Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2271/2022 15.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi ilə, hakimlər Mayılov Samir İlham oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi X6, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında İddiaçı Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X9 Üzrə Dövlət Komitəsinin Füzuli rayon şöbəsinə qarşı mənzildən istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair mülki iş üzrə Füzuli Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(064)-1128/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏN ETDİ Füzuli Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(064)-1128/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Yaşar Həşimov) İddiaçı Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X9 Üzrə Dövlət Komitəsinin Füzuli rayon şöbəsinə qarşı mənzildən istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən Füzuli Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(064)- 1128/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilərək qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2015-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahları Füzuli rayon VVAQ Şöbəsində həmin gün 155 nömrə ilə qeydiyyata alınmış və onlara bu barədə AZ-İİ 046894 NQli qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin nikahdan xx.xx.2016-cı il tarixdə X8 adlı bir övladı anadan olmuşdur. Onlar bir müddət ünvan 1 ünvanda atası X7 ailəsinə Azərbaycan Respublikası Qaçqınların və X9 Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 2 otaqlı evdə yaşamışlar. Artıq 3 il olar ki, hazırda yaşadığı ünvanda ünvan 2r olaraq bu şəhərcikdə kirayə kimi boş ev tapıb ora köçmək istədiyi vaxt ona məlum olmuşdur ki, 170 nömrəli ev Azərbaycan Respublikası Qaçqınların və X9 Üzrə Dövlət Komitəsi tərəfindən paylanış həyata keçirilərkən Dilağar kənd sakini X2 adına rəsmiləşdirilərək onun ailəsinə verilmişdir. Lakin, o, evdən hazırda imtina etməyi planlaşdırır. Ona görə də, onunla danışaraq dəqiqləşdirmiş və daha etibarlı iş tutaraq onun imtinasını Bakı şəhəri 51 saylı Notariat kontorunda rəsmiləşdirdikdən sonra həmin evə köçmüş və 3 ildir həmin evdə yaşayır. Cavabdehin anası, onun qayınanası ailəsində söz-söhbət olduğuna görə öz həyat yoldaşı Qurbanov Əbülfəzdən qeyri rəsmi şəkildə ayrılaraq oğlu 21 yaşlı Qurbanov Məhəmmədəlini də özü ilə götürərək onların əldə etdikləri evə köçmüş və onların ailəsində də söz söhbət yaratmış və onun əşyalarını həmin evdən çölə atmışdır. Bütün bunları nəzərə alaraq o, məhkəməyə muraciət etməli olmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvfiq olaraq düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə mübahisəyə baxarkən mübahisə olunan mənzilə xx.xx.2016-cı il tarixdə 170/02 saylı kirayə müqaviləsi bağlamış X3 və onun ailə üzvü olan X4 həmin evdə yaşayıb yaşamamasını araşdırmamış, təqdim etdiyi sübutları nəzərə almadan əsassız nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək Füzuli Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(064)-1128/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh izahatında apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də apellyasiya şikayətinin təmin edilmədən, Füzuli Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(064)-1128/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 3-cü şəxs Azərbaycan Respublikası Qaçqınların və X9 Üzrə Dövlət Komitəsinin Füzuli rayon şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, iş üzrə Füzuli Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(064)-1128/2022 saylı qətnaməsi dəyişdirlmədən saxlanlmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 170/02 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Füzuli rayonu, Fin tipli 400 evlik şəhərcikdə 170 saylı 2 otaqlı ev kirayəçi X1 və istifadəsinə verilmişdir. Kirayəçinin ailə üzvü X5r. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf — dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin — vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri-qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə — vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. İşin müəyyən edilmiş hallarından görünür ki, Füzuli rayonu, Fin tipli 400 evlik şəhərcikdə 170 saylı 2 otaqlı ev xx.xx.2016-cı il tarixli, 170/02 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən X1 və istifadəsinə verilmişdir. Cavabdeh izahatında şəhərcikdəki məktəbdə müəllimə işlədiyini, həmin ev işlədiyi məktəbə yaxın olduğundan qohumları Famil Hüseynov tərəfindən müvəqqəti yaşamaq üçün onlara verildiyini göstərmişditr. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələbinə əsasən: 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 102.1. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələblərini əsas tutaraq belə hesab edir ki, Füzuli rayonu, Fin tipli 400 evlik şəhərcikdə 170 saylı 2 otaqlı evin xx.xx.2016-cı il tarixli, 170/02 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən X1 və istifadəsinə verilməsi nəzərə alınaraq iddiaçının kirayəçinin razılığı əsasında həmin mənzildə faktiki olaraq bir müddət yaşaması həmin mənzildən istifadə hüququnun yaranması əsası kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətləri və iş materiallında olan sənədlər üzrə araşdıraraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Füzuli Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(064)-1128/2022 saylı qətnaməsi dəyişdirlmədən saxlanlmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 89.1, 89.3, 217.2, 372, 376.2, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2(064)-1128/2022 saylı qətnaməsi dəyşdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-2271/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2271/2022
15.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver