Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2238/2022 10.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Əsədov (sədrlik edən və məruzəçi), X12 və X3 ibarət tərkibdə, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh X5 qarşı alimentin artırılması və digər uşağa görə aliment ödənilməsi tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh Y.Qasımov tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, müəyyənetdi: İddiaçı X6 cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saatlı Rayon Məhkəməsinin 05 iyun 2014-cü il tarixli qətnamə ilə təyin edilmiş alimentin miqdarının artırılaraq 27 sentyabr 2011-ci ildə anadan olmuş X10 və 29 iyul 2013-cü ildə anadan olmuş X11 adlı uşaqların hər birinə ayda 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində alimentin tutulmasını, həmçinin 05 sentyabr 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən ayda 190 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə R.Qasımovanın iddiası qismən təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 05 iyun 2014-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq 27 sentyabr 2011-ci ildə anadan olmuş X10 və 29 iyul 2013-cü ildə anadan olmuş X11 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün atası- cavabdeh X4 hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulub anası- iddiaçı X1 xeyrinə ödənilməsi, artırılmış alimentin tutulmasına hazırki iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılması, 05 sentyabr 2016-cı ildə anadan olmuş X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün atası- cavabdeh X4 hər ay 120 manat sabit pul məbləğində alimentin 04 iyul 2022-ci il tarixdən alınaraq X1 xeyrinə ödənilməsi, qətnamənin 05 sentyabr 2016-cı ildə anadan olmuş X7 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin alınması hissəsində dərhal icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh Y.Qasımov apellyasiya şikayəti vermişdir. Kollegiya hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Hazırki iddia alimentin artırılması ilə bağlıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının MPM-nin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. İş materiallarından görünür ki, Saatlı Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İşin hallarından görünür ki, apellyasiya şikayətinə dövlət rüsumunun müəyyən olunmuş miqdarda ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi halda birinci instansiya məhkəməsi işi apellyasiya baxışına göndərmişdir. Bu halda isə işə apellyasiya qaydasında baxılmaq üçün əsas yoxdur. Ona görə apellyasiya qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Saatlı Rayon Məhkəməsinə göndərilməlidir. Dövlət rüsumunun X15 vasitəsilə ödənilməsi tövsiyə olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 363, 366, 400, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qəraraaldı: Saatlı Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(055)-750/2022 saylı qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Saatlı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müdətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(106)-2238/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2238/2022
10.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver