Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-240/2025 30.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı dəymiş “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 2(048)-214/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 09 dekabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinin daxilində İddiaçı2 və qızı İddiaçı1 3 təkərli yük daşımaq üçün nəzərdə tutulan motosikleti tərəfindən vurularaq xəsarət almışdır. Hadisə yerinə baxış keçiririlmiş və araşdırma aparılmışdır. 01 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı1 bədən səthində aşkar edilmiş xəsarətlər-sağ bud və sağ baldır nahiyələrinin qançırları bərk küt əşya (əşylar) təsirindən, qərrın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X2 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İddiaçı1 almış olduğu xəsarətlərin xarekteri və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni piyada qismində olarkən hərəkətdə olan yük motosikletinin vurması nəticəsində əmələ gələ bilərdilər. 01 dekabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, İddiaçı2 bədən səthində aşkar edilmiş xəsarətlər-sol bazu nahiyəsinin sıyrıqları və sol ayaqüstü nahiyənin qançırı bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X2 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İddiaçı2 almış olduğu xəsarətlərin xarekteri və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni piyada qismində olarkən hərəkətdə olan yük motosikletinin vurması nəticəsində əmələ gələ bilərdilər. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh 1500 manat məbləğində maddi ziyanın alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində Miriyev X1 rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-nin daxilində paltar sıralarının yaxınlığında idarə etdiyi 3 təkərli yük daşımaq üçün nəzərdə tutulmuş motoskileti ilə hərəkətdə olan zaman onu və xx.xx.1992-ci il təvəllüdlü qızı İddiaçı1 vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Qeyd olunan faktla bağlı Qaradağ RPİ-nin TŞ-də araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin baş vermiş yolnəqliyyat hadisəsi nəticəsinə ona dəymiş maddi və mənəvi ziyan hadisəni törədən Cavabdeh tərəfindən ödənilməmiş və həmin şəxs tərəfindən onlara hər hansı formada yardım edilməmişdir. Ona görə da zərərçəkmiş şəxs tərəfindən maddi ziyanın ödənilməsi üçün hazırki mülki iddianı qaldırmaq məcburiyyətində qalmışdır. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsindən Sədərəkdən aldığıları 25 manatlıq ayaqqabı və 30 manatlıq yer üçün üzlüyü yararsız hala salaraq onlara ümumilikdə 55 manat maddi ziyan vurmuş, bundan əlavə hadisə baş verdiyi gündən etibarən hazırki günədək işləyə bilmədiyiüçün maddi sıxıntılar çəkmiş. Eyni zamanda həmin müddətdə özünə məxsus 01 ədəd qızıl üzük və 01 ədəd klonu lombarda qoyub faizə pul götürüb, özünün və qızının müalicəsi üçün xərcləmiş, bundan əlavə Tərlan adlı tanışından 200 manat borc almışdır. Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsindən bu günədək ona və qızına İddiaçı1 ümumilikdə 1500 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə teleqramla müraciət edərək iddianı müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsədə, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lerik Rayon Məhkəməsinin Məhkəməsinin (hakim Atabəy Kiçibəyov) 04 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş ziyan tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə Lökbatan qəsəbəsində ticarət mərkəzində Cavabdeh idarə etdiyi üç təkərli mopedlə İddiaçılar İddiaçı1 və İddiaçı2 xəsarət yetirmişdir.İddiaçılar cavabdehin onlara 1500 manat maddi ziyan vurduqlarını bildirsə də, məhkəməyə bu barədə kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişdir. İddiaçılar apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 14:00 radələrində Miriyev X1 rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-nin daxilində paltar sıralarının yaxınlığında idarə etdiyi 3 təkərli yük daşımaq üçün nəzərdə tutulmuş motoskileti ilə hərəkətdə olan zaman onu və xx.xx.1992-ci təvəllüdlü qızı İddiaçı1 vuraraq dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Qeyd olunan faktla bağlı Qaradağ RPİ-nin TŞ-də araşdırma aparılmış və toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona dəymiş maddi və mənəvi ziyan hadisəni törədən Cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh dəfələrlə iddiaçılara yardım edəcəyini söyləməsinə və məhkəməyə müraciət etməməklərini xahiş etməsinə baxmayaraq, onun tərəfindən hər hansı bir yardım edilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsindən İddiaçı2 Sədərəkdən aldığı 25 manatlıq ayaqqabı və 30 manatlıq yer üçün üzlüyü yararsız hala salaraq, onlara ümumilikdə 55 manat maddi ziyan vurulmuşdur. İddiaçı2 hadisə baş verdiyi gündən etibarən hazırkı gündəlik işləyə bilmədiyi üçün maddi sıxıntılar çəkmişdir. Eyni zamanda həmin dövrdə özünə məxsus 01 ədəd qızıl üzük və 01 ədəd klonu lombarda qoyub faizə pul götürmüş, özünün və qızının müalicəsi üçün xərcləmiş, bundan əlavə Tərlan adlı tanışından isə 200 manat borc almışdır. Bunlar isə Cavabdeh onlara vurmuş olduğu xəsarətlər nəticəsində yaranmışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçıların apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək ünvan 1əsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. 17 oktyabr 2024-cü il tarixdə apellyasiya baxışında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək ünvan 1əsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, iclasda iştirak etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ünvan 1əsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Mülki Prosessual Məcəllə: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirrlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarının 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və. s), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını və sübutları araşdırıb, həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin edilməlidir. İlk öncə, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı mübahisənin predmeti Cavabdeh 1500 manat məbləğində pulun alınaraq iddiaçılara ödənilməsi barədədir. Əvvəla, iddiaçı ərizəsində 1500 manat məbləğində pulun onun xeyrinə tutulmasını xahiş etməklə, bu xahişində həm mənəvi, həm də maddi ziyanın ödənilməsini nəzərdə tutmuşdur. Kollegiya bu halı Mülki Prosessual Məcəllənin 53-cü və 218.3-cü maddələrinin tələbi baxımından iddia ərizəsinin dəqiqləşdirilməsi və ya iddia tələbindən kənara çıxma olaraq qiymətləndirmir. Əksinə, formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, iddiaçının məhkəmədən xahişi ilə iddia ərizəsinin məzmununda qeyri-müəyyənlik olduqda, məhkəmə iddiaçının hüquqi marağının nədən ibarət olmasını aydınlaşdırmalıdır. İddia ərizəsindən məzmunundan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın Cavabdeh tərəfindən ödənilmədiyini və həmin şəxs tərəfindən onlara hər hansı formada yardım etmədiyini bildirmişdir. Buna görə də, iddiaların hazırkı pul tələbi həm maddi, mənəvi ziyanın tutulmasını əhatə edir. İş materialları ilə müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinin daxilində İddiaçı2 və qızı İddiaçı1 3 təkərli yük daşımaq üçün nəzərdə tutulan motosikleti tərəfindən vurularaq xəsarət almışdır. Bu fakt “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 09 dekabr 2023-cü il tarixli qərar və 01 dekabr 2023-cü il tarixli ekspert rəyləri ilə təsdiq olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, Cavabdeh dəfələrlə iddiaçılara yardım edəcəyini söyləməsinə və məhkəməyə müraciət etməməklərini xahiş etməsinə baxmayaraq, onun tərəfindən hər hansı bir yardım edilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində iddiaçıların mənəvi iztirab çəkməsi ağlabatdır və bu iztirab Cavabdeh onlara vurduğu xəsarətlər nəticəsində yaranmışdır. Lakin İddiaçı2 özünə məxsus 01 ədəd qızıl üzük və 01 ədəd klonu lombarda qoyub faizə pul götürməsi, özünün və digər iddiaçı qızının müalicəsi üçün xərcləməsini, həmçinin Tərlan adlı tanışından isə 200 manat borc alması, Sədərəkdən aldığı 25 manatlıq ayaqqabı və 30 manatlıq yer üçün üzlüyünün yararsız hala salaraq 55 manat maddi ziyan dəyməsini sübut edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipini özündə əks etdirir. Bu prinsipə əsasən, hər bir tərəf öz irəli sürdüyü iddiaların və ya qarşı tərəfə yönəltdiyi etirazların hüquqi əsasını sübut etmək vəzifəsini daşıyır. Bu, məhkəmə mübahisələrinin ədalətli şəkildə həll olunması üçün zəruri bir mexanizmdir. Sübutetmə yükü prinsipi yalnız tərəflərin öhdəliklərini deyil, həm də məhkəmənin funksiyasını müəyyən edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları obyektiv və qərəzsiz şəkildə dəyərləndirir. Sübutların mötəbərliyini, əlaqəliliyini və kifayətliliyini yoxlayır. Eyni zamanda, məhkəmə tərəflərin sübutetmə öhdəliyini yerinə yetirib-yetirmədiyini qiymətləndirir. Bu prinsip məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək-Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir.
2. Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Kollegiya iddianın mənəvi zərər hissəsində aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına istinad edilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarından da göründüyü kimi, mənəvi zərər şəxsin pozulmuş hüququnun müstəqil nəticəsidir. «Pozulmuş hüquq» dedikdə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsində vurğulandığı kimi, «qanunla qorunan hüquq»ların pozulmasını nəzərdə tutur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında da oxşar mövqe tutulmuşdur. Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” İş materiallarından aydın olur ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə saat təxminən 14:00 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzinin daxilində İddiaçı2 və qızı İddiaçı1 3 təkərli yük daşımaq üçün nəzərdə tutulan motosikleti tərəfindən iddiaçıların sağlamlığına zərər vurulması sübuta yetirilir. İddiaçıların sağlamlığına dəymiş zərərlə bağlı uzun müddətli müayinə və müalicələr alması, əldə edilmiş tibbi rəylərdən onun daimi ağrılardan əziyyət çəkməsinin aydın görünməsini nəzərə alaraq məhkəmə mənəvi zərərin cavabdehdən iddiaçıların xeyrinə tutulması üçün qanuni əsasların olduğu qənaətinə gəlir. Zərərin məbləğinə gəldikdə isə məhkəmə mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsirini, əmlak vəziyyətini nəzərə alaraq 1000 manat məbləğində müəyyən edilməsini qanuni və ədalətli hesab edir. Odur ki, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, Lerik Rayon Məhkəməsinin 04 aprel 2024cü il tarixli 2(048)-214/2024 saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh mənəvi zərərə görə 1000 manat məbləğində pul tutuaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğuna görə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası
qətetdi:
İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli 2(048)-214/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdeh 1000 (min) manat məbləğində mənəvi zərərə görə pul tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.