Məhkəmə qərarları › İş №2(106)-216/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-216/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-216/2023 17.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov, X2 ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, Cavabdeh3 iştirakı ilə, Lənkəran Rayon Мəhkəməsinin 18 yanvar 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti (QSC) "xxxx" Kommersiyan Bankının (KB-nin) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Lənkəran Rayon Мəhkəməsinin (hakim M.İsayev) 18 yanvar 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5645.28 manat məbləğində əsas borcun, 962.41 manat məbləğində faiz borcunun, 778.53 manat cərimə borcunun, ümumilikdə 7386.22 manat (yeddi min üç yüz səksən altı manat iyirmi iki qəpik) borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ləğv prossesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti KB-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermişdir. İşinhalları 06 noyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" QSC KB tərəfindən Cavabdeh1 illik 24 faiz ödənilməsi şərti ilə, 36 ay müddətinə, 7500 manat məbləğində kredit verilmişdir. 06 noyabr 2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 "xxxx" QSC KB qarşısında Cavabdeh1 qıznın öhdəliklərinə zamin durmuşlar. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016-cı il tarixli, 2-1(81)- 4498/2016 saylı qərarı ilə QSC "xxxx" KB müflis elan olunaraq iflas proseduru başlanılmaqla Əmanətlərin Sığortalanması Fondu QSC "xxxx" KB-nin ləğvedicisi təyin olunmuşdur. Ləğv prosesində olan QSC "xxxx" KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5645.28 manat məbləğində əsas borc, 962.41 manat məbləğində faiz borcu, 778.53 manat cərimə borcu, ümumilikdə 7386.22 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun hesablanmaqla müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 kredit üzrə hesablanmış faiz və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Yaranmış borcun ödənilməsindən ötrü dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Birinci instansiya məhkəməsində cavabdehlər iştirak etmədiklərindən onların mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 449.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, iddanın ona aid hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsinə baxmayaraq onun zaminliyinə xitam verməmiş, əsassız olaraq ona qarşı iddianı təmin etmişdir. İddiaçı bank tərəfindən borcluya öhdəliklərini yerinə-yetirməməsi barədə heç bir məlumat verilməmişdir. Eyni zamanda məhkəməyə müraciət edəcəyi barədə iddiaçı heç bir məlumat vermədiyi üçün məhkəmədə iştirak edib özünün hüquqi müdafiəsini təşkil edə bilməmişdir. İddiaçı zamin olaraq ona qarşı iddia müddətini ötürmüşdür. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətinin təmin edilməsini, qətnamənin ona aid hissədə ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və digər cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Kollegiya işə, Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni, Cavabdeh3 izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, 06 noyabr 2013-cü il tarixli, 1xx/xx/47132/13 saylı kredit müqaviləsinə əsasən "xxxx" QSC KB tərəfindən cavabdeh (borcalan) Cavabdeh1 illik 24 faiz ödənilməsi şərti ilə, 36 ay müddətinə, 7500 manat məbləğində kredit verilmişdir. 06 noyabr 2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 "xxxx" QSC KB qarşısında Cavabdeh1 qıznın öhdəliklərinə zamin durmuşlar. İddiaçı "xxxx" QSC KB-nin ləğvedicisi kredit müqaviləsi üzrə borcunu tələb emişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Kollegiya qeyd edir ki, iddiaçı Bank cavabdehlərdən borcunu və ona vurulan ziyanı tələb etməkdə özlüyündə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət və qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh3 qətnaməni özünə aid hissədə mübahisələndirmişdir. Kollegiya Cavabdeh3 qarşı iddiaya münasibətdə aşağıdakıları qeyd edir. Qüvvədə olan qanunvericilik, mübahisələndirilib-mübahisələndirilməməsindən asılı olmayaraq zaminliyə xitam verilməsinin hallarını müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Məcəllənin 477.0.4-cü maddəsi ümumi halda zaminlik müqaviləsinin qüvvədə olmasını həmin müqavilənin özündə müəyyən edilmiş konkret müddətin bitməsi ilə məhdudlaşdırmış, belə müddət təyin edilmədikdə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı günlə şərtləndirmişdir. Birinci halda, zaminlik müqaviləsinin müddəti konkretdir. İkinci halda, müqavilənin müddəti qeyri-müəyyən olsa da əsas öhdəliyin icra müddəti ilə şərtləndirilməklə məhdudlaşdırılmışdır. (Nisbi məhdudlaşdırılmışdır). Beləliklə, zamnilik müqaviləsinin qüvvədə olma müddəti mütləq olaraq qeyri-müəyyən deyil, hər bir halda müddətlə şərtləndirilmişdir (məhdudlaşdırılmışdır). İşin hallarından görünür ki, Bankla zamin arasında bağlanmış zaminlik müqaviləsində zaminliyin müddəti göstərilməmişdir. Müqavilədə zaminlik, 36 ay müddətinə ödənilməsi nəzərdə tutulan kredit müqaviləsinin müddətinin bitməsi ilə məhdudlaşdırılmışdır. Kollegiya qeyd edir ki, belə məzmunda şərt “müddət” anlayışına uyğun deyil və zaminliyin müddəti kimi qəbul edilə bilməz. Çünki Mülki Məcəllənin 367.2-ci maddəsinə görə əqdlə müəyyənləşdirilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Kredit müqaviləsi 36 ay müddətinə bağlanmışdır. Yəni əsas öhdəliyin icrası müddəti konkretdir. Zaminlik müqaviləsi kredit müqaviləsi ilə bağlıdır. İşin hallarından görünür ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası vaxtı 06 noyabr 2016cı il tarixdə başa çatmış, lakin bu tarixdən sonra bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir. Kreditor hazırki iddia tələbi ilə 2018-ci ilin oktyabr ayında, yəni müqavilə müddətindən təxminən 1 il 11 aydan çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Kollegiya hesab edir ki, Qanunun tələbinə görə hazırki halda zaminliyə xitam verilmişdir və zaminliyə xitam verildiyindən hazırki iş üzrə cavabdeh olan zamin Cavabdeh3 iddiaçının qarşısında məsuliyyət daşımır. Odur ki, ona aid hissədə iddia qanunsuz olduğundan təmin edilməməli, qətnamə isə həmin cavabdehə aid hissədə ləğv edilməli və həmin hissədə iddia təmin edilməməlidir. Digər hissədə qətnamə mübahisələndirilməmişdir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə- Cavabdeh3 aid hissədə ləğv edilməli və ona aid hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 18 yanvar 2019-cu il tarixli, 2(049)-326/2019 saylı qətnaməsi- Cavabdeh3 aid hissədə ləğv edilsin və ləğv prosesində olan QSC "xxxx" Kommersiyan Bankının Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar