı Cavabdeh1 şəxsən vermişdir. Daha sonra isə 8700 manat pul vermişdir ki, burada şahidləri qardaşı X28 və X15r. Etibarnamə ləğv olunan günü X16 zəng edərək təcili Şirvan şəhərinə gəlməsini xahiş etmiş, Şirvan qeydiyyat imtahan və texniki baxış şöbəsinə getdikdə isə baş etibarnamənin ləğv edildiyini bildirmişlər. X5 istintaq zamanı Cavabdeh1 xeyrinə ifadə vermişdir. Amma, qeyd etmək istəyir ki, DİN-in 102 xidmətinə X11 əvəzinə Cavabdeh1 şikayət etmişdir. Buradanda aydın olur ki, X11 polisə heç bir müraciəti olmayıb. X20 bizim obyektdə öz xoşu ilə gəlmişdir. Bundan sonra gördüm ki, polislər gəldi və arxalarında da, Şöhrət var idi ki, məni götürdülər apardılar. Orada da X20 qeyd etmişdir ki, mənim heç bir problemim yoxdur və məni buraxdılar. Bundan 3 gün sonra təhqiqatçı mənə zəng etdi çağırdı. Mən təhqiqatçıya dedim ki, bugün gələ bilməyəcəyəm sabah gələrəm. Lakin, həmin günü getdim. Təhqiqatçının otağına getdikdə gördüm ki, Cavabdeh1 oradadır. Təhqiqatçı yenidən X16 müraciət edib ki, guya mən ona bıçaq çıxartmışam. Bunlar hamısı Cavabdeh1 qurma işləridir. İlk polisə mən şikayət etmişəm. Mən şikayət etdikdən 4 gün sonra gedib şikayət ediblər. Çayxana söhbətidə 4 gün sonra üzə çıxıb. Mənə baş etibarnamə verildikdən sonra 4 gün vaxt olub. Əgər Cavabdeh1 dediyi kimi maşını restoranın alqı-satqısı üçün mənə vermişdisə, 4 gün ərzində məndən restoranı təhvil ala bilərdi. Həmin vaxta qədər Cavabdeh1 borcu olurdu. Belə ki, qonağı gəlirdi onun restoranında otururdu və eyni şəkildə onun qonağı gələndə mənim obyektimdə otururdu. Xırda-xırda borcum var idi. Lakin, əvvəlki görüşlərimizin birində borcumu tam olaraq ödəmişəm. X20, X35 və X12 mənim barəmdə polisə şikayət etmələri ilə bağlı onu deyə bilərəm ki, bunlar hamısı Cavabdeh1 qurma işləridir. X29 tanımıram, Cavabdeh1 tanıyır. 13000 manatı Cavabdeh1 verməyimlə bağlı sübut kimi onu qeyd edə bilərəm ki, Cavabdeh1 maşının sahibini çağırıb və o da, mənə baş etibarnamə verib. Həmin puldan 50 manat da, maşının sahibinə, Cavabdeh2 verib ki, mənə etibarnamə versin. Cavabdeh1 maşını almaq üçün pul verməyimlə bağlı bizim aramızda hər hansı Vatsapp yazışmamız və ya telefon danışığımız olmayıb. Etibarnaməni ləğv etdirdiyini öyrənəndən sonra Cavabdeh1 zəng etdim və mənə dedi ki, gəl Bakıya başa salacam. Bakıya gəldim Cavabdeh1 tapa bilmədim və 2 gün restoranda olmadı. Çay evi mənim anamın adına olub. Etibarnamə veriləndən 3 gün sonra qardaşıma dedim ki, 8700 ver Gülşənə. Gülşən də, pulu gətirib Cavabdeh1 verdi. 8700 manat Cavabdeh1 28 sentyabrdan 29 sentyabra keçən gecə verilib. Ondan çox qabaq mənim suya 700 manat borcum olub. Su idarəsindən mənə zəng edib dedilər ki, çay evinə gəlmişik. Mənim evim uzaq olduğu üçün Cavabdeh1 evi restorana daha yaxın olması səbəbi ilə ona zəng edərək dedim ki, sən pulu ödə məndə gəlib sənə ödəyəcəyəm. Daha sonra isə gəlib Cavabdeh1 pulunu ödəmişəm. Cavabdeh1 Gülşən Məmmədovaya 30000 rubl verib, o da, qaytarılıb. Oğlumun əsgərlik məsələsilə bağlı 500 manat çatmırdı. Həmin vaxtı avtomobil söhbəti yox idi. Mənim Cavabdeh1 2950 manat borcum olub və bu pulların hamısını ödəmişəm. Mənim özümün ördək fermam var. Gülşən Məmmədova heç birimizdən asılı deyil. Gülşən Məmmədovanın məndə heçbir video görüntüsü və yaxud fotoşəkilləri olmayıb. Əgər mənim Taleh Əkbərova borcum var idisə, mənlə maşınla gedəndə niyə məndən borcunu istəmirdi. Mənim ona borcum olmayıb, əksinə onun mənim anama 3500 manat borcu var. Məhkəmədə iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, iş üzrə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X11 ifadələrində ziddiyətlər var. İddiaçı tərəfindən Gülşən Məmmədovaya hədə-qorxu gəlməsiylə bağlı cinayət işinin rədd olunması barədə qərarda Gülşən Məmmədovaya nəsə izah olunmayıb. İşin istintaqını aparan müstəntiq də hal-hazırda işdən çıxarılıb. X24 adından Cavabdeh1 şikayət edib. Növbəti məhkəmə iclasında Gülşən Məmmədovanın məhkəmə iclasına çağırılıb ifadəsinin alınmasını xahiş edirəm. Məhkəmədə Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, maşını 29 sentyabr 2023-cü il tarixində İddiaçı təhvil verdim. Gecə saat 02:00 radələrində “Çay saraya” getdim. İddiaçı orada yox idi. X1 demişdi ki, “Çay sarayı” təhvil verərəsən. Qardaşından İddiaçı harada olduğunu soruşdum. Daha sonra iddiaçıya zəng etdim, dedim ki, gəl pulu verim hesablaşaq. Gecə saat üçə on iki dəqiqə işləmişə qədər iddiaçıya zəng etmişəm. İddiaçıya zəng edəndə küləyin səsindən maşının sürüldüyünü bildim. Harada olduğunu soruşduqda dedi ki, buruqların arasındadı və telefonu söndürdü. Ondan sonra isə iddiaçıya zəng çatmadı. Daha sonra iddiaçının evinə Türkan qəsəbəsinə getdikdə gördüm ki, maşın orada yoxdur. Daha sonra isə Nizamı Rayon Polis İdarəsinə yaxınlaşdım. İddiaçı mənə təklikdə 13000 manat pul verməyib. 8700 manat pulu da, mənə verilməyib. 27 sentyabr 2023-cü il tyarixində iddiaçıya etibarnamə verildikdən sonra suyun pulunu, 700 manatı mən ödəmişəm. İddiaçı maşını təhvil verdikdən sonra gecə axtarmaqda məqsədim restoranın mənə təhvil verilməməsi idi. Yaxınlaşdım restorana qardaşından təhvil götürməyə. Lakin qardaşı restoranı təhvil vermədi və dedi ki, özü bilər. Daha sonra iddiaçıya zəng edərək dedim ki, gəl hesablaşaq. Bundan əvvəl Fariz məndən maşını istədi ki, mən hüquqşünasla görüşəcəm. Mənim maşınımı sən sür, mən sənin maşınını sürüm və mən də, razılaşdım. Məndə restoranı kimin təhvil verəcəyini soruşduqada qardaşını çağıraraq ona dedi ki, “Çay sarayı” təhvil verərsən. Əlavə olaraq qardaşına bildirdi ki, qaynatama aid gəmi var onu götürərsən. Həmin vaxtı Farizin mənə 4670 manat borcu var idi. 50 manat etibarnaməyə vermişəm. Həmin günü pul saydığım yerdə 100 manatda çəkib dedi ki, bunuda gələrsən borcun üstünə. Maşını İddiaçı restoranı almaq məqsədi ilə pul əvəzi verirdim. Sadəcə maşının etibarnaməsini ona görə ləğv etdirdim ki, restoran mənə təhvil verilmədi. Gecə saat 04:00-da Cavabdeh2 zəng etdim ki, etibarnaməni ləğv etdirsin. Məhkəmədə Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmədə Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatla oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, mən sadəcə olaraq maşının qiymətləndirilməsində iştirak etmişəm və maşına 20000 manat qiymət qoymuşam. İddiaçı və Cavabdeh1 öz aralarında 21700 manata razılaşıblar. Maşın mənim adımadır. Orada sadəcə olaraq maşının qiymətləndirilməsi söhbəti olub. İddiaçı Cavabdeh1 demişdi ki, 3300 manat borcum var. Mənim yanımda obyekti satmaq söhbəti olmayıb, pul verilməyib. Gecə saat 04:00-da Cavabdeh1 mənə zəng edərək etibarnaməni ləğv etdirməyimi istədi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddiasının təmin olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası təfərlərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, həm İddiaçı, həm də Cavabdeh1 uzun müddətdir ki, tanıyır. Aralarında ədavət və düşmənçilik olmamışdır. Fariz ona bildirmişdir ki, avtomobili Şöhrətdən almışdır. Avtomobil müqabilində Farizin konkret olaraq Şöhrətə hər hansı məbləğdə pul verib-verməməsindən məlumatı yoxdur. Farizin onun özünə də borcu olmuşdur. Fariz bildirmişdir ki, avtomobili ona verəcək, əvəzində 3-4 min pul alacaqdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, İddiaçı doğma qardaşıdır. Cavabdeh1 uzun müddətdir ki, tanıyır. Aralarında ədavət və düşmənçilik olmamışdır. 28 sentyabr 2023-cü il tarixdə Farizə məxsus çay evində olan vaxt sonuncunun göstərişi əsasında 8700 manat pulu həmin vaxt çay evində işləyən X16, Gülşən isə Şöhrətə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X40 ifadəsində göstərmişdir ki, İddiaçı çay evində ofisiant işləyir. Cavabdeh1 uzun müddətdir ki, tanıyır. Aralarında ədavət və düşmənçilik olmamışdır. 28 sentyabr 2023-cü il tarixdə Farizə məxsus çay evində olan vaxt sonuncunun göstərişi əsasında həmin vaxt çay evində işləyən X20 8700 manat pulu Şöhrətə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, əvvəllər İddiaçı çay evində işləyib çayxananın fəaliyyətinə ümumi nəzarət etmişdir. Cavabdeh1 uzun müddətdir ki, tanıyır. Aralarında ədavət və düşmənçilik olmamışdır. 28 sentyabr 2023-cü il tarixdə Farizə məxsus çay evində olan vaxt sonuncunun göstərişi əsasından 8700 manat pulu həmin vaxt Şöhrətə vermişdir. Əlavə olaraq bildirir ki, Cavabdeh1 müraciəti əsasında Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsində istintaq olunan cinayət işi üzrə ifadə verərkən müstəntiq tərəfindən yazılmış ifadəyə oxumdan imza etdiyindən, ifadənin məzmunundan məlumatsız olmuşdur. Əlavə olaraq Şöhrətlə danışanda sonuncu Farizin ona zərər vuracağını dediyi üçün qorxduğundan Farizin çay evində onun vasitəsilə Şöhrətə 8700 manat pul vermədiyini demişdir. Hazırki ifadəsinin əsas götürülməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 ilə şahid X11 danışıqlarını əks etdirən diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, X6 Abbaszadənin çay evində onun vasitəsilə Şöhrət Qfarova 8700 manat pul vermədiyini bildirir. İş materiallarında olan Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 ********* nömrəli cinayət işi üzrə “toplanmış sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 5 mart 2024-cü il tarixli qərarla aşağıdakılar müəyyən olunur: 230080707 nömrəli cinayət işi 12 dekabr 2024-cü il tarixdə fakta görə Azərbaycan Respıiblikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanılmışdır; Cinayət işinin başlanmasına səbəb və əsas İddiaçı icarə əsasında işlətdiyi ünvan 1 ünvanda yerləşən "Çay sarayı" adı ilə fəaliyyət göstərən çay evinin biznesini Cavabdeh1 satacağına yalan vəd verib aldadaraq 26 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən ünvan 31700 manat dəyərində "Mercedes Benz E220 CDİ minik" markalı, **-EE- *** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirmiş, nəticədə sonuncuya xeyli miqdarda olmaqla göstərilən məbləğdə ziyan vurub ona qarşı dələduzluq etməsi faktı ilə bağlı Cavabdeh1 ərizəsi əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24 və 25-ci Polis Şöbələrində toplanmış təhqiqat materialları olmuşdur; Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, İddiaçı özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə Cavabdeh1 ilə doslluq münasibətlərindən istifadə edib icarə əsasında işlətdiyi ünvan 4 ünvanda yerləşən "Çay sarayı" adı ilə fəaliyyət göstərən çay evinin biznesini sonuncuya 50000 manat pula satacağına yalan vəd verib aldadaraq, etibarından sui-istifadə edib bu niyyətlə 26 sentyabr 2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən Bakı şəhəri 15 saylı notariat ofisində görüşərək Cavabdeh1 mülkiyyətində olan 21700 manat dəyərində "Mercedes Benz E220 CDİ minik" markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyət hüququ da daxil olmaqla alıb ələ keçirməklə verdiyi vədə əməl etməyib, zərərçəkmiş şəxs Cavabdeh1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir; İddiaçı 22 dekabr 2023-cü il tarixdə ünvan 7 ünvanında yaşayan X16 və 26 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, ünvan 8 ünvanında yaşayan X13, onları öldürəcəyi ilə bağlı hədə qorxu gələrək istintaqa yalan ifadələr vermələrini tələb etməsi ilə bağlı Gülşən Məmmədovanın və Əlizami Nəsibzadənin ərizələri əsasında Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-də toplanmış 1/3947 və HK-1/3971 nömrəli materiallar ********* nömrəli cinayət işinə əlavə edilmişdir; İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək dindirilən İddiaçı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanında ailəsi ilə birlikdə yaşayır. Bildirmişdir ki, Cavabdeh1 2017-ci ildən tanımaqla, aralarında ədavət, düşmənçilik yoxdur və münasibətləri yaxşı olmaqla dostluq etmişlər. Cavabdeh2 isə 2013cü ildən tanımaqla, onunla da münasibəti yaxşı olmuşdur. Şöhrətlə münasibəti yaxşı olduğundan mütəmadi bir-birlərinə borclar verərək, sonradan qaytarmışlar. 1 il əvvəl onun Şöhrətə 3050 manat borcu yaranmışdır. Şöhrət ad gününə 100 manat pul çıxdığından, Şöhrətə 2950 manat borcu qalmışdır. 24 sentyabr 2023-cü il tarixdə Şöhrətə olan borcunu tam şəkildə qaytarmışdır. 23 sentvabr 2023-cü il tarixdə Şöhrətlə danışıq əsasında Şöhrətin maddi sıxıntısı olduğu üçün ona pul lazım olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, qardaşı oğlunun 10000 manata yaxın pulunu xərcləmiş və Zaur adlı şəxsdən nisyə spirtli içkilər götürdüyü üçün ona 5000-6000 manat borcu yaranmışdır. Ona görə də, özünə məxsus "Mercedes Benz E220 CDİ minik" markalı, **-EE-*** dövilət qeydliyyat nişanlı avtomobili satmaq listəmişdir. Bir də onu da demişdir ki, “icarə əsasında işlətdiyi çay evinin qarşısında sellofan materialından 3 ədəd gümbəz quraşdırmaq istəyir və buna görə öna 6300 manat pul İazımdır. O, Şöhrətə həmin avtomobili 20000 manata ala biləcəyini deyəndə, sonuncu həmin avtomobili 25000 manata aldığını demişdir. Orada onlar bu barədə söz gəlişi danışmışlar. Qəşəm avtomobil alqı-satqısı ilə məşğul olduğuna görə həmin avtomobilin real bazar qiymətinin müəyyən edilməsi üçün onu yanlarına dəvət etməyi qərara almışlar. 24 sentyabr 2023-cü il tarixdə o, Şöhrət və Qəşəm üçü bir yerdə oturub avtomobilin qiyməti ilə bağlı danışıqlar aparmışlar. Qəşəm avtomobilə 20000 manat qiymət qoyanda, Şöhrət buna narazılığını bildirmişdir. Sonra Şöhrətlə avtomobilin dəyərini 21700 manata razılaşdıq, əlavə olaraq Şöhrət bildirmişdir ki, “mənə 3300 manat borcun var, ümumilikdə mənə 25000 manat pul verərsən”. O, məsləhətləşib cavab deyəcəyini Şöhrətə söyləmişdir. Həmin günü axşam saatlarında ünvan 1 ünvanda yerləşən hər ikisinə məxsus obyektlərin arasında Şöhrətə 2950 manat pul vermişdir. Həmin vaxt orada ikisindən başqa digər heç kim olmamışdır. 26 sentyabr 2023-cü il tarixdə nahar vaxtı Şöhrətin icarə əsasında işlətdiyi yeməkxananın həyətində ikisi görüşmüşlər və Şöhrətə 13000 manat pul vermisdir. Şöhrətə pulu verən zaman orada başqa hec kim olmamışdır. Bundan sonra, Şöhrət Qəşəmə zəng edib çay evinə çağırmışdır. Qəşəm ora gələndən sonra Şöhrət şəxsiyyət vəsiqəsini ona verərək avtomobilin onun adına keçirilməsi üçün adına baş etibarnamə yazdırmasını tapşırmışdır. Qəşəm dəfələrlə Şöhrətə xatırlatmışdır ki, “sabah bununla bağlı problem yaransa mənlik deyil, sənlik olacaqdır”. Şöhrət də məsuliyyəti öz boynuna götürmüşdür. Qəşəm şəxsiyyət vəsiqəsini götürüb oradan gedəndən 30 dəqiqə sonra geri qayıdaraq həmin avtomobilin ona verilməsi üçün adına yazdırdığı baş etibarnaməni ona təqdim etmişdir. Orada Şöhrət avtomobilin artıq ona məxsus olduğunu deyərək götürüb getməsimi təklif etsə də, o, Şöhrətə demişdir ki, “avtomobilin qiyməti ilə bağlı tam hesablaşandan sonra avtomobili ondan qəbul edəcək” və avtomobili ondan qəbul etməmişdir. 29 sentyabr 2023-cü il tarixdə, saat 02 radələrində icarə əsasında işlətdiyi çay evinin yaxınlığında Şöhrətə 8700 manat pul vermişdir. O, oturduğu yerdən çay evində işləyən qardaşı Mübarizi səsləyib demişdir ki, o haqq-hesabı ver Gülşənə bura gətirsin. Mübariz də 8700 manat pulu Gülşənə verəndən sonra Gülşən oturduqları masaya yaxınlaşıb həmin məbləğdə pulu Şöhrətə təqdim elmişdir. Həmin vaxt orada xidmətçi işləyən Şahnaz adlı qadın onlara qulluq etdiyindən, onların şahidi olmuşdur. Şöhrət qəbul eldiyi pulu sayandan sonra mobil telefonunu çıxardaraq hesablayıcı ilə hesablama aparmış və hər şeyin qaydasında olduğunu bildirmişdir. Bundan sonra avtomobilin açarını ona verərək xeyrini görməsini bildirmişdir. Saat 03 radələrində o, avtomobilin açarını Şöhrətdən qəbul edib oradan çıxaraq getmişdir. Məqsədi o olmuşdur ki, 29 sentyabr 2023-cü il tarixdə İmişli rayonuna gedib avtomobili anası Sədaqətin adına rəsmiləşdirsin. Bu məqsədlə həmin tarixdə İmişli rayonuna getmişdir. Orada avtomobilin cərimlərini ödəyib avtomobili anası Sədaqətin adına keçirmək istəyəndə məlum olmuşdur ki, adına verilmiş baş etibarnamə ləğv olunmuşdur. Hazırda hamın avtomobil ondadır və Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində saxlanılır. Avtomobilə heç bir zərər vurulmamışdır. Qeyd etmişdir ki, oğlu əsgərliyə gedəndə 13 avqust 2023-cü il tarixdə Şöhrət ona 30000 rubl pul borc vermiş, 13 sentyabr 2023-cü il tarixdə onun borcunu tam şəkildə qaytarmışdır. Həmçinin İddiaçı verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun Şöhrətə 3050 manat borcu olmuş, Şöhrət 100 manatını ad gününə çıxmış, 2950 manat pulu isə 24 sentyabr 2023-cü il tarixdə Şöhrətə qaytarmışdır. Bu məbləğ elə də böyük məbləğ olmadığından və yanlarında Qəşəm olduğundan, sonuncu bu barədə bilməsin deyə o, Şöhrətin dediyi ilə razılaşmışdır. O, ümumilikdə Şöhrətə 21700 manat pul verməklə həmin avtomobili Şöhrətdən almışdır. Onların arasında icarə əsasında işlətdiyi çay evi ilə bağlı hər hansı danışıq olmamışdır. Çay evini anası Sədaqətin adına rəsmiləşdirərək icarəyə götürmüşlər. Əvvəllər, Şöhrətlə belə danışıqları olmuşdur ki, çay evini sahibinə təhvil verəsi olsa, bu barədə Şöhrətə məlumat verəcək və Şöhrət istəsə çay evini icarəyə götürə bilər. Həmin vaxt orada o, Şöhrət və Əlizami olmuşlar. Lakin, aralarında başqa danışıqlar olmamışdır. Şöhrət avtomobili ona verən zaman özünə aid əşyaları və sənədləri avtmobilin içərisindən götürdüyündən, avtomobilin içərisində ona məxsus heç bir əşya və ya sənəd qalmamışdır. O, Şöhrət və Qəşəm bir yerdə görüşəndə Qəşəmə demişdir ki, “Şöhrət avtomobili satır, mən də alıram, avtomobili qiymətləndir". O, ümumilikdə Şöhrətə 21700 manat pul verməklə həmin avtomobili ondan almışdır. Onların arasında icarə əsasında işlətdiyi çay evi ilə bağlı hər hansı danışıq olmamışdır. Gülşən Məmmədova ilə münasibəti olduğu müddətdə aralarındakı intim münasibəti video görüntüyə alıb intim fotoşəkillərini çəksə də, həmin görüntüləri və fotoşəkilləri heç kimə göndərməmiş və göstərməmişdir. Həmin görüntülərlə Gülşəni hansısa işi görməyə məcbur etməmişdir. Həmin görüntülərin mobil telefonunda olub-olmaması barədə heç nə deyə bilməmişdir. X45 ümumilikdə 6500 manat borcu vardır. O, Gülşəni döyməmiş, şərəf və ləyaqətini alçaltmamış və təhqir etməmişdir. Gülşən Məmmədova yalan ifadə vermişdir. Həmin vaxt o, Gülşənin yaşadığı mənzilə gedib özünə məxsus sobanı və özünə məxsus mobil telefonu istəsə də, Gülşənə qarşı hər hansı qanunsuz hərəkət etməmişdir. Qeyd etmişdir ki, sağ dizi ağradığı üçün o, göstərilən tarixdə Taleh Əkbərovla birlikdə rayon getsə də, ondan 15000 manat pul almamışdır. Taleh həmin vaxt ona yaxın adam olduğu üçün ona inandığından, həmçinin özü istədiyindən, avtomobilə dair Talehin adına baş etibarnamə vermişdir. O, Talehdən pul müqabilində öz xeyrinə izahat verməsini xahiş etməmişdir. O, Talehə məxsus mobil nömrədən Əlizamiyə zəng edib onu çay içməyə dəvət etsə də, Əlizamini hədələməmişdir. Gülşən Məmmədova ilə bağlı göstərdikləri ilə əlaqədar isə qeyd etmişdir ki, o, Gülşənə məxsus mənzilə özünə məxsus mobil telefonu və sobanı almaq məqsədilə getmişdir. Bundan sonra, Gülşən onunla danışmaq məqsədilə icarə əsasında işlətdiyi çay evinə gəlmişdir. O, Gülşəni ifadəsini dəyişsin deyə hədələməmiş, avtomobili Gülşən Məmmədovanın üstünə sürüb onu vurmaq istəməsi və hədələməsi ilə bağlı göstərdikləri ilə əlaqədar isə bildirmişdir ki, həmin vaxt Taleh yanında olsa da o, idarə etdiyi avtomobili Gülşənin üzərinə sürməmiş və Gülşəni hədələməmişdir. O, Cavabdeh2 heç bir təsir göstərməmişdir. Qəşəmə bildirmişdir ki, avtomobillə əlaqədar məhkəməyə müraciət edəcəkdir; İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Cavabdeh1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 10 ünvanında yaşayır. İddiaçı 2016-cı ildən tanımaqla, aralarında ədavət, düşmənçilik olmamış və qeyd edəcəyi hadisəyədək münasibətləri yaxşı olmaqla dostluq etmişlər. Həmin ildə o, Dağlar adlı şəxsə məxsus olmaqla ünvan 1 ünvanda yerləşən Heydər Parkı adı ilə tanınan parkın ərazisində olan rəsmi sənədlərdə "Fərid" adı ilə qeyd olunsa da, faktiki olaraq “Avand” adı ilə fəaliyyət göstərən yeməkxananı icarəyə götürüb işlətdiyindən və eyni parkın ərazisində yerləşən “Çay sarayı” adı ilə fəaliyyət göstərən çay evini İddiaçı icarə əsasında işlətdiyindən, tanış olmuşlar. Qeyd etmişdir ki, son zamanlar İddiaçı ilə danışıq əsnasında sonuncu icarə əsasında işlətdiyi həmin çay evində qurub yaratdığı biznesini ona satmaq istədiyini bildirsə də, o, maddi imkanının olmadığını Farizə deyib həmin biznesi ala bilməyəcəyini demişdir. 2023-cü ilin sentyabr ayının təxminən 11-də Farizlə söhbət edərkən Fariz yenə də həmin yeməkxananın biznesini ona satmaq istədiyini söyləmişdir. O, Farizə maddi imkanının olmadığını deyəndə, Fariz ona bildirmişdir ki, biznesi Naxçıvandan olan Zaur adlı şəxs almaq istəyir, yada qismət olmasın, özün al. O da, bundan sonra istəmişdir ki, icarə əsasında işlətdiyi yeməkxananın yanında yad adam olmasın. Bu səbəbdən də, Farizdən çay evinin biznesini hansı qiymətə satmaq istədiyini soruşanda, Fariz qurduğu biznesi 50000 manata satacağını, həmin qiymətdən aşağı qiymətə satmayacağını demişdir. Həmin vaxt Farizin ona 3300(üç min üç yüz) manat borcu olmuşdur. Farizə təklif etmişdir ki, idarə etdiyi “Mercedes benz E220 CDİ minik” markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili 21700 manata qiymətləndirib verəcək və 3300 manat borcunu siləcək, əlavə olaraq 15000 manat məbləğində pul verəcək və yerdə qalan 10000 manatı isə 2024-cü ilin avqust ayınadək verəcəkdir. Fariz həmin söhbət zamanı ona konkret bir söz deməmişdir. 13 sentyabr 2023-cü il tarixdə Farizin yanında işləyən Gülü kimi tanıdığı Gülşən adlı qadın Farizin adından ondan 500 manat pul borc istəmiş və söyləmişdir ki, “Farizin sənə 3300 manat borcu olduğu üçün səndən pul istəməyə utanır, oğlunu hərbi xidmətdən saxlatdırmaq üçün ona 3500 manat pul lazımdır, həmin pulun 3000 manatını düzəldib, 500 manatı çatmır, həmin pulu səndən borc olaraq istəyir”. O, Gülşənə "sabahısı gün pulu verərəm, lakin məndə pul rus rubludur, 30000 rus rublu pul verəcəyəm, həmin günün məzənnəsinə uyğun olaraq pul 520 manat pul edir, mənə pulu rublla qaytararsız” deyəndə sonuncu bununla razılaşmışdır. 14 sentyabr 2023-cü il tarixdə işə gedərkən pulu gətirmək yadından çıxdığı üçün Gülşən ona WhatsApp mobil tətbiqində səsli mesaj göndərərək Farizə qeyd edilən pulu verməsini xahiş etmiş və özünün buna zamin durduğunu bildirmişdir. Bundan sonra 16 sentyabr 2023-cü il tarixdə tapşırığı ilə oğlu X50 görüşərək Gülşənə 30000 rubl, yəni 520 manat pul vermişdir. Təxminən 18 sentyabr 2023-cü il tarixdə Farizlə mobil telefonda danışarkən Fariz ona təklifi ilə razılaşdığını bildirmiş, avtomobilə dair onun adına baş etibarnamə və ona 15000 manat pul verməsini söyləmişdir. "Mercedes Benz E220 CDİ minik" markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil faktiki olaraq ona məxsus olsa da, rəsmi olaraq Cavabdeh2 adlı tanışının qardaşı Sulduz Əliyevin adınadır. Avtomobilə görə Qəşəmə 24200 manat pul verib ondan almışdır. Markasını qeyd etdiyi avtomobili adına keçirməməsinin səbəbi isə vergi işləri ilə əlaqədar Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması İdarəsində yaranmış problemi olmuşdur. 20 sentyabr 2023-cü il tarixdə tapşırığı ilə Cavabdeh2 ünvan 5 ünvanda yerləşən Bakı şəhəri 15 saylı notariat ofisində İddiaçı baş etibarnamə vermişdir, lakin, avtomobili idarə etmək üçün Farizə verməmişdir. Çünki, Farizlə aralarında razılaşma belə olmuşdur ki, 29 sentyabrda o, avtomobili və 15000 manat pulu Farizə verəcəkdir, həmin tarixdə də Fariz icarə əsasında işlətdiyi "Çay sarayı" yeməkxanasını ona təhvil verəcəkdir. 27 sentyabr 2023-cü il tarixdə Fariz onunla mobil telefonla əlaqə saxlayıb yeməkxananın, borcunun olduğu üçün suyunun kəsildiyini bildirərək 700 manat məbləğində borc pul istəmiş və 15000 manatı verəndə onunla haqq-hesab edəcəyini söyləmişdir. Həmin vaxt o, Farizə demişdir ki, "Gülşən sənin adından məndən 30000 rus rublu alıb", 'Fariz də cavabında söyləmişdir ki, "o pul məndədir, hamısını saninlə haqqhesab edəcəyəm”. Həmin gün Farizə 700 manat pul vermişdir. 28 sentyabr 2023-cü il tarixdə Farizə bildirmişdir ki, “ona verəcəyim puİun Böyük bir hissəsi, yəni təxminən 10540 manatı rus rubludur, digər hissəsi isə manatdır, yerdə qalan puldan isə 1800 manat çatmır". Həmçinin, Farizə ona 700 manat pul borclu olduğunu və ona borc verdiyi 30000 rublu, yəni 520 manatı xatırlatmışdır. Həmin gün, axşam saatlarında Fariz, o və parkın mühafizə rəisi Əlizaminlə, birlikdə sonuncuya məxsus avtomobillə Bakı şəhərində bir neçə yerə baş vurub rus rublunu Azərbaycan manatı ilə dəyişmək istəslər də, qara bazarda pulu ucuz götürdükləri üçün dəyişməmiş və sabahısı gün dəyişib Farizə pulu manatla verəcəyini demişdir. Fariz ona demişdir ki, 100 manat da 1 borc ver, verəcəyin pulla haqqhesab edərik". Həmin gün Farizə əlavə olaraq 100 manat da borc vermişdir, Fariz həmçinin verəcəyi "Mercedes Benz E220 CDİ minik" markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili də ondan istəmiş və demişdir ki, "sabahısı gün yəni 29 sentyabr 2023cü il tarixdə, səhər saatlarında həmin avtomobillə "xxxx" ASC-yə gedib orada kredit borcu olduğu üçün bankın hüquqşünası ilə həmin məsələni müzakirə edəcəkdir". Fariz özünün idarə etdiyi qırmızı rəngli "Changan" markalı avtomobili ona vermiş və demişdir ki, "bunu müvəqqəti olaraq sən sür, utanıram bu avtomobillə getməyə, mən sənin "Mercedes" markalı avtomobilinlə gedim, sən mənə etibarnamə vermisən, heç bir problem olmaz". O da, Farizlə razılaşmış və bildirmişdir ki, "səhər tezdən pulu sənə verəcəyəm, sən də, çay evini mənə təhvil verərsən”. Bundan sonra, Fariz qardaşı Mübarizi yanına çağırıb demişdir ki, "Sabah səhər mən olmayacağam, tezdən obyekti Şöhrətə təhvil verərsən, Mübariz də Farizlə razılaşmışdır. Bundan sonra, avtomobilin açarını Farizə vermiş, Fariz isə demişdir ki, "səhər tezdən pulu verərsən Əlizaminə, o da mənə verər". O isə Farizlə razılaşmamış və bildirmişdir ki, "pulu sənə özüm verəcəyəm". Bir müddət sonra Fariz onun avtomobili ilə çıxıb getmişdir. 29 sentyabr 2023-cü il tarixdə, saat 02 radələrində o, Farizin icarə əsasında işlətdiyi çay evinə yaxınlaşanda, sonuncu özü orada olmasa da, orada olan qardaşı Mübarizdən soruşmuşdur ki, obyekti nə vaxt təhvil verəcəksiz?". Mübariz isə ona demişdir ki, "özünüz danışarsız". Mübarizdən Farizin harada olduğunu soruşanda isə bir qadınla görüşməyə getdiyini bildirmişdir. Bundan sonra, istifadəsində olan ***-***-**-** saylı mobil telefondan Farizin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək harada olduğunu soruşanda, Fariz ona bir xanımın onu gözlədiyini, onun yanına istirahət elmək üçün getdiyini, Sabunçu rayonu ərazisində neft buruqlarınnın arasında olduğunu deyərək, danışa bilmədiyini söyləmişdir. O, Farizin bu hərəkətindən şübhələnmiş və düşünmüşdür ki, Fariz ona baş etibarnamə verməsindən istifadə edib avtomobili özünün və yaxud da qohumlarından birinin adına keçirmək istəmişdir. Farizə demişdir ki, ona olduğu yerin koordinatlarını atsın, gedib pulu orada ona versin. Fariz də ona demişdir ki, “sənə yer deyəcəm, ora verərsən”. Bundan sonra telefonu üzünə bağlamış və söndürmüşdür. Farizlə həmin ərəfədə iki dəfə danışmışdır. Telefonda gələn küləyin səsindən hiss etmişdir ki, avtomobil yüksək sürətli sürülür. Ona görə də, Farizin onu aldatdığını başa düşmüşdür. Bundan sonra, İmişli rayonunda olan qardaşı Möhlətin mobil nömrəsinə zəng edərək Farizin rayonda olan evinə getməsini və ona məxsus avtomobilin orada olub-olmaması barədə məlumat verməsini xahiş etmişdir. Möhlət isə bir müddət sonra onunla əlaqə saxlayaraq avtomobilinin Farizin rayonda olan evinin qarşısında olduğunu bildirmişdir. Bundan dərhal sonra, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gedərək Farizin etdiyi qanunsuz hərəkətlər barədə məlumat vermiş və dərhal avtomobilinin ona qaytarılmasını xahiş etmişdir. Daha sonra, Qəşəmlə əlaqə saxlayıb baş verənləri ona danışmış və dərhal etibarnaməni, ləğv etdirməsini xahiş etmişdir. Səhər açılan kimi, yəni 29 sentyabr 2023-cü il tarixdə Qəşəmlə birlikdə 24-cü Polis Şöbəsinə gedib oradan DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş və oradan “Həzi Aslanov" metrostansiyanın yaxınlığında yerləşən notariat ofisinə gedərək etibarnaməni ləğv etdirmişlər. Dəfələrlə tələb etməsinə baxmayaraq, Fariz avtomobilini ona qaytarmamış və söyləmişdir ki, “həmin avtomobili sənə verməyəcəm". Daha sonra isə ona aydın olmuşdur ki, Fariz polisdə olan zaman verdiyi izahatında qeyd edib ki, guya ona 21700 manat pul verərək avtomobili almışdır. Bildirmişdir ki, İddiaçı onu aldadıb etibarından sui-istifadə edərək icarə əsasında işlətdiyi "Çay sarayı" adı ilə fəaliyyət göstərən çay evinin biznesini ona satacağın vəd etməklə, faktiki olaraq ona məxsus olan və qiymətini 21700 manata razılaşdırdıqları "Mercedes Benz E220 CDİ minik” markalı, **- EE-*** dövlət qeydiyyat nişanlı avtomobili ələ keçirmiş və avtomobilin pulunu ödəməməklə yanaşı, həmçinin "Çay saray" adı ilə fəaliyyət göstərən çay evini ona təhvil verməyib əmlak hüquqlarını ələ keçirməklə, əlavə ondan ümumilikdə 4600 manat pul almaqla ona qarşı dələduzluq etmişdir. Bundan başqa İddiaçı avtomobilini idarə edib aparan zaman içərisində olmuş şəxsi sənədləri-sürücülük vəsiqəsiqəsi, "xxxx" ASC-dən adına verilmiş plastik kart, faktiki olaraq ona məxsus olan, lakin Hafiz adlı dostunun adına rəsmiləşdirilmiş yaşayış evinin sənədləri, qiyməti xeyli miqdarda olan geyim əşyalarını qaytarmamışdır. Həmçinin Cavabdeh1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin razılaşmaya Qəşəm və onun ortaq tanışı olmaqla Heydər Parkında mühafizə bölməsinin rəisi işləyən Əlizamin (***-***-**-**) şahid olmuşdur. Bundan başqa. Farizin işlətdiyi çay evində işləyən Gülşən, Şahnaz və Ramin adlı şəxslər də həmin çay evini təhvil alacağından məlumatlı olmuşlar. Çünki, Farizlə çay evinin biznesinin qiymətini razılaşdıqdan sonra Gülşən, Şahnaz və Raminlə (050-446-24- 20) danışıb onlara çay evini götürəcəyini deyərək, onunla işləyib-işləməyəcəkləri barədə maraqlanmışdır. Onlar da gündəlik pullarını vaxtı-vaxtında verəcəyi təqdirdə işləyə biləcəklərini söyləmişlər. Bundan başqa, həmin çay evinə pivə gətirən Yasəf (***-***-**-**) adlı şəxs olmuş, o, çay evini götürəcəyini bir neçə gün əvvəl öyrənmiş və onunla işləməyə, yəni çay evinə gündəlik pivə gətirməyə razılaşmışdır. Bu məsələyə şahid olanlar içərisində Qəşəm adlı tanışları da olmuşdur ki, həmin etibarnaməni Farizə o vermişdir. Qəşəm Farizlə aralarında olan bütün danışıqlardan tam məlumatlı olmuşdur. Çünki, etibarnaməni verməzdən əvvəl Qəşəmə Farizin biznesini almaq istəməsi barədə məlumat vermişdir. Şahidlər içərisində Əjdər adlı tanışı da olmuşdur ki, Əjdərdən Farizin biznesini almaq üçün 4000 manat borc pul istəmişdir. İddiaçı tamamilə yalan danışır. Fariz hardan 21700 manat pul tapıb avtomobilinə görə ona ödəmişdir ki, məlum hadisədən bir neçə gün əvvəl ondan 500, 700 manat borc pul almışdır? Əgər, pulu var idisə, ondan nəyə borca pul almışdır? İddiaçı 700 manat borcu ondan çay evinin su pulunu ödəyə bilmədiyi üçün almışdır. Bir daha qeyd etmişdir ki, o, faktiki olaraq özünə məxsus avtomobili İddiaçı ona məxsus çay evinin biznesini almaq üçün vermişdir. İddiaçı əsassız yalanlarını davam etdirmişdir. Farizin ona 3300 manat borcu olmuşdur. Onlar Farizlə icarə əsasında işlətdiyi "Çay sarayı" adlı çay evinin biznesinin alınmasına görə faktiki olaraq ona məxsus olan "Mercedes Benz E220 CDİ minik" markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili 21700 manata, bundan başqa 3300 manat borcunun silinməsinə, əlavə olaraq 25000 manat pulun verilməsinə, yəni ümumilikdə 50000 manata razılaşmışlar. İddiaçı tamamilə yalan və əsası olmayan məlumat vermişdir. Farizin hansı qardaşı oğlundan bəhs etməsini bilməmişdir. Qardaşı oğlanları da təsdiq edə bilər ki, onun Farizgilə heç vaxt borcu olmamışdır. Bundan başqa, Zaur adlı şəxsə heç bir borcu olmamışdır. Bunu da, Zaur özü təsdiq edə bilmişdir. İcarə əsasında işlətdiyi restoranın ərazisində isə sellofan materialdan kümbəzi məlum söhbətlərdən və baş vermiş mübahisələrdən əvvəl yığdırmış, pulu da tərəfindən tam şəkildə ödənilmişdir. İddiaçı avtomobili onun icarə əsasında işlətdiyi ”Çay sarayı” çay evinin biznesini 50000 manata satın alınması üçün 21700 manata hesabalayaraq vermişdir. O isə etibarından sui-istifadə edib onun avtomobilini ələ keçirmişdir. İddiaçı göstərdikləri böhtan xarakteri daşımışdır. Əgər Fariz 26 sentyabr 2023-cü il tarixdə ona 13000 manat məbləğində pul vermişdisə, nə səbəbdən 27 sentyabr 2023-cü il tarixdə icarə əsasında işlətdiyi çay evinin suya görə olan borcunu ödəmək üçün ondan 700 manat məbləğində borc pul istəyib almışdır? Fariz 27 sentyabr 2023-cü il tarixdə ondan borc pul istədiyi üçün həmin tarixdə Farizə 700 manat borca pul vermişdir. Mahir Poladov əsgər yoldaşı olduğuna görə həmin avtomobilin Mahirin tərəfindən idarə edilməsi üçün adına razılığı ilə etibarnamə verilmişdir. Son etibarnamə Mahirin adına olduğu üçün cərimə Mahirin adına gəlmişdir. Əslində, avtomobili o, idarə edən zaman yol hərəkəti qaydalarını pozduğundan, avtomobilə cərimə yazılmış, həmin cərimələri isə sonradan Fariz ödəmişdir; İstintaq zamanı zərər çəkmiş şəxs Cavabdeh1 ilə təqsirləndirilən şəxs İddiaçı ilə arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı onlar ifadələrində göstərdiklərini bir-birlərinin üzünə qarşı söylərək təsdiq etmişlər; İş üzrə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanında kirayə yaşayır. Cavabdeh1 2016-cı ildən tanımaqla, münasibəti yaxşı olmuşdur. İddiaçı isə 2015-ci ildən tanımaqla, onunla da, münasibəti yaxşı olmuşdur. Həmin ərəfələrdə Farizin Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşməklə icarə əsasında işlətdiyi “Çay sarayı” adı ilə fəaliyyət göstərən çay evində xidmətçi kimi işə başladığından, tanış olmuşlar. Bir müddət sonra İddiaçı ondan xoşlandığını bildirdiyindən, aralarında səmimi münasibətlər yaranmışdır. O, Farizin çay evində həm işçi kimi işləmiş, həm də Farizlə sevgili kimi birlikdə yaşamışdır. Farizlə birlikdə yaşadıqları müddət ərzində Farizlə aralarında olan intim münasibəti videogörüntüyə almış və intim fotoşəkillərini çəkib mobil telefonunda saxlamışdır. 2018-2019-cu illərdə Farizlə aralarında münasibətlər soyumuşdur. Farizin yaxşı insan olmadığını, işləməsi müqabilində ona heç bir pul vermədiyini görmüşdür. Çay evindən çıxıb getmək istəyən zaman Fariz ona aralarında olan cinsi münasibətləri özündə əks etdirən videogörüntüləri və fotoşəkilləri göstərib gedə bilməyəcəyini, əgər çay evindən gedəcəyi təqdirdə onu biabır edəcəyini, seksual xarakterli videolarını və fotoşəkilləri qohumlarına, xüsusən atası, qardaşı və övladına göstərəcəyini bildirilmişdir. İddiaçı həmin videogörüntüləri və fotoşəkilləri yayacağından qorxduğu üçün onun çay evində qalaraq işləməyə məcbur olmuşdur. İddiaçı 2021-ci ilin avqust ayının sonlarından 2023-cü ilin dekabr ayınadək olan müddət ərzində hissə-hissə olmaqla ondan ümumilikdə 15000 manat məbləğində pul da borc almışdır. Həmin pulu bir neçə dəfə geri istəsə də, o pulu qaytarmamış, onu dəfələrlə döymüş, şərəf və ləyaqətini alçaltmış və çay evindən getməyə qoymamışdır. Bundan başqa, İddiaçı onu öz çirkin oyunlarına alət etmiş, dəfələrlə öz qanunsuz əməllərində ondan istifadə elmişdir. Bir neçə dəfə əsassız olaraq onu hüquq-mühafizə orqanlarında şahid qismində ifadə verməyə məcbur etmişdir. Qeyd etmişdir ki, sonuncu dəfə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində yerləşən “Avand” adı ilə fəaliyyət göstərən restoranı icarə əsasında işlədən Cavabdeh1la aralarında problem yaranmışdır. Fariz Şöhrətə icarə əsasında işlətdiyi “Çay sarayı” adı ilə fəaliyyət göstərən restoranın biznesini satmağı təklif etmiş, Şöhrət ilk olaraq razılaşmasa da, daha sonra Farizin həmin təklifi ilə razılaşmışdır. O, Farizin çay evinin biznesini Şöhrətə satmaq istəməsini əvvəlcədən bilmişdir. 2023-cü ilin sentyabr ayında Farizlə Şöhrət çay evinin biznesini Şöhrətə 50000 manata satılması ilə bağlı razılaşmışlar. Razılaşma belə olmuşdur ki, Şöhrət özünə məxsus "Mercedes Benz E220 CDİ minik" markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili Farizin adına-rəsmiləşdirəcək və həmin avtomobil 21700 manat hesablanacaq, bundan başqa Şöhrət Farizin ona olan 3300 manat borcunu siləcək, əlavə olaraq 15000 manat pul verəcək, və yerdə qalan 10000 manat pulu isə 2024-cü ilin avqust ayınadək Farizə ödəyəcəkdir. Razılaşmadan sonra, 2023-cü ilin sentyabr ayının sonlarında Şöhrətin tapşırığı əsasında Cavabdeh2 İddiaçı "Mercedes Benz E220 CDİ minik" markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair baş etibarnamə vermişdir. Fariz bundan sonra İmişli rayonuna gedərək avtomobili öz adına rəsmiləşdirmək istəmişdir. Lakin, Qəşəmin vasitəsilə Şöhrət etibarnaməni ləğv etdirdiyi üçün Fariz bunu bacara bilməmişdir. Daha sonra polisdə araşdırma başlanan zaman Fariz onu məcbur etmişdir ki, guya avtomobilin Şöhrətdən pul qarşılığında alınması, həmin pulun 13000 manatını guya özünün Söhrətə verməsi, 8700 manatın isə onun tapşırığı ilə tərəfindən Şöhrətə verilməsi ilə bağlı izahat versin. O, bundan imtina etdikdə isə Fariz onu döymüş və onun xeyrinə izahat verməyəcəyi təqdirdə seksual xarakterli foto və videolarını sosial şəbəkədə paylaşacağını bildirmişdir. O, üzdə Farizlə razılaşsa da, daha sonra istintaqa həmin məzmunda izahat verməmişdir. Bütün reallığı açıq şəkildə bildirmiş və Şöhrətin çay evinin biznesini Farizdən almaq üçün idarə etdiyi avtomobilə dair baş etibarnamə verdiyini bildirmişdir. Cinayət prosesini həyata keçirən orqandan xahiş etmişdir ki, onun təhlükəsizliyini təmin etsin. Çünki, Fariz durmadan onu öldürməklə, seksual xarakterli fotoşəkillərini və videolarını yaymaqla hədələyir, təhqir etmişdir. Həmçinin, müstəntiqdən xahiş etmişdir ki, verdiyi izahat və ifadənin məzmunu barəsində Farizə məlumat verilməsin. Çünki, Fariz bunu eşitsəydi onu öldürə və ya xəsarət yetirə bilərdi, yaxud da insanlar arasında biabır edə bilərdi. Müstəntiq də bu barədə İddiaçı heç bir məlumat verməmişdir. Lakin, İddiaçı şübhəli şəxs qismində tutulandan sonra Nizami RPİ-nin müvəqqəti saxlama yerində saxlanılan zaman müstəntiq onu Farizlə üzləşdirmişdir. Üzləşdirmə istintaq hərəkəti zamanı Farizin üzünə yalan danışdığını, Şöhrətə pul vermədiyini, avtomobilini ələ keçirib ona qarşı dələduzluq etdiyini bildirmişdir. Onun qara günləri isə İddiaçı onun obyektiv ifadə verdiyini öyrənəndən sonra başlanmışdır. 21 dekabr 2023-cü il tarixdə Nizami Rayon Məhkəməsinin hakimi X55 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina etmişdir. 22 dekabr 2023-cü il tarixdə, saat 07 radələrində qeyri-rəsmi münasibətdə olduğu Varif Seyidovla kirayə yaşadığı mənzildə olmuşlar. O, Varifı işə yola salmaq istəyən zaman qapını açarkən Fariz qəflətən evə daxil olmuş və hay-küy salmağa başlamışdır. Onu təhqir edərək bildirmişdir ki, "əleyhimə ifadə verdiyinə görə səni peşman edəcəyəm.’’ Varif ona evə qanunsuz daxil olduğunu deyib evdən çıxmasını tələb edərək, əks təqdirdə polis çağıracağını bildirəndə, Fariz buna əhəmiyyət verməyib içəri keçmiş və qonaq otağında meyvə qabının içərisində olan bıçağı götürüb onu hədələməyə başlamışdır. Daha sonra isə telefonunu stolun üstündən götürmüş və parolunu açmasını tələb etmişdir. O, Farizə telefonunun parolunu açmayacağını demişdir. Fariz demişdir ki, “aç ev yiyəsinə zəng edib səni biabır edəcəyəm". Bundan sonra qolundan tutub zorla onu aşağı düşürtmüşdür. O, Varifə demişdir ki, təcili yaxınlıqda olan "Avand" yeməkxanasına get. Şöhrətə Farizin onu öldürmək istədiyini bildirmişdir. Varif qaçaraq oradan getmişdir. Fariz idarə etdiyi avtomobillə onu "Çay Sarayı" çay evinə aparıb otağa salmışdır. Söyüb təhqir etməyə başlamışdır. Məcbur etmişdir ki, Şöhrətin əleyhinə ifadə versin. Lakin, o, bundan imtina etmişdir. Durmadan qışqırıraraq ifadəsini dəyişməsini tələb etmişdir. Elə bu vaxt Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları "Çay Sarayı" çay evinə gəlmişlər və onların ikisini də şöbəyə aparmışlar. Orada izahat vermiş və Farizin qanunsuz olaraq onun mənzilinə daxil olduğunu, bıçaqla hədələdiyini, söyüb-təhqir etdiyini, telefonunu əlindən alıb qaytarmadığını, ifadəsini dəyişməyə məcbur etdiyini bildirmişdir. Sabahısı gün yəni 23 dekabr 2024-cü il tarixdə, saat 14 radələrində Nizami rayon prokurorluğuna gedib orada ərizə vermək istəyəndə Fariz idarə etdiyi "Hyundai" markalı avtomobili onun üstünə sürərək onu vurmaq istəmişdir. O, yolun kənarına qaçmışdır ki, onu avtomobillə vura bilməsin. Fariz avtomobilin pəncərəsini aşağı salıb təhqiramiz ifadələrlə onu məhv edəcəyini, prokurorluğa şikayət eldiyini, orada həbs ediləcəyini bildirmişdir. Baş verənlərə həmin vaxt onun yanında olan Taleh adlı şəxs şahid olmuşdur. Bir daha bildirmişdir ki, istintaqa obyektiv ifadə verdiyinə görə Fariz ona durmadan təzyiqlər göstərmişdir. Ailəsini və övladını öldürməklə, onu biabır etməklə hədələmişdir. X3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh1 "Çay sarayı" adı ilə fəaliyyət göstərən çay evinin biznesini almaq məqsədilə həmin avtomobili 21700 manat qiymətləndirib İddiaçı vermişdir. Hətta, Şöhrət Farizlə razılaşdıqdan sonra onunla və digər işçilərlə danışıb çay evinin biznesini aldığını, onunla işləmək istəyib-istəmədiklərini də maraqlanmışdır. Farizin ifadəsində göstərdiyi tamamilə yalan və əsassızdır. Onun yanında və ya Farizin tapşırığı ilə Şöhrətə 8700 manat pul verməmişdir. Hətta, çay evinin biznesinin satılmasına razılaşmazdan əvvəl Fariz Şöhrətdən onun vasitəsi ilə 520 manat ekvivalentində 30000 rus rublu borc da almışdır. İddiaçı hissə-hissə olmaqla ümumilikdə 15000 manat pulu ondan borc şəklində alsa da, ondan pulu alan zaman aralarında olmuş intim münasibətləri özündə əks etdirən videogörüntüləri və fotoşəkilləri yayacağı ilə onu hədələməmişdir. Fariz Abaszadədə intim münasibətlərini özündə əks etdirən videogörüntüləri və fotoşəkilləri olduğu ücün onu yayacağından və qohumlarına göndərəcəyindən qorxduğundan, heç vaxt Farizin barəsində şikayət etməmişdir. Həmin vaxt "Heydər Parkında xadimə kimi işə düzəldiyindən və o rəsmi iş sayıldığından, formal şəkildə bu cür ərizə yazaraq guya çay evindən işdən çıxmışdır. Əslində, 2023-cü ilin dekabr ayının 20-ə kimi o, Farizin icarə əsasında işlətdiyi "Çay sarayı" çay evində xidmətçi kimi işləmişdir; İstintaq zamanı şahid X20 ilə təqsirləndirilən şəxs İddiaçı ilə arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı onlar ifadələrində göstərdiklərini bir-birlərinin üzünə qarşı söylərək təsdiq etmişlər; İş üzrə şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, ünvan 13 ünvanında yaşayır. Cavabdeh1 və İddiaçı tanımaqla, aralarında ədavət, düşmənçilik yoxdur və münasibətləri yaxşı olmuşdur. ünvan 14 ünvanda yerləşən "Heydər Parkının ərazisində olmaqla “Avand" adı ilə fəaliyyət göstərən yeməkxananı Cavabdeh1, “Çay sarayı” adı ilə fəaliyyət göstərən çay evini isə İddiaçı icarə əsasında işlətdiklərindən və o, həmin parkda mühafizəçi işlədiyindən, Şöhrətlə Farizi tanımışdır. 2023-cü ilin sentyabr ayının əvvəllərində Şöhrətin icarə əsasında işlətdiyi göstərilən parkın ərazisində yerləşən yeməkxanada onun iştirakı ilə Cavabdeh1 İddiaçı ilə görüşüb söhbət edən zaman aralarında belə bir razılıq əldə olunmuşdur ki, Fariz icarə əsasında işlətdiyi, “Çay sarayı” adı ilə fəaliyyət göstərən çay evinin biznesini Şöhrətə 50000 manata satacaq, bunun müqabilində sonuncu özünə məxsus "Mercedes Benz E220 CD1 minik" markalı, **- EE-*** dövlət qeydiyyat nişanlı avtomobili adına rəsmiləşdirəcək və həmin avtomobil 21700 manat hesablanacaq, bundan başqa Şöhrət Farizin ona olan 3300 manat borcunu siləcək, əlavə olaraq 15000 manat pul verəcək və yerdə qalan 10000 manat pulu isə 2024-cü ilin avqust ayınadək Farizə ödəyəcəkdir. Onun iştirakı ilə Şöhrətlə Fariz bu barədə danışıq aparan zaman hər ikisi olanları təsdiq edərək razılıqlarını ifadə etmişlər. Bundan əvvəl də bir neçə dəfə Şöhrətlə Fariz arasında olmuş bu cür danışıqların şahidi olmuşdur. 24 sentyabr 2023-cü il tarixdə ünvan 14 ünvanda yerləşən "Heydər Parkı" adı ilə tanınan parkın ərazisində Fariz və Şöhrətlə birlikdə olan zaman yenidən aralarında eyni formatlı danışıqları olandan sonra, Şöhrətə məxsus "Mercedes Benz E220 CDİ minik" markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili qiymətləndirmək üçün Farizin çağırışı ilə tanıdığı Cavabdeh2 mobil telefonla Şöhrətin işlətdiyi yeməkxanaya dəvət etdiyindən, sonuncu ora gəlmişdir. Qəşəm ora gəlib onlarla salamlaşaraq hal-əhval tutandan sonra, nə səbəbdən ora çağırılması haqqında maraqlananda, Fariz Şöhrətə məxsus "Mercedes Benz E220 CDİ minik" markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin dövr üçün qiymətləndirilməsini xahiş etmişdir. Qəşəm həmin avtomobilin real bazar qiymətinin 20000 manat olduğunu deyəndə, Şöhrət həmin avtomobili ondan 24200 manata aldığını deyərək ona narazılığını bildirmiş, avtomobilin qiymətinin Farizlə 21700 manata razılaşdıqlarını, əlavə olaraq Farizin ona 3300 manat borcu olduğunu qeyd etmişdir. Həmçinin Şöhrət bildirmişdir ki, Farizin icarə əsasında işlətdiyi “Çay Sarayı” adı ilə fəaliyyət göstərən çay evinin biznesini almaq üçün 50000 manata razılaşmışlar, "Mercedes Benz E220 CDİ minik" markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili 21700 manata qiymətləndirib bu məqsədlə Farizə verəcəkdir. Bundan təxminən 2 gün sonra Şöhrətin tapşırığı ilə Qəşəm avtomobilə dair Farizin adına baş etibarnamə versə də, Fariz vəd verdiyi çay evinin, biznesini Şöhrətə verməkdən imtina etdiyindən, Şöhrətin tapşırığı ilə Qəşəm həmin etibarnaməni ləğv etmişdir. X9 əlavə olaraq ifadəsində göstərmişdir ki, Cavabdeh1 və İddiaçı arasında yaranmış məlum narazılıqla əlaqədar onların şikayətləri əsasında Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmağa başlanılan zaman, yəni 26 noyabr 2023-cü il tarixdə Fariz onun işlətdiyi "Çay Sarayı" adlı çay evinə dəvət etdiyindən o, ora getmişdir. Farizlə orada söhbət edən zaman o, polisdə onun lehinə izahat verməsini, "Çay Sarayı" adlı çay evinin biznesini Şöhrətə satılması ilə bağlı olanlardan məlumatının olmadığını söyləməsini tələb etmişdir. O, Farizə demişdir ki “axı bütün söhbətlər onun yanında” olmuşdur. Fariz demişdir ki, “əgər elə izahat versən sənə problem yaradacağam”. Nizami rayonu, 8-ci km ərazisində yaşayan kriminal aləmə meyilli olan şəxslərdən istifadə edib səni öldürtdürəcəyəm. O, ilk əvvəl qorxmuş, lakin, sonradan Farizə demişdir ki, “məni çağırsalar reallığı danışacağam, nə bilirsənsə et". İstintaq zamanı Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində izahat və sonradan ifadə verərək bütün reallığı müstəntiqə danışmışdır. Bundan sonra qara günləri başlanmışdır. 21 dekabr 2023-cü il tarixdə, saat 22 radələrində İddiaçı ***-***-**-** saylı nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib ağır söyüşlərlə onu söyərək ləyaqətini alçaltmış, onun xeyrinə ifadə vermədiyinə görə onu peşman edəcəyini bildirmişdir. Aradan 4-5 gün keçəndən sonra, parkın ərazisində olanda o onu söyərək başına oyun açdıracağını bildirmişdir. Daha sonra, sosial şəbəkələrdə, xüsusən "WhatsApp" mobil tətbiq proqramının status bölməsində fotoşəkillərini paylaşaraq pul qarşılığında ifadə verdiyini, pula satıldığını bildirmişdir. Bir neçə gün əvvəl isə yenə statusda fotoşəklini paylaşaraq ünvanına ağır söyüşlər yazmışdır. O, obyektiv ifadə verdiyinə peşman olmuşdur. O, Farizin barəsində şikayətlər etsə də, hələ ki, barəsində hər hansı tədbir görülməmişdir və Fariz bundan şirniklənərək ona qarşı qanunsuz hərəkətlərini davam etdirmişdir. X2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun iştirakı ilə Şöhrət və Fariz görüşüb danışan zaman avtomobillə bağlı aralarındakı razılaşma belə olmuşdur ki, Şöhrət özünə məxsus "Mercedes Benz E220 CDİ minik" markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili Farizin adına rəsmiləşdirəcək və həmin avtomobil 21700 manat hesablanacaq, bundan başqa Şöhrət Farizin ona olan 3300 manat borcunu siləcək, əlavə olaraq 15000 manat pul verəcək və yerdə qalan 10000 manat pulu isə 2024-ci ilin avqust ayınadək Farizə ödəyəcəkdir. Lakin avtomobilə dair Farizin adına baş etibarnamə verəndən sonra, sonuncu icarə əsasında işlətdiyi çay evinin biznesini Şöhrətə təhvil verməkdən imtina etmişdir; İstintaq zamanı şahid X22 ilə təqsirləndirilən şəxs İddiaçı ilə arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı onlar ifadələrində göstərdiklərini bir-birlərinin üzünə qarşı söylərək təsdiq etmişlər; İstintaq zamanı şahid qismində dindirilmiş X30, Cavabdeh2, X39, X41 ifadələrində yuxarıda qeyd olunan xüsusatları təsdiq etmişlər. İstintaq toplanmış sübutları qiymətləndirərək aşağıdakı nəticəyə gəlmişdir : İddiaçı Cavabdeh1 ilə sonuncuya icarə əsasında işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ünvanında yerləşən "Çay sarayı" adı ilə fəaliyyət göstərən çay evinin biznesini 50000 manat pula satması ilə bağlı razılığa gələrək, 26 sentyabr 2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən Bakı şəhəri 15 saylı notariat ofisinidə görüşərək Cavabdeh1 mülkiyyətində olan 21700 manat dəyərində "Mercedes Benz E220 CDİ minik" markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyət hüququ da daxil olmaqla alıb alıb ələ keçirməsi, 4600 manat pul borclu olması ilə bağlı əməlində dələduzluq faktı, iş üzrə alınmış ifadələr və digər istintaq sənədləri ilə öz təsdiqini tapmayaraq sübuta yetməmişdir. Bununla bağlı tərəflər arasında yaranmış münasibətlər mülki hüquq xarakterli olduğundan Cavabdeh1 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməlidir; İbtidai istintaq zamanı İddiaçı X16, X19 və digər şahidlərə təsir və təzyiq göstərərək, istintaqa yalan ifadə verməyə məcbur etməklə istintaqın gedişatına maneə törətdiyi üçün əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 299.2-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyindən və həmin maddələrlə bağlı ibtidai istintaq prokuforluq orqanları tərəfindən aparıldığından, barəsində araşdırmanın aparılması məqsədi ilə hazırkı cinayət işindən müvalıq material ayrılaraq, tərtib edilmiş qərarın surəti ilə birlikdə aidiyyəti üzrə Nizami rayon Prokurorluğuna təqdim edilməlidir; İddiaçı Cavabdeh1 ilə sonuncuya icarə əsasında işlətdiyi ünvan 16 ünvanda yerləşən "Çay Sarayı" adı ilə fəaliyyət göstərən çay evinin biznesini 50000 manat pula satması ilə bağlı razılığa gələrək 26 sentyabr 2023-cü il tarixdə ünvan 5 ünvanda yerləşən Bakı şəhəri 15 saylı noiarial ofisində görüşərək Cavabdeh1 mülkiyyətində olan 21700 manat dəyərində "Mercedes Benz E220 CDİ minik" markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyət hüququ da daxil olmaqla alıb ələ keçirməsi, 4600 manat pul borclu olması iiə bağlı aralarında yaranmış münasibətlər mülki hüquq xarakterli olduğundan, Cavabdeh1 məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Apellyasiya şikayətinin dəlilləri üzrə aparılan araşdırma çərçivəsində Bakı şəhəri Nizami rayon Prokurorluğuna verilən sorğuya alınan xx.xx.2025 tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin İŞ-də ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə İddiaçı şahidlər X20, X18 və digərlərinə qarşı təsir və təzyiq göstərərək, istintaqa yalan ifadə verməyə məcbur etməklə, istinatqın gedişatına maneə törətməsi barədə material rayon prokurorluğuna daxil olmamışdır. Bakı şəhəri Nizami RPİ-nin İŞ-də ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə şöbənin sabiq müstəntiqi, polis mayoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərarın İddiaçı şahidlər X20, X18 və digərlərinə qarşı təsir və təzyiq göstərərək, istintaqa yalan ifadə verməyə məcbur etməklə, istinatqın gedişatına maneə törətməsi ilə bağlı İddiaçı əməlində Cinayət Məcəlləsinin 299.2-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması hissəsində icrasının təmin edilməsindən ötrü araşdırmanın aparılması üçün, həmin qərar rayon prokurorluğunda “Törədilmiş və hazırlanan cinayətlərin qeydiyyatı kibatı”nda qeydə alınaraq, hazırda həmin xüsusatlar üzrə araşdırma aparılır. Apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinə cavabdeh tərəfindən sübut kimi təqdim olunan, Cavabdeh1la X52 arasında baş tutmuş telefon danışığının səs yazısı tərəflərin iştirakı ilə dinlənilmişdir. Tərəflər, o cümlədən iddiaçı səs yazısındakı səslərin Cavabdeh1 və X52ya məxsus olduğunu təsdiq etmişlər. Səs yazısında X52 dəfələrlə bildirir ki, Şöhrət verməmişəm mən sənə pul. Mən sənə pul verməmişəm. Bunu hamı bilir. Mən məhkəməyə getmirəm. Mən çəkildim qırağa. Şöhrət, qurban olum məni qatmayın bu işə. xx.xx.2025-ci il tarixdə şahid X20 ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək bildirmişdir ki, İddiaçı Cavabdeh1 8700 manat pul verməsi ilə bağlı Saatlı Rayon Məhkəməsində verdiyi ifadələri təzyiq altında vermişdir. Belə ki, İddiaçı ona hədə qorxu gələrək, buna məcbur etmişdir. Bölmədə olan ifadələri həqiqidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X14 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1 - Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Maddə 14.2 - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88 - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 77.1 - Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.1 - İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.4 - Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 560.1 - Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 385.1 - Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 - Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 427.3 - Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 448.1 - Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 442 - Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1 - Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 567 - Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1 - Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2 - Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 575.1 - Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğısatqı müqaviləsinin icrasından imtina edə bilər. Maddə 575.2 - Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. Maddə 452.1 - Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2 - Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılarsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bü və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edimlməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Hazırki tələbdən görünür ki, İddiaçı Cavabdeh1la aralarında nəqliyyat vasitəsinin alqısatqısından irəli gələn münasibətlər çərçivəsində sonuncuya avtomobilin dəyəri olaraq verdiyi 21700 manat pulun qaytarılması tələbini irəli sürmüş, həmin pulun 13700 manat hissəsini təklikdə şəxsən cavabdehə verdiyini, 8700 manatını isə tapşırığı əsasında işçisi Gülşən Məmmədova tərəfindən verildiyini bildirmişdir. Cavabdeh1 isə iddianı qəbul etməyərək avtomobilə görə heç bir məbləğdə pul almadığını, əksinə İddiaçı həmin ərəfədə ona 3300 manat məbləğində borcunun olduğunu, əslində İddiaçı ilə aralarında nəqliyyat vasitəsinin alqı-satqısından deyil, İddiaçı restoran biznesinin 50000 manata alqı-satqısından irəli gələn münasibətlərin formalaşdığını, İddiaçı verdiyi avtomobilin restoran biznesinin alınması üçün 21700 manat dəyərində qiymətləndirilərək ödəniş vasitəsi kimi çıxış etdiyini, avtomobilin dəyəri ilə iddiaçının ona olan borcunun cəminin 25000 manat etdiyini, restoranın təhvil veriləcəyi gün 15000 manat, yerdə qalan 10000 manatı isə 2024-cü ilin avqust ayınadək ödəməli olduğunu, lakin iddiaçı razılaşmanın şərtlərinə uyğun olaraq restoranı vədələşdirdikləri vaxtda təhvil vermədiyinə görə aldadıldığını başa düşüb avtomobilə dair verdiyi etibarnaməni dərhal ləğv elətdirdiyini, sonradan şikayət edib avtomobilini geri aldığını bildirir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh1 təklikdə şəxsən 13700 manat pul verməsini sübut edə bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa iddiaçı avtomobilə görə verdiyi 8700 manat pulu ona məxsus kafedə işləyən Gülşən Məmmədova vasitəsilə Cavabdeh1 verdiyini bildirir. Lakin iddiaçının qeyd edilən dəlili də, aparılan məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Belə ki, Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 ********* nömrəli cinayət işi üzrə “Toplanmış sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 5 mart 2024-cü il tarixli qərarına əsasən şahid qismində ifadəsi alınmış X37 ifadəsində göstərdiklərinin tamamilə yalan və əsassız olduğunu, onun yanında və ya Farizin tapşırığı ilə Şöhrətə 8700 manat pul verilmədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Fariz ona aralarında olan cinsi münasibətləri özündə əks etdirən videogörüntüləri və fotoşəkilləri göstərib, çay evindən gedəcəyi təqdirdə onu biabır edəcəyi, seksual xarakterli videolarını və fotoşəkilləri qohumlarına, xüsusən atası, qardaşı və övladına göstərəcəyi ilə hədələmiş, qorxduğu üçün onun çay evində qalaraq işləməyə məcbur olmuşdur. İddiaçı onu öz çirkin oyunlarına alət etmiş, dəfələrlə öz qanunsuz əməllərində ondan istifadə elmişdir. Bir neçə dəfə əsassız olaraq onu hüquq-mühafizə orqanlarında şahid qismində ifadə verməyə məcbur etmişdir. Gülşən Məmmədovanın qeyd etdiyi sonuncu xüsusat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum edilmiş X7 barəsində Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyası tərəfindən xx.xx.2023-cü ildə çıxarılan 1(103)-1391/2023 saylı bəraət hökmü ilə təsdiqini tapır. X52 tərəfindən Cavabdeh1 iddiaçının göstərişi ilə 8700 manat məbləğində pul verməsi, məhkəmə iclasında tədqiq olunan Gülşən Məmmədova ilə Cavabdeh1 arasında baş tutan telefon danışığının səs yazısı ilə də, inkar olunur. Bununla belə X47 Rayon Məhkəməsində hazırki mübahisə araşdırılarkən verdiyi şahid ifadəsində iddiaçının qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Lakin sonradan apellyasiya baxışı zamanı ərizə ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsində ifadəni təzyiq altında verdiyini, İddiaçı ona hədə qorxu gələrək buna məcbur etdiyini bildirib, polis bölməsində verdiyi ifadənin həqiqi ifadəsi kimi qəbul edilməsini xahiş etmişdir. Bütün bunlardan savayı Bakı şəhəri, Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 ********* nömrəli cinayət işi üzrə “Toplanmış sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 5 mart 2024-cü il tarixli qərarı ilə alnan çoxsaylı şahid ifadələri əsasında İddiaçı ilə Cavabdeh1 arasında mübahisənin yaranmasının kökündə avtomobilin alqı-satqısı deyil, restoran biznesinin alqı-satqısının dayandığı, avtomobilin isə ödəniş vasitəsi kimi çıxış etdiyi aydın görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. İddiaçı şahid X16 təsir və təzyiq göstərərək, yalan ifadə verməyə məcbur etməsi ilə bağlı Cinayət Məcəlləsinin 299.2-ci maddəsinə əsasən xüsusi qərardadın çıxarılmasına kollegiya zərurət görməmişdir. Belə ki, məhkəmənin sorğusu əsasında Bakı şəhəri Nizami RPİ-nin İŞ-də ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə şöbənin sabiq müstəntiqi, polis mayoru X10 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə” qərarın İddiaçı şahidlər X20, X18 və digərlərinə qarşı təsir və təzyiq göstərərək, istintaqa yalan ifadə verməyə məcbur etməklə, istinatqın gedişatına maneə törətməsi ilə bağlı İddiaçı əməlində Cinayət Məcəlləsinin 299.2-ci maddəsinin tərkib əlamətlərinin olub-olmaması hissəsində icrasının təmin edilməsindən ötrü araşdırmanın aparılması üçün, həmin qərar Bakı şəhəri Nizami rayon prokurorluğunda “Törədilmiş və hazırlanan cinayətlərin qeydiyyatı kibatı”nda qeydə alınmışdır, hazırda həmin xüsusatlar üzrə araşdırma aparılır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı və onun vəkili, eyni zamanda nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli 2(055)-770/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar