Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2308/2022 13.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 2(017)1030/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağcabədi Rayon Məhkəməsinin 2(017)1030/2022 saylı, 13 sentyabr 2022-ci il tarixliqətnaməsi (hakim E.Quliyev) ilə, Cavabdeh (ş/v AA0442391) 17300 ABŞ dolları (ödəniş gününə dolların manata olan məzənnəsi ilə) məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 179 manat məbləğində pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 2(017)1030/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(106)2308/2022 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək, mülki iş apellyasiya icraatına qəbul edilmişdir. Apellyasiya şikayət üzrə 13 dekabr 2022-ci il tarixə, saat 12:30-a təyin olunmuş məhkəmə baxışı iclasında müəyyən edilmişdir ki, tərəflər 13 dekabr 2022-ci il tarixdə məhkəmə iclasında barışıq sazişi bağlamış qeyd olunan barışıq sazişi məhkəmə kollegiyasına təqdim olunmuş və iş materiallarına əlavə olunmuşdur. Yuxarıda qeyd edilmiş tərəflərin 13 dekabr 2022-ci il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır:
1. “Tərəflər” bu sazişi imzalamaqla aşağıdakı şərtləri təsdiq edir.
2. Hər iki tərəf aralarında ola pul borcunu 7000 ( yeddi min ) ABŞ dolları müəyyən edir.
3. Hər iki tərəf razılaşırlar ki, 7000 (yeddi min) ABŞ dollar pulu 01 yanvar 2023-ci il tarixdən başlayaraq 12 ay müddətində hər ay 583,33 (beş yüz səksən üç dollar otuz üç sent) ABŞ dolları (manata məzənnə ilə) olmaqla Cavabdeh tərəfindən İddiaçı hissə-hissə ödəniləcəkdir.
4. “Tərəflər” bu Sazişi imzaladıqdan sonra hər iki tərəfin iddiaçı olduğu ayrı-ayrı mülki işlər üzrə məhkəmə mübahisəsinə son qoyacaqları barədə iradə ifadələrini bildirir və hər biri öz iddia ərizəsi əsasında olan mülki işə hazırkı sazişin surətini əlavə etməklə mübahisəyə son qoyurlar;
Məhkəmə kollegiyası barışıq sazişi ilə bağlı aşağıdakı hüquq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası MPM-nin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. Qeyd edilən prosessual hüquq normasının mənasından göründüyü kimi qanunverici ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi kimi, tərəflər arasında barışığın əldə olunması üçün məhkəmənin üzərinə barışıq haqda tərəflərə müraciət etmək kimi vəzifə (borc) qoymuşdur. Ümumi prosessual hüquq prinsiplərdən çıxış edilərsə, həqiqətən də tərəflər arasında yaranmış mübahisənin ən ədalətli həll üsulu barışığın əldə olunmasıdır. Müstəsna hallardan biridir ki, barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadlarından tərəflər əksər halllarda razı qalır və bu aktların mübahisələndirilməsinə təsadüfi hallarda rast gəlinir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 5.4-cü maddəsinə əsasənqanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3-ci maddəsinə əsasəntərəflər məhkəmə işini bilavasitə özləri yaxud mediasiya vasitəsi ilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasəniddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. 191.1-ci maddəsinə əsasəniddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsi ilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdədəifadəoluna bilər. 191.2-ci maddəsinə əsasənhakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.4-cü maddəsinə əsasən məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisəni mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Sadalanan prosessual hüquq normalarının müqaisəli təhlilindən müəyyən edilir ki, tərəflər barışıq sazişinin təsdiqi ilə məhkəməyə müraciət edərkən məhkəmə bir sıra prosessual əsasları yoxlamaqla yanaşı (barışıq sazişinin səlahiyyətli şəxslər tərəfindən imzalanması; barışığın təsdiqinin hüquqi nəticələrinin tərəflərə izah edilməsi, bu barədə protokolda qeyd aparılması və tərəflərə imzalatdırılma və.s), məhkəməyə iki halda barışıq sazişinin təsdiqindən imtina səlahiyyəti də vermişdir: • barışıq sazişi qanuna zidd olarsa; • hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa; Göründüyü kimi, qanunverici istənilən barışıq sazişinin deyil, prosessual tələblərə uyğun şəkildə tərtib və təsdiq edilmiş, bununla yanaşı qanuna zidd olmayan və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmayan barışıq sazişinin məhkəmə tərəfindən təsdiqini nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarının tələblərini yoxlayarkən mülki iş üzrə tərəflərin açıq-aşkar könüllü iradəsi əsasən barışıq sazişi bağlandığı, barışıq sazişinin mülki iş üzrə hər iki tərəflər tərəfindən imzalandığını, həmçinin mülki iş üzrə tərəflərin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafeləri ilə ziddiyyət təşkil etmədiyini müəyyən etmişdir. Məhkəmə kollegiyası barışıq sazişinin təsdiqinin hazırki iş üzrə tərəflərin mənafelərinə təsirini beləizah edir ki, hazırki işdə barışıq sazişinin təsdiqi tərəflərin iddia tələbi üzrə məhkəmə işinin qurtarmasına dəlalət edən hal olmaqla yanaşı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan məhkəmə baxışının prinsiplərinə əməl etmiş olur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, 13 dekabr 2022-ci il tarixli barışıq sazişi prosessual qanunvericiliyinin tələblərinə cavab verdiyindən təsdiq edilməli, Ağcabədi Rayon Məhkəməsinin 2(017)1030/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 370 və 405.0.2-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı ilə Cavabdeh arasındakı saşiz aşağıdakı kimi təsdiq edilsin:
1. “Tərəflər” bu sazişi imzalamaqla aşağıdakı şərtləri təsdiq edir.
2. Hər iki tərəf aralarında ola pul borcunu 7000 ( yeddi min ) ABŞ dolları müəyyən edir.
3. Hər iki tərəf razılaşırlar ki, 7000 (yeddi min) ABŞ dollar pulu 01 yanvar 2023-ci il tarixdən başlayaraq 12 ay müddətində hər ay 583,33 (beş yüz səksən üç dollar otuz üç sent) ABŞ dolları (manata məzənnə ilə) olmaqla Cavabdeh tərəfindən İddiaçı hissə-hissə ödəniləcəkdir.
4. “Tərəflər” bu Sazişi imzaladıqdan sonra hər iki tərəfin iddiaçı olduğu ayrı-ayrı mülki işlər üzrə məhkəmə mübahisəsinə son qoyacaqları barədə iradə ifadələrini bildirir və hər biri öz iddia ərizəsi əsasında olan mülki işə hazırkı sazişin surətini əlavə etməklə mübahisəyə son qoyurlar; Ağcabədi Rayon Məhkəməsinin 2(017)1030/2022 saylı, 13 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Tofiq Heydərov
Hakimlər: Tale Kərimov
Zeynal Zeynalov