Məhkəmə qərarları › İş №2(106)-2312/2022

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-2312/2022

15.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-2312/2022 15.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Zeynalov Zeynal Ağabala oğlu, (sədrlik edən, məruzəçi) Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında, İddiaçı QSC BOKT-ın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair dair mülki iş üzrə Beyləqan rayon məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(020)-883/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3706,09 manat əsas borc olmaqla, cəmi 3706,09 (üç min yeddi yüz altı manat 09 qəpik) manat məbləğin və ödənilmiş 57,06 manat dövlət rüsumunun tutulub İddiaçı QSC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC BOKT iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanının icrası ilə əlaqədar "xxxx" ASC-in problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına keçmişdir.Qeyd edilən Fərmanın icrası ilə bağlı "xxxx" ASC-in Cavabdeh1 qarşı 3706,09 manat əsas borcu olmaqla, cəmi 3706,09 (üç min yeddi yüz altı manat 09 qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ 06,09.2017-cü il tarixli S-FK- MİN-112 savlı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir."xxxx" ASC-in Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 05 fevral 2015-ci il tarixli 1-xx.xx.2015-MİN56 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə Cavabdeh1 36 ay müddətinə illik 22 faizlə 6500 (altı min beş yuz) manat məbləğində kredit verilmişdir.Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 və Cavabdeh3 05 fevral 2015-ci il tarixli xx.xx.2015-MİN56 zaminlik müqavilələrinə əsasən zamin durmuşlar.Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır.Lakin kredit müqaviləsinin şərtlərinə Cavabdeh1 tərəfindən əməl olunmamış, kredit və ona hesablanmış faizlər gecikdirilmişdir.Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur.Cavabdeh1 iddiaçıya 3706,09 manat əsas borc olmaqla, cəmi borcu 3706,09 (üç min yeddi yüz altı manat 09 qəpik) manat təşkil edir.Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zaminlərinə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır.Cavabdehə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddia tələbində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3706,09 manat əsas borc olmaqla, cəmi 3706,09 (üç min yeddi yüz altı manat 09 qəpik) manat məbləğin və ödənilmiş 57,06 manat dövlət rüsumunun tutulub İddiaçı QSC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan rayon məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(020)-883/2022 saylı qətnaməsi ilə (sədrlik edən R.Nurullayev) iddia qismən təmin edilərək Cavabdeh1 3706,09 (üç min yeddi yüz altı manat doqquz qəpik) manat əsas borc olmaqla, cəmi 3706,09 (üç min yeddi yüz altı manat doqquz qəpik) manat borc və ödənilmiş 57,06 (əlli yeddi manat altı) manat dövlət rüsumu tutulub İddiaçı QSC-in xeyrinə ödənilməsi qət edilmiş, iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı rədd edilmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçı ilə cavabdeh arasında olan hüquq münasibəti 05 fevral 2015-ci il tarixdə yaranmışdır, iddiaçı iddia müddətini ötürməklə iddia tələbi iərli sürmüşdür və onun birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən iddia tələbi ilə bağlı iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edə bilməmişdir, onun birinci instansiya məhkəməsində iştirakı təmin edilməli idi. Apellyasiya şikayətində Beyləqan rayon məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(020)-883/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehə, onun nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin üzürlü səbəbləri barədə bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə gəlməyən cavabdehin, onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 izahatında apellyasiya şikayətinin təmin edilmədən, Beyləqan rayon məhkəməsinin 6 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətində Beyləqan rayon məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(020)-883/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilməklə qətnamə qismən mübahisələndirilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq və təfsir etmiş, prosessual hüquq normalarının tələbləri pozulmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə (öhdəlik anlayışı) əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə (Öhdəliyin icra edilməməsi anlayışı) əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər.Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 739-cu maddəsinə əsaəsn borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür.Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.İşin materiallarından görünür ki, cavabdehin etirazlarının əsası kimi istinad etdiyi halları sübut edilməmişdir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayndəsinin izahatını, məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Beyləqan rayon məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(020)-883/2022 saylı qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, "xxxx" ASCin Cavabdeh1 qarşı 3706,09 manat əsas borcu olmaqla, cəmi 3706,09 (üç min yeddi yüz altı manat 09 qəpik) manat məbləğində problemli borcu üzrə tələb hüququ 06,09.2017-cü il tarixli S-FK-MİN-112 savlı təhvil-təslim Aktı əsasında İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına təhvil verilmişdir. "xxxx" ASC-in Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 05 fevral 2015-ci il tarixli 1-xx.xx.2015-MİN56 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə Cavabdeh1 36 ay müddətinə illik 22 faizlə 6500 (altı min beş yuz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə Borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Məhkəmə kollegiyası iş üzrə sübutları tədqiq edərək hesab edir ki, Beyləqan rayon məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(020)-883/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 3706,09 (üç min yeddi yüz altı manat doqquz qəpik) manat əsas borc olmaqla, cəmi 3706,09 (üç min yeddi yüz altı manat doqquz qəpik) manat borc və ödənilmiş 57,06 (əlli yeddi manat altı) manat dövlət rüsumu tutulub İddiaçı QSC-in xeyrinə ödənilməsi barədə birinci instanssiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə iddiaçı ilə cavabdeh arasında olan hüquq münasibəti 05 fevral 2015-ci il tarixdə yaranmışdır, iddiaçı iddia müddətini ötürməklə iddia tələbi iərli sürmüşdür və onun birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən iddia tələbi ilə bağlı iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edə bilməmişdir, onun birinci instansiya məhkəməsində iştirakı təmin edilməli idi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri üzrə araşdırma apararaq müəyyən edilmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehlər, o, cüümlədən əsas borclu olan Cavabdeh1 məhkəmə iclasları barədə məlumatlı olmuşdur, ona görə də iddiaçı iddia müddətini ötürməklə iddia tələbi irəli sürməsi və onun birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən iddia tələbi ilə bağlı iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edə bilməməsi barədə apellyasiya şikayətinin dəlilləri iş materilları ilə sübut olunmadığından əsassız hesab edilmişdir. Həmçinin işdən görünür ki, "xxxx" ASC-in Mingəçevir filialı ilə Cavabdeh1 arasında bağlanmış 05 fevral 2015-ci il tarixli 1-xx.xx.2015-MİN56 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 26 avqust 2021-ci il tarixə olan əsas borcu 3706,09 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddia müddəti zaminlərə qarşı ötürüldüyündən iddia tələbi digər cavabdehlərə qarşı təmin edilməmişdir.Bundan başqa işdə olan İddiaçı QSC BOKT Şəki Filialı tərəfindən Cavabdeh1 göndərilmiş 04 sentyabr 2020-ci il tarixli 1878 saylı Bildirişin məzmunundan görünür ki, İddiaçı QSC BOKT İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli 86 saylı Qərarının icrası ilə bağlı Cavabdeh1 vaxtı keçmiş kredit borcunun restrukturizasiyası (qalıq əsas borcun ödənilməsi üçün illik 1 faiz olmaqla, 5 il müddətinədək yeni müqavilə bağlanılır, ödənilməmiş faiz borcu silinir) məqsədilə 30 sentyabr 2020-ci il tarixindən gec olmayaraq İddiaçı QSC BOKT-un Şəki filialına müraciət etməsi cavabdehə bildirilmişdir. Ona görə də, görə iddiaçı iddia müddətini ötürməklə iddia tələbi iərli sürməsi və onun birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən iddia tələbi ilə bağlı iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edə bilməməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İşdən görünür ki, iddia tələbində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3706,09 manat əsas borc olmaqla, cəmi 3706,09 (üç min yeddi yüz altı manat 09 qəpik) manat məbləğin və ödənilmiş 57,06 manat dövlət rüsumunun tutulub İddiaçı QSC-in xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilməklə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddia olduğu üçün qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382ci, 384.0.1-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan rayon məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(020)-883/2022 saylı qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar