Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2285/2022 06.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Nüsrət Fətulla oğlu Mirzəyevdən ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, tərəflərin iştirakı ilə, Astara Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması, mediasiya xərcinin və dövlət rüsumunun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Astara Rayon Məhkəməsinin (hakim M.Məmmədov) 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, 29 aprel 2012-ci il təvəllüdlü X1 və 10 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Astara Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli, 2(018)-1081/2019 saylı qətnaməsi ilə tutulması qət edilmiş hər ay hər uşaq üçün 110 (bir yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin pul vəsaitinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi, iddiaçı tərəfindən tələb edilən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsinin Cavabdeh tutulub İddiaçı verilməsi, İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində olan mediasiyaya dair xərcin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşinhalları Cavabdeh ilə İddiaçı 18 aprel 2011-ci ildən rəsmi nikahda olmuşlar. Birgə nikahdan 2 uşaq- 29 aprel 2012-ci il təvəllüdlü Gülay, 10 avqust 2016-cı il təvəllüdlü Fidan doğulmuşdur. Astara Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və 29 aprel 2012-ci il təvəllüdlü X1 və 10 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 21 oktyabr 2019-cu il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 110 (bir yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırki tələbində İddiaçı Astara Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəlki qətnamə ilə müəyyən olunmuş aliment uşaqların hazırki tələbatını ödəməyə kifayət etmir. Belə ki, 2019-cu il tarixdən etibarən malların və xidmətlərin qiymətləri xeyli qalxmış, eyni zamanda uşaqların böyüməsi ilə əlaqədar maddi tələbatlar da artmışdır. Cavabdehin isə kifayət qədər qazancı və maddi imkanı vardır. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” 12 noyabr 1989-cu il tarixli BMT Konvensiyasının 3.1, 7-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh apellyasiya şikayətində şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, aliment məbləği əsassız olaraq artırılmışdır. Belə ki, cavabdeh yenidən evlənmişdir, öhdəsində arvadı, valideynləri, uşağı vardır. 110 manat aliment ödəmək iqtidarındadır. İzahatlar Apellyasiya baxışında Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, izahatında rəsmi olaraq işləmədiyini, fərdi əməklə məşğul olaraq ailəsini dolandırdığını bildirmişdir. Apellyasiya baxışında İddiaçı apellyasiya şikayətinin dəlillərinə etirazını bildirərək, iddiaçının kifayət qədər imkanı olduğunu, onun şəxsi avtomobilinin olduğunu, avtomobillə turistlərə xidmət göstərməklə də, gəlir əldə etdiyini, özünün isə uşaqları azyaşlı olduğundan işləyə bilmədiyini qeyd etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, iddiaçı və cavabdehin nikahından 2 uşaq- 29 aprel 2012-ci il təvəllüdlü Gülay, 10 avqust 2016-cı il təvəllüdlü Fidan doğulmuşdur. Astara Rayon Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və birgə nikahdan olan uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün 21 oktyabr 2019-cu il tarixindən başlayaraq cavabdehdən hər ay hər uşaq üçün 110 (bir yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. İddiaçı hazırda alimentin artırılmasını tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı tələbində haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 01 yanvar 2022-ci ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 03 dekabr 2021-ci il tarixli Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşaqların mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə almışdır. Apellyasiya şikayətində cavabdeh aliment məbləğinin əsassız artırıldığını, öhdəsində arvadının və valideynlərinin olduğunu qeyd etsə də, Kollegiya əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indiki vəziyyətdə uşaqların saxlanılması üçün yetərli olmadığını, iddiaçının maddi durumunun yüksək olmadığını, əvvəlki qətnamə ilə müəyyən olunmuş aliment məbləği təyin edildikdən sonra uşaqların müəyyən qədər böyüdüyünü, onların maddi tələbatının artdığını, ölkə üzrə yaşayış minimumunun da artdığını nəzərə alaraq, alimentin artırılmasının zəruri olduğunu vurğulayır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin maddi vəziyyətini, uşaq üçün müəyyən edilmiş yaşayış minimumunu, tərəflərin birgə nikahından olan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə iddiaçı və cavabdehin maddi durumunu nəzərə alaraq alimentin miqdarını artırarkən əsaslı qənaətə gəlmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin həqiqi hallarına uyğundur; apellyasiya şikayətində göstərilənlər qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas deyil. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti (artırılması tələb edilən məbləğin illik həcmi) Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2(018)-1069/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İlham Əsədov Hakimlər: Samir Mayılov Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(106)-2285/2022
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2285/2022
06.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver