Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2322/2022 29.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Heydərov Tofiq Xudayar oğlunun (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Zeynalov Zeynal Ağabala oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-687/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-687/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 20300 manat və dövlət rüsumuna ödənilmiş 223 manat, cəmi 20523 manat pul alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən Masallı Rayon Məhkəməsinin 2(050)-687/2022 saylı, 25 aprel 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-687/2022 saylı, 04 iyul 2022-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Masallı Rayon Məhkəməsinin 2(050)-687/2022 saylı, 04 iyul 2022-ci il tarixli qərardadından Cavabdeh şikayət vermişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-687/2022 saylı, 25 iyul 2022-ci il tarixli qərardadı ilə, şikayətin təmin edilməməsi, iş şikayətlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1782/2022 saylı 18 avqust 2022-ci il tarixli qərardadı ilə, şikayətin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 2(050)-687/2022 saylı, 04 iyul 2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanması qərara alınmışdır. Cavabdeh 05 oktyabr 2022-ci il tarixdə apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-687/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qərardadı ilə, vəsatətin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(050)-687/2022 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilməsi, iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət vermişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-687/2022 saylı, 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə, Masallı Rayon Məhkəməsinin 2(050)-687/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qərardadının ləğv olunması barədə İddiaçı şikayətinin təmin olunmaması, şikayətin işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-687/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxılması 29 noyabr 2022-ci il tarixə təyin olunmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən iddiaçı şikayət verərək, Masallı Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli, 2(050)-687/2022 saylı qərardadını ləğv etməklə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin icraata götürməkdən imtina etməklə apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət vaxtında verilməmiş və süründürməçilik məqsədi daşıyır. Cavabdeh barəsində axtarış elan edilmiş, inzibati məsuliyyətə cəlb olunmuş, 500 manat inzibati cərimə edilmiş, barəsində inzibati xəta haqqında materiala baxılarkən borcunu 15 gün müddətində ödəyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası 17 oktyabr 2022-ci il tarixli, 2(050)-687/2022 nömrəli qərardadda göstərilənləri qanuni hesab edərək qeyd edir ki, Cavabdeh ilk dəfə apelyasiya şikayətini qanunla müəyyən edilmiş 01 ay müddətində vermişdir. Həmin şikayət prosessual tələblərə uyğun olmadığına görə geri qaytarılmışdır. Onun sonrakı şikayəti isə geri qaytarılma barədə qəradaddan olmuş və həmin şikayətə birinci və apelyasiya instansiyasında baxılması, mülki işin Masallı Rayon məhkəməsinə göndərilməsi, onun yeni forma və məzmuna uyğun apelyasiya şikayəti tərtib etdirməsi ilə əlaqədar müddət ötürülmüşdür. Nəzərə alınmalıdır ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh şikayət vermək hüququ olmuşdur və həmin hüququndan istifadə etməsi nəticəsində qətnamədən apelyasiya şikayəti vermək üçün sonradan müddəti ötürməsi, məhz həmin şikayətə baxılması ilə əlaqədar olmuş və bu hal süründürməçilik kimi qiymətləndirillə bilməz. Əksi yanaşma onun təkrar məhkəməyə müraciət etmək hüququnun məhdulaşdırılması kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən edir ki, qətnamənin surəti tərəflərə xəbərnaməli poçt vasitəsi ilə göndərilmiş, 27 may 2022-ci il tarixdə Cavabdeh təqdim olunmuş, sonuncu tərəfindən verilmiş apellyasiya şikayəti Masallı Rayon məhkəməsinə deyil, birbaşa xx.xx.2022-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Bundan başqa Cavabdeh poçt vasitəsi ilə sonradan xx.xx.2022-ci il tarixdə Masallı Rayon məhkəməsinə də apelyasiya şikayəti göndərmiş, lakin həmin şikayət imza edilmədiyi üçün Masallı Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(050)-687/2022 saylı qərardadına əsasən apelyasiya şikayəti geri qaytarılmışdır. Prosessual tələblərə uyğun olaraq həmin apelyasiya şikayəti xx.xx.2022-ci il tarixdə Masallı Rayon məhkəməsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə Masallı Rayon Məhkəməsinə daxil olmuşdur. Daha sonra Cavabdeh tərəfindən Masallı Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 2(050)-687/2022 saylı qərardaddan şikayət verilmiş və 25 iyul 2022-ci il tarixli qərardada əsasən şikayət təmin olunmayaraq baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən şikayət təmin olunmayaraq mülki iş geri qaytarılmış və xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktından apellyasiya instansiya məhkəməsinə şikayət etmək hüququ cavabdehin konstitusion hüququdur və o, bu hüququndan istifadə etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-687/2022 saylı qətnaməsi xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə Cavabdeh təqdim edilmiş, sonuncu 01 ay müddətində apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti Masallı Rayonu Məhkəməsinə daxil olmuş və sonrakı prosessual hərəkətlər məhkəmələr arasında aparılmışdır. Bununla da cavabdeh apellyasiya şikayətinin verilməsi üçün müddəti buraxmışdır. Prosessual hərəkətlərin məhkəmələr arasında aparılması zamanı müddətin buraxılması apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpasından imtina üçün əsas ola bilməz. Cavabdeh yuxarıda göstərilən konstitusion hüququndan istifadə etmək üçün məhkəməyə müraciət etmişdir. Belə ki; Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddəətin bərpası barədə qənaətə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 360, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)-687/2022 saylı, 17 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tofiq Heydərov Hakimlər: Tale Kərimov Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №2(106)-2322/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2322/2022
29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver