Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-217/2025 14.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyan” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ İş № 2(106)-217/2025 Açar sözlər: göldə balıq yetişdirmə, vurulmuş maddi ziyan və əldən çıxmış fayda tələbi. X31 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyan” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-522/2023 saylı, 30 dekabr 2023-cü il tarixli (hakim Ə.Məmmədli) qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 177 600 (yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun, cəmi 178068 (yüz yetmiş səkkiz min altmış səkkiz) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 177600 (yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, əldən çıxmış 240 000 (iki yüz qırx min) manat faydanın, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun, cəmi 418068 (dörd yüz on səkkiz min altmış səkkiz) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Salyan rayonu ərazisində balıq yetişdirməklə sahibkarlıq fəaliyyəti göstərmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 78-S saylı sərəncamına əsasən Salyan rayonu, Babazənən asudə dövlət fondu torpağında yerləşən balıqçılığın inkişafı məqsədilə 40 ha və heyvandarlığın inkişafı məqsədilə 60 ha olmaqla, cəmi 100 ha torpaq sahəsi Cavabdeh2 ayrılmışdır. Cavabdeh1 isə həmin torpaq sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün etibarnamə ilə həmin torpaq sahəsini Cavabdeh2 almışdır. 2016-cı ildə tanışı Zahir onunla görüşərək tanışı Elvinin süni balıq gölü olduğunu və birlikdə işləmək istədiklərini təklif etmişdir. O da, Zahirlə razılaşmışdır. Sonradan Elvinlə görüşmüş, aralarında olan razılaşmaya əsasən balıq gölünün qazancının 50 faizini özünə, 25 faizinin Zahirə, 25 faizinin isə ona veriləcəyi şərti ilə razılaşmışlar. 2018-ci ildə ziyana getdikləri üçün X7 bu barədə ona və Elvinə bildirərək bu işdən uzaqlaşmışdır. Bundan sonra o, həmin balıqçılıq təsərüffatını təkbaşına inkişaf etdirməyə başlamış və mütəmadi olaraq satdığı məhsulun pulunu Elvinə müxtəlif vaxtlarda, ümumilikdə şəxsən qeydiyyat aparmaqla 96000 manat pul vermişdir. Daha sonra Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Salyan RPŞ-nə ərizə ilə müraciət edərək, 2016-cı ildən 2018-ci il tarixinə kimi həmin ərazidə yerləşən süni balıq gölünü işlədiməsi üçün ona 250 000 manat pul və balıq yemi verdiyini, lakin onun tərəfindən ona dələduzluq edildiyini bildirmişdir. 28 dekabr 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra cavabdeh Salyan Rayon Məhkəməsinə “pul tələbi” barədə iddia ərizəsi və həmçinin, müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edərək onun Salyan rayonu, Babazadə asudə dövlət fondu torpağında yerləşən 100 ha torpaq sahəsindəki və onun ətrafındakı göllərdən balıqların ovlanmasına, onların satılmasına qadağa qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən isə həmin ərizə təmin edilmişdir. Halbuki, cavabdeh həmin torpaq sahəsini etibarnamə ilə idarə edir və onun mülkiyyətində olmayan torpaq sahəsidir. Əgər cavabdehin tələbi pul tələbidirsə, bu zaman “onun mülkiyyətində olmayan sahədən və ətraf göllərdən” balıqların ovlanmasına və satılmasına qadağa qoyulması ilə bağlı məhkəməyə müraciət etməsi halı ziddiyət doğurur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən ibarət gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsinə əssən, mülki hüquqlar hüquqauyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədilə istifadə edilməsi yolverilməzdir. Bundan əlavə, Cavabdeh2 tərəfindən ona qarşı “torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun və aidiyyatı olmayan digər şəxslərin girişi və həmin torpaq sahələri və göllərdən istifadəsinə qadağa qoyulmuşdur. Həmin ərazidə fəaliyyət göstərdiyi zaman, tərəfindən xeyli miqdarda balıq alaraq suya buraxılmışdır. Hazırda həmin sahəyə girişi qadağa olunsa da, süni balıq gölündə olan balıqlar üçün xeyli miqdarda xərc çəkmişdir. Belə olan zaman, balıqların ovlanması, satılmasına qoyulan qadağa qoyulması ilə onun hüquq və mənafeləri pozulmuşdur. Çünki iş materiallarına əlavə edilən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi, Cavabdeh1 tələbi yalnızca puldan ibarət olmaqla, balıqlarla bağlı deyildir. Həmçinin istər iddia ərizəsində, istərsə də cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da göründüyü kimi, həmin süni göldə balıqların onlar tərəfindən alındığını təsdiq edən hər hansı bir hal mövcud deyildir. Çünki, süni balıq gölünə balıq yetişdirilməsi üçün balıqların haradan, necə və nə vaxt gətirildiyi əsaslandırılmamışdır. Bildirir ki, 2021-ci il mart ayında çəkisi 200-250 qr olan 40000 (qırx min) ədəd balıq alaraq, 29 hektarlıq gölə buraxmışdır. Bunlardan 25000 ədədi çəki balığı, 10000 ədədi tolstolob balığı, 5000 ədədi belamor balığı olmuşdur. Daha sonra 900 kg təxminən 80 ədədi 1 kg olan qarışıq leçinka balığı alaraq suya buraxmışdır ki, bu da 7 ton məhsul vermişdir. 2021-ci ilin oktyabr ayında isə həmin balıqları daşıyaraq anbara köçürmüşdür. Həmçinin, həmin anbara 2021-ci il oktyabr ayında Neftçala rayonunda 5 ton, çəkisi 200-250 gr olan körpə balıq alaraq buraxmışdır. 2021-ci ilin oktyabr ayında 5 ton, çəkisi 1.6-1.7 kq olan iri çəki balığı alıb, digər gölə buraxmışdır. 2021-ci ilin mart ayından 2022-ci ilin yanvar ayına kimi balıqların yemlənməsi üçün 150 ton yem alaraq, yemlənmədə istifadə olunmuşdur. 40.000 ədəd (200-250 qr) malyuk balığı üçün 37000 manat pul vermişdir. Bu da təqribən 35000 ton məhsul verməli idi və 210 000 manat pul vəsaiti əldə etməli idi. Əlavə olaraq, başqa şəxsdən 1,6-1,7 kg olan 5 ton iri sazan balığı almışdır. Əgər, satış baş tutsa idi, 30 000 manat pul əldə etməli idi. 2021-ci ilin mart ayında 900 kq leçinka almışdır. (900 kqx6-5400 manat). Həmçinin yemləməklə, qulluq etməklə 7 ton məhsul əldə edə bilərdi. Onun bazar dəyəri isə 35000 manat idi. 2021-ci ilin oktyabr ayında 5 ton (200-250 gr) malyuk almışdır. Həmin balıqlara görə 20000 manat pul vəsaiti xərcləmişdir. Daha sonra 150 ton buğda və arpa almışdır ki, ona da 67500 manat pul vermişdir. Bunlardan əlavə, həmin vaxt ərzində əlavə xərcləri çıxmışdır. İşlərin yerinə yetirilməsi məqsədilə 2 işçiyə ehtiyac olmuşdur ki, həmin işçilərə 10200 manat haqq olaraq əmək haqqı vermişdir. İşçilərdən Namiqin əmək haqqısı ayda 500 manat, Səbuhininki isə hər ay üçün 500 manat təşkil etmişdir. Eyni zamanda su pulu olaraq, 3000 manat məbləğində pul vermişdir. Əlavə xərcləri isə 12000 manata yaxın olmuşdur. Ümumilikdə, bütün bu vaxt ərzində göstərdiyi fəaliyyət zamanı ona 177600 manat məbləğində maddi ziyan dəymişdir. Həmin vəsaitləri onu öz və yaxınlarının adına banklardan götürdüyü kredit və şəxsi evinin satışından əldə etdiyi vəsait hesabına ödəmişdir. Bir hissəsini isə bu gün də müxtəlif şəxslərə borcludur. 2022-ci ilin fevral ayının 4-də məhkəmənin qərardadına əsasən onun həmin əraziyə giriş-çıxışı qadağan edildiyi gündən bu günə kimi Cavabdeh1 tərəfindən həmin balıqların oradan qanunsuz olaraq çıxarılaraq satışı davam edir. Halbuki, o, 177600 manat miqdarında xərc çəkmişdir. Cavabdeh qanunsuz olaraq orada balığı satmaqla onu çəkdiyi xərclərin ödənilməsindən və gələcəkdə əldə edəcəyi qazancdan məhrum etmişdir. Bu gün də ona ziyan vurulmaqda davam edir. Hazırki vəziyyətdə nəinki gəlir əldə bilir, çəkdiyi xərcin çıxarılması belə qeyri-mümkündür. Cavabdeh1 tək qurbanı özü deyildir. Onun barəsində Nərimanov RPİ-də dəfələrlə Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi başlanmış və o dəfələrlə məhkum edilmişdir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 177600 (yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun, cəmi 178068 (yüz yetmiş səkkiz min altmış səkkiz) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda göstərmişdir ki, 2016-cı ildə Cavabdeh1la şərik işləməyə başlamışdır. 2016 və 2017-ci illərdə Cavabdeh1 110.000 (bir yüz on min) manat pul vermişdir. 2016-cı ildən 2021-ci ilədək hər il 18-25 ton, sonuncu il isə 38-40 ton balıq yetişdirilmişdir. Həmçinin Cavabdeh1 ondan 20000 (iyirmi min) manat pul alaraq “haramı” düzündə taxıl əkərək 500 ton taxıl tədarük edərək balıqların yem ehtiyacını ödəyəcəyinə bildirsə də sözünə əməl etməmişdir. O, həmin pulun müqabilində heç bir Məcbur qalıb 170 ton taxılı 55 qəpiyə, yəni 5 qəpik daha baha qiymətə almışdır. Daha sonra göstərmişdir ki, o, 20 hektar olan süni balıq göllərinin həcmini artıraraq 60 hektar etmişdir. Ərazidə təsərrüfat damı və bisetka tikdirmişdir. Əvvəlki məhkəmə iclasında bildirmişdir ki, bir neçə il min bir zəhmətlə yetişdirdiyi balıqları satışa hazır etdiyi ərəfədə, yəni 07 yanvar 2021-ci il tarixdə Cavabdeh1 ona qarşı “pul və dəymiş ziyan” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək ondan 254.770 manat pul tutulmasını xahiş etmişdir. Cavabdeh1 ərizəsi əsasında Salyan Rayon Məhkəməsinin 2(057)-2195/2021 saylı müvəqqəti təminat tədbiri barədə qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtarana kimi o, və digər şəxslərə balıqların olduğu göllərdən istifadə etmələri qadağan edildiyi üçün süni balıq göllərində olan bütün balıqlar Cavabdeh1 tərəfindən götürülməklə satılmışdır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iki ildir ki, məhkəmə prosesi davam edir. Məhkəmənin yekunlaşdırılmasını istəyir. Qarşı tərəf ekspertin iştirakını tələb edirsə, bu vaxta kimi müraciət edərək aydınlaşdıra bilərdi. Salyan Rayon Polis Şöbəsində Cavabdeh1 şikayəti araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda İddiaçı Cavabdeh1 250000 (iki yüz əlli min) manat borcu olması öz təsdiqini tapmamışdır. İşin mahiyyəti ondan ibarətdir ki, cavabdeh göldən kənarlaşdırılandan sonra bu söz-söhbətlər ortaya çıxmışdır. Əvvəlki məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 bildirmişdir ki, ekspert rəyi ilə tanış olmuşdur. İddiaçı iddia tələbi 11 aprel 2022-cü il tarixdə məhkəməyə daxil olub, hesab edir ki, bu iş üzrə xüsusi qərardad çıxarılmalıdır. Tərəflər razılaşıblar ki, birlikdə balıqçılıq təsərrüfatı yaratsınlar. Cavabdeh1 istifadəsində olan torpaq sahəsində Elçin yeni göllər yaratmışdır. Cavabdeh1 bir müddət sonra görmüşdür ki, İddiaçı göldə yaxşı balıq yetişdirmiş, ona görə də, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək müvəqqəti təmin tədbiri haqqında ərizə vermişdir. Cavabdeh1 ərizəsi təmin edilmişdir. Bundan sonra Cavabdeh1 göldə olan bütün balıqları sataraq gəlir əldə etmişdir. Əvvəlki Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil3 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 bildirmişdir ki, ekspert rəyi MMC-nin rəyi əsasında yazılmışdır. Ekspert rəyində görünür ki, heç bir tədqiqat işi aparılmadan rəy tərtib olunmuşdur. Ekspert qiymət müəyyən edərək hansı mənbəyə əsaslandığını öz rəyində göstərməmişdir. Rəydə heç bir sənədə istinad olunmamışdır. Mütəxəssis rəyinə əsaslanaraq rəy verilmişdir ki, bu hal qanuna ziddir. Əgər həqiqətən də İddiaçı özü pul qoyaraq süni balıq gölünü balıqla doldurmuşdursa, nəyə görə qazancının 50 faizini əvvəlki illərdə Cavabdeh1 vermişdir. Əslində isə 8200 manat pulu Cavabdeh1 İddiaçı tavar halında vermişdir. Göldə yetişən balıqlar satılmışdır. 2016-cı ildə göl balıqlarla birlikdə İddiaçı təhvil verilmişdir. İddiaçı orada işlədiyi müddətdə heç bir vergi ödəməmişdir. O, sənədləşmə aparmadan qeyri-qanuni fəaliyyət göstərmişdir. 42400 manatlıq balıq məhsulu satılmışdır. Pulu götürən zaman həmin pulun hansı təyinat üzrə verilməsi qeyd edilməmişdir. 23500 manata 5 ton balıq satılmışdır. İddiaçı 2016-cı ildən 2021-ci ilə kimi işləmişdir. İddiaçı izahatında göstərir ki, illər ərzində cəmi iki dəfə balıq satmışdır. Halbuki, iclaslarda bildirmişdir ki, işçilərin pulunu vermək üçün və mağazada satmaq üçün hissəhissə olmaqla balıq satmışdır. Əvvəlki məhkəmə iclasında cavabdehin vəkili Vəkil2 bildirmişdir ki, ekspert rəyini mötəbər sübut kimi saymaq olmaz. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı Cavabdeh1 tərəfindən ona 170 000 (bir yüz yetmiş min) manat pul verildiyini etiraf etmişdir. Sonradan gölə Elçin tərəfindən hər hansı bir pul qoyulmamışdır. Polis orqanının verdiyi qərar Elçin tərəfindən mübahisələndirilməmişdir. Elçin yalnız qazanca şərik olmuşdur. Ekspertin dəvət olunması ilə bağlı vəsatətləri təmin edilsə də ekspertin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Yenə də vəsatəti müdafiə edir, ekspertin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə baxış içlasının təxirə salınmasını tələb edirlər. Cavabdeh tərəf də ekspertin gəlməsinə razıdır. Cavabdeh göldən etibarnamə əsasında istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən şahidlərin orada işləməsi ilə bağlı heç bir leqal sənəd təqdim olunmamışdır. Cavabdeh1 həmin göllərə balıq alıb atmışdır. İddiaçı gölə gələn zaman göldə 500 kq balıq olmuşdur. İddiaçı 2021-ci ilin mart ayına kimi orada balıq yetişdirmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, 2016-cı il tarixdə o, heyvandarlığın və balıqçılığın inkişafı məqsədilə torpaq sahəsi almaq qərarına gəlmişdir. Bakı şəhər sakini Cavabdeh2 istifadəsində olan Salyan rayonu ərazisində yerləşən Babazənən asudə dövlət fond torpağında yerləşən 100 hektar torpaq sahəsini etibarnamə ilə almışdır. Həmin 100 hektar torpaq sahəsinin 60 hektarı heyvandarlıq üçün 40 hektarı isə balıqçılıq üçün istifadə olunub. Onun işləri çox olduğu üçün süni balıq gölünə baxmaq üçün bir nəfər şəxs axtarmışdır. Tanışı Zahir ona Salyan şəhər sakini Elçin adlı şəxsin bu işlə məşğul ola biləcəyini demişdir. O, Elçin ilə görüşmüş və onunla danışaraq razılaşmışdır. İddiaçı onun işçisi olmuşdur. Onun qeydiyyat dəftəri var. 2018-ci ildə qeydiyyat aparmaqla gölləri İddiaçı təhvil vermişdir. 2016-cı il tarixdən 2018-ci il tarixədək o, Elçinə süni balıq gölünü inkişaf etdirməsi, nəzarət etməsi üçün ona pul və balıq yemi vermişdir. Təxminən 2 il ərzində o, Elçinə 170000 (bir yüz yetmiş min) manat nağd pul və 80000 (səksən min) manat dəyərində balıq yemi vermişdir. Ümumilikdə o, Elçinə 250000 (iki yüz əlli min) manat pul vermişdir. Həmin vaxt ərzində onun başı digər işlərinə qarışdığı üçün Elçinlə çox maraqlanmamışdır. Elçin ilə mobil telefon vasitəsilə danışan və görüşən zaman süni balıq gölünün yaxşı vəziyyətdə olmadığını və balıq götürə bilmədiyini demişdir. Elçin ona 2016-ci il tarixdən 2017-ci il tarixədək 82190 (səksən iki min yüz doxsan) manat pul vermişdir. 2018-ci ildən Elçin ona hesabat verməmişdir. Elçinin ona verdiyi 82190 (səksən iki min yüz doxsan) manat pulun 250000 (iki yüz əlli min) manat pul ilə əlaqəsi yoxdur. Çünki Elçinin ona verdiyi pul qazanc puldan olmuşdur. Sonradan Elçinin onu aldatdığını başa düşmüşdür. Elçin ona qarşı dələduzluq edərək verdiyi 250 000 (iki yüz əlli min) manat pulu və süni balıq gölündən götürdüyü dəqiq bilmədiyi gəliri öz şəxsi məsrəflərinə xərcləmişdir. Buna görə də o, xx.xx.2021-ci il tarixdə Salyan RPŞ-nə ərizə ilə müraciət edərək bu barədə məlumat vermişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-522/2023 saylı, 30 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 dəymiş maddi ziyana görə 177 600 (bir yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, əldən çıxmış faydaya görə 107100 (bir yüz yeddi min yüz) manat, cəmi 285.168 (iki yüz səksən beş manat yüz altmış səkkiz) manat pul tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, iddiaçı tərəfindən ödənilməmiş 240.10 (iki yüz qırx manat on qəpik) manat dövlət rüsumunun İddiaçı tutulub dövlət büdcəsinə ödənilməsi, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının aparılmasına sərf edilmiş 60 (altmış) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti verərək, Salyan Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(057)-522/2023 saylı qətnaməsini iddia tələbinin təmin olunmayan hissəsində ləğv olunmasını, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(057)-522/2023 saylı qətnaməsində iddiaçının iddia tələbi 240.000 manat məbləğində, əldən çıxmış faydanın cavabdehlərdən alınaraq iddiaçıya verilməsinə dair hissədə qismən təmin olunmuşdur və bununla da iddiaçının hüquqları və qanuni mənafeləri pozulmuşdur. Belə ki, Cavabdeh1 Salyan Rayon Məhkəməsinə “pul” tələbi barədə iddia ərizəsi və İddiaçı Salyan rayonu Babazənən asudə dövlət fondu torpağında yerləşən 100 ha torpaq sahəsindəki və onun ətrafındakı göllərdən balıqları ovlamağına, onları satmağına qadağa qoyulmasına dair müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etməsi, həmçinin Cavabdeh2 məhkəməyə İddiaçı qarşı “torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və İddiaçı və aidiyyatı olmayan digər şəxslərin girişi və həmin torpaq sahələrindən, göllərdən istifadələrinə qadağa qoyulmasına dair müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət etməsi və sözügedən müvəqqəti təminat tədbiri barədə ərizələrin təmin olunması nəticəsində iddiaçının həmin süni balıq göllərinə alıb buraxdığı balıqlar və onların verdiyi məhsullar Cavabdeh1 tərəfindən satılmışdır. Beləliklə də, İddiaçı həmin əraziyə daxil olaraq öz hesabına aldığı balıqları və onların verdiyi məhsulları satmaq ona qadağan edilmiş olduğuna görə, həmin balıqlara görə əldə edəcəyi 240.000 manat məbləğində gəlirdən məhrum olmuşdur. Hesab etmişlər ki, məhkəmənin əlavə edilmiş çoxsaylı sübutlara, habelə mütəxəssis və ekspert rəylərinə əsaslanaraq iddiaçının çəkdiyi xərcin məbləğini nəzərə almaqla cavabdehlərdən tutulmasını qət etdiyi 107.100 manat məbləğində əldən çıxmış fayda ağlabatan və inandırıcı deyil. Bu səbəbə görə də qeyd olunan hissə də iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Qətnamədən Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək Salyan rayon Məhkəməsinin 2(057)-522/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsiini ləğv edib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən iddiaçının aşağıdakı cəfəng əsassız iddialarına həqiqət kimi qəbul etmişdir: “İddiaçı göstərmişdir ki, 2016-cı ildə Cavabdeh1la şərik işləməyə başlamışdır. “Bu absurddur. İddiaçı şərik yox, çalışan kimi, yəni əldə olunacaq qazancdan 25% muzd olaraq ona çatması şərti ilə göldə işləmişdir. Salyan rayon məhkəməsi qəsdən işin hallarını təhrif etsə də, işin əsl halı budur ki, şərik olan şəxs o şəxsə deyilir ki, şərik olduğu obyekt, torpaq sahəsi, daşınmaz ya daşınar əmlakda payı olsun. Yəni şərik olan şəxs həmin şərik olduğu maddi obyektdən passiv gəlir əldə edə bilər-icarəyə verər, xeyirindən bəhrələnər və s. İddiaçı isə yalnız həmin gölləri səmərəli işlədəyəcəyi və mənfəət əldə olunacağı halda qazancdan pay ala bilərdi. Həmçinin məhkəmə iddiaçının bu sözlərinə: “Bundan sonra o, həmin balıqçılıq təsərüffatını təkbaşına inkişaf etdirməyə başlamış və mütəmadi olaraq satdığı məhsulun pulunu Elvinə müxtəlif vaxtlarda, ümumilikdə şəxsən qeydiyyat aparmaqla 96000 manat pul vermişdir”. - tənqidi yanaşmamış, MPM-nin 77.1-ci maddəsini pozaraq iddiaçıdan hər hansı yazılı sübut istəməmişdir. Məhkəmə cavabdehin və vəkilinin bu suallarına cavab tapsaydı çıxardığı qətnamə işdə olan sübutlara, o cümlədən yeganə obyektiv sübut olan Salyan rayon polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarını oxuyar (həmin qərardad İddiaçı şikayət verməmişdr) və görərdi ki, İddiaçı Cavabdeh1 tərəfindən ona 170 000 (bir yüz yetmiş min) manat pul və 80000 manat dəyərində balıq təhvil verildiyini etiraf etmişdir. Əgər həqiqətən də İddiaçı özü pul qoyaraq süni balıq gölünü balıqla doldurmuşdursa, nəyə görə qazancının 50 faizini əvvəlki illərdə Cavabdeh1 vermişdir.? Elçin yalnız qazanca şərik olmuşdur. Məhkəmə qeyd etmişdir ki, “Məhkəmə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 oktyabr 2023-cü il tarixli, 9/6389 saylıekspert rəyini müzakirə edərək həmin rəyi iddiaçının süni balıq gölünə tökdüyü balıqların və yemin (arpanın) orta bazar qiymətinin məbləğini müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul etmişdir.” Halbuki, məhkəmə iclas zalında tətəflərindən verilmiş “ekspertizanın natamam olması, ekspert rəyinin hansısa dükan tərəfindən verilmiş arayışdan köçürülməsi barədə, ekspertin məhkəməyə dəvət edilməsi barədə vəsatətlərini təmin etmişdir. Qeyd edək ki, rəydə heç bir araşdırma aparılmadığı, müqayiəsli nüminələr gətirilmədiyi, ekspertin rəyi tərəfin təqdim etdiyi "xxxx" MMC-nin direktoru Niyazi Heybətov tərəfindən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil1 verilmiş “rəy”dən köçürdüyü tam görünür. Bundan başqa ekspertizada “qiymət qoyulan” sayda, çəkidə və çeşiddə balığın göllərə iddiaçı tərəfindən gətirilib yerləşdirildiyi barədə heç bir sübut iş materiallarında yoxdur. Belə ki, məhkəmə yazır: “İş materiallarında olan X30, İddiaçı, X8 və X4 iştirakları ilə tərtib olunmuş 01 iyun 2023-cü il tarixli aktdan görünür ki, 2021-ci ilin oktyabr ayında fiziki şəxs kimi fəaliyyət göstərən Mahir Əhədov tərəfindən Salyan rayonu ərazisində yerləşən Babazənən asudə dövlət fondu torpağında balıq məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs İddiaçı 23500 manat məbləğində 5 ton (bir ədədinin çəkisi 1,6-1,7 olmaqla) çəki balığı satılmışdır”. Lakin alqı-satıqnı təsdiq edən sənədlər qəbz (çek), kassa mədaxil orderi, qaimədir. Akt, özü də baş vermiş satışdan iki il sonra tərtib edilmiş “akt” alqı-satqını sübut edən mötəbər sənəd sayıla bilməz. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli, 022A********** saylı kredit müqaviləsindən görünür ki, "xxxx" QSC-nin Salyan Filialı tərəfindən İddiaçı aylıq faiz dərəcəsi 1.9167 faiz olmaqla, 36 ay müddətinə 25000 manat kredit verilmişdir. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli, 022C**********01 saylı girov müqaviləsindən görünür ki, tərəflər arasında 21 yanvar 2022-ci il tarixdə Salyan şəhərində bağlanmış 022A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə girov müqaviləsi bağlanmışdır. İş materiallarında olan 23 may 2023-cü il tarixli, 30-MCR-1-504-23/1 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Yelobank tərəfindən İddiaçı illik 19 faiz dərəcəsi ilə, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Lakin həmin kredit müqaviləsinin “kreditin təyinatı” bölümündə- “balıq yetişdirmə üçün” yaxud “balıq almaq” üçün yazılmaması, həmçinin kredit götürülən gün İddiaçı hər hansı balıq yaxud yem alma barədə sübut verməməsi məhkəmə tərəfindən araşdırılmamış, yaxud araşdırılmaq istənilməmişdir. Bundan başqa həmin kreditlər İddiaçı ərazidən və göldən məhkəmə qərardadına əsasən kənarlaşdırıldıqdan sonra götürülmüşdür ki, bu da kreditin göllərə sərf edildiyni birmənalı olaraq istisna edir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 dekabr 2021-ci il tarixli qərarından görünür ki, iddiaçı gölü Cavabdeh1 təhvil alarkən göldə 80 000 manatlıq balıq olmuş,170000 manat da maya verilmişdir. Belə olan halda iddiaçı cavabdehdən həm istehsal vasitəsi-göllər, həm dövriyyə kapitalı almışdır. Həmçinin Cavabdeh1 bildirir ki, Elçin ona 2016-ci il tarixdən 2017-ci il tarixədək ona 82190 (səksən ikimin yüz doxsan) manat pul vermişdir. Yəni burada mənfəətdən danışılır. Bu mənfəət məhz Cavabdeh1 iddiaçıya təmin etdiyi dövriyyə kapitalının istismarından yaranmışdır. Beləliklə 2016-cı ildə 250 000 manat dəyərində dövriyyə kapitalı əldə edən iddiaçı 2017-c ildən sonra illər boyu həmin kapitalın mənfəətini mənimsəmiş, əgər göllər üçün balıq və yem almışsa da bunu cavabdehin ona verdiyi kapitalın izafi dəyəri hesabına etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1 vermiş olduqları apellyasiya şikayətini müdafiə etmiş onun təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini isə əsassız hesab edərək onun təmin edilməməsini kollegiyadan xahiş etmişlər. İddiaçı kollegiyanın iclasında izahatında, həmçinin ona ünvanlanan suallara cavabında əlavə olaraq göstərmişdir ki, qeyd edilən göldə işləməyə onu Zahir 2016-cı ildə dəvət etmişdir. Sonra Elvinlə görüşərək onunla da danışaraq razılaşmışlar. Razılaşmalarına əsasən o göllərə baxmaqla iş icraçısı olmalı idi. Ona hər hansı əmək haqqı ayrılmamışdır. Onun qazancı balıqlardan gələn gəlirdən verilməli idi. Ora gələndə ərazidə 3-4 göl olmuşdur. İlk vaxtlarda göllərin vəziyyəti yaxşı deyildi. Belə ki, gölü qamış basaraq örtmüşdü. O, balıqçılıq təsərrüfatına maya qoymalı deyildi. Mayanı ilkin olaraq Elvin qoymuşdu. Belə ki, Elvin təsərrüfata ilk dəfə 80 000 manat vəsait qoymuşdu. Elvin ona demişdir ki, işləri yaxşı getsə ilə 500 000 manat qazanc əldə edə bilərlər. Sonradan Elvin gölə daha 25000 manat maya qoymuşdur. Bir dəfə də Zahir Elvindən 111080 manat pul alaraq ona vermişdir. Elvin və Zahirlə birlikdə təsərrüfatı 2 il yəni, 2016-2018-ci illərdə işlətmişlər. 2018-ci ildən sonra Elvin təsərrüfata gəlməmişdir. Həmçinin həmin dövrdə təsərrüfat ziyanla işlədiyindən Zahir də oradan ayrılmış və başqa işlə məşğul olmuşdur. 2018-ci ildən 2021-ci ilədək balıqçılıq təsərrüfatını o özü tək işlətmişdir. Elvin təsərrüfata vəsait qoymadığından, məcburiyyət qarşısında qalaraq özünə məxsus mağazadan pul götürüb gölə maya qoymuşdur. Yəni, gölə balıq alıb buraxmış, yem almış, həmçinin təsərrüfatda bəzi tikililər tikdirmişdir. 2 il müddətində gölə 125 000 manat vəsait yatırmışdır. Mağazadan gələn gəlirlə 4 obyekt almışdır. Banklardan kredit götürüb balıqlar üçün yem almışdır. Qeyd etdiyi kimi ilkin vaxtlarda ərazidə 3-4 göl olmuşdur. Sonradan gölləri genişləndirməklə yanaşı, həmçinin göllərdən balıqların satışını da həyata keçirmişdir ki, əldə etdiyi gəlirlə orada işləyən işçilərin əmək haqqlarını vermişdir. Balıqları həm mağazasında həm topdan satışını təşkil etmişdir. Balıqların satışından əldə edilən gəlirdən Elvinə heç bir vəsait verməmişdir. 200-250 qramlıq balıqlar satış vəziyyətinə 7-8 aydan sonra gəlir. Elə olurdu balıqları 3 ildən sonra satışa çıxarırdılar. Təsərrüfat 2018- 2021-ci illərdə ziyanla işləyib. 2018-ci ildən sonra təsərrüfatda balıqların kütləvi ölümü (qırğını) olmayıb. 2018-ci ildən sonra Elvinlə Zahir təsərrüfatda olmadıqlarından əldə edilən bütün gəlirin hamısı 100% ona çatmalı idi. Həmçinin göstərmişdir ki, Təsərrüfatla bağlı heç vaxt Elvinə hesabat verməmişdir. Təsərrüftada özü tərəfindən görülən işlərlə bağlı – yəni, tikinti, balıqların alınması, yemin alınması və sairə ilə bağlı Elvinlə aralarında heç vaxt hər hansı “Üzləşmə Aktı” tərtib edilməmişdir. Həmçinin Elvinin ona borclu olması ilə bağlı onda hər hansı “Səs” və ya “WhatsApp” yazışması mövcud deyil. Bundan başqa göllərdə yetişdirilən balıqlarla bağlı heç bir sənədləşdirmə və hesabatlar aparılmayıb, belə bir sənədlər yoxdur və məhkəməyə təqdim etməyib. Həmçinin heç bir işçisi ilə rəsmi əmək müqaviləsi bağlanmayıb və təsərrüfatla bağlı heç bir Vergi hesabatı və ya bəyannaməsi mövcud olmayıb və verilməyibdir. Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Vəkil2 vermiş olduqları apellyasiya şikayətini müdafiə etmiş, həmin şikayətin dəlilləri üzrə izahatlar vermiş və şikayətlərinin təmin edilməsini xahiş etmişlər. Həmçinin onlar iddiaçının iddialarını və apellyasiya şikayətlərini əsassız hesab etmiş, iddianın və apellyasiya şikayətlərinin heç bir hüquqi əsasa söykənmədiyini bildirmiş və şikayətin təmin edilməməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 əlavə olaraq göstərmişdir ki, iddiaçı tərəfindən təsərrüfatda heç bir sənədləşdirmə və hesabat aparılmayıb. Elçinlə Elvin arasında heç vaxt güya Elçinin təsərrüftda 25% payının olması ilə bağlı hər hansı razılaşması olmayıb. Elçin həmin təsərrüfatda özünün də dediyi kimi yalnız icraçı olub. Razılaşmaya əsasən o yalnız qazancdan gəlir götürməli idi. Elçin təsərrüfata heç bir vəsait qoymayıb. 177600 manat dəymiş ziyan və 240000 manat əldən çıxmışfayda tələbi absurd bir rəqəmdir. İddianın heç bir maddi hüquqi və prosessual əsası yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandığı "xxxx" MMC-nin direktoru Niyazi Heybətov tərəfindən verilmiş “RƏY”-in isə heç bir hüquqi əsası yoxdur. Çünki həmin rəyın heç bir mötəbərliyi yoxdur. Bundan başqa rəydə “qiymət qoyulan” sayda, çəkidə və çeşiddə balığın göllərə iddiaçı tərəfindən gətirilib yerləşdirildiyi barədə heç bir sübut iş materiallarında yoxdur. İş materiallarında olan X30, İddiaçı, X8 və X4 iştirakları ilə tərtib olunmuş 01 iyun 2023-cü il tarixli aktdan görünür ki, 2021-ci ilin oktyabr ayında fiziki şəxs kimi fəaliyyət göstərən Mahir Əhədov tərəfindən Salyan rayonu ərazisində yerləşən Babazənən asudə dövlət fondu torpağında balıq məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs İddiaçı 23500 manat məbləğində 5 ton (bir ədədinin çəkisi 1,6-1,7 olmaqla) çəki balığı satılmışdır. Lakin iddiaçı həmin alqı-satıqnı təsdiq edən hər hansı mötəbər sənədlərini (qəbz (çek), kassa mədaxil orderi, qaimə) məhkəməyə təqdim etməmişdir. 01 iyun 2023-cü il tarixli Aktın özü baş vermiş alqı-satqıdan iki il sonra tərtib edilmişdir. Bu isə mötəbər sənəd sayıla bilməz. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Kollegiya Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan mövqeyini nəzərə alaraq hesab edir ki, hazırki halda iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsinə yönəldiyindən, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə əsasən qismən, cavabdehin apellyasiya şikayəti isə birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsinə yönəldiyindən birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu barpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sözügedən normada zərərin iki növü fərqləndirilir: birincisi, real zərər; ikincisi əldən çıxmış fayda. Normanın mənasına görə real zərərin tərkibinə də aşağıdakılar daxildir: a) pozulmuş hüququn bərpası üçün çəkilmiş xərclər; b) pozulmuş hüququn bərpası üçün çəkiləcək xərclər; d) əmlakdan məhrum olma və ya əmlakın zədələnməsi nəticəsində yaranan zərər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçıların və cavabdehlərin izahatını, məruzəni dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Belə ki, iş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar İbrahimovun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 dekabr 2021-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilmiş və qəbul edilmiş qərarın surəti məlumat üçün Cavabdeh1 göndərilməsi, İddiaçı 250000 manat pulu almaq istəyirsə, bununla bağlı olaraq qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etmək hüququ olması ona izah edilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-2195/2021 saylı, 07 yanvar 2022-ci il tarixli qərardadından görünür ki, Cavabdeh1 müvəqqəti təminat tədbirləri barədə ərizəsinin təmin edilməsi və işə mahiyyəti üzrə baxılıb qurtarana kimi cavabdeh İddiaçı və digər şəxslərə balıqların göllərdən göllərə yerdəyişməsini həyata keçirmə və onların yemlənməsi istisna olmaqla Salyan rayonu Babazənə asudə dövlət fondu torpağında yerləşən 100 ha torpaq sahəsindəki və onun ətrafındakı göllərdən balıqların ovlanmasına, onların satılmasına qadağa qoyulması qərara alınmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8-1(057)-03/2022 saylı, 04 fevral 2022-ci il tarixli qərardadının ksero surətindən görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 müvəqqəti təminat tədbirləri barədə ərizəsinin təmin edilməsi, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi verilənədək Salyan rayonu ərazisində, Babazənə asudə dövlət fondu torpağında heyvandarlığın inkişafı məqsədi ilə 60 hektar torpaq və təbii sututar ərazidə balıqçılığın inkişafı məqsədi ilə 40 hektar, cəmi 100 hektar torpaq sahəsinə cavabdeh İddiaçı və aidiyyatı olmayan digər şəxslərin girişinə və həmin torpaq sahələri və göllərdən istifadəsinə müvəqqəti qadağa qoyulması qərara alınmışdır. İş materiallarında olan 2011-ci il tarixli müqavilənin ksero surətindən görünür ki, Salyan rayon İcra Hakimiyyəti başçısının 204 nömrəli sərəncamı ilə 100 hektar torpaq sahəsi Cavabdeh2 uzunmüddətli istifadəsinə verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)- 712-2024 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Salyan Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, 2(057)-522/2023 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)- 712-2024 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-712-2024 nömrəli qərardadının ləğv eilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin 2(102)- 2381/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı pul tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(106)-712-2024 nömrəli qərardadı ləğv edilərək, işin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 144/2018 saylı, 03 may 2018-ci il tarixli qərarının ksero surətindən görünür ki, barəsində Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsi tətbiq edilməklə, Cavabdeh1 cinayət məsuliyyətindən azad edilməsi, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, Cavabdeh1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə iclas zalında dərhal həbsdən azad olunması qərara alınmışdır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan rayon şöbəsinin müdiri O.Quliyevin, DT və XK-nin Salyan şöbəsinin baş məsləhətçisi Y.Dadaşovun, 3 saylı Şirvan şəhər Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi S.Əliyevin, Həsənli kənd inzibati ərazi nümayəndəsi A.Dünyamalıyevin, Bakı şəhər sakini Cavabdeh2 iştirakları ilə tərtib olunmuş 19 iyul 2011-ci il tarixli aktın ksero surətindən görünür ki, Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 1a, mənzil 68-də yaşayan Cavabdeh2 ərizə ilə rayon İcra Hakimiyyəti başçısına müraciət edərək rayonun Babazənən asudə dövlət fondu torpağından heyvandarlığın və balıqçılığın inkişafı məqsədilə 100 ha torpaq sahəsi icarəyə ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciətlə əlaqədar mütəxəssis komissiyası tərəfindən sorğu olunan əraziyə baxış keçirilmiş, komissiya tərəfindən Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 1a, mənzil 68-də yaşayan Cavabdeh2 rayonun Babazənən asudə dövlət fondu torpağından, heyvandarlığı inkişaf etdirmək məqsədilə 60 ha və təbii sututar yararsız ərazidən balıqçılığın inkişafı məqsədilə 40 ha olmaqla cəmi 100 ha torpaq sahəsinin icarəyə ayrılması məqsədə müvafiq hesab olunmuşdur. Seçilən sahənin hüdudları naturada müəyyən edilmişdir. Balıqçılıq məqsədilə ayrılacaq sahədə ətraf sahənin bataqlaşmasının qarşısının alınması və ətraf sahədə təbii bitki örtüyünün qorunması, “Ətraf mühitin mühafizəsi haqqında”, “Balıqçılıq” haqqında qanunun tələblərinə əməl edilməsi, ekologiya və təbiəti mühafizə tədbirlərinin həyat keçirilməsi G.Səfərova tapşırılmışdır. İş materiallarında olan mədaxil qəbzlərinin kötüylərindən görünür ki, İddiaçı tərəfindən hər ay “Aran” X3 ödənişlər edilmişdir. İş materiallarında olan X30, İddiaçı, X8 və X4 iştirakları ilə tərtib olunmuş 01 iyun 2023-cü il tarixli aktdan görünür ki, 2021-ci ilin oktyabr ayında fiziki şəxs kimi fəaliyyət göstərən Mahir Əhədov tərəfindən Salyan rayonu ərazisində yerləşən Babazənən asudə dövlət fondu torpağında balıq məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs İddiaçı 23500 manat məbləğində 5 ton (bir ədədinin çəkisi 1,6-1,7 olmaqla) çəki balığı satılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin direktoru Niyazi Heybətov tərəfindən Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil1 verilmiş rəyin surətindən görünür ki, mart 2021-ci ildə alınan körpə balıq 25000x200=5 ton, 5 ton x 5 manat=25000 manat, 10000 ədəd tolstolob x 100 qram=1 ton, 1 ton x 3,50 manat=3500 manat, Belamor 5000 ədəd x 150 qram=750 kq, 750 kq x 8 manat=6000 manat, çəkisi 900 kq 80 ədədi 1 kq olan körpə balıq 900 kq x 12 manat=10080 manat, çəkisi 200-250 qram olan 5 ton körpə çəki balığı 5 ton x 5 manat=25000 manat, çəkisi 1,6 kq-1,7 kq olan 5 ton əmtəəlik balığın satış qiyməti 5 ton x 4,5=22500 manat, alınmış yemin-arpanın qiyməti 0,45 qəpik=7500 manat, 150 ton arpa yeminə uyğun ümumi çəki balığının istehsalı 30 ton, belamor tolstoloba isə çəki balığına sərf edilən yemin 15 faizi qədərdir, çəkisi 900 kq (80 ədədi 1 kq olan çəki körpəsini 50 qram etmək üçün) 72000 ədəd x 50 qram=3600 kq, 3600 kq x 4=14400 manat, çəkisi 200-250qram olan 5 ton körpə çəki balığını rasion üzrə yəni 10 ədəd 200 qramlıq balığı 1 kq artırmaq üçün hər kiloqram artıma 5 kq yem sərf edilir. Yəni 10 ton balığı istehsal etmək üçün 50 ton yem sərf edilməlidir. Çəkisi 1,6-1,7 kq 5 ton əmtəəlik balığa 50 ton yem sərfi olunmalıdır.10 ton əmtəəlik balıq istehsal etmək üçün. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli, 022A********** saylı kredit müqaviləsindən görünür ki, "xxxx" QSC-nin Salyan Filialı tərəfindən İddiaçı aylıq faiz dərəcəsi 1.9167 faiz olmaqla, 36 ay müddətinə 25000 manat kredit verilmişdir. İş materiallarında olan 21 yanvar 2022-ci il tarixli, 022C**********01 saylı girov müqaviləsindən görünür ki, tərəflər arasında 21 yanvar 2022-ci il tarixdə Salyan şəhərində bağlanmış 022A********** saylı kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə girov müqaviləsi bağlanmışdır. İş materiallarında olan 23 may 2023-cü il tarixli, 30-MCR-1-504-23/1 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Yelobank tərəfindən İddiaçı illik 19 faiz dərəcəsi ilə, 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “Elektron notariat” X2 çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 167.5 kv. metr yaşayış sahəsi 70.1 kv. metr, yardımçı sahəsi 97.4 kv. metr olan 3 otaqlı fərdi yaşayış evi İddiaçı tərəfindən X1. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2023-cü il tarixli, 9/6389 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan (cild i.v 196) “Mütəxəssis rəy”inə əsasən ekspertiza təyini haqqında qərardadda qeyd edilən balıqların və yemin (arpanın) orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 2021-ci ilin mart ayına alış qiyməti-körpə balıq 25000 ədəd x 200 qram=5 ton, 5 ton x 5000 manat=25000 manat, 10000 ədəd tolstolob x 100 qram=1 ton x 3500 manat=3500 manat, belamor 5000 ədəd x 150 qram=750 kq x 8 manat-6000 manat, 2021-ci ilin mart ayına alış qiyməti-çəkisi 900 kq (80 ədədi 1 kq olan) körpə balıq 900 kq x 12 manat=10800 manat, 2021-ci ilin oktyabr ayına alış qiyməti-çəkisi 200 x 250 qram olan 5 ton körpə çəki balığı 5 ton x 5000 manat=25000 manat, 2021-ci ilin mart-2022-ci ilin yanvar ayına alış qiyməti-alınmış yemin (arpanın) qiyməti 150 ton x 450 manat=67500 manat, 2021-ci ilin mart-2022-ci ilin yanvar ayına alış qiyməti-alınmış yemin (arpanın) qiyməti 150 ton x 450 manat=67500 manat, 150 ton arpa yeminə uyğun ümumi çəki balığının istehsalı 30 ton, belamor, tolstoloba isə çəki balığına sərf edilən yemin 15 faizi qədərdir. 2022-ci ilə satış qiyməti-çəkisi 900 kq (80 ədədi 1 kq olan çəki körpəsini 50 qram etmək üçün) 72000 ədəd x 50 qram-3600 kq x 4 manat=14400 manat Çəkisi 200-250 qram olan 5 ton körpə çəki balığını rasionu üzrə yəni, 10 ədəd 200 qramlıq balığı 1 kq artırmaq üçün hər kiloqram artıma 5 kq yem sərf edilir. Yəni 10 ton balığı istehsal etmək üçün 50 ton yem sərf edilməlidir. 2022-ci il tarixə satış qiyməti 10 ton (1,20-1,25 kq çəkiyə malik) əmtəəlik çəki balığı-50000 (10tx5000) manat, Çəkisi 1,6-1,7 kq 5 ton əmtəəlik balığa 50 ton yem sərf olunmalıdır.(10 ton əmtəəlik balıq istehsal etmək üçün). 2022-ci il tarixə satış qiyməti 10 ton (2,6-2,7 kq çəkiyə malik) əmtəəlik çəki balığı-60000 (10tx6000) manat. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, İddiaçı çoxdan Salyan şəhər sakini kimi tanıyır. Elçin onun yaşadığı binanın qarşısındakı binada kirayədə yaşamışdır. Atası 2016-2017-ci illərdə həyətlərində olan dükanı satmaq qərarına gələrək dostunun dükanı almaq istədiyini bildirmiş və onlar da dükanı ona 55.000 manata satmışlar. Hər dəfə ondan dükanın pulunu istəyəndə demişdir ki, qoy zəng etsin. O, dükanın pulunu hissə-hissə ödəmişdir. Sonra öyrənmişlər ki, dükanı alan şəxsin adı Elvindir. Elvini onlar görməmişlər. Elçin dükanın pulunu 3 il ərzində hissə-hissə ödəməklə tam qaytarmışdır. Onlar evin və həyətlərinin sənədlərini Elçinə vermişlər. O, Elçindən evin sənədlərini tələb etmişdir. Elçin dükanın sənədini düzəldəndən sonra da evin sənədlərini qaytarmamışdır. O, dəfələrlə onun atasının yanına gedərək bu barədə ona şikayətlənmişdir. O özü Elvini soraqlaşaraq tapmışdır. Eşitmişdir ki, Elçin ilə onun arasında mübahisə var. Onların evlərinin sənədləri də Elçində qaldığı üçün narahat olmuşdur. İddiaçı atası Mətləb Həsənov demişdir ki, dükanı Cavabdeh1 almışdır. Mağazanın real bazar dəyəri 120.000 manatdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, onun Qazel markalı avtomaşını olmuşdur. 2021-ci ildə dəfələrlə Elçinin gölünə balıq gətirib boşaldmışdır. Pulu ona Elçin vermişdir. O, Elvini görməmişdir. O, balıq gətirməyə gedəndə Elçin də öz maşını ilə gələrək nəzarət etmişdir. Hər dəfə ona Elçin 100 manat pul vermişdir. Balıq daşımaq üçün ona sənəd verilməmişdir. 2021-ci ilin mart, aprel, may aylarında 7-8 dəfə gölə balıq daşımışdır. O vaxt gölün sahibinin Elçin olduğunu bilmişdir. Birinci dəfə Neftçaladan tolstrof balıq gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində göstərmişdir ki, o, balıq yetişdirir. 2020-ci ildə Elçinə balıq satmışdır. O, balığı ona topdan satış vermişdir. O da balıqları göldə böyüdərək satmışdır. Elçin əvvəllər demişdir ki, onun şəriki var. Bir-iki il şərik işləyəndən sonra Elçin demişdir ki, tək işləyir. Hər dəfə Elçinə 4-5 ton balıq vermişdir. Balıqların qiyməti dəyişmişdir. Hər dəfə fərqli-fərqli qiymətə satmışdır. Elvini əvəllər bir-iki dəfə görmüşdür. Bütün işləri Elçin görmüşdür. Gölə gedib-gəlməmişdir. Aktı onlar tərtib etmişlər. Onun balıq satışı ilə məşğul olması barədə heç bir müqavilə və sənədi yoxdur. O, bilir ki, Elçinin gölü Babazanlıda yerləşir. 2020-ci ildə 2 tondan çox balıq satmışdır. 1 ton 700 kiloqram da Şorsuludan olan Əlihüseyn adlı şəxsə satmışdır. 2022-ci ildə balıqları qırılmışdır. Elçin balıqları alaraq gölə tökmüş, oradan isə satışa hazırlamışdır. xx.xx.2023cü il tarixli aktı o desə də, Elçin yazmışdır. Elçinin ona verdiyi pula görə qeydiyyatı var. Aktı həmin qeydiyyata əsasən tərtib etmişlər. 2020-ci ildə Elçinə 2 ton 200 kiloqram tovar vermişdir. Pulunu da dərhal almışdır. 2021-ci ilin sentyabr ayında 4 ton tovar vermişdir. Pulunu 3-4 günə almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Elçinə taxıl satmışdır. Elçin ondan 60-70 ton taxıl almışdır. Balığı satandan sonra onun pulunu vermişdir. Elçini balıq gölündə işləyəndən tanımışdır. Taxılı aparmaq üçün Elçin özü ilə “Kamaz” maşını gətirmişdir. Taxıl çəkilib maşına yüklənəndə də iştirak etmişdir. O kiloqramı 40 qəpiyə satılan taxılın bir kiloqramını 45 qəpiyə nisyə satıb pulunu 2-3 aydan sonra almışdır. Elçinin ona borcu qalmamışdır. Elə hal olmamışdır ki, o, onun pulunu gecikdirsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, o, Elçinə 80 ton taxıl satmışdır. 20 ton özünün, qalanını isə kənd adamlarından alaraq ona vermişdir. Kənd insanları ona etibar edərək Elçinə nisyə mal vermişlər. Pulunu sonradan Elçindən almışlar. Taxıl nisyə satıldığı üçün baha qiymətə satılmış, o taxılı Elçinə satmışdır. O taxıl alanda ona sənəd verməmişdir. Elçinin evini tanımır. Eşitmişdir ki, o balıqçılıqla məşğul olur. Ona görə də, ona taxıl satmışdır. Elçin taxılın pulunu vaxtında verə bilmədiyi üçün demişdir ki, evini satıb pulunu verəcəkdir. Bu söhbət təxminən 2021-ci ilin yanvar ayında olmuşdur. Onun ev satıb-satmamasını bilmir. Onun pulunu sentyabr, oktyabr aylarında verməli idi. Sonuncu dəfə ona 2022-ci ilin fevral ayında pul vermişdir. Ümumilikdə Elçinə 80 ton taxıl satmışdır. Hər dəfə 5-10 ton taxıl almışdır. Onun nə qədər pul verməsi fikirində qalmamışdır. Ancaq onu bilir ki, o pulu hissəhissə olmaqla 2-3 dəfəyə almışdır. X35 şəhərində avtovağzal ərazisində almışdır. Taxıl təzə biçilən vaxt onun qiyməti ucuz olur. O, taxılı başqalarından 37-38 qəpiyə alaraq 45 qəpiyə satmışdır. Elçinin telefon nömrəsi onun telefonunda var. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, İddiaçı işçisi olmuşdur. 2018-2019-cu illərdə göldə işləmişdir. Əmək haqqını da ona Elçin vermişdir. Sonra işdən çıxmışdır. Orada fəhlə kimi lazım olanda fəhləlik etmişdir. 2021-ci ilin dekabr ayında bir göldən digər gölə balıq köçürəndə fəhlə kimi işləmişdir. Əmək müqaviləsi olmadan işləmişdir. Aylıq əmək haqqısı 300 manat olmuşdur. 2017-2019-cu illərdə işləyib əmək haqqını almışdır. Sonradan növbəli iş tapıb Elçinin yanından işdən çıxmışdır. Göl böyük idi, balıqları quşlardan qoruya bilməmişlər. Ona görə də, balıqları kiçik göllərə köçürtmüşlər. Balıqları göldən tutub, başqa gölə daşımışlar. Köçürülən balıqlar çəki, tolstof olmuşdur. Onlar tovar olmuş, malutka olmamışdır. 3-4 kiloqramlıq balıqlar olmuşdur. Balıq köçürülməsində 5 gün işləmişlər. Ondan başqa 6-nəfər də bir işlə məşğul olmuşdur. Onlar da onun kimi günəmuzd işləmişlər. Ondan başqa daimi işçi Namiq adlı şəxs olmuşdur. Balıqlara yem olaraq arpa və buğda vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, İddiaçı və Cavabdeh1 tanıyır. 2018-2021-ci illərdə balıq gölündə işləmişdir. Onu işə Elçin qəbul etmişdir. Onunla əmək müqaviləsi bağlanmamışdır. Əmək kitabçası olmamışdır. Əmək haqqını Elçin vermişdir. Əvvəl 350 manat, sonradan 400 manat əmək haqqı almışdır. Polislər gölə gələndən 15 gün sonra o işdən çıxmışdır. Elçin oradan çıxarılmış, göl Elvinə təhvil verilmişdir. Elçin başqa yerdə göl götürmüşdür. Ona görə də, o həmin göldən çıxaraq təzə gölə getmişdir. Polis işçisi onu göldən çıxaranda Elvin də orada olmuş və göl balıqla dolu olmuşdur. Sonradan Elvin balıq satışına başlamışdır. Balıq gölündə ondan başqa, Namik, Rza, Kərimdə işləmişdir. Onlar günəmuzd işləmişlər. Onlara da əmək haqqını Elçin vermişdir. Surət 2021-ci ildə işdən çıxmış, o isə orada qalmışdır. 24 dekabrda Elvin gölə gəlmişdir. Həmin vaxt Namik, Rza və o orada işləmişlər. Yem ağır yük avtomobilləri olan Kamaz, Şaqmanla daşınmışdır. Yemi əsasən Altayın fermasından gətirmişlər. O özü də maşınla gedib-gəlmişdir. Göldə işləyən zaman həftədə bir dəfə özləri üçün evə balıq aparmışlar. 13 göl olsa da, onlardan 11-balıqla dolu olmuşdur. İki il ərzində kütləvi balıq satışı olmamışdır. Hərdən 20 kiloqrama kimi balıq satılmışdır. 2019-cu ildə göldə balıq olmuşdur. Həmin vaxt malutka alınaraq gölə buraxılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, İddiaçı 2 nəfər şəxslə birlikdə Neftçalaya gəlmişdir. Üçdörd dəfəyə hər dəfə 2-3 maşın balıq vermişdir. Həmin balıqların neçə kiloqram, neçə manata satması fikrində qalmamışdır. Əlavə kiçik balıqlar vermişdir. Karp, tolstrof, xanı balığı satmışdır. Elçinin təsərrüfatını tanımır. Daha sonra bildirmişdir ki, 2020-2021-ci illərdə bir ayın içində Elçinə hər dəfə 4-5 ton balıq satmışdır. Onlar 12 qramdan 250 qrama kimi körpə balıqlar olmuşdur. Onların içində əmtəəlik balıqlar da olmuşdur. Niyazi Heybətov onun oğludur. O. şirkətin təsisçisi, Niyazi isə direktorudur. Balıqlar satılan zaman tələb edildikdə qaimə yazılmış, tələb edilmədikdə yazılmamışdır. Azad satış edir. 200-250 qramlıq çəki balığını 03 aya satışa çıxartmaq olur. 1 hektar torpaq sahəsinin 250 kiloqram balıq yetişdirmək olar. Balıqlar göldə təbii olaraq da qidalana bilirlər. Tez böyüməsi üçün 6 kiloqram arpa 6 aya balığı tam satış üçün yetişdirə bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, göl yaranandan orada işləmişdir. Onu Vüsal işə götürmüşdür. 2021-ci ilin yanvar ayında Elvin müəllim ilə aralarında mübahisə olmuşdur. O vaxta kimi orada işləmişdir. Elçin ilə Elvin arasında söz-söhbət olmuşdur. O vaxt ora polislər də gəlmişdir. Elçinin gölə girməsinə qadağa qoyulmuş, o da, həmin ərəfədə işdən çıxmışdır. Daha sonra bildirmişdir ki, balıq göllərinə tökülən balıqların haradan alıb gətirdiyini bilməmişdir. Həbs qoyulan zaman onlar balıqların bir qismini başqa gölə vurmuşlar. Göl alınandan orada işləmişdir. Orada 2016-cı ildən işləmişdir. Vüsal briqadir, Elvin isə oranın rəhbəri olmuşdur. Vüsal bir il işləyəndən sora çıxıb getmişdir. Sonra Elçin gəlmişdir. Mart ayı idi. Həmin 3-4 gün Vüsal, Zahir və o gölləri idarə etmişlər. Elçin işləyən vaxt, Elvin gölə gəlib-getmişdir. Elvin və Zahir, Elçin ilə birlikdə gölə gələrək, gölü Elçinə təhvil vermişlər. Sonradan əmək haqqını ona Elçin vermişdir. 500 manat əmək haqqı almışdır. Orada ikisi kiçik, digərləri böyük olmaqla, cəmi yeddi göl olmuşdur. Balaca balıqlar paketlərdə gəlmiş, balaca ağcaqanadlar kimi onları saxlayaraq böyütmüşlər. Vüsal gölləri təhvil verən zaman bir göl malyok olmuşdur. Elvinin Elçin ilə hansı şərtlə işlədiyini bilmir. İldə bir dəfə yanvar, fevral ayında balıq satmışlar. Vüsaldan sonra, balıqları Elçin satmışdır. Elçin balıqları öz maşını ilə aparıb satmışdır. Orada fəhlə olmuş, balıqları yemləmişdir. Qış ayında Elçin balığı öz maşını ilə aparıb dükanda satmışdır. Elçin Kamaz, Zil və Qazel markalı avtomaşınlar ilə yem gətirmişdir. O yem gətirməyə getməmişdir. Yem alıb gətirdiyi adamlar ilə aralarında mübahisə, söz-söhbət olub-olmaması barədə məlumatı yoxdur. 2021-ci ilin 21 dekabrında polis işçiləri gölə gələndə o, Səbuhi də orada olmuş, onlar daimi işçi olmuşlar. O, Elvin və İsmayıl adlı şəxslə birlikdə olan zaman İsmayıl ondan göllərdə hansı balıqların olması barəsində soruşaraq akt tərtib etmişdir. Aktda olan imza ona məxsusdur. Akt onun sözlərinə əsasən tərtib edilmişdir. İmza edəndə oxumadan imzalamışdır. Ona heç bir təsir edilməmişdir. Özü sərbəst demişdir. 2022-ci ildə bu barədə ondan soruşmuşlar, o da olduğu kimi demişdir. Elvin hansısa rayonda taxıl əkmişdir. O vaxtdan gölə gəlməmişdir. Elvin ilə Elçinin şərik olduğunu bilmişdir. Ona görə də, Elvin ondan məlumatları soruşanda ona məlumat vermişdir. Balıqları əvvəl Elvin alıb gölə tökmüşdür, sonradan Elçin də almışdır. 2-3 il Elvin gölə gəlməmiş, oranı Elçin idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, göldə fəhlə işləmişdir. 2019-cu ildə onu işə Elçin götürmüşdü. Günəmuzd işləyirmiş. Orada iki il işləmişdir. 250 manata qədər zəhmət haqqı alırmışdır. Elvini tanıyır onunla da işləmişdir. Polislər gəlib Elçinin gölə girməsinə qadağa qoydular. Orada olan balıqların satışında Elçinə kömək edirdi. Balıqlar Qazellərlə aparılırdı, balıq bir aya satılırdı. O, Elvin ilə işləyəndə Elvin ona nə qədər pul verirdisə ona qane olurmuş. Balıqlar satılandan sonra göllərdə kiçik balıqlar qalırdı. O, orada 2019-2021-ci ilə kimi işləmişdir. 2 il ərzində balıq satılmayıb. Onları bir yerə yığıb saxlamışlar. Balıq 6 aya yetişdirilib satışa verilir, ancaq onlar balıqları satmamışlar. Balıqların yemini Elçin alırmış. Kamaz markalı maşınlarla gətirirdi. Hər ay 10-15 Kamaz taxıl gəlirdi, hər ay 180 ton taxıl alınırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, iddiaçı və cavabdehin hər ikisini tanıyır. Elvin ilə iş birliyi olub, 2015-2016-cı illər olardı, Elvin ona dedi ki, Vüsal adlı şəxsdən göl almışam. Ona təklif etdi ki, onunla işləsin. O, razılaşmayıb. Bir müddətdən sonra ona demişdir ki, Elçini işə götürmüşəm. Gölü o idarə edəcək. Bir neçə il işləyəndən sonra 2021-ci ildə onlar ayrılan zaman, onlar hesablaşmada razılığa gələ bilmirdilər. Elçin hesabat aparmaq istəmirdi. Mirdaməd Elçinlə danışandan sonra o razılaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X27 ifadəsində göstərmişdir ki, Elçin və Elvin ilə münasibəti yaxşı olub, onun Elvin ilə iş birliyi var, 2021-ci ildə gölə gələndə Elçini, Səbuhini və Namiqi görüb. Onlar Elvinə balıq verərdilər. Həmin vaxt Elvin ona demişdir ki, onun işçiləridir. O, Namiq ilə söhbət edə-edə göldən kənarlaşıb. O, quş ovu ilə maraqlanmışdır. Söhbət edəndə o, Namiqdən soruşmuşdur ki, göldə nə qədər balıq var. O da ona dedi ki, göldə balıq yoxdur. Balıqlar satılıb. Sonradan o, bunu Elvinə demişdir. Elvin ona inanmaq istəmədi. Sonra Elçinə zəng edib dedi ki, gölə balıq vurma, hesab aparacağıq. Elvin ona deyirdi ki, 250 min manatlıq balıq torpaq ilə birlikdə 500-600 min manatlıq xərci çıxıb. Bir dəfə də Elvin ilə birlikdə gölə gəlmişdir. Həmin vaxt işıqları söndürmüşdülər. Ona görə də hesabat aparmaq üçün Bakı restoranına yığışıdılar. Orada Elvin, Elçin, Rövşən, Daməd, Heydər, Zahir və o birlikdə idilər. Orada olan söhbətdən bildi ki, qazancdan 25%-i Elçinə düşməlidir. 50%-i Elvinə çatır. Elçin dedi ki, orada bisetka tikdirmişəm. Apellyasiya baxışında cavabdeh tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, Elvinlə Elçini tanıyır. Bildirmişdir ki, Elvinin Salyanda balıq yetişdirməsi ilə bağlı göl təsərrüfatı olmuşdur. 2018-ci ildə gölə getmiş və Elvinin icazəsi ilə onu təsərrüfata buraxmışlar. Həmin vaxt orada bir neçə göllər mövcud olmuşdur. Göllərdən bəziləri böyük, bəziləri isə xırda göllər olmuşdur. Qırmaqla balıq tutmuşlar. Həmçinin onlara oradakı uşaqlar balıq da bişirmişlər. Göldə çoxlu balıq olmuşdur. Sonradan 2019-cu ildə yenə gölə getmişdir. Bu dəfə Elçin onların təsərrüfatına daxil olmasına icazə vermişdir. Yenə də balıq tutmuş, bir azda özləri ilə götürüb aparmışlar. Həmin vaxtı da göldə balıqlar olmuşdur. 2021-ci ildə də gölə getmişlər. Həmin vaxt göllərin bəzisində su olmamış, bəzilərində isə su olsa da balıq olmamaışdır. Elvindən soruşduqda Elvin ona demişdir ki, Elçin gölləri və balıqları məhv edibdir. Buna görə də orada işin 200cü səhifəsində olan “AKT” tərtib etmişdir ki, göllərdə balıq yoxdur. Bu mənzərəni faciə kimi qiymətləndirdim. Apellyasiya baxışında iddiaçı tərəfin vəsatəti ilə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, Elvini uşaqlıqdan dost olmqala tanıyır. Hazırda Elvinlə münasibət yoxdur. Qeyd etmişdir ki, göl ideyası Elvinə məxsus olub. X19 alıb onun adına rəsmləşdirib. Elvin dedi gölə baxmaq üçün bir nəfər lazımdır. O da Elçini tapıb gətirmişdir. Çünki Elçini əvvəldən tanımışdır. 2016-2018-ci ildən göldə birlikdə işləmişlər. 2018-ci ildə bəzi səbəblərdən göldən birdəfəlik ayrılıb getmişdir. Gölə əsas vəsaiti Elvin qoyub. O, özü də gölə 25000 manat vəsait qoyub. Lakin həmin 25000 manat vəsaiti tələb etmədən Elvingildən ayrılıb. 2018-ci ildən gölə getməmişdir. Gölə əsas vəsaiti Elvin qoymuşdur. Belə ki, Elvin ona pullar vermiş, o da həmin pulları Elçinə vermişdir. Sonradan Elçin də gölə maya qoymuşdur. Lakin Elçinin nə qədər maya qoymasını bilməmişdir. Elçinin gölə maya qoymasına razı olmamaışdır. Elçinə demişdir ki, gölə pul qoyma. Elçinin taxılı kimin pulu ilə almasını bilmir. Həmçinin oradakı tikililərin Elçinin şəxsi vəsaiti hesabına tikilməsini deyə biləz, bununla bağlı məlumatı yoxdur. Elçin göldən balıqların satışını təşkil edirdi. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Qətnamədən narazı qalan iddiaçı və cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmişlər. İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmə qətnamə qəbul edərkən iddianı əldən çıxmış fayda hissəsində tam deyil, qismən təmin etmiş, həmçinin iddianı yalnız Cavabdeh1 münasibətdə qismən təmin etmiş, mühüm maddi ziyan vurmaqda məsuliyyət daşımasına baxmayaraq digər Cavabdeh2 münasibətdə iddianı təmin etməmişdir. Hesab etmişlər ki, iddia Cavabdeh2 münasibətdə də təmin olunmalı olduğu halda təmin edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən haqlı olmamışdır. Belə ki, iddiaçı iddiasını sübut edə bilməsi üçün iş üçün mühüm əhəmiyyət kəsb edən mötəbər və təkzibolunmaz subutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri aşağıdakılardan ibarət olmuşdur. Həmçinin kollegiya iddiaçının apellyasiya şikayətini təmin etməzkən və cavabdehin apellyasiya şikayətini təmin edib iddianı rədd edərkən gəldiyi nəticəni belə əsaslandırmışdır. Birincisi, İddiaçı heç bir halda Cavabdeh1la mübahisəli təsərrüfatda şərik olmamışdır. Həmin təsərrüfatda iddiaçının güya 25% payının olmasına dair cavabdehlərlə aralarında hər hansı şifahi və ya yazılı razılaşma olmamışdır. İddiaçı həmin təsərrüfatda yalnız onun özünün də ifadə etdiyi kimi iş icraçısı olmuşdur. Yəni, razılaşma belə olmuşdur ki, təsərrüfatdan əldə olunacaq qazancdan iddiaçıya qazanc verilməli idi. İşin halları ilə müəyyən edilir ki, iddiaçı qeyd edilən mübahisəli təsərrüfatda 25% paya məxsus olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə iddiaçı Kollegiyanın iclasında bildirmişdir ki, “qeyd edilən göldə işləməyə onu Zahir 2016-cı ildə dəvət etmişdir. Sonra Elvinlə görüşərək onunla da danışaraq razılaşmışlar. Razılaşmalarına əsasən o göllərə baxmaqla iş icraçısı olmalı idi. Ona hər hansı əmək haqqı ayrılmamışdır. Onun qazancı balıqlardan gələn gəlirdən verilməli idi.” Göründüyü kimi iddiaçının həmin təsərrüftda 25% paya məxsus olması ilə bağlı sübut yoxdur və iddiaçı özü də etiraf edir ki, o həmin təsərrüfatda icraçı olmaqla oranı idarə etməli idi. Onun qazancı isə balıqların satışından gələn gəlirdən ibarət olmalı idi. İkincisi, iddiaçının 2018-ci ildən sonra həmin təsərrüfatda tək işləməsi, ərazidə olan gölləri öz vəsaiti ilə almış olduğu müxtəlif çeşidli körpə balıqlarla doldurması da hər hansı mötəbər sübutla sübuta yeririlmir. İşdə olan Salyan rayon polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarında iddiaçı tərəfindən verilmiş izahatdan görünür ki, o, Cavabdeh1 tərəfindən ona 170 000 (bir yüz yetmiş min) manat pul və 80000 manat dəyərində balıq təhvil verildiyini etiraf etmişdir. Həmçinin iddiaçı Kollegiyanın iclası zamanı izahatında bildirmişdir ki, “O, balıqçılıq təsərrüfatına maya qoymalı deyildi. Mayanı ilkin olaraq Elvin qoymuşdu. Belə ki, Elvin təsərrüfata ilk dəfə 80 000 manat vəsait qoymuşdu. Elvin ona demişdir ki, işləri yaxşı getsə ilə 500 000 manat qazanc əldə edə bilərlər. Sonradan Elvin gölə daha 25000 manat maya qoymuşdur. Bir dəfə də Zahir Elvindən 111080 manat pul alaraq ona vermişdir, o həmin pulları təsərrüfata xərcləmişdir.” Göründüyü kimi iddiaçı Cavabdeh1 təsərrüfata ayrı-ayrı vaxtlarda 80000 manat, 25000 manat və 111080 manat vəsait qoymaqla pul xərcləməsini etiraf edir. Bu isə onu deməyə əsas verir ki, təsərrüfat əsasən Cavabdeh1 tərəfindən maliyələşdirilmişdir. Üçüncüsü, birinci instansiya məhkəməsi iddianı təmin edərkən istinad etdiyi sübutlardan biri iddiaçının təqdim etdiyi etdiyi işin İ cild 196-cı səhifəsində yerləşən "xxxx" MMC-nin direktoru Niyazi Heybətov tərəfindən verilmiş “rəy”- arayışa və həmin arayış əsasında təyin edilmiş Ekspert rəyinə əsaslanmışdır. Lakin həmin arayışa nəzər saldıqda müəyyən edilir ki, həmin arayışda göstərilənlər hər hansı mötəbər sübuta söykənmir. Yəni həmin arayış iddiaçının vəkilinə verilmiş yazılı kağızdan ibarətdir və orada qeyd edilən müxtəlif çeşidli balıqların alınması heç bir sübuta (alqı-satqı müqaviləsinə, qaiməyə, qəbzə və.sairəyə) əsaslanmır və söykənmir. Belə olduğu halda da həmin əsası olmayan arayışda sadalanan rəqəmlər əsasında ekspertizanın keçirilərək müvafiq rəy verilməsi mötəbər hesab edilərək sübut növlərindən biri kimi qəbul edilməsi yolverilməzdir və edilə də bilməz. Kollegiya hesab edir ki, iddiaçı həmin arayışda göstərilən sayda, çəkidə və çeşiddə balıqları alaraq mübahisəli ərazidə yerləşən göllərə buraxmasını, onları orada yetişdirərək böyütməsini, satış vaxt çatan ərəfədə onun özünün Müvəqqəti təminat tədbiri barədə qərardad əsasında həmin əraziyə buraxılmamasını və həmin ana qədər göldə iddia tələbində göstərdiyi dəyərdə balıqların mövcudluğunu sübuta yetirə bilməmişdir. Dördüncüsü, iddiaçını istinad etdiyi sübutlardan biri də “İş materiallarında olan X30, İddiaçı, X8 və X4 iştirakları ilə tərtib olunmuş işin İ cild 184-cü səhifəsində olan 01 iyun 2023-cü il tarixli AKT-dır. Həmin aktda qeyd edilmişdir ki, 2021-ci ilin oktyabr ayında fiziki şəxs kimi fəaliyyət göstərən Mahir Əhədov tərəfindən Salyan rayonu ərazisində yerləşən Babazənən asudə dövlət fondu torpağında balıq məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs İddiaçı 23500 manat məbləğində 5 ton (bir ədədinin çəkisi 1,6-1,7 olmaqla) çəki balığı satılmışdır”. Lakin iddiaçı qeyd edilənlərlə bağlı alqı-satqıni təsdiq edən sənədləri, məsələn qəbz (çek), kassa mədaxil orderi, qaiməni AKT-a əlavə etməmişdir. Belə olan halda həmin akt mötəbər sənəd kimi qəbul edilə bilməz. Həmçinin AKT-a nəzər saldıqda müəyyən edilir ki, “AKT” 01 iyun 2023-cü ildə tərtib edilmişdir ki, həmin tarixdə alqısatqının reallaşdırıldığı vaxtdan 2 il əvvələ təsadüf edir. Belə ki, AKT-da həmin balıqların satışının güya 2021-ci ilin oktaybar ayında baş verməsi qeyd olunub. Kollegiya qeyd edilən AKT-a da tənqidi yanaşır və onu təzibedilməz sübut kimi qəbul etmir. Beşincisi, iddiaçı işdə olan 21 yanvar 2022-ci il tarixli, 022A********** saylı kredit müqaviləsini, 21 yanvar 2022-ci il tarixli, 022C**********01 saylı girov müqaviləsini, 23 may 2023-cü il tarixli, 30-MCR-1-504-23/1 saylı kredit müqaviləsini məhkəməyə təqdim edib sübut etməyə çalışmışdır ki, müqavilələrdə göstərilən məbləğdə kredit götürüb göllərə sərmayə yatırmışdır. Birincisi müəyyən edilir iddiaçının qeyd edilən kredit müqavilələrində kreditin balıqçılıq təsərrüfatının inkişafı məqsədilə götürməsi müəyyən edilmir. İkincisi 2021-ci ildə artıq iddiaçı və cavabdeh münaqişəli vəziyyətdə olmuşlar. Belə olan halda iddiaçı nəyə görə kredit götürüb vəsaiti göllərə qoymalı idi. Üçüncüsü, iddiaçının göllərə hər hansı vəsait qoyması barədə belə vəzifəsi olmamışdır. Yəni həmin kreditlər İddiaçı ərazidən və göldən məhkəmə qərardadına əsasən kənarlaşdırıldıqdan sonra götürülmüşdür ki, bu da kreditin göllərə sərf edildiyni birmənalı olaraq istisna edir. Altıncısı, Kollegiyanın iclasında iddiaçı özü izahatında qeyd etmişdir ki, “Təsərrüfatla bağlı heç vaxt Elvinə hesabat verməmişdir. Təsərrüfatda özü tərəfindən görülən işlərlə bağlı – yəni, tikinti, balıqların alınması, yemin alınması və sairə ilə bağlı Elvinlə aralarında heç vaxt hər hansı “Üzləşmə Aktı” tərtib edilməmişdir. Həmçinin Elvinin ona borclu olması ilə bağlı onda hər hansı “Səs” və ya “WhatsApp” yazışması mövcud deyil. Bundan başqa göllərdə yetişdirilən balıqlarla bağlı heç bir sənədləşdirmə və hesabatlar aparılmayıb, belə bir sənədlər yoxdur və məhkəməyə təqdim etməyib. Həmçinin heç bir işçisi ilə rəsmi əmək müqaviləsi bağlanmayıb və təsərrüfatla bağlı heç bir Vergi hesabatı və ya bəyannaməsi mövcud olmayıb və verilməyibdir. Göründüyü kimi iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona 177600 (yüz yetmiş yeddi min altı yüz) manat ziyan vurmasını, həmçinin 240 000 (iki yüz qırx min) manat faydadan məhrum edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə hər hansı mötəbər və təkzibolunmaz sübutlar təqdim etməmiş, təsərrüfatda özü tərəfindən görülən işlərlə bağlı – yəni, tikinti, balıqların alınması, yemin alınması və sairə ilə bağlı Elvinlə aralarında heç vaxt hər hansı “Üzləşmə Aktı” tərtib edilməməsini, Elvinin ona borclu olması ilə bağlı onda hər hansı “Səs” və ya “WhatsApp” yazışmasının mövcud olmamasını, göllərdə yetişdirilən balıqlarla bağlı heç bir sənədləşdirmə və hesabatlar aparılmamasını, belə bir sənədlər olmamasını, heç bir işçisi ilə rəsmi əmək müqaviləsi bağlanmamasını, əmək haqqının eləcə işçiyə özünün verilməsini, təsərrüfatla bağlı heç bir Vergi hesabatı aparılmamasını bildirməklə dolayısı ilə iddiasını sübuta yetirə bilməməsini etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq iddiaçının apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, onun apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapdığından cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin 2(057)-522/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyana görə 177 600 (yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, əldən çıxmış 240 000 (iki yüz qırx min) manat faydanın, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun, cəmi 418068 (dörd yüz on səkkiz min altmış səkkiz) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 60 (altmış) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 468 (dörd yüz altmış səkkiz) manat və apellyasiya şikayət verməsi üçün ödənilmiş 355 manat dövlət rüsumu onun özünə aid edilsin. Həmçinin iddiaçı tərəfindən ödənilməmiş 240.10 (iki yüz qırx manat on qəpik) manat dövlət rüsumu İddiaçı tutulub dövlət büdcəsinə ödənilsin. Bundan başqa apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq cavabdeh tərəfindən ödənilmiş 290 (iki yüz doxsan) manat məbləğində dövlət rüsumu əvəzi İddiaçı tutularaq Cavabdeh1 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-522/2023 nömrəli, 30 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəymiş maddi ziyana görə 177 600 (yüz yetmiş yeddi min altı yüz) manat pul vəsaitinin, əldən çıxmış 240 000 (iki yüz qırx min) manat faydanın, həmçinin iddia ərizəsinin verilməsinə görə 468 (dörd yüz altmış səkkiz) manat dövlət rüsumunun, cəmi 418068 (dörd yüz on səkkiz min altmış səkkiz) manat pul vəsaitinin alınaraq onun xeyrinə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 60 (altmış) manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 468 (dörd yüz altmış səkkiz) manat və apellyasiya şikayət verməsi üçün ödənilmiş 355 manat dövlət rüsumu onun özünə aid edilsin. Həmçinin iddiaçı tərəfindən ödənilməmiş 240.10 (iki yüz qırx manat on qəpik) manat dövlət rüsumu İddiaçı tutulub dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq cavabdeh tərəfindən ödənilmiş 290 (iki yüz doxsan) manat məbləğində dövlət rüsumu əvəzi İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-217/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-217/2025
14.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver