Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-24/2023 22.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, Zeynalov Musa Həsən oğlunun katibliyi ilə, İddiaçı LPO QSC “Bank Standard” KB-nin cavabdehlər Cavabdeh1 və X4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimələrin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Lənkaran Rayon Məhkəməsinin 01 mart 2021ci il tarixli 2(049)-69/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO QSC “Bank Standard” KB cavabdehlər Cavabdeh1 və X4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimələrin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lənkaran Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(049)-69/2021 saylı qətnaməsi ilə (hakim Mütəllim İsayev) iddia qismən təmin edilmiş, Cavabdeh1 Ləğv prossesində olan QSC «Bank Standart» KB xeyrinə 1854.26 manat (bir min səkkiz yüz əlli dörd manat 26 qepik) esas, 18.09 manat (on səkkiz manat 09 qəpik) faiz, 961.44 manat (doqquz yüz altmış bir manat 44 qəpik) cərimə borcun, 277.42 manat (iki yüz yetmiş yeddi manat 42 qəpik) məbləğində gecikmiş vaxt üşün hesablanan illik faiz borcunun, ümumilikdə 3111.21 manat (üç min bir yüz on bir manat 21 qəpik) məbləğində pulun, 30 (otuz) manat məhkəmə üçün və 30 (otuz) manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 (altmış) manat məbləğində dövlət rüsumunun ödənilməsi, tələbin cavabdeh X4 məxsus olan Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində yerləşən 0.03829 ha torpaq sahəsi ilə birlikdə 10 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsait hesabına Cavabdeh1 Ləğv prossesində olan QSC «Bank Standart>> KB ASC-yə olan kredit borcunun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsaitdən borc ödənildikdən sonra artıq qalan məbləğin cavabdeh X4 qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat ekspertiza xərcinin cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin nəfinə keçirilməsi qət edilmişdir. Lənkaran Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(049)-69/2021 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, faiz borcunun və cərimə borcunun silinməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli iclasında müəyyən olunmuşdur ki, cavabdeh X5 16 iyun 2020-ci il tarixdə ölmüş, bu barədə Lənkaran rayon qeydiyyat şöbəsi tərəfindən 07 iyul 2020-ci il tarixdə 266 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. 09 sentyabr 2021-ci il tarixdə Lənkaran rayon 1 saylı Notariat ofsinə prosessual hüquq varisliyi məsələsinin həll edilməsi üçün X3 adına Lənkaran rayon Notariat kontorunda vərəsəlik işinin açılıb açılmaması, X2 qalmış miras əmlakın vərəsələr tərəfindən qəbul edilib edilməməsi, X3 varislərinin notariat kontoruna miras qəbul etmələri barədə ərizə verib verməmələri barədə məlumat verilməsi xahiş olunmuşdur. Lənkaran Rayon 1 saylı Notariat Ofsi 12 oktyabr 2021-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab məktubu ünvanlayaraq qeyd etmişdir ki, Lənkaran rayon sakini və 16 iyun 2020-ci il tarixdə vəfat etmiş X3 hüquqi varisinin müəyyən edilməsi ilə bağlı Lənkaran rayon 1 saylı notariat ofsində vərəsəlik açılması və bununla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi faktı müəyyən edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 14 oktyabr 2021-ci 2021-ci il tarixli 2(106)-2360/2021 saylı qərardadı ilə mülki iş üzrə cavabdeh X3 hüquqi varisləri müəyyən edilənədək iş üzrə icraat dayandırılmışdır. İş üzrə Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhəri 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 28 fevral 2023-cü il tarixli 12-5/22 saylı sorğuya cavabı 10 aprel 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məktubdan görünür ki, X4 məxsus olan Lənkəran şəhəri, Müzəffər Nəsirli küçəsində yerləşən 0.03829 ha torpaq sahəsində yerləşən 10 saylı fərdi yaşayış evində Əziz Rəhimovun həyat yoldaşı Cavabdeh2 Tuzabaşı qızı, oğlu Cavabdeh3 və qızı Cavabdeh1 yaşayırlar. İş üzrə icraat təzələnərək apellyasiya baxışı iclası 17 may 2023-cü il tarixə təyin edilmişdir. Apellyasiya baxışı gedişində Cavabdeh1 Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizəsini göndərərək apellyasiya şikayətindən imtina etdiyini bildirərək, apellyasiya baxışına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, şikayətdən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının MPM-nin 263-264, 369-cu 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh1 apellyasiya şikayətindən imtinası qəbul edilsin. Lənkaran Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(049)-69/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İsmayıl Əhmədov Hakimlər: Taleh Kərimov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-24/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-24/2023
22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver