Məhkəmə qərarları › İş №2(106)-233/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-233/2023

26.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-233/2023 26.01.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Heydərov Tofiq Xudayar oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh və onun nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin artırılması tələbinə dair mülki işi üzrə Astara Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(018)-620/2022 saylı qətnaməsindən cavabdeh və onun nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan 03 fevral 2017ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Astara Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində 90 (doxsan) manat aliment hissəsinin artrılaraq 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi, habelə ödənilmiş 100 (bir yüz) manat rüsumun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından 03 fevral 2017-ci il təvəllüldü X4 qızı adlı uşaqları doğulmuşdur. Astara Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli, 2(018)-115/2019 saylı qətnaməsilə 03 fevral 2017-ci il təvəlüldlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Müəyyən olunmuş alimentin miqdarı həddindən az olduğunu bildirmişdir. Belə ki, 2019-cu il tarixdən etibarən malların və xidmətlərin qiymətləri xeyli bahalaşmış, eyni zamanda uşağın böyüməsi ilə əlaqədar maddi tələbatlar da artmışdır. Cavabdeh kifayət qədər qazancı vardır. Qeyd etdi ki, o, heç bir yerdə işləmədiyindən uşağın saxlanılmasında çətinlik çəkir. Ona görə də, iddiaçı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddianı müdafiə edib izahat verərək bildirmişdir ki, cavabdehlə birgə nikahlarından 03 fevral 2017-ci il təvəllüldü X4 qızı adlı uşaqları doğulmuşdur. Astara Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli, 2(018)- 115/2019 saylı qətnaməsilə 03 fevral 2017-ci il təvəlüldlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Müəyyən olunmuş alimentin miqdarı həddindən az olduğunu bildirmişdir. Belə ki, 2019-cu il tarixdən etibarən malların və xidmətlərin qiymətləri xeyli bahalaşmış, eyni zamanda uşağın böyüməsi ilə əlaqədar maddi tələbatlar da artmışdır. Cavabdeh kifayət qədər qazancı vardır. Qeyd etdi ki, o, heç bir yerdə işlədiyindən uşağın saxlanılmasında çətinlik çəkir. Birinci instansiya məhkəməsində Cavabdeh izahat verərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, Astara rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli, 2(018)-920/2017-ci il tarixli qətnaməsilə hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçıya Əsmanur adlı uşağın saxlanılması üçün ödənilməsi qət edilmişdir. Həmin məbləğdəki aliment 2018-ci ilin may ayına kimi ödənilmişdir. Sonradan işdən azad olduğundan hər ay 50-60 manat məbləğində aliment ödəmişdir. Hazırda yenidən evlənmiş və 29 iyun 2018-ci il tarixdə X5 adlı uşağı doğulmuşdur. O, X10 təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işlədiyini və hər ay 300 (üç yüz) manat əmək haqqı aldığını bildirmişdir. Mütəmadi olaraq müəyyən edilmiş 90 (doxsan) manat məbləğindəki alimenti ödəmişdir. Lakin 193 (bir yüz doxsan üç) manat məbləğindəki alimentin ödənilməsi üçün maddi imkanı olmadığını bildirmişdir. Astara Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(018)-620/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması tələbinə dair” iddiasının qismən təmin edilməsi, 03 fevral 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Astara rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli, 2(018)-115/2019 saylı qətnaməsi ilə qət edilmiş hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsi və həmin pulun vəsaiti qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq Cavabdeh tutulub İddiaçı verilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh və onun nümayəndəsi (vəkili) X3 apellyasiya şikayəti verərək Astara Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(018)-620/2022 saylı qətnaməsinin ləğv olunaraq, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf hər ay 200 manat miqdarında sosial yardım alır. Həmçinin uşaq artıq 3 yaş həddini keçdiyi üçün iddaçı özü də işləyib uşağının saxlanmasını maddi cəhətdən təmin etməlidir. Lakin işləmir və dövlətdən 200 manat maddi yardım aldığına baxmayaraq uşağın tam maddi təminatını onun üstünə qoymaq istəyir. Özünün aylıq qazancı isə 300 manatı təşkil edir. Həmçinin himayəsində 29 iyun 2018-ci il təvəllüdlü digər azyaşlı uşağı X5 və hamilə arvadı vardır. Hazırda maddi durumunda yaxşıya doğru hər hansı dəyişiklik baş verməyib, əksinə maddi durumu pisləşmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, Astara rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli, 2(018)-920/2017-ci il tarixli qətnaməsilə hər ay qazancının ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçıya Əsmanur adlı uşağın saxlanılması üçün ödənilməsi qət edilmişdir. Həmin məbləğdəki aliment 2018ci ilin may ayına kimi ödənilmişdir. Sonradan işdən azad olduğundan hər ay 50-60 manat məbləğində aliment ödəmişdir. Hazırda yenidən evlənmiş və ikinci nikahdan da 2 uşağı vardır. Lakin 193 manat məbləğindəki alimentin ödənilməsi üçün maddi imkanın olmadığını bildirmişdir. Ona görə də, o, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinin dəlillərinə oxşar izahat verdi və məhkəmədən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı tərəf hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini müəyyən olunan aliment məbləği hissədə, qətnamənin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etməklə tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından verdikləri apellyasiya şikayətlərində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətinin və Astara şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 27 iyul 1989-cu il tarixdə anadan olmuş, Astara şəhəri, S.Vurğun küçəsi, 103 nömrəli evdə yaşayır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli, 2(018)- 115/2019 saylı qətnaməsinin surətindən görünür ki, 03 fevral 2017-ci il təvəlüldlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 50 (əlli) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə də, məhkəmədə müəyyən olunmuşdur ki, Astara Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli, 2(018)-115/2019 saylı qətnaməsi ilə 03 fevral 2017-ci il təvəlüldlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Alimentin müəyyən edildiyi vaxtdan malların və xidmətlərin qiymətlərinin xeyli bahalaşdığını, eyni zamanda uşağın böyüməsi ilə əlaqədar maddi tələbatların artdığını iddiaçı alimentin artırılması üçün əsas kimi gətirmişdir. Lakin İddiaçı Cavabdeh aylıq qazancı və digər gəlirləri barədə məhkəməyə heç bir subut təqdim etməmişdir. Həmçinin cavabdeh ikinci dəfə ailə qurmuş, həmin nikahdan da 2 azyaşlı uşağı vardır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yaxud da, dəyişdirilməsi üçün əsas ola bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün;. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi adı çəkilən qərarlarla və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sonradan alimentin miqdarının dəyişdirilməsini isə qanunverici tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasından asılı etmişdir. Göründüyü kimi sonuncu aliment məbləği Astara Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il tarixli, 2(018)-115/2019 saylı qətnaməsilə müəyyən edilmiş və həmin tarixdən bu günə 3 il müddət keçmişdir. Qeyd edilən son 3 il ərzində isə ərzaq, pal-paltar, dərs vəsaitlərinin və uşaqlar üçün lazım olan və.sairələrin qiymətində əsaslı artım müşahidə edilmişdir. Buna görə də Kollegiya alimentin artırılmasına dair iddianı qismən təmin edən birinci instansiya məhkəməsinin möqeyi ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla cavabdehə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən olunur. Hazırki iş üzrə alimentin artırılması hissədə iddianın qiyməti (120-90=30; 30x12=360) 360 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göründüyü kimi hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh və onun nümayəndəsi (vəkili) X1 apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(018)-620/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza Cahid İmsanov Hakimlər: imza Tale Kərimov imza Tofiq Heydərov Sədrlik edən: İmza. Hakimlər: İmzalar. Əsli ilə düzdür.Hakim: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar