Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-221/2025 28.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X10 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2(053)-94/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh 13400 manat borcun və ödənilmiş 130,20 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29 oktyabr 2022-ci il tarixdə Cavabdeh tərəfindən mobil notariat proqramı vasitəsilə ona 7E-16806 reyestr nömrəli baş etibarnamə verilmişdir. Həmin etibarnamə ilə Cavabdeh istifadəsində olan ** EL *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobilini 9800 manata ona satmışdır. Avtomobili əldə edən zaman Keşlə qəsəbəsində 9800 manatı Cavabdeh, 200 manat pulu isə vasitəçilik etdiyinə görə X13 vermişdir. Avtomobili əldə etdikdən sonra onun üzərinə 3400 manat xərc qoyaraq avtomobildə təmir-bərpa işləri aparmışdır. Bundan sonra o, qeyd edilən avtomobili X6 adlı şəxsə satmışdır. Avtomobil həmin şəxsin istifadəsində olan zaman 10 avqust 2023-cü il tarixdə DYP əməkdaşları avtomobili saxlayaraq cərimə meydançasına aparmışlar. DYP əməkdaşları buna səbəb kimi avtomobilin “sənəd” üzərində mülkiyyətçisi tərəfindən verilmiş etibarnamənin ləğv edildiyini bildirmişlər. Avtomobil hazırda mülkiyyətçisinə təhvil verilmişdir. Ona dəymiş 13400 manat ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində iddiaçı iddiasını müdafiə edərək bildirmişdir ki, avtomobil hazırda mülkiyyətçisi Sadıq adlı şəxsdədir. Axırıncı dəfə iş üzrə cavabdeh şəxs olan Abasla görüşüb pulunu tələb edəndə sonuncu bildirmişdir ki, “hara müraciət edirsən et”. Hazırda avtomobili satdığı şəxs ona qarşı məhkəmədə iddia tələbi irəli sürmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsində həmin iş üzrə ikinci məhkəmə iclası keçiriləcəkdir. Eşitdiyinə görə iş üzrə cavabdeh şəxs olan Abbas hərbçidir. Lakin onun hərbi hissə ünvanını bilmir. Ona məhkəməyə müraciət edəcəyini şifahi olaraq bildirmişdir. Onun səs yazıları telefonunda vardır. Aldığı avtomobilə 3370 manat məbləğində xərc qoymuşdur. Hazırkı iş üzrə təyin olunmuş məhkəmə iclaslarında iştirak etsə də, iş üzrə Cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Neftçala Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2(053)-94/2024 saylı qətnaməsi ilə (hakim Samir Quliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 13170 manat məbləğində pul vəsaiti, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 130 manat pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın rədd olunması və mülki iş üzrə iddia tələblərinin verilməsi üçün qanunla müəyyən olunmuş müddətin keçməsi ilə bağlı icraata xitam verilməsinə dair müvafiq yekun məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, işin 21 dekabr 2023-cü il tarixə təyin olunmuş hazırlıq iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, İddiaçı onun dostudur. Avtomobil satışı ilə məşğul olan İkram adlı tanışı zəng etmişdir ki, avtomobil var və onu satırlar. O da növbəti gün avtomobilə baxmış, avtomobilin rəngində və mühərrikində qüsurlar olduğu aşkarlanmışdır. Avtomobil Ağa tərəfindən 9800 manata alınmış və qiymətinə uyğun vəziyyətdə olmuşdur. Abasa pul verəndə orada olmamışdır. İşin 21 dekabr 2023-cü il tarixə təyin olunmuş hazırlıq iclasında şahid qismində dindirilmiş X16 bildirmişdir ki, Renat onun dostudur. İddiaçı da onun vasitəsilə tanımışdır. O, Renata zəng etmişdir ki, normal avtomobil var. Əgər istəyirsə ala bilər. Abasla birlikdə Renatın yanına gəlmiş, Abas Ağaya etibarnamə verəndə o da iştirak etmişdir. Renatla Ağa pulu sayıb 9800 manatı Abasa verdi. Bu halın, yəni iddiaçının cavabdehdən avtomaşını satın alması faktının yalan olması ilə bağlı məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi məhkəməyə bildirmişdir ki, Cavabdeh etibarnaməni İddiaçı sonuncunun iş yerindəki otağında verərkən ona demişdir ki, o, ona avtomaşınla bağlı hər şeyin olunması ilə bağlı etibarnamə verir. İddiaçı Cavabdeh bildirmişdir ki, o, etibarnaməni ona iş yerindəki xidməti otağında verir və bu otaqda bütün baş verənlərin hamısını daimi işlək vəziyyətdə olan səslər də yazılmaqla çəkilişlər aparan kameralar vardır və həmin kameralar indi də işləyirlər. Əgər bir problem olsa, həmin videogörüntüləri ondan tələb edə bilər. Odur ki, cavabdeh tərəfin nümayəndəsi məhkəməyə müraciət edərək bildirmişdir ki, əgər iddiaçı cavabdehdən avtomaşını satın almısını düzgün iddia edirsə, yəni bu halla bağlı həqiqəti danışırsa, onda həmin videogörüntüləri məhkəməyə təqdim etsin. Bu zaman iddiaçı həmin çəkilişləri məhkəməyə təqdim etməkdən qəti imtina etmişdir. Baxmayaraq ki, İddiaçı iddia edirdi ki, cavabdehə guya ki, satın aldığı avtomaşına görə pulu elə həmin vaxt, yəni etibarnamə ona verilən zaman elə özünün xidməti otağında X7 yanında vermişdir. Lakin sonuncu şəxs belə bir halın olmadığını bildirir, iddiaçı isə videogörüntüləri məhkəməyə təqdim etməkdən imtina edir. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir.Hüquqlarını müdafiə etdiyi şəxsə heç bir ödəniş olunmayıb, hüquqlarını müdafiə etdiyi şəxs iddiaçıya bildirib ki, avtomobili satarsa 6000-7000 manat məbləğində pulu ona verər, qalanın öz təmir xərci və digər xərclər üçün götürər. Əlavə edir ki, etibarnamə iddiaçının xidməti otağında verilmişdir. İddiaçı hüquqlarını müdafiə etdiyi şəxsə onun xidməti otağında kamera nəzarətinin mövcud olmasını və audio-video yazısının olduğunu bildirmişdir. Əgər etibarnamə başqa məqsədlə istifadə edilərsə, audiovideo yazını təqdim edər. Sadiq Mikayılov birinci instansiya məhkəməsində üçüncü şəxs kimi cəlb edilməmişdir. Avtomobil onun mülkiyyətindədir. Etibarnamə avtomobilin təmir edilərək satılması üçün verilmişdir. İddiaçı ilə cavabdehi İkram adlı şəxs tanış etmiş və iddiaçını cavabdehə avtomobil biznesi ilə məşğul olan şəxs kimi tanıtmışdır. İddiaçı avtomobili etibarnamə ilə əldə etmiş və təmir edərək satmışdır. Ondan əldə etdiyi gəliri isə cavabdehə vermişdir. Hüquqlarını müdafiə etdiyi şəxs avtomobili iddiaçıya satmış olsaydı, audio-video ytazını tələb etməzdi. Etibarnaməni hüquqlarını müdafiə etdiyi şəxs iddiyaçıya xx.xx.2022-ci ildə vermiş, 2023 cü ilin avqust ayında isə ləğv etmişdir. Hüquqlarını müdafiə etdiyi şəxs hərbi qulluqçudur. O, iş rejimi ilə əlaqədar olaraq etibarnamə vermişdir. Qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi mövcud olmamışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Keşlə qəsəbəsində elektrik kimi fəaliyyət göstərir. Əvvəllər Abasla heç bir münasibəti olmamışdır. X25 adlı şəxs tanış etmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə cavabdeh ona mobil notariat proqramı vasitəsilə 7E-06806 reyestr nömrəli baş etibarnamə vermişdir. Həmin etibarnamə ilə Abas istifadəsində olan “Toyota Prius” markalı minik avtomobilini ona satmışdır. Bu zaman o, avtomobili almaq üçün 9800 manat məbləğində pul ödəmişdir. O, avtomobili alarkən işlədiyi yerdə 9800 manat Abasa, 37 manat etirbanaməyə, İkrama isə vasitəçilik etdiyi üçün 200 manat məbləğində pul vermişdir. O, həmin pulu Bakı şəhəri Keşlə qəsəbəsində X23 küçəsində yerləşən iş yerində vermişdir. Onun pulu təxminən qış ayları axşam saatlarında saat 22:00 yaxud 22:30 radələrində vermişdir. Pulu İkramın yanında sayaraq, Abasa vermişdir. Verdiyi pulların hamısını əlbəəl olmaqlar yüz manatlıq əskinaslar formasında vermişdir. Cavabdeh avtomobili də gətirmişdir. Həmin vaxt avtomobil onun iş yerinin qarşısında olmuşdur. Abas birinci instansiya məhkəməsində izahat verərək bildirmişdir ki, İddiaçı ilə barışıq üçün ona vaxt verilməsini xahiş etmişdir. İş yerində olan kamera videogörüntülərin saxlama müddəti 1 aydır. Pulu İkramın yanında vermişdir. Həmin yerə Renat da sonradan gəlmişdir. Əvvəllər İkramı tanımamış, onu renata görə tanımışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Ancaq buna dair üzrlü səbəb göstərməmiş, məhkəmə kollegiyası isə hazırkı mülki işə baxılmasını mümkün saymışdır. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İ Ş İ N H A L L A R İ: İşdə olan: Birinci instansiya məhkəməsində 21 dekabr 2023-cü il tarixə təyin olunmuş hazırlıq iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, İddiaçı onun dostudur. Avtomobil satışı ilə məşğul olan İkram adlı tanışı zəng etmişdir ki, avtomobil var və satırlar. O, növbəti gün avtomobilə baxmış, avtomobilin rəngində və mühərrikində qüsurlar olduğu aşkarlanmışdır. Avtomobil Ağa tərəfindən 9800 manata alınmışdır ki, o qiymətinə uyğun vəziyyətdə olmuşdur. Abasa pul verəndə orada olmamışdır; Habelə həmin hazırlıq iclasında şahid qismində dindirilmiş X16 bildirmişdir ki, Renat onun dostudur. İddiaçı da onun vasitəsilə tanımışdır. O, Renata zəng etmişdir ki, normal avtomobil var. Əgər istəyirsə ala bilər. Abasla birlikdə Renatın yanına gəlmiş, Abas Ağaya etibarnamə verəndə o da iştirak etmişdir. Renatla Ağa pulu sayıb 9800 manatı Abasa verdi. Avtomaşın rəngində və elekrtik işlərində nasazlıqlar var idi. Ağa avtomaşını alanda ona da “şirinlik” olaraq 200 manat vermişdir. Sonra eşitmişdir ki, Ağa həmin avtomobili satıb. Digər şahid X11 isə bildirmişdir ki, Ağa ilə dostluq münasibətləri var. Avtomobil alınan vaxt çox bərbad vəziyyətdə olmuş və əsaslı təmirə ehtiyacı olmuşdur. Ağa avtomaşını aldıqdan sonra ustaya aparıb təmir etdirərək işlək hala salmışdır. Avtomaşının təmirinə 3000 manatdan çox məbləğdə pul xərclənmişdir. Neftçala Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli qiyabi qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh manat məbləğində, habelə iddia ilə məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 130 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh 08 iyul 2024-cü il tarixdə məhkəməyə adıçəkilən qiyabi qətnamənin ləğv edilməsi haqqında ərizə təqdim etmişdir. Cavabdeh 08 avqust 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək 09 avqust 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında xidməti işi ilə əlaqədar iştirak edə bilməyəcəyini, Qusar rayonuna ezam olunduğunu bildirərək məhkəmə iclasının başqa vaxta təyin olunmasını xahiş etmişdir. 02 sentyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxışı iclası zamanı Cavabdeh nümayəndəsi Vəkil məhkəməyə cavabdehin vəsatətini təqdim edərək, iddia tələbini qəbul etmədiyini, bu tələbin cavabdehin əmlakının ələ keçirilməsi üçün nəzərdə tutulduğunu qeyd edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını, cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş vəsatətin rədd edilməsini xahiş etmişdir. Mobil notariat proqramı vasitəsilə nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi X14 olmaqla həmin etibarnamə ilə Cavabdeh istifadəsində olan ** EL *** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobilini İddiaçı 1 il müddətinə, yəni xx.xx.2023-cü il tarixə kimi etibar etmişdir. Etibarnamədə qeyd edilən səlahiyyətlər: Sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər etmək. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-219/2024 nömrəli iş üzrə 24 yanvar 2024-cü il tarixli qətnaməsindən görünür ki, X3 İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilməklə İddiaçı 12750 manat məbləğində pul vəsaiti və 130 manat məbləğində dövlət rüsumunun alınaraq X4 ödənilməsi qət edilmişdir. H Ü Q U Q İ M Ə S Ə L ƏL Ə R : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı 7E-16806 reyestr nömrəli xx.xx.2022-ci il tarixdə etibarnamə verilmişdir. Həmin etibarnamə ilə Cavabdeh istifadəsində olan ** EL *** qeydiyyat nişanlı “Toyota Prius” markalı minik avtomobilini özü etiraf etməsə də 9800 manata satmış, tərəflərin arasında bununla bağlı razılaşma olmuşdur. İddiaçı avtomobili təmir edərək 3370 manat xərc qoyaraq X1. Lakin etibarnamə mülkiyyətçi tərəfindən ləğv edilmiş, X2 Ağa Fərhad oğluna qarşı pul tələbinə dair iddia qaldırmış və müvafiq məhkəmə qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh pulu qaytarmamış və aldığı pulu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 13170 manat məbləğdə pulu tələb etmək hüququna malikdir. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MPM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MPM-in 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Kollegiya mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli 2(053)-94/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-221/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-221/2025
28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver