Məhkəmə qərarları › İş №2(106)-2303/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2303/2022

15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2303/2022 15.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) X22 və X10 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə açıq məhkəmə iclasında, İddiaçı-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Şirvan şəhər məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(032)942/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi; İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3028,68 manat əsas kredit borcu, 72,86 manat faiz borcu, cəmi 3101,54 manat və ödənilmiş 51 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan şəhər məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(032)942/2022 saylı qətnaməsi ilə (sədrlik edən Z.Əliyev) iddia təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3028,68 manat əsas kredit borcu, 72,86 manat faiz borcu, cəmi 3101,54 manat və ödənilmiş 51 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı-nə verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli 2(106)1677/2022 saylı qərardadı ilə İddiaçı-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Şirvan şəhər məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(032)942/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-362-ci, 364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılmışdır. İşdən və apellyasiya şikayətindən görünür ki, cavabdeh tərəfindən apellyasiya şikayətində düzəliş edilmədən birinci instansiya məhkəməsinə təkrar təqdim edilmiş və məhkəmə apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan onu işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyul 2022-ci il tarixli 2(106)1677/2022 saylı qərardadına əməl edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir.Ona görə ki, apellyasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPMin 361-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun deyildir. Bir daha qeyd edilir ki, apellyasiya şikayətində Şirvan şəhər məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(032)942/2022 saylı qətnaməsinin qismən təmin edilməsi göstərilməklə şikayət verən şəxsin tələbi qeyri-müəyyəndir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;

3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;

4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;

5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;

6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin məzmununa uyğun deyil. Apellyasiya şikayətinin forması Mülki Prosessual Məcəllənin 2 nömrəli Əlavəsində göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin, hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan onu işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-362-ci, 364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 364 və 366.3-cü, 405.0.2-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: İddiaçı-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Şirvan şəhər məhkəməsinin 02 iyun 2022-ci il tarixli 2(032)942/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-362-ci, 364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün Şirvan Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:İmza var. Hakimlər:İmzalar var. Əsli ilə düzdür.Hakim: Zeynal Zeynalov X5, X14 və X11 cavabdeh X4 qarşı cavabdehin onlara məxsus evdən əmlakı ilə birlikdə məcburi qaydada çıxarılması tələbinə dair mülki iş üzrə Kürdəmir rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(041)-1462/2021 saylı qətnaməsindən cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi.

İşin halları:

İddiaçılar X17, X25 və X23 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh X3 və ona məxsus əşyaların Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən iddiaçılar X17, X25 və X11 xüsusi paylı mülkiyyətində olan 0,21 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iddiaçı X14 xüsusi mülkiyyətində olan 96,8 kv.metr fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Kürdəmir rayonu Ərşəli kəndində yerləşən 0,21 hektar torpaq sahəsində yerləşən 96,8 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi X14 və X11 atası Saleh tərəfindən 2009-cu ildə tikilmiş və xüsusi mülkiyyət hüququ üzrə X14 xüsusi mülkiyyətindədir.Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 3/8 hissəsi X14, 1/4 hissəsi X5, 3/8 hissəsi isə X11 paylı mülkiyyətində olmaqla bu barədə onlara DƏDRX-in Dövlət reyestri xidməti tərəfindən çıxarış verilmişdir.2013-cü ildə X5 qaynı, Mansırova Aygün və X11 əmisi oğlu İsrəfilov Taleh faktiki nikah münasibətində olduğu X12 ilə birlikdə müvəqqəti yaşamaq üçün həmin evə köçmüşdür.X28 cavabdeh Məmmədova Ayseldən ayrılaraq evdən çıxıb getmiş Aysel isə həmin evdə qalmışdır.Bundan sonra iddiaçılar cavabdeh X1 mülkiyyətlərində olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmasını tələb etsələr də cavabdeh evdən və torpaq sahəsindən çıxmır.Bundan əlavə cavabdeh evdən çıxacağını bildiyinə görə evə zərər yetirir və iddiaçıların mülkiyyətlərində olan fərdi yaşayış evinə köçmələrinə maneçilik törədir.Cavabdehin həmin hərəkətləri iddiaçıların mülkiyyət hüquqlarını kobud şəkildə pozur. İddiaçılar iddia tələbində cavabdeh X3 və ona məxsus əşyaların Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən iddiaçılar X17, X25 və X11 xüsusi paylı mülkiyyətində olan 0,21 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iddiaçı X14 xüsusi mülkiyyətində olan 96,8 kv.metr fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat.

Kürdəmir rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(041)-1462/2021 saylı qətnaməsi ilə (sədrlik edən M.Bayramov) iddia tələbi təmin edilərək cavabdeh X12 əmlakları ilə birlikdə iddiaçılar X5, X14 və X11 xüsusi paylı mülkiyyətində olan Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən 0,21 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iddiaçı X14 xüsusi mülkiyyətində olan ümumi sahəsi 96,8 kv.metrdən ibarət fərdi yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir.

Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə mübahisəli evi cavabdeh və həyat yoldaşı tikmişdir, ona görə də öz mülkiyyətləri hesab etmişdir, iddiaçıların mübahisəli evə aidiyyəti yoxdur, mübahisəli evdə və həyətyanı torpaq sahəsində atasının vəsaiti hesabına bir sıra abadlıq işləri aparmışdır. Apellyasiya şikayətində Kürdəmir rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(041)-1462/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

d)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçılara, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər.İddiaçılar gəlməmələrinin üzürlü səbəbləri barədə bildirməmişlər. Cavabdeh məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını və sübutlarını təqdim edəcəyini nəzərə almağı xahiş etməsinə baxmayaraq məhkəmə iclasında hansı üzürlü səbəbdən iştirak edə bilməyəcəyi barədə sənəd təqdim etməmiş və hansı sübutları təqdim edəcəyini göstərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Apelyasiya baxışının hədləri:

Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətində Kürdəmir rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(041)-1462/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə bütövlükdə mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Kürdəmir rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(041)-1462/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Kürdəmir rayonu, Ərşəli kəndində 0,21 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 96,8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində X14 adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən 0,21 hektar torpaq sahəsində yerləşən 96,8 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi X14 və X11 atası Saleh tərəfindən 2009-cu ildə tikilmiş və xüsusi mülkiyyət hüququ üzrə X14 xüsusi mülkiyyətindədir.Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 3/8 hissəsi X14, 1/4 hissəsi X5, 3/8 hissəsi isə X11 paylı mülkiyyətində olmala bu barədə onlara DƏDRX-in Dövlət reyestri xidməti tərəfindən çıxarış verilmişdir.2013-cü ildə X5 qaynı, Mansırova Aygün və X18rının əmisi oğlu İsrəfilov Taleh faktiki nikah münasibətində olduğu cavabdeh X12 ilə birlikdə müvəqqəti yaşamaq üçün həmin evə köçmüşdür.X28 cavabdeh Məmmədova Ayseldən ayrılaraq evdən çıxıb getmiş Aysel isə həmin evdə qalmışdır.Bundan sonra iddiaçılar cavabdeh X1 mülkiyyətlərində olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmasını tələb etsələr də cavabdeh evdən və torpaq sahəsindən çıxmamışdır.Bundan əlavə cavabdeh evdən çıxacağını bildiyinə görə evə zərər yetirir və iddiaçıların mülkiyyətlərində olan fərdi yaşayış evinə köçmələrinə maneçilik törədir, cavabdehin həmin hərəkətləri iddiaçıların mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. İş materiallarından, iddiaçıların dəlillərindən göründüyü kimi Kürdəmir rayonu, Ərşəli kəndi ərazisində 0,21 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 96,8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində X14 adına qeydiyyata alınmış və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 3/8 hissəsi X14, 1/4 hissəsi X5, 3/8 hissəsi isə X11 paylı mülkiyyətindədir. İşdən görünür ki, birinci instansiya məhkəməsinin iclasında cavabdeh X12 iddia tələbini etiraf etməyərək izahatında göstərmişdir ki, 2010-cu ildə X19 ilə evlənib ailə qurmuş nikahlarını isə rəsmi qeyd etdirməmişlər, ər-arvad kimi bir yerdə yaşadıqları müddətdə 2012-ci ildə Sevinc adlı bir uşaqları olmuşdur, Talehlə evlənəndən sonra 2010-cu ildən başlayaraq yaşadıqları Kürdəmir rayonunun Ərşəli kəndində özlərinə ev tikməyə başlamış və həmin evin bir otağı hazır olandan sonra 2013-cü ildə Talehlə birlikdə həmin evdə yaşamağa başlarmışlar. Həmin evdə yaşadıqları müddətdə Talehlə ailə münasibətləri pozulduğuna görə Taleh həmin evdən çıxıb getmiş və bir daha həmin evə qayıtmamışdır, azyaşlı qızı ilə birlikdə hazırda həmin evdə yaşayır.Sonradan iddiaçılar X17, X25 və X23 mübahisəli evin onlara məxsus olmasını bildirib onun evdən çıxmasını tələb etmişlər, mübahisəli ev onun qaynatası və atası tərəfindən tikilməklə onlara məxsusdur. İşdən göründüyü kimi cavabdeh X12 mübahisəli fərdi yaşayış evinin həm əri Talehlə evlənəndən sonra tikməyə başlamasını, həm də atası tərəfindən tikilməklə həmin evin onlara məxsus olmasını bildirsə də o, mübahisəli evin ona, ərinə, atasına məxsus olması və ya tikilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, bu barədə rəsmi sübutunun olması apellyasiya şikayətinin dəlillərindən də məlum olmadığı və apellyasiya şikayətinə əlavə olunmadığı üçün cavabdehin bu barədə dəlilləri əsassız hesab edilmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi cavabdeh X3 əmlakları ilə birlikdə iddiaçılar X5, X14 və X11 xüsusi paylı mülkiyyətində olan Kürdəmir rayonunun Ərşəli kəndində yerləşən 0,21 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən iddiaçı X14 xüsusi mülkiyyətində olan ümumi sahəsi 96,8 kv.metrdən ibarət fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qanuni və əsaslı nəticəyə gəlmiş, məhkəmənin iş üzrə gəldiyi nəticə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İİ bəndində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir.Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd v əvə ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilir sə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Apelyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə mübahisəli evi cavabdeh və həyat yoldaşı tikmişdir, ona görə də öz mülkiyyətləri hesab etmişdir, iddiaçıların mübahisəli evə aidiyyəti yoxdur, mübahisəli evdə və həyətyanı torpaq sahəsində atasının vəsaiti hesabına bir sıra abadlıq işləri aparmışdır. Apellyasiya şikayətinin həmin dəlilləri iş materilları üzrə araşdırılarkən cavabdeh X12 mübahisəli fərdi yaşayış evinin həm əri Talehlə evlənəndən sonra tikməyə başlaması, həm də atası tərəfindən tikilməklə həmin evin onlara məxsus olmasını bildirsə də o, mübahisəli evin ona, ərinə, atasına məxsus olması və ya tikilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, bu barədə rəsmi sübutunun olması apellyasiya şikayətinin dəlillərindən də məlum olmadığı və apellyasiya şikayətinə əlavə olunmadığı üçün cavabdehin bu barədə dəlilləri əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, cavabdehin etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mənasına görə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını göstərir.Bu ümumi qaydaya görə, iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Bu normaya görə, sübutetmə vəzifələri iddia icraatında tərəflər, xüsusi iddia icraatında və xüsusi icraatda ərizəçi və maraqlı şəxslər arasında uyğun olaraq bölünür.Sübutemə vəzifəsi iş iştirakçıları arasında 77.1-ci maddədə göstərilən qaydada və maddi hüquq normalarında göstərilən xüsusi qaydalar əsasında bölünür.Sübutemə yükü sübutların verilməsi, onları istəmək barədə vəsatət verilməsi, məhkəməyə sübutların yerləşdiyi yer barədə bilgi verilməsi, sübutların araşdırılmasında iştirak etməklə işdə olan sübutlarla tanış olmaq yolu ilə yerinə yetirilir.Məhkəmə işdə olan sübutların işə baxmaq üçün yetərsizliyi düşüncəsinə gəldiyi bütün hallarda sübutetmə yükünü daşıyan tərəfə uyğun sübutları verməyi təklif etməli, sübutların verilməsinin və ya gec verilməsinin nəticələrini ona anlatmalıdır. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir.Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir.Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-ci, 392-ci, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir rayon məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2(041)-1462/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Zeynal Zeynalov

Hakimlər: Tale Kərimov

Zaur Allahyarov Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

X15 cavabdeh X16 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)-1097/2021 saylı qətnaməsindən cavabdeh X24 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

İddiaçı X26 cavabdeh X16 qarşı iddia qaldıraraq X13 törətdiyi ağır yol qəzası ilə əlaqədar iddiaçı üçün təhlükəli olan, sağlamlığına zərər vuran xəsarətlər yetirməsi nəticəsində xəstəxanada uzun müddət müalicə aldığı üçün ona dəymiş 10000 (on min) manat dəyərində maddi və 6000 (altı min) manat dəyərində mənəvi ziyan olmaqla, cəmi 16000 (on altı min) manat pulun alınıb iddiaçı X20 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06 aprel 2021-ci il tarixdə gecə saat 00:20 radələrində X6 idarə etdiyi “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Bakı şəhərinə getmişlər.İddiaçı X26 əllərini yumaq məqsədi ilə Masallı rayonu, Təklə kəndi ərazisinin ipək yolunun sağ tərəfində maşını saxlatdırmışdır.Əllərini yuyandan sonra maşına yaxınlaşıb arxa sağ qapını açmaq istədikdə arxadan gələn cavabdeh X13 idarə etdiyi “Şadman” markalı 07 BJ-489 nömrəli yük maşını böyük sürətlə “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilə toxunaraq, iddiaçını 10 metr məsafəyə, “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili isə 3-4 metr dərinlikdəki çökəkliyə atmıdır.Hadisəni törətmiş cavabdeh X24 isə ona heç bir köməklik göstərməmişdir. Nəticədə iddiaçıya baş-beyin əzilməsi, sağ bazu nahiyəsində toxuma deffekti ilə müşayət olunana sağ bazu sümüyünün açıq, sağ almacıq, sağ əng, burun və sol qamış sümüklərinin yerini dəyişən, qapalı sınıqları, sol baldır nahiyəsinin əzilmiş yarası kimi, dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarətlər almışdır.Yoldan keçən şəxslərin köməkliyi ilə iddiaçını yoldan çıxarmış və təcili yardım maşını çağıraraq, Lənkəran rayon Mərkəzi xəstəxanasına yerləşdirmişlər.X2 ilk tibbi yardım göstərildikdən sonra xəsarətlərinin ağırlığını nəzərə alaraq iddiaçını təcili tibbi yardım maşını ilə Bakı şəhəri, Sabunçu rayon 3 saylı xəstəxanasına gətirmiş və reanimasiya şöbəsinə yerləşdirmişlər.Xəstəxanada müalicə olunduğu zaman dərman preparatlarına, tibbi vəsaitlərə, ərzağa, nəqliyyat və kirayə xərclərinə ümumilikdə 10000 (on min) manat məbləğində pul xərclmişdir, müalicə olunduğu zaman cavabdeh X24 onun müalicəsinə heç bir maddi köməklik göstərməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: b) Birinci instansiya məhkəməsində icraat.

Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)-1097/2021 saylı qətnaməsi ilə (sədrlik edən M.Məmmədov) iddia qismən təmin edilərək cavabdeh X7 vurduğu maddi ziyana görə 4000 (dörd min) manat məbləğində pul alınaraq iddiaçı X20 verilməsi, məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun yarısı, yəni 15 (on beş) manat hissəsi cavabdeh X7 alınaraq iddiaçı X20 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri:

Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlillərinə görə məhkəmə proseslərində olmadığından və barəsində çıxarılan hökmdə göstərilmiş dəymiş ziyan hesab edərək iddianı qismən etiraf etmişdir, avtoqəza nəticəsində avtomobilə dəymiş ziyan 18000 manat olduğundan, 4000 manat ziyanı məqbul hesab edərək iddianın qismən təmin edilməsinə razılıq vermişdir. Apelyasiya şikayətində Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)- 1097/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. d)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyasının iclasında iddiaçı X26 izahatında apelyasiya şikayətinin təmin edilmədən, Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri:

Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apelyasiya şikayətində Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)- 1097/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə qismən mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının izahatını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh X24 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)-1097/2021 saylı qətnaməsi cavabdeh X24 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin iclasında cavabdeh X24 iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, iddiaçı X26 iddia tələbini şişirtməklə məhkəməyə müraciət etmişdir.Ona görə də, iddia tələbinin 4000 manat məbləğində hissəsini qəbul etdiyinə görə iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, 6 aprel 2021-ci il tarixdə gecə saat 00:20 radələrində cavabdeh X13 idarə etdiyi “Şadman” markalı 07 BJ-489 nömrəli yük maşını böyük sürətlə “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilə toxunaraq, iddiaçını 10 metr məsafəyə, “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili isə 3-4 metr dərinlikdəki çökəkliyə atmıdır.Hadisəni törətmiş cavabdeh X24 isə iddiaçıya heç bir köməklik göstərməmişdir. Mülki işə əlavə edilmiş “Uniklinika” tərəfindən verilmiş 405 nömrəli epikrizdan aydın olur ki, X20 “sağ bazu sümüyünün orta-aşağı 1/3-nin yerini dəyişən sınığı, iç sethinin geniş ölçülü dəri defekti.Sol qalmış sümüyünün qapalı yerini dəyişməmiş qapalı sınığı” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 1(050)- 163/2021 nömrəli hökmündən məlum olur ki, X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X26 həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almışdır. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, 06 aprel 2021-ci il tarixdə gecə saat 00:20 radələrində X6 idarə etdiyi “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə cavabdeh X13 idarə etdiyi “Şadman” markalı 07 BJ-489 nömrəli yük maşını böyük sürətlə toxunaraq, avtomobilin arxasında dayanmış iddiaçı X20 çırpilmış və nəticədə iddiaçı X26 baş-beyin əzilməsi, sağ bazu nahiyyəsində toxuma deffekti ilə müşayət olunana sağ bazu sümüyünün açıq, sağ almacıq, sağ əng, burun və sol qamış sümüklərinin yerini dəyişən, qapalı sınıqları, sol baldır nahiyəsinin əzilmiş yarısı kimi, dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarətlər almışdır. Göstərilənlərə əsasən cavabdeh X13 iddiaçıya maddi ziyan vurması aşkar olmaqla, onun əməlinin qanunazidd olması və qanunazidd əməli ilə nəticəsi arasında səbəbli əlaqə olması sübuta yetirildiyindən, iddiaçı X26 cavabdeh X7 maddi ziyanın əvəzini tələb etməkdə haqlıdır.Lakin maddi ziyanın 10000 (on min) manat dəyərində olduğu barədə iddiaçı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir, cavabdehin izahatından da görünür ki, o, maddi ziyanın 4000 (dörd min) manat hissəsində qəbul etmişdir, ona görə də, iddia 4000 manat hissədə qismən təmin olunmuşdur.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir.Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Hazırki mülki iş üzrə cavabdehin iddiaçıya mənəvi ziyan vurması faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Azərbaycan Respublikası MM-in 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur.İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır.Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 saylı 03 noyabr 2008-ci il tarixli qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər.Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir.Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur.İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Apelyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Apelyasiya şikayətinin dəlillərinə məhkəmə proseslərində olmadığından və barəsində çıxarılan hökmdə göstərilmiş dəymiş ziyan hesab edərək iddianı qismən etiraf etmişdir, avtoqəza nəticəsində avtomobilə dəymiş ziyan 18000 manat olduğundan, 4000 manat ziyanı məqbul hesab edərək iddianın qismən təmin edilməsinə razılıq vermişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlillərini araşdırarkən işdə olan cavabdeh X13 yazılı izahatından görünür ki, X15 ona qarşı ziyan tələbinə dair iddia tələbini qismən qəbul etdiyini, iddianı 4000 manat hissədə qəbul etdiyini, həmin pulu hissə hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də apelyasiya şikayətinin dəlilləri işin faktiki və hüquqi hallarına uyğun olmadığı üçün əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən görünür ki, iddiaçı tələbində cavabdeh X13 törətdiyi ağır yol qəzası ilə əlaqədar iddiaçı üçün təhlükəli olan, sağlamlığına zərər vuran xəsarətlər yetirməsi nəticəsində xəstəxanada uzun müddət müalicə aldığı üçün ona dəymiş 10000 manat dəyərində maddi və 6000 manat dəyərində mənəvi ziyan olmaqla, cəmi 16000 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir, Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)-1097/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh X7 vurduğu maddi ziyana görə 4000 (dörd min) manat məbləğində pul alınaraq iddiaçı X20 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir, cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin edildiyi hissədə 4000 manat pulun alınıb iddiaçıya verilməsi hissədə mübahisələndirdiyi üçün mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh X24 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)-1097/2021 saylı qətnaməsi cavabdeh X24 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Zeynal Zeynalov

Hakimlər: Zaur Allahyarov

Müşfiq Həsənov Sədrlik edən:İmza var. Hakimlər:İmzalar var. Əsli ilə düzdür.Hakim: Zeynal Zeynalov

"xxxx" ASC-nin cavabdeh X8 qarşı debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(036)-2012/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi.

İşin halları:

İddiaçı "xxxx" ASC-nin cavabdeh X8 qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək abonentə (kod: **********601024) məxsus olan İmişli rayonunun Qaralar kəndində yerləşən fərdi yaşayış evində istehlak olunan elektrik enerjisinin sərfiyyatına görə hesablanmış 2.289,01 manat debitor borcun və 30 manat dövlət rüsumunun tutulub iddiaçının hesabına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: c) Birinci instansiya məhkəməsində icraat.

İmişli rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(036)-2012/2021 saylı qətnaməsi ilə (sədrlik edən Ü.Qənbərov) iddia tələbi təmin edilməmişdir.

Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri:

Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apelyasiya şikayətində İmişli rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(036)-2012/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

d)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları:

İddiaçıya, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi, cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

Apelyasiya baxışının hədləri:

Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apelyasiya şikayətində İmişli rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(036)- 2012/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə bütövlükdə mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, İmişli rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(036)-2012/2021 saylı qətnaməsi apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan "xxxx" ASC tərəfindən təsdiq edilmiş Abonentin saldosuna əsasən xx.xx.2021-ci il tarixə abonent X8 (abonent kodu: **********601024) məxsus olan İmişli rayonunun Qaralar kəndində yerləşən fərdi yaşayış evində elektrik şəbəkəsinə qanunsuz qoşulma halları ilə bağlı X9 Qaydalarının pozulması haqqında aktlar əsasında dəymiş ziyana görə hesablanan borc 2.289,01 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən iddiaçı tərəf cababdeh abonent X8 (abonent kodu: **********601024) məxsus olan İmişli rayonunun Qaralar kəndində yerləşən fərdi yaşayış evində elektrik şəbəkəsinə qanunsuz qoşulma halları ilə bağlı heç bir mötəbər sübut təqdim etmədiyindən iddia tələbi qanini və əsaslı olaraq təmin edilməmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş isə «X9 Qaydaları»nın 8.32-ci bəndinin tələbinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X9 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X9yə görə yenidən hesablaşma aparmağa borcludur. X9 Qaydalarının 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X9də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktların bir nüsxəsini məişət abonentinə təqdim edir.Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır.Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır.Məişət aboneti izahatlar və aktların məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə edilməlidir. X9 Qaydalarının 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır.Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.17-ci bəndində isə pozuntuların müəyyən edildiyi halda təkrar hesablaşma aparılması üçün enerji təchizatı müəssisəsinə o halda hüquq verilir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. «Elektroenergetika haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa və «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə xx.xx.2009-cu il tarixli 881-İİİQD nömrəli Qanuna əsasən «Elektroenergetika haqqında» Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə görə enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Apelyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçı etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən görünür ki, iddia tələbində cavabdeh X8 abonentə (kod: **********601024) məxsus olan İmişli rayonu Qaralar kəndində yerləşən fərdi yaşayış evində istehlak olunan elektrik enerjisinin sərfiyyatına görə hesablanmış 2.289,01 manat debitor borcun tutulub iddiaçının hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İmişli rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(036)-2012/2021 saylı qətnaməsi apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Zeynal Zeynalov

Hakimlər: Tale Kərimov

Tofiq Heydərov Sədrlik edən:İmza var. Hakimlər:İmzalar var. Əsli ilə düzdür.Hakim: Zeynal Zeynalov Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

X15 cavabdeh X16 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)-1097/2021 saylı qətnaməsindən cavabdeh X24 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

İddiaçı X26 cavabdeh X16 qarşı iddia qaldıraraq X13 törətdiyi ağır yol qəzası ilə əlaqədar iddiaçı üçün təhlükəli olan, sağlamlığına zərər vuran xəsarətlər yetirməsi nəticəsində xəstəxanada uzun müddət müalicə aldığı üçün ona dəymiş 10000 (on min) manat dəyərində maddi və 6000 (altı min) manat dəyərində mənəvi ziyan olmaqla, cəmi 16000 (on altı min) manat pulun alınıb iddiaçı X20 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06 aprel 2021-ci il tarixdə gecə saat 00:20 radələrində X6 idarə etdiyi “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Bakı şəhərinə getmişlər.İddiaçı X26 əllərini yumaq məqsədi ilə Masallı rayonu, Təklə kəndi ərazisinin ipək yolunun sağ tərəfində maşını saxlatdırmışdır.Əllərini yuyandan sonra maşına yaxınlaşıb arxa sağ qapını açmaq istədikdə arxadan gələn cavabdeh X13 idarə etdiyi “Şadman” markalı 07 BJ-489 nömrəli yük maşını böyük sürətlə “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilə toxunaraq, iddiaçını 10 metr məsafəyə, “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili isə 3-4 metr dərinlikdəki çökəkliyə atmıdır.Hadisəni törətmiş cavabdeh X24 isə ona heç bir köməklik göstərməmişdir. Nəticədə iddiaçıya baş-beyin əzilməsi, sağ bazu nahiyəsində toxuma deffekti ilə müşayət olunana sağ bazu sümüyünün açıq, sağ almacıq, sağ əng, burun və sol qamış sümüklərinin yerini dəyişən, qapalı sınıqları, sol baldır nahiyəsinin əzilmiş yarası kimi, dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarətlər almışdır.Yoldan keçən şəxslərin köməkliyi ilə iddiaçını yoldan çıxarmış və təcili yardım maşını çağıraraq, Lənkəran rayon Mərkəzi xəstəxanasına yerləşdirmişlər.X2 ilk tibbi yardım göstərildikdən sonra xəsarətlərinin ağırlığını nəzərə alaraq iddiaçını təcili tibbi yardım maşını ilə Bakı şəhəri, Sabunçu rayon 3 saylı xəstəxanasına gətirmiş və reanimasiya şöbəsinə yerləşdirmişlər.Xəstəxanada müalicə olunduğu zaman dərman preparatlarına, tibbi vəsaitlərə, ərzağa, nəqliyyat və kirayə xərclərinə ümumilikdə 10000 (on min) manat məbləğində pul xərclmişdir, müalicə olunduğu zaman cavabdeh X24 onun müalicəsinə heç bir maddi köməklik göstərməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: d) Birinci instansiya məhkəməsində icraat.

Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)-1097/2021 saylı qətnaməsi ilə (sədrlik edən M.Məmmədov) iddia qismən təmin edilərək cavabdeh X7 vurduğu maddi ziyana görə 4000 (dörd min) manat məbləğində pul alınaraq iddiaçı X20 verilməsi, məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun yarısı, yəni 15 (on beş) manat hissəsi cavabdeh X7 alınaraq iddiaçı X20 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri:

Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlillərinə görə məhkəmə proseslərində olmadığından və barəsində çıxarılan hökmdə göstərilmiş dəymiş ziyan hesab edərək iddianı qismən etiraf etmişdir, avtoqəza nəticəsində avtomobilə dəymiş ziyan 18000 manat olduğundan, 4000 manat ziyanı məqbul hesab edərək iddianın qismən təmin edilməsinə razılıq vermişdir. Apelyasiya şikayətində Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)- 1097/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. d)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları:

Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyasının iclasında iddiaçı X26 izahatında apelyasiya şikayətinin təmin edilmədən, Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri:

Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apelyasiya şikayətində Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)- 1097/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə qismən mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının izahatını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh X24 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)-1097/2021 saylı qətnaməsi cavabdeh X24 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin iclasında cavabdeh X24 iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, iddiaçı X26 iddia tələbini şişirtməklə məhkəməyə müraciət etmişdir.Ona görə də, iddia tələbinin 4000 manat məbləğində hissəsini qəbul etdiyinə görə iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, 6 aprel 2021-ci il tarixdə gecə saat 00:20 radələrində cavabdeh X13 idarə etdiyi “Şadman” markalı 07 BJ-489 nömrəli yük maşını böyük sürətlə “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilə toxunaraq, iddiaçını 10 metr məsafəyə, “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili isə 3-4 metr dərinlikdəki çökəkliyə atmıdır.Hadisəni törətmiş cavabdeh X24 isə iddiaçıya heç bir köməklik göstərməmişdir. Mülki işə əlavə edilmiş “Uniklinika” tərəfindən verilmiş 405 nömrəli epikrizdan aydın olur ki, X20 “sağ bazu sümüyünün orta-aşağı 1/3-nin yerini dəyişən sınığı, iç sethinin geniş ölçülü dəri defekti.Sol qalmış sümüyünün qapalı yerini dəyişməmiş qapalı sınığı” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 1(050)- 163/2021 nömrəli hökmündən məlum olur ki, X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X26 həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almışdır. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, 06 aprel 2021-ci il tarixdə gecə saat 00:20 radələrində X6 idarə etdiyi “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə cavabdeh X13 idarə etdiyi “Şadman” markalı 07 BJ-489 nömrəli yük maşını böyük sürətlə toxunaraq, avtomobilin arxasında dayanmış iddiaçı X20 çırpilmış və nəticədə iddiaçı X26 baş-beyin əzilməsi, sağ bazu nahiyyəsində toxuma deffekti ilə müşayət olunana sağ bazu sümüyünün açıq, sağ almacıq, sağ əng, burun və sol qamış sümüklərinin yerini dəyişən, qapalı sınıqları, sol baldır nahiyəsinin əzilmiş yarısı kimi, dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarətlər almışdır. Göstərilənlərə əsasən cavabdeh X13 iddiaçıya maddi ziyan vurması aşkar olmaqla, onun əməlinin qanunazidd olması və qanunazidd əməli ilə nəticəsi arasında səbəbli əlaqə olması sübuta yetirildiyindən, iddiaçı X26 cavabdeh X7 maddi ziyanın əvəzini tələb etməkdə haqlıdır.Lakin maddi ziyanın 10000 (on min) manat dəyərində olduğu barədə iddiaçı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir, cavabdehin izahatından da görünür ki, o, maddi ziyanın 4000 (dörd min) manat hissəsində qəbul etmişdir, ona görə də, iddia 4000 manat hissədə qismən təmin olunmuşdur.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir.Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Hazırki mülki iş üzrə cavabdehin iddiaçıya mənəvi ziyan vurması faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Azərbaycan Respublikası MM-in 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur.İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır.Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 saylı 03 noyabr 2008-ci il tarixli qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər.Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir.Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur.İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Apelyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Apelyasiya şikayətinin dəlillərinə məhkəmə proseslərində olmadığından və barəsində çıxarılan hökmdə göstərilmiş dəymiş ziyan hesab edərək iddianı qismən etiraf etmişdir, avtoqəza nəticəsində avtomobilə dəymiş ziyan 18000 manat olduğundan, 4000 manat ziyanı məqbul hesab edərək iddianın qismən təmin edilməsinə razılıq vermişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlillərini araşdırarkən işdə olan cavabdeh X13 yazılı izahatından görünür ki, X15 ona qarşı ziyan tələbinə dair iddia tələbini qismən qəbul etdiyini, iddianı 4000 manat hissədə qəbul etdiyini, həmin pulu hissə hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də apelyasiya şikayətinin dəlilləri işin faktiki və hüquqi hallarına uyğun olmadığı üçün əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən görünür ki, iddiaçı tələbində cavabdeh X13 törətdiyi ağır yol qəzası ilə əlaqədar iddiaçı üçün təhlükəli olan, sağlamlığına zərər vuran xəsarətlər yetirməsi nəticəsində xəstəxanada uzun müddət müalicə aldığı üçün ona dəymiş 10000 manat dəyərində maddi və 6000 manat dəyərində mənəvi ziyan olmaqla, cəmi 16000 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir, Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)-1097/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh X7 vurduğu maddi ziyana görə 4000 (dörd min) manat məbləğində pul alınaraq iddiaçı X20 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir, cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin edildiyi hissədə 4000 manat pulun alınıb iddiaçıya verilməsi hissədə mübahisələndirdiyi üçün mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi: Cavabdeh X24 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)-1097/2021 saylı qətnaməsi cavabdeh X24 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Zeynal Zeynalov

Hakimlər: Zaur Allahyarov

Müşfiq Həsənov Sədrlik edən:İmza var. Hakimlər:İmzalar var. Əsli ilə düzdür.Hakim: Zeynal Zeynalov debitor borcun ödənilməsi)

Şirvan şəhəri, 14 aprel 2022-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) X22 və X10 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə açıq məhkəmə iclasında, İddiaçı "xxxx" ASC-nin cavabdeh X8 qarşı debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə İmişli rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(036)-2012/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi.

İşin halları:

İddiaçı "xxxx" ASC-nin cavabdeh X8 qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək abonentə (kod: **********601024) məxsus olan İmişli rayonunun Qaralar kəndində yerləşən fərdi yaşayış evində istehlak olunan elektrik enerjisinin sərfiyyatına görə hesablanmış 2.289,01 manat debitor borcun və 30 manat dövlət rüsumunun tutulub iddiaçının hesabına keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları: e) Birinci instansiya məhkəməsində icraat.

İmişli rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(036)-2012/2021 saylı qətnaməsi ilə (sədrlik edən Ü.Qənbərov) iddia tələbi təmin edilməmişdir.

Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri:

Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apelyasiya şikayətində İmişli rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(036)-2012/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

d)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları:

İddiaçıya, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi, cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Apelyasiya baxışının hədləri:

Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apelyasiya şikayətində İmişli rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(036)- 2012/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə bütövlükdə mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, İmişli rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(036)-2012/2021 saylı qətnaməsi apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan "xxxx" ASC tərəfindən təsdiq edilmiş Abonentin saldosuna əsasən xx.xx.2021-ci il tarixə abonent X8 (abonent kodu: **********601024) məxsus olan İmişli rayonunun Qaralar kəndində yerləşən fərdi yaşayış evində elektrik şəbəkəsinə qanunsuz qoşulma halları ilə bağlı X9 Qaydalarının pozulması haqqında aktlar əsasında dəymiş ziyana görə hesablanan borc 2.289,01 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən iddiaçı tərəf cababdeh abonent X8 (abonent kodu: **********601024) məxsus olan İmişli rayonunun Qaralar kəndində yerləşən fərdi yaşayış evində elektrik şəbəkəsinə qanunsuz qoşulma halları ilə bağlı heç bir mötəbər sübut təqdim etmədiyindən iddia tələbi qanini və əsaslı olaraq təmin edilməmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş isə «X9 Qaydaları»nın 8.32-ci bəndinin tələbinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X9 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X9yə görə yenidən hesablaşma aparmağa borcludur. X9 Qaydalarının 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X9də pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktların bir nüsxəsini məişət abonentinə təqdim edir.Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır.Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır.Məişət aboneti izahatlar və aktların məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə edilməlidir. X9 Qaydalarının 8.16-cı bəndinə görə istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır.Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.17-ci bəndində isə pozuntuların müəyyən edildiyi halda təkrar hesablaşma aparılması üçün enerji təchizatı müəssisəsinə o halda hüquq verilir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. «Elektroenergetika haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa və «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə xx.xx.2009-cu il tarixli 881-İİİQD nömrəli Qanuna əsasən «Elektroenergetika haqqında» Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı hissəsinə görə enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Apelyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, iddiaçı etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən görünür ki, iddia tələbində cavabdeh X8 abonentə (kod: **********601024) məxsus olan İmişli rayonu Qaralar kəndində yerləşən fərdi yaşayış evində istehlak olunan elektrik enerjisinin sərfiyyatına görə hesablanmış 2.289,01 manat debitor borcun tutulub iddiaçının hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İmişli rayon məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(036)-2012/2021 saylı qətnaməsi apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Zeynal Zeynalov

Hakimlər: Tale Kərimov

Tofiq Heydərov Sədrlik edən:İmza var. Hakimlər:İmzalar var. Əsli ilə düzdür.Hakim: Zeynal Zeynalov Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

X15 cavabdeh X16 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)-1097/2021 saylı qətnaməsindən cavabdeh X24 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apelyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

İddiaçı X26 cavabdeh X16 qarşı iddia qaldıraraq X13 törətdiyi ağır yol qəzası ilə əlaqədar iddiaçı üçün təhlükəli olan, sağlamlığına zərər vuran xəsarətlər yetirməsi nəticəsində xəstəxanada uzun müddət müalicə aldığı üçün ona dəymiş 10000 (on min) manat dəyərində maddi və 6000 (altı min) manat dəyərində mənəvi ziyan olmaqla, cəmi 16000 (on altı min) manat pulun alınıb iddiaçı X20 ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06 aprel 2021-ci il tarixdə gecə saat 00:20 radələrində X6 idarə etdiyi “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili ilə Bakı şəhərinə getmişlər.İddiaçı X26 əllərini yumaq məqsədi ilə Masallı rayonu, Təklə kəndi ərazisinin ipək yolunun sağ tərəfində maşını saxlatdırmışdır.Əllərini yuyandan sonra maşına yaxınlaşıb arxa sağ qapını açmaq istədikdə arxadan gələn cavabdeh X13 idarə etdiyi “Şadman” markalı 07 BJ-489 nömrəli yük maşını böyük sürətlə “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilə toxunaraq, iddiaçını 10 metr məsafəyə, “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili isə 3-4 metr dərinlikdəki çökəkliyə atmıdır.Hadisəni törətmiş cavabdeh X24 isə ona heç bir köməklik göstərməmişdir. Nəticədə iddiaçıya baş-beyin əzilməsi, sağ bazu nahiyəsində toxuma deffekti ilə müşayət olunana sağ bazu sümüyünün açıq, sağ almacıq, sağ əng, burun və sol qamış sümüklərinin yerini dəyişən, qapalı sınıqları, sol baldır nahiyəsinin əzilmiş yarası kimi, dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarətlər almışdır.Yoldan keçən şəxslərin köməkliyi ilə iddiaçını yoldan çıxarmış və təcili yardım maşını çağıraraq, Lənkəran rayon Mərkəzi xəstəxanasına yerləşdirmişlər.X2 ilk tibbi yardım göstərildikdən sonra xəsarətlərinin ağırlığını nəzərə alaraq iddiaçını təcili tibbi yardım maşını ilə Bakı şəhəri, Sabunçu rayon 3 saylı xəstəxanasına gətirmiş və reanimasiya şöbəsinə yerləşdirmişlər.Xəstəxanada müalicə olunduğu zaman dərman preparatlarına, tibbi vəsaitlərə, ərzağa, nəqliyyat və kirayə xərclərinə ümumilikdə 10000 (on min) manat məbləğində pul xərclmişdir, müalicə olunduğu zaman cavabdeh X24 onun müalicəsinə heç bir maddi köməklik göstərməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: f) Birinci instansiya məhkəməsində icraat.

Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)-1097/2021 saylı qətnaməsi ilə (sədrlik edən M.Məmmədov) iddia qismən təmin edilərək cavabdeh X7 vurduğu maddi ziyana görə 4000 (dörd min) manat məbləğində pul alınaraq iddiaçı X20 verilməsi, məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun yarısı, yəni 15 (on beş) manat hissəsi cavabdeh X7 alınaraq iddiaçı X20 ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri:

Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlillərinə görə məhkəmə proseslərində olmadığından və barəsində çıxarılan hökmdə göstərilmiş dəymiş ziyan hesab edərək iddianı qismən etiraf etmişdir, avtoqəza nəticəsində avtomobilə dəymiş ziyan 18000 manat olduğundan, 4000 manat ziyanı məqbul hesab edərək iddianın qismən təmin edilməsinə razılıq vermişdir. Apelyasiya şikayətində Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)- 1097/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. d)Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları:

Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyasının iclasında iddiaçı X26 izahatında apelyasiya şikayətinin təmin edilmədən, Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri:

Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apelyasiya şikayətində Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)- 1097/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə qismən mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının izahatını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdeh X24 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)-1097/2021 saylı qətnaməsi cavabdeh X24 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsinin iclasında cavabdeh X24 iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, iddiaçı X26 iddia tələbini şişirtməklə məhkəməyə müraciət etmişdir.Ona görə də, iddia tələbinin 4000 manat məbləğində hissəsini qəbul etdiyinə görə iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, 6 aprel 2021-ci il tarixdə gecə saat 00:20 radələrində cavabdeh X13 idarə etdiyi “Şadman” markalı 07 BJ-489 nömrəli yük maşını böyük sürətlə “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilə toxunaraq, iddiaçını 10 metr məsafəyə, “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobili isə 3-4 metr dərinlikdəki çökəkliyə atmıdır.Hadisəni törətmiş cavabdeh X24 isə iddiaçıya heç bir köməklik göstərməmişdir. Mülki işə əlavə edilmiş “Uniklinika” tərəfindən verilmiş 405 nömrəli epikrizdan aydın olur ki, X20 “sağ bazu sümüyünün orta-aşağı 1/3-nin yerini dəyişən sınığı, iç sethinin geniş ölçülü dəri defekti.Sol qalmış sümüyünün qapalı yerini dəyişməmiş qapalı sınığı” diaqnozu qoyulmuşdur. Mülki işə əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 1(050)- 163/2021 nömrəli hökmündən məlum olur ki, X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxs X26 həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər almışdır. Beləliklə, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, 06 aprel 2021-ci il tarixdə gecə saat 00:20 radələrində X6 idarə etdiyi “Kia Cerato” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilinə cavabdeh X13 idarə etdiyi “Şadman” markalı 07 BJ-489 nömrəli yük maşını böyük sürətlə toxunaraq, avtomobilin arxasında dayanmış iddiaçı X20 çırpilmış və nəticədə iddiaçı X26 baş-beyin əzilməsi, sağ bazu nahiyyəsində toxuma deffekti ilə müşayət olunana sağ bazu sümüyünün açıq, sağ almacıq, sağ əng, burun və sol qamış sümüklərinin yerini dəyişən, qapalı sınıqları, sol baldır nahiyəsinin əzilmiş yarısı kimi, dərəcəsinə görə həyat üçün təhlükəli olan xəsarətlər almışdır. Göstərilənlərə əsasən cavabdeh X13 iddiaçıya maddi ziyan vurması aşkar olmaqla, onun əməlinin qanunazidd olması və qanunazidd əməli ilə nəticəsi arasında səbəbli əlaqə olması sübuta yetirildiyindən, iddiaçı X26 cavabdeh X7 maddi ziyanın əvəzini tələb etməkdə haqlıdır.Lakin maddi ziyanın 10000 (on min) manat dəyərində olduğu barədə iddiaçı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir, cavabdehin izahatından da görünür ki, o, maddi ziyanın 4000 (dörd min) manat hissəsində qəbul etmişdir, ona görə də, iddia 4000 manat hissədə qismən təmin olunmuşdur.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir.Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Hazırki mülki iş üzrə cavabdehin iddiaçıya mənəvi ziyan vurması faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Azərbaycan Respublikası MM-in 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur.İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır.Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 saylı 03 noyabr 2008-ci il tarixli qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər.Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir.Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur.İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Apelyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Apelyasiya şikayətinin dəlillərinə məhkəmə proseslərində olmadığından və barəsində çıxarılan hökmdə göstərilmiş dəymiş ziyan hesab edərək iddianı qismən etiraf etmişdir, avtoqəza nəticəsində avtomobilə dəymiş ziyan 18000 manat olduğundan, 4000 manat ziyanı məqbul hesab edərək iddianın qismən təmin edilməsinə razılıq vermişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlillərini araşdırarkən işdə olan cavabdeh X13 yazılı izahatından görünür ki, X15 ona qarşı ziyan tələbinə dair iddia tələbini qismən qəbul etdiyini, iddianı 4000 manat hissədə qəbul etdiyini, həmin pulu hissə hissə ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də apelyasiya şikayətinin dəlilləri işin faktiki və hüquqi hallarına uyğun olmadığı üçün əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən görünür ki, iddiaçı tələbində cavabdeh X13 törətdiyi ağır yol qəzası ilə əlaqədar iddiaçı üçün təhlükəli olan, sağlamlığına zərər vuran xəsarətlər yetirməsi nəticəsində xəstəxanada uzun müddət müalicə aldığı üçün ona dəymiş 10000 manat dəyərində maddi və 6000 manat dəyərində mənəvi ziyan olmaqla, cəmi 16000 manat pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir, Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)-1097/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh X7 vurduğu maddi ziyana görə 4000 (dörd min) manat məbləğində pul alınaraq iddiaçı X20 verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir, cavabdeh apellyasiya şikayətində qətnamənin iddianın təmin edildiyi hissədə 4000 manat pulun alınıb iddiaçıya verilməsi hissədə mübahisələndirdiyi üçün mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh X24 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Astara rayon məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(018)-1097/2021 saylı qətnaməsi cavabdeh X24 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Zeynal Zeynalov

Hakimlər: Zaur Allahyarov

Müşfiq Həsənov Sədrlik edən:İmza var. Hakimlər:İmzalar var. Əsli ilə düzdür.Hakim: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar